Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-321/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il, 11 ay, 22 gün və imtiyazlı hesablama ilə 28 il, 11 ay, 22 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 399 saylı xx xxxxxxx 1988-ci il tarixli əmri ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və həmin İdarənin xx xxxxxx 2003-cü il tarixli 10 saylı əmri ilə DİO-dan xaric edilmişdir. O, DİO-da xidmət illərinin barəsində “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi yanında DSMF-nin müvafiq orqanına göndərilməsi ilə bağlı x xxxxx 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixli 024-11891B-3219 saylı məktubla ona ünvanlanmış cavabda göstərilir ki, DİO-da xidmət müddəti təqvim hesablaması ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən ona pensiyanın təyin olunması üçün “məlumat vərəqəsi”nin tərtib olunması mümkün olmamışdır. Eyni zamanda onun müraciətinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin müraciətinə əsasən ona ünvanlanmış xx xxxxx 2019-cu il tarixli 059-14465- 1219 saylı cavab məktubunda DİO-da xidmət illəri təqvim hesablaması ilə 16 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 21 il 3 ay 29 gün kimi göstərilmişdir. Göründüyü kimi, onun xidmət illəri barədə “məlumat vərəqəsi”ni verməli orqanın vahid mövqeyi yoxdur. Buna səbəb DİO-da xidməti illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin nəzərə alınmamasıdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletində aparılmış qeydə əsasən xx xxxxx 1984-cü il tarixdən xx xxxx 1986-cı il tarixədək olan 1 il 11 ay 5 gün təşkil etmiş, xx xxxxxxx 1988-ci il tarixli 399 nömrəli əmrlə DİO-ya daxil olmuşdur. xx xxxxxx 2003-cü il tarixli 10 saylı əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan, təqvim hesablaması ilə 15 il 11 ay 22 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 531 nömrəli xx xxxxxx 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. DİO-dan xaric olunduğu vaxt, yəni xx xxxxxx 2003-cü il tarixdə onun xidmət illəri təqvimi hesablama ilə 15 il, 11 ay 14 gün və imtiyazlı xidmət müddəti 28 il 11 ay 22 gün olmuşdur. Buna görə də onun DİN xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2218/2019 saylı qərardadı ilə iddianın dəyişdirilməsi (mətnə uyğun) qəbul edilmiş, iddia “müvafiq məlumat vərəqəsi tərtib edilərkən 14 il 2 ay 17 gün təqvimi hesablama ilə, 22 il 3 ay 9 gün imtiyazlı hesablama ilə xidmət illərinin nəzərə alınması” kimi göstərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2218/2019 saylı qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-389/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)2218/2019 saylı qərardadı ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. AR İPMnin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 003293 №-li , xx.xx.1997-ci il tarixdə verilmiş vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranıdır. İş materiallarında olan iddiaçıya məxsus NZ ******* seriya və nömrəli hərbi biletin təsdiq edilmiş surətinə əsasən (6,7,12,13,14,15,16,17,20,21-ci səhifələr əlavə edilməmişdir) xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1984-cü il tarixdə Bakı şəhəri keçmiş Kirov Rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-3750-1219 saylı məktubda qeyd edilmişdir ki, “Sabiq polis əməkdaşı İddiaçı Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş Əməliyyatlarında iştirakına görə ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinə baxılması ilə əlaqədar bildiririk ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli əmr ilə Ağdam rayonuna ezam olunmağı qeyd olunsa da, lakin həmin müddət məhz atəşkəs dövrünü əhatə edir. Vət.İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə iş üçün mühüm əhəmiyyət kəsb edən hallara, o cümlədən onun döyüş əməliyyatlarının birbaşa iştirakçısı olmasını təsdiq edə biləcək əmrlərə və ya bu barədə qeydlərə təsadüf olunmamışdır. Eyni zamanda, nəzərinizə çatdırıram ki, oxşar məsələ ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2006-cı il tarixli qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib-etməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırılmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, vət.İddiaçı iddiasının təmin edilməməsi daha düzgün olardı.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin preambulasında göstərilmişdir ki, bu Əsasnamə polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının x xxxxxxxx 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə dəyişiklik edilmişdir, sözügedən maddə həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (əvvəlki redaksiyada) Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). - (hazırkı redaksiyada) Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olan təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı xx xxxxxx 1988-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək DİO-da işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il stajı toplamamış və onun DİO-da xidmət etmiş şəxs kimi pensiya hüququ yaranmadığından, aidiyyəti DSMF orqanına onun barəsində “məlumat verəqəsi” də göndərilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-321/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-321/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver