Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-321/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Səmədovun sədrliyi və məruzəsi ilə, X11 və X12 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və X16, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarın mübahisələndirilən hissədə, yəni 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2007524,15 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 598.456,82 manat məbləğində ƏDV-nin hesablanması əsassızdır. Belə ki, cavabdeh iddiaçı tərəfindən vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi zamanı Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin tələblərini pozduğunu iddia etsə də, iddiaçı tərəfindən telekommunikasiya sahəsində göstərilən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər kateqoriyasına aid edilərək həyata keçirilir. Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən isə xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin e-VHF-nın verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Belə olan halda, iddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. Vergi orqanı həmçinin iddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda həyata keçirilmiş xidmətlərin tanınma dövrü ilə razılaşmır və Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV kənarlaşmalarının olduğunu iddia edir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə müvafiq olaraq, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesabfakturasının verildiyi vaxt sayılır. Yəni ƏDV-yə cəlb olunan gəlirin tanınması günü, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 30 gün ərzində ödəniş həyata keçirildikdə, ödənişin keçirildiyi tarix, ödəniş 30 gün sonra həyata keçirildikdə və malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 5 gün ərzində ƏDV-nin e-VHF verilirsə, e-VHF-nin tarixi, əks halda malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi tarixi əsas götürülməlidir. Göründüyü kimi, sözügedən maddə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən edir və xüsusi hallarda müvafiq qaydadan kənar digər qaydaların mövcudluğunu istisna etmir. Bundan əlavə, iddiaçı Azərbaycan Respublikasında yerli telekommunikasiya şirkətlərinin abunəçilərinə beynəlxalq telekommunikasiya xidmətləri göstərmək məqsədilə xarici telekommunikasiya şirkətindən müvafiq telekommunikasiya xidmətlərini alır və beləliklə, xidmətləri göstərən qeyri-rezident ƏDV məqsədləri üçün Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında xidmət göstərmiş hesab olunur. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən, qeyri-rezident belə xidmətlərin göstərilməsinə görə ÖMV məqsədləri üçün Azərbaycan mənbəyindən gəlir əldə etmiş hesab olunur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2000-ci il tarixində imzalanmış 826-İQ nömrəli “X4 Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası X3 1992-ci il dekabrın 22-də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə 1994-cü il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2014-cü il tarixində imzalanmış 895- İVQ nömrəli “X5”nin (bundan sonra - “TR”) təsdiq edilməsi haqqında Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il dekabrın 14-də Dubay şəhərində imzalanmış TR-nin müddəalarına qoşulmuşdur. TR-in 1.1-ci maddəsinə əsasən, əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (authorized operating agency), eləcə də, belə xidmətlərin göstərilməsi üçün istifadə olunan beynəlxalq telekommunikasiyanın əsas ötürülmə vasitələri ilə əlaqədar tətbiq edilə bilən müddəalar əks olunur. TR-in A. abis) bəndinə əsasən, TR-də əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına tətbiq edilə bilən müddəalar da əks olunur. Beynəlxalq telekommunikasiya xidməti isə öz TR-ın 2.2-ci bəndinə əsasən müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi kimi müəyyənləşdirilir. İddiaçının Nizamnaməsinə əsasən, o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir və onun əsas məqsədi kimi Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında beynəlxalq telekommunikasiya və poçt xidmətlərinin təşkil edilməsi, operatorlararası hesablaşmaların aparılması, telekommunikasiya və informasiya texnologiyaları sahəsində xidmət göstərən yerli və beynəlxalq operatorlarla (müəssisə və təşkilatlarla) işgüzar fəaliyyətin genişləndirilməsi və gəlir əldə etməsi göstərilir. TR-in 6-cı maddəsinə və onun istinad etdiyi Əlavə 1 və 2-yə əsasən göstərilən xidmətlər və onların haqqı iki hissəyə bölünür: 1) səlahiyyətli istismar təşkilatları ilə müştəri arasında baş verən; 2) səlahiyyətli istismar təşkilatları arasında baş verən. TR-də müştəriyə anlayış verilməsə də, səlahiyyətli istismar təşkilatlarına verilən anlayışdan bəllidir ki, o müştəri deyil. Bu, həm də müştəri və səlahiyyətli istismar təşkilatlarının müxtəlif tərkibdə olan eyni maddələr daxilində, eyni zamanda istifadə olunmasından da aydınlaşır. Belə ki, TR-ın 2.7-ci maddəsinə əsasən hesablaşma məzənnəsi – səlahiyyətli istismar təşkilatları arasında razılaşmaya əsasən bu qarşılıqlı əlaqədə tətbiq edilən və beynəlxalq hesabların təqdim edilməsi üçün istifadə olunan məzənnə (accounting rate) hesab edilir. TR-ın 2.8-ci maddəsinə əsasən isə, tutulan haqq (collection charges) səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqq hesab edilir. TR-in 6.3-cü maddəsinə əsasən, üzv ölkələrin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan haqqa görə vergi qoyulması nəzərdə tutularsa, o zaman hesablanan vergi yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu maddə faktiki olaraq, vergi qoyma sahəsini məhdudlaşdıraraq, onun 1) səlahiyyətli istismar təşkilatlarına deyil, onların müştərilərinə, 2) məhz bu tələbi irəli sürən qanunvericiliyin aid olduğu üzv ölkənin müştərilərinə münasibətdə tətbiq olunmalı olduğunu şərtləndirir. Bu şərtlər çərçivəsində, faktiki olaraq Vergi Məcəlləsi əsasında iddiaçı öz yerli müştərilərinə göstərdiyi xidmətlər üzrə haqqa (collection chagres) ƏDV tətbiq edir, bu cür haqlardan mənfəət vergisi hesablayır. Bundan əlavə, eyni məsələ, yəni iddiaçı tərəfindən beynəlxalq telekommunikasiya xidmətinə görə xarici səlahiyyətli istismar təşkilatlarına (qeyrirezidentlərə) ödənilən məbləğlərin TR əsasında vergiyə cəlb edilməməsi məsələsi ilk dəfə vergi orqanı tərəfindən yalnız xx.xx.2014-cü il tarixli vergi yoxlaması aktında qaldırılmış, xx.xx.2014-cü il tarixli, **********746223 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında əks olunan həmin məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)- 2931/2014 nömrəli qərarı ilə vergi orqanının müvafiq inzibati aktı qanunsuz hesab edilmiş və iddiaçının müvafiq mövqeyi düzgün hesab edilərək iddia təmin edilmişdir. Belə ki, məhkəmə öz qərarında TR və Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad edərək əsaslandırmışdır ki, TR-ın 6.1.3 və Əlavənin 1.6-cı maddələrinə əsasən xarici səlahiyyətli istismar təşkilatlarına (qeyri-rezidentlərə) ödənilən məbləğlərdən Azərbaycanda vergi tutulması əsassızdır. Bundan sonra, vergi orqanı apellyasiya şikayəti verməmiş və xx.xx.2014-cü il tarixli, **********746223 nömrəli qərarının sözügedən məsələyə dair hissəsini ləğv etmişdir. Eyni zamanda, iddiaçı öz mövqeyinin düzgünlüyünə bir daha əmin olmuş, Vergi Məcəlləsi, TR və məhkəmənin sözügedən qərarını əsas tutaraq həmin ödənişlərdən vergi tutmamağa davam etmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Vergi Məcəlləsinin və TR-in 2014-cü ildən sonrakı dövrlərdə müvafiq müddəalarının dəyişmədiyini nəzərə alaraq, hesab edirik ki, vergi orqanın mövqeyi tamamilə əsassızdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazın dəlilləri: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, ƏDV-yə cəlb olunan əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəaları ilə müəyyən edilir. Qanunvericilik 166.1-ci maddə ilə əməliyyatların vaxtının müəyyən edilməsinin əsas mühüm şərtlərini konkretləşdirmiş, 166.3-cü maddə ilə isə əməliyyatların vaxtının hissə-hissə müəyyənləşdirilməsinin mümkünlüyünü vurğulamışdır. 166.3-cü maddənin mövcudluğu 166.1-ci maddənin mövcud müddəalarını inkar etmir. İddiaçı isə əsassız olaraq, 166.3-cü maddənin müddəaları xüsusi halı tənzimlədiyindən 166.1-ci maddəyə deyil, 166.3-cü maddəyə üstünlük verilməli olduğunu bildirir. Əslində isə eyni maddənin müddəaları arasında ziddiyyət mövcud deyildir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunmuşdur. Xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi zamanı vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün hər dəfə ƏDV-nin elektron vergi hesab fakturasının verildiyi vaxt hesab edilir. Lakin Vergi Məcəlləsinə əsasən vergi tutulan əməliyyat üçün elektron vergi hesab fakturası xidmətlər göstəriləndən 5 gün ərzində verilməlidir. Göstərilən xidmətlərə görə 5 gün ərzində ƏDV-nin elektron vergi hesab fakturası təqdim edilmədiyi halda vergi tutulan əməliyyatın vaxtı xidmətlərin tam başa çatdığı və ya göstərilən xidmətlərə görə ödəmə əvvəlcədən həyata keçirilmişdirsə əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Qeyd olunmalıdır ki, xidmətlərin göstərilməsi faktının təhvil-təslim aktı ilə eyni vaxtda olması barədə iddiaçının mövqeyi qanunvericiliyə ziddir. Belə ki, qanunvericilik 5 gün ərzində E-VHF təqdim olunması tələbi qoymaqla, vergitutma məqsədləri baxımından əməliyyatın vaxtının tərəflərin iradəsindən asılı olaraq müəyyənləşdirilməsinin qarşısını alır. Başqa sözlə, vergitutma vaxtının müəyyən edilməsi ilə bağlı normalar imperativ xarakter daşıdığından və Vergi Məcəlləsi ilə tənzimləndiyindən vergi tutulan əməliyyatların vaxtının biznes praktikasına uyğun olaraq xidmət müqavilələrində nəzərdə tutulan aktlarla şərtləşdirilməsi barədə iddia əsassızdır. Bundan əlavə, yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri İddiaçı MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş və göstərilmiş xidmətlərə görə qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV və ÖMV hesablanmamışdır. Nəticədə 13.2.16.17-ci, 125.1.4-cü, 150.1.6-cı və 169-cu maddələrinin tələbləri pozulmuşdur. Yoxlama ilə ümumilikdə 5.826.262,02 manat ƏDV (2.406.499,37 manat maliyyə sanksiyası) və 2.018.322,15 manat ÖMV (836.439,07 manat maliyyə sanksiyası) hesablanmışdır. Belə ki, yoxlanılan dövrdə beynəlxalq telekommunikasiya operatorları tərəfindən Azərbaycan Respublikasının istifadəçilərinə (ölkə ərazisində fəaliyyət göstərən rabitə müəssisələrinin və mobil rabitə operatorlarının istifadəçiləri olan rezident və qeyrirezident şəxslər, vətəndaşlar) beynəlxalq telekommunikasiya xidmətləri göstərilmiş, X7 xidmətlərinə görə ödənişlərdən 6 % dərəcə ilə 541.180,48 manat ödəmə mənbəyində verginin hesablanmaması müəyyən edilmişdir. Bundan başqa, vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış qarşılıqlı hesablaşmalar barədə yoxlamaya təqdim edilmiş məlumatlar əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən göstərilmiş beynəlxalq rabitə xidmətlərinə görə beynəlxalq telekommunikasiya operatorları ilə qarşılıqlı hesablar üzrə mübadilə olunmuş və ya əvəzləşdirilmiş (yəni alınmış xidmətlərə görə yaranmış kreditor məbləğlərinin göstərilmiş xidmətlərə görə yaranmış debitor məbləğləri hesabına qarşılıqlı olaraq bağlanmış) məbləğlərdən də 6% dərəcə ilə ümumilikdə 1.466.898 manat ödəmə mənbəyində verginin hesablanmaması müəyyən edilmişdir. İddiaçının Reqlamentin 6.3-cü maddəsinə istinad edərək yoxlama ilə hesablanmış əlavə vergi məbləğinə etirazı ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 2000-ci il 14 mart tarixli, 826-İQ nömrəli “X4 Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə” Qanunu ilə Azərbaycan Respublikası X3 1992-ci il dekabrın 22-də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə 1994-cü il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə qoşulmuşdur. X3 Nizamnaməsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən X5 X3, onun Nizamnamə və Konvensiyasının müddəalarını tamamlayan, beynəlxalq elektron rabitədən istifadəni tənzimləyən əsas sənədlərindən biri sayılır və bu İttifaqa üzv olan dövlətlər üçün məcburidir. Adı çəkilən Reqlamentin “Tarifləşdirmə və hesablaşmalar” maddəsinin 6.1-ci maddəsinə əsasən hər bir administrasiya (rabitə müəssisəsi) göstərilmiş xidmətlərin haqqını öz ölkəsinin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edir. “X5 (Dubay, 2012-cı il)” öz Preambulasına əsasən telekommunikasiya xidmətlərinin inkişafının dəstəklənməsi və mövcud qaydaların beynəlxalq səviyyədə harmonizasiyasını tənzimləmək məqsədi daşıyır. ““X5”nin təsdiq edilməsi haqqında” 3 fevral 2014-cü il, 895-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən tətbiq olunan milli qanunvericiliyə uyğun olaraq, beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə razılaşmaların şərtləri milli normalara uyğun işlənib hazırlanmış kommersiya razılaşmaları və ya hesablaşma məzənnələrinin müəyyən olunması prinsipləri vasitəsilə əldə oluna bilər. Qanunun 6.3-cü maddəsinə əsasən əgər hər hansı bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan haqlara (xərclərə) vergi qoyulması nəzərdə tutulursa, o zaman konkret xüsusi hallar üzrə bağlanılan digər razılaşmalar olmadığı halda bu vergi, bir qayda olaraq, yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Qeyd olunan 6.3-cü maddə iki dövlət arasında bağlanılan telekommunikasıya sazişləri üzrə daxili vergilərin, o cümlədən ƏDV-nin tətbiqini qadağan etmir. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-4805/2020 nömrəli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərar 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində verginin və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv olunmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş və apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2- 1(103)-1017/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(102)-12/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərar ilə 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində ödəmə mənbəyində verginin və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarı 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində ödəmə mənbəyində vergi və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iş iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarının 598.456,82 manat ƏDV və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində yenidən araşdırılması üçün təkrar baxışa göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2- 1(103)-111/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 854/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-111/2023 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və X16 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli **********156724 №li Səyyar vergi yoxlaması aktından görünür ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2018 tarixli **********155055 saylı qərarına əsasən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə - Sadələşdirilmiş vergi 3-cü Rüb 2016 - 1 -ci Rüb 2018; Mənfəət vergisi 2016-cı il - 2017-ci il; Aksiz vergisi-Sentyabr 2016 - Aprel 2018; Mədən vergisi Sentyabr 2016 - Aprel 2018; Əmlak vergisi 2016-cı il - 2017-ci il; Əlavə dəyər vergisi Avqust 2016 - Aprel 2018; Torpaq vergisi-2017-ci il - 2018-ci il; Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi 2016cı il - 2017-ci il; Ödəmə mənbəyində tutulan vergi 3-cü Rüb 2016 - 1 -ci Rüb 2018; Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195477 №li qərardan görünür ki, "xxxx" MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu tarixli **********156724 nömrəli akta və xx.xx.2019-cu tarixli **********625000 nömrəli sənədə baxılaraq aşağıdakılar müəyyən edilmişdir: - Mənfəət vergisi üzrə yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, elektron vergi hesab-fakturaları, qaimə-fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 132-ci və 133-cü və 108-ci maddələrinin tələbləri pozulmaqla mənfəət vergisi 2016-cı il üzrə 13904,91 manat, 2017-ci il üzrə 47133,98 manat, cəmi 61038,89 manat azaldılmışdır. - Mənfəət vergisinin azaldılmasının səbəbləri aşağıdakılardan ibarət olmuşdur: 2016cı il üzrə: -Əmək haqqı xərcləri 114.459,41 manat, Sosial Sığorta Fonduna ayırmalar 351,0 manat, nəqliyyat vasitələrinin təmir xərci 10148,79 manat, cəmi 124959,20 manat gəlirdən çıxılan xərclərə artıq aid edilmişdir; -Yanacaq xərcləri 2827,14 manat, rabitə xərcləri 13626,12 manat, digər xərclər 35175,14 manat (o cümlədən, konsaltinq xidmətləri 31742,94 manat, audit xidmətləri 3432,2 manat), əmlak vergisi 892,06 manat, torpaq vergisi 377,0 manat, nəqliyyat vasitələrinin normadan artıq təmir xərcinə hesablanmış 2537,20 manat amortizasiya xərcləri, cəmi 55434,66 manat gəlirdən çıxılan xərclərə az aid edilmiş, bununla da Vergi Məcəlləsinin 108-ci, 133.1-ci və 133.2-ci maddələrinin tələbləri pozulmuşdur. 2017-ci il üzrə: -Malların, iş və xidmətlərin təqdim olunmasından gəlir 109.188,52 manat azaldılmış, bununla da, Vergi Məcəlləsinin 132.1-ci maddəsinin tələbləri pozulmuşdur; -Əmək haqqı xərcləri 3834,1 manat, Sosial Sığorta Fonduna ayırmalar 61564,47 manat, rabitə xərcləri 112.975,80 manat, digər xərclər 11513,0 manat, əmlak vergisi 344,47 manat, cəmi 190.231,84 manat məbləğ gəlirdən çıxılan xərclərə artıq aid edilmişdir; -Enerji xərcləri 34377,01 manat, su və kanalizasiya xərcləri 1842,05 manat, digər xərclər 27531,0 manat, cəmi 63750,06 manat məbləğ gəlirdən çıxılan xərclərə az aid edilmiş, bununla da Vergi Məcəlləsinin 133.1 və 133.2-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ümumilikdə azaldılmış 61038,89 manat vergi məbləğinə 50% miqdarında, yəni 30519,45 manat məbləğində (o cümlədən, 2016-cı il üzrə 6952,46 manat, 2017-ci il üzrə 23566,99 manat) maliyyə sanksiyası tətbiq edilsin. Əmlak vergisi üzrə yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrdə ilin əvvəlinə və sonuna vergiyə cəlb olunan əsas vəsaitlərin qalıq dəyərləri düzgün göstərilməmiş, nəticədə 2016-cı ildə əmlak vergisi 892,06 manat azaldılmış, 2017-ci ildə isə 344,47 manat artıq hesablanmışdır. Bununla da, Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 2016-cı ildə azaldılmış 892,06 manat vergi məbləğinə 50% miqdarında, yəni 446,03 manat maliyyə sanksiyasının tətbiq edilsin. Ödəmə mənbəyində tutulan vergilər üzrə Yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, qaimə fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan vergi ümumilikdə 2.018.322,15 manat azaldılmışdır (o cümlədən, 2016-cı ilin 3-cü -4-cü rüblərində 654.224,11 manat, 2017-ci ildə 1.165.678,18 manat, 2018-ci ilin 1-ci rübündə 198.419,86 manat). Bununla da Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələbləri pozulmuşdur. - Cəmiyyət tərəfindən ödəmə mənbəyində tutulan vergilərin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1. Qeyri-rezidentlər Almaniyanın "Equinix", Türkiyənin "X2 A.Ş.", İsveçrənin “X6”, Türkiyənin “X17”, İngiltərənin “Binatel Consult” LLP, Kanadanın “Neotelis”, Serbiyanın “X21”, Niderland Krallığının “Evershed B.V.”, Bolqarıstan Respublikasının “X10”, İtaliyanın “X22”, Serbiyanın “X13” Macarıstanın “Persecutor” LTD, Bolqarıstanın “MKM-2012” LTD, Kanadanın “Univercity of Regina”, Niderland Krallığının “Ripe NCC”, İngiltərənin “GSM Association” şirkətlərinə və fiziki şəxslərə göstərilmiş xidmətlərə görə yoxlanılan dövr üzrə ümumilikdə ödənilmiş 107.979,96 manat (o cümlədən, 2016-cı ilin 4cü rübü üzrə 19407,63 manat, 2017-ci ilin 1-4-cü rübləri üzrə 88572,33 manat) xidmət haqqı ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunmaması və 10798,00 manat vergi məbləğinin az hesablanması, eyni zamanda, 2016-cı ilin 3-cü rübü üzrə 176,53 manat, 2018-ci ilin 1-ci rübü üzrə 377,81 manat, cəmi 554,34 manat ödəmə mənbəyində tutulan verginin artıq hesablanması olmuşdur. Bununla da Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələbləri pozulmuşdur. - Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövrdə beynəlxalq telekommunikasiya operatorları tərəfindən Azərbaycan Respublikasının istifadəçilərinə (ölkə ərazisində fəaliyyət göstərən rabitə müəssisələrinin və mobil rabitə operatorlarının istifadəçiləri olan rezident və qeyri-rezident şəxslər, vətəndaşlar) beynəlxalq telekommunikasiya xidmətləri göstərilmiş, X7 xidmətlərinə görə ödənişlər Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb edilməmişdir. Yoxlamaya təqdim edilmiş mühasibat sənədlərinə (dövriyyə cədvəllərinə, jurnal (memorial)-orderlərə və digər analitik uçot məlumatlarına) və ilkin uçot sənədlərinə (vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış hesablaşma məlumatlarına, xidmətlərin görülməsini təsdiq edən aktlara, ödəniş sənədlərinə və s.) əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin maddələrinin tələbləri pozularaq, beynəlxalq rabitə xidmətlərinə görə qeyri-rezidentlərə (beynəlxalq telekommunikasiya operatorlarına) ödənilmiş 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə 119.047,16 manat, 2017-ci il üzrə 7.729.365,83 manat və 2019-cü ilin 1-ci rübü üzrə 1.171.261,66 manat, cəmi 9.019.674,65 manat məbləğ ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb olunmamış və ümumilikdə 541.180,48 manat, ö cümlədən 2016-cı ilin 3-cü-4cü rübləri üzrə 7142,83 manat, 2017-ci il üzrə 463.761,95 manat və 2018-ci ilin 1-ci rübü üzrə 70275,70 manat vergi hesablanmamışdır. Bundan başqa, vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış qarşılıqlı hesablaşmalar barədə yoxlamaya təqdim edilmiş məlumatlar əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən göstərilmiş beynəlxalq rabitə xidmətlərinə görə beynəlxalq telekommunikasiya operatorları ilə qarşılıqlı hesablar üzrə mübadilə olunmuş və ya əvəzləşdirilmiş (yəni, alınmış xidmətlərə görə yaranmış kreditor məbləğlərinin göstərilmiş xidmətlərə görə yaranmış debitor məbləğləri hesabına qarşılıqlı olaraq bağlanmış) məbləğlərdən də ödəmə mənbəyində 6% dərəcə ilə verginin hesablanmaması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.17-ci, 125.1.4-cü və 150.1.6-cı maddələrinin tələbləri pozularaq beynəlxalq rabitə xidmətlərinə görə İddiaçı MMC ilə beynəlxalq telekommunikasiya operatorları arasında debitor və kreditor borclarının qarşılıqlı əvəzləşdirilməsi nəticəsində 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə bağlanmış 10.755.284,0 manat, 2017-ci il üzrə 11.550.983,16 manat və 2018-ci ilin 1-ci rübü üzrə 2.142.032,83 manat, cəmi 24.448.299,99 manat məbləğ ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb olunmamış və ümumilikdə 1.466.898,0 manat, o cümlədən 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə 645.317,04 manat, 2017-ci il üzrə 693.058,99 manat və 2018-ci ilin 1-ci rübü üzrə 128.521,97 manat vergi hesablanmamışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış 2.018.322,15 manat vergi məbləğinə 50% miqdarında, yəni 836.439,07 manat məbləğində (o cümlədən, 2016-cı ilin 3-cü rübü üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 172.722,01 manat maliyyə sanksiyası nəzərə alınmaqla, 2016-cı ilin 4-cü rübü üzrə 154.390,05 manat, 2017-ci il üzrə 582.839,09 manat, 2018-ci ilin 1-ci rübündə 99209,93 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, elektron vergi hesab-fakturaları, qaimə-fakturalar, işlərin, xidmətlərin təhviltəslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 157.3, 159.1, 159.2, 161.1 və 166.3, 169, 85.4 və 175.1-ci, 175.1.2-ci maddələrinin tələbləri pozulmaqla yoxlanılan dövr ərzində ümumilikdə ƏDV 6.605.169,26 manat azaldılmışdır (o cümlədən, 2016-cı ilin avqust-dekabr aylarında 1.569.723,94 manat azaldılmış, 2017-ci il üzrə manat azaldılmış, 16647,01 manat artıq hesablanmış, 2018-ci ilin yanvar-aprel aylarında 956.580,33 manat azaldılmışdır). - Yoxlama ilə müəyyən edilmiş ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılardan ibarət olmuşdur: 1) Cəmiyyət tərəfindən göstərilmiş xidmətlər (uyğunluq sertifikatlarının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, "Data Mərkəz" və s. xidmətlərin göstərilməsi) üzrə tutulan əməliyyatların vaxtı müəyyənləşdirilərkən VM-nin 166.1-ci maddəsinə zidd olaraq 30 gün müddətində həyata keçirilmiş ödəmələr nəzərə alınmamış, habelə yoxlama ilə ƏDV bəyannamələrində göstərilmiş vergiyə cəlb olunan dövriyyələr yazılmış e-VHF-lar üzrə dövriyyələrlə və mühasibat uçotu məlumatlarında əks olunmuş dövriyyələrlə üzləşdirilərkən vergi ödəyicisi tərəfindən kənarlaşmalara yol verildiyi və VM-nin 159.2-ci maddəsinə zidd olaraq göstərilmiş bəzi xidmətlərin dəyərinin vergiyə cəlb olunan dövriyyələrə daxil edilmədiyi müəyyən edilmişdir. Belə ki, ƏDV-yə cəlb olunan dövriyyə ayrı-ayrı hesabat ayları üzrə ümumilikdə 3.748.528,58 manat (o cümlədən, 2016-cı il üzrə 813.730,29 manat və 2017ci il üzrə 2.285.204,65 manat və 2018-ci ilin yanvar-aprel ayları üzrə 649.593,64 manat) azaldılmış, eyni zamanda 423.768,42 manat (o cümlədən, 2017-ci il üzrə 77789,37 manat və 2018-ci il üzrə 345.979,05 manat) artıq hesablanmışdır. Nəticədə, ayrı-ayrı hesabat ayları üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV 598.456,82 manat (o cümlədən, 2016-cı il üzrə 146.471,44 manat və 2017-ci il üzrə 411.336,84 manat və 2018-ci ilin yanvar-aprel ayları üzrə 116.926,86 manat) az hesablanmış, eyni zamanda ayrı-ayrı hesabat ayları üzrə -76278,32 manat (o cümlədən 2017-ci il üzrə 14002,09 manat və 2018-ci il üzrə 62276,23 manat) artıq hesablanmış, bununla da Vergi Məcəlləsinin 159.1, 159,2, 161.1 və 166.3-cü maddələrinin tələbləri pozulmuşdur; 2) Qeyri-rezidentlər tərəfindən göstərilmiş xidmətlərə görə hesablanmış ƏDV-nin düzgünlüyü yoxlanılarkən 2017-ci ildə ödənilmiş 15204,57 manat xidmət haqqı 18% dərəcə ilə vergiyə cəlb olunmamış və 2736,82 manat vergi məbləği az hesablanmışdır. Eyni zamanda, 2018-ci ilin yanvar-aprel ayları üzrə 28131,98 manat xidmət haqqı vergiyə cəlb olunan dövriyyəyə artıq daxil edilmiş və 5063,75 manat ƏDV artıq hesablanmış, bununla da Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur; 3) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş malın dəyəri 585.698,48 manat, ƏDV 105.425,73 manat olan xx.xx.2013-cü il tarixli HF seriyalı 902334 nömrəli vergi hesab-fakturası üzrə, 2016-cı ilin sentyabr ayında 366.441,23 manat malın dəyəri, 65959,42 manat ƏDV, 2017-ci ilin aprel ayında təkrar olaraq malın dəyəri 366.441,23 manat, ƏDV 65959,42 manat, cəmi 131.918,84 manat ƏDV malların təqdim olunmasından 3 il keçməsinə baxmayaraq, düzgün olmayaraq əvəzləşdirilmiş, bununla da Vergi Məcəlləsinin 157.3.3-cü və 85.4-cü maddələrinin tələblərinin pozulduğu aktda qeyd edilmişdir. Lakin araşdırma nəticəsində müəssisə tərəfindən ƏDV əvəzləşdirilməsinin yalnız 26493,11 manat artıq aparıldığı müəyyən edilərək əlavə olaraq hesablanmış, 105.425,73 manat ƏDV əvəzləşdirilməsi bərpa edilmişdir. 4) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 121235 nömrəli vergi hesab -fakturası üzrə 27138,74 manat ƏDV, xx.xx.2017- ci il tarixli HM seriyalı 998151 nömrəli vergi hesab - fakturası üzrə 224.640,0 manat, cəmi 251.778,74 manat ƏDV, mallar 2017-ci ilin fevral ayında alındığı üçün cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin dekabr ayında deyil, 2017-ci ilin fevral ayında əvəzləşməli idi. Eyni zamanda, "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 720190 nömrəli vergi hesab-fakturası üzrə 301,31 manat və xx.xx.2016-cı il tarixli HM seriyalı 642567 nömrəli vergi hesab-fakturası üzrə 39908,07 manat, cəmi 40209,38 manat ƏDV, ödəniş 2017-ci ilin fevral ayında aparıldığı üçün, əvəzləşmə cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin iyun ayında deyil, 2017-ci ilin fevral ayında aparılmalı idi; 5) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli HN seriyalı 210573 nömrəli vergi hesab -fakturası üzrə 53595,90 manat ƏDV-nin əvəzləşməsi malların dəyərinin və ƏDV-nin 2017-ci ilin mart ayında ödənildiyi üçün cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin dekabr ayında deyil, 2017-ci ilin mart ayında əvəzləşdirilməli idi; 6) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2017-cİll tarixli HO seriyalı 158372 nömrəli vergi hesab-fakturaları üzrə əvvəlki dövrlərdə aparılmış əvəzləşmələr nəzərə alınmaqla 34799,69 manat ƏDV artıq əvəzləşdirilmiş, bununla da Vergi Məcəlləsinin 175ci maddəsinin tələbləri pozulmuşdur; 7) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli HP seriyalı 602349 nömrəli vergi hesab-fakturası üzrə malın dəyərinin və ƏDV-nin ödənişi 2017-ci ilin noyabr ayında aparıldığı üçün, həmin vergi hesab-fakturası üzrə 58481,89 manat məbləğində ƏDV-nin əvəzləşməsi, cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin sentyabr ayında deyil, 2017-ci ilin noyabr ayında aparılmalıdır; 8) "xxxx" MMC (VÖEN-**********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 121235 nömrəli vergi hesab-fakturası üzrə 27138,74 manat ƏDV 2016-cı ilin oktyabr ayında əvəzləşdirilməsinə baxmayaraq, 2017-ci ilin fevral ayında təkrar əvəzləşdirilmişdir, eyni zamanda qeyri-rezidentə görə əvəzləşdirilən ƏDV məbləği şəxsi hesab vərəqədə qeyri-rezidentə görə ödənilmiş ƏDV-dən 10,58 manat artıq göstərilmişdir; 9) Cəmiyyət tərəfindən 2017-ci ilin iyun ayında idxalda ödənilmiş 11306,3 manat ƏDV əvəzləşmədə nəzərə alınmamış, nəticədə ƏDV büdcəyə 11306,3 manat artıq hesablanmışdır; 10) "xxxx" ASC (VÖEN 9********) tərəfindən təqdim olunmuş xx.xx.2016cı il tarixli HM seriyalı 049144 nömrəli vergi hesab-fakturası üzrə 125,7 manat ƏDV-nin əvəzləşməsi 2016-cı ilin oktyabr ayında aparılmasına baxmayaraq, 2016-cı ilin noyabr ayında təkrar əvəzləşdirilmişdir; 11) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2016- cı il tarixli HL seriyalı vergi hesab-fakturası üzrə 88,02 manat ƏDVnin 2016-cı ilin noyabr aymda əvəzləşdirilməsinə baxmayaraq, 2017-ci ilin yanvar ayında təkrar əvəzləşdirilmişdir; 12) "xxxx" QSC (VÖEN **********) tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli HP seriyalı 964945 nömrəli vegi hesab-fakturası üzrə 2017-ci ilin oktyabr ayında 2,07 manat ƏDV ödəniş olmadan artıq əvəzləşdirilmişdir. 13) Yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X8 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş, lakin 2016-cı ilin sentyabr-dekabr aylarında 7.539.818,73 manat, 2017-ci ildə 19.789.451,18 manat və 2018-ci ilin yanvar-aprel aylarında 5.038.852,45 manat, ümumilikdə 32.368.122,36 manat göstərilmiş xidmətlərə görə qeyri-rezidentə ödənilməli olan məbləğə 2016-cı ilin sentyabr-dekabr aylarında 1.357.167,37 manat, 2017-ci ildə 3.562.101,21 manat və 2018-ci ilin yanvar-aprel aylarında 906.993,44 manat, ümumilikdə 5.826.262,02 manat ƏDV hesablanmamışdır. Bununla da, Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur. Müəssisə tərəfindən ƏDV-nin və ÖMV-nin hesablanmaması X1 6.1.3-cü bəndinə istinad edilərək həyata keçirilmişdir. Lakin X1 6.1.3-cü bəndində qeyd edilmişdir ki, hər hansı bir ölkənin milli qanunvericiliyində beynəlxalq telekommunikasiya xidmətlərinə görə vergilərin tutulması nəzərdə tutulursa, bu halda bir qayda olaraq bu vergilər yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilir. Sözügedən Reqlamentin maddəsi üzrə vergilərin tətbiqi istisna edilməmiş və vergilərin bir qayda olaraq yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda həmin məbləğ hissəsində ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə aylar üzrə azaldılmış 6.499.743,43 manat vergi məbləğinə 50% miqdarında, yəni 2.724.295,11 manat məbləğində (o cümlədən, 2016-cı ilin sentyabr, oktyabr, noyabr ayları üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 533.900,11 manat və 2017-ci ilin aprel ayı üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 19733,15 manat maliyyə sanksiyası nəzərə alınmaqla, 2016-cı ilin dekabr ayı üzrə 217.982,15 manat, 2017-ci il üzrə 2.028.022,80 manat, 2018-ci ilin yanvar-aprel ayları üzrə 478.290,16 manat) maliyyə sanksiyası tətbiq edilsin. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: "xxxx" MMC xx.xx.2019-cu il tarixli **********061000 nömrəli məktubla yoxlamada müəyyən edilmiş məsələlərə aşağıdakı etirazlarını bildirmişlər. 1. Səyyar vergi yoxlaması aktında izahlı əsaslandırılmalar üzrə məbləğlərin cəmi müvafiq xülasədə qeyd olunan yekun əlavə hesablanmış vergi məbləğindən fərqlənir. Belə ki, 2017-ci il üzrə əlavə hesablanmış ƏDV məbləğinin yekunu 4.078.864,99 manat müəyyən olduğu halda, yalnız 4.012.900,0 manat ƏDV məbləğinin əlavə hesablanması ilə bağlı izahlı əsaslandırma təqdim olunmuşdur. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, qeyd olunan hesablamalar yenidən aparılmış və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Belə ki, 2017-ci il üzrə hesablamaların yekunu 4.078.864,99 manat (o cümlədən, 411.336,84 – 14002,09 + 2736,82 + 65959,42 + 34799,69 + 27138,74 + 10,58 – 11306,3 + 88,02 + 2,07 + 3.562.101,2) təşkil etmiş və aktda göstərilmişdir. 2. Malların təqdim olunmasından 3 il keçməsinə baxmayaraq, aparılmış ƏDV əvəzləşdirilməsinin VM-nin 157.3.3-cü maddəsinin zidd olduğu bildirilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, göstərilmiş xidmətlərin dəyərinin ödənildiyi tarixlərdən 3 il keçmədiyi üçün vergi ödəyicisinin əvəzləşdirilmə hüququnun olduğu əsaslı hesab edilmiş və 105.425,73 manat ƏDV əvəzləşdirilməsi bərpa edilmişdir. Bir sıra şirkətlər üzrə əvəzləşdirilən ƏDV-nin tanınması vaxtının düzgün qeyd olunmadığı, ƏDV məbləğinin əvəzləşdirilməsinin malların və ya xidmətlərin təqdim edilməsinin tamamlanması, e-VHF-nin təqdim edilməsi, əsas məbləğin bank hesabına, ƏDV məbləğinin isə depozit hesabına ödənilməsi şərti əsasında aparılmalı olduğu göstərilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, ƏDV əvəzləşdirilmələrinə yenidən baxılmış və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Aparılmış ƏDV əvəzləşdirilmələri barədə səyyar vergi yoxlaması aktında və qərarda geniş açıqlama verilmişdir. 4. ƏDV tutulan əməliyyatların ƏDV-nin məqsədləri üçün tanınma dövrünün yoxlama zamanı düzgün müəyyən edilmədiyi və bununla da VM-nin 166.1-ci və 166.3-cü maddələrinin tələblərinin pozulduğu göstərilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunmuşdur. Bağlanmış müqavilə üzrə xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi zamanı vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün hər dəfə ƏDV-nin elektron vergi hesabfakturasının verildiyi vaxt hesab edilir. Lakin Vergi Məcəlləsinə əsasən vergi tutulan əməliyyat üçün elektron vergi hesab-fakturası xidmətlər göstəriləndən 5 gün ərzində verilməlidir. Göstərilən xidmətlərə görə 5 gün ərzində ƏDV-nin elektron vergi hesabfakturası təqdim edilmədiyi halda ƏDV tutulan əməliyyatın vaxtı xidmətlərin tam başa çatdığı vaxt və ya göstərilən xidmətlərə görə ödəmə əvvəlcədən həyata keçirilmişdirsə əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 5. Vergi Məcəlləsinin 2.5-ci maddəsi və X1 6.1.3-cü bəndi əsas gətirilərək beynəlxalq müqavilələr üzrə qeyri-rezidentin ƏDV-si və ÖMV hesablanması ilə əlaqədar məsələlərlə razı olmadıqları bildirilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X8 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş, lakin ƏDV və ÖMV hesablanmamışdır. Müəssisə tərəfindən ƏDV-nin və ÖMVnin hesablanmaması X1 6.1.3-cü bəndinə istinad edilərək həyata keçirildiyi göstərilmişdir. Lakin X1 6.1.3-cü bəndində qeyd edilmişdir ki, hər hansı bir ölkənin milli qanunvericiliyində beynəlxalq telekommunikasiya xidmətlərinə görə vergilərin tutulması nəzərdə tutulursa, bu halda bir qayda olaraq bu vergilər yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilir. Sözügedən Reqlamentin maddəsi üzrə vergilərin tətbiqi istisna edilməmiş və vergilərin bir qayda olaraq yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda həmin məbləğ hissəsində ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan qərarla vergi orqanı tərəfindən vergi ödəyicisi "xxxx" MMC-yə cəmi 8.579.652,18 manat əlavə vergi hesablanmış və 3.614.248,60 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********580500 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan cəmi 12.193.900,78 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə müəyyən edilmiş ƏDV-nin azaldılmasının səbəbləri iddiaçı Cəmiyyət tərəfindən göstərilmiş xidmətlər (uyğunluq sertifikatlarının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, "Data Mərkəz" və s. xidmətlərin göstərilməsi) üzrə tutulan əməliyyatların vaxtı müəyyənləşdirilərkən VM-nin 166.1-ci maddəsinə zidd olaraq 30 gün müddətində həyata keçirilmiş ödəmələrin nəzərə alınmamasından, habelə yoxlama ilə ƏDV bəyannamələrində göstərilmiş vergiyə cəlb olunan dövriyyələr yazılmış e-VHF-lar üzrə dövriyyələrlə və mühasibat uçotu məlumatlarında əks olunmuş dövriyyələrlə üzləşdirilərkən vergi ödəyicisi tərəfindən kənarlaşmalara yol verilməsindən və VM-nin 159.2-ci maddəsinə zidd olaraq göstərilmiş bəzi xidmətlərin dəyərinin vergiyə cəlb olunan dövriyyələrə daxil edilməməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1ci və 166.1.2- ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud (166.1.1.); malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda (166.1.2.). Həmin Məcəllənin 166.3-cü maddəsinə (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cəmiyyət tərəfindən telekommunikasiya sahəsində göstərilən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər kateqoriyasına aid edilərək, həyata keçirilir və bu zaman VM-in 166.1 və 166.3-cü maddələrinin şərtlərinə müvafiq qaydada ƏDV bəyan edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(102)-12/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərar ilə 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində ödəmə mənbəyində verginin və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarı 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində ödəmə mənbəyində vergi və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iş iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarının 598.456,82 manat ƏDV və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində yenidən araşdırılması üçün təkrar baxışa göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-854/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, “iş üzrə əvvəlki kassasiya icraatı zamanı kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ...cavabdeh səyyar vergi yoxlamasının nəticələrinə dair aktda iddiaçı tərəfindən dövriyyənin tam göstərilməməsini (gizlədildiyi) bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətində 2016-cı ilin sentyabr ayından 2018-ci ilin aprel ayınadək hər ay üzrə təqdim etdiyi cədvəllərdə iddiaçı tərəfindən bəyan edilməli əməliyyatları əks etdirmişdir. Həmin cədvəllərdə, aylıq olaraq iddiaçı tərəfindən təqdim edilmiş malın, işin və ya xidmətin adı, dəyəri, e-VHF haqqında məlumatlar (tarixi, nömrəsi, dəyəri), ödənişin tarixi, forması və dəyəri göstərilmişdir. Cavabdeh iddiaçı tərəfindən bəyan edilmiş məbləğlərlə özünün müvafiq aya aid etdiyi əməliyyatların dəyərini müqayisəli şəkildə göstərərək vergidən yayınma halını izah etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə VM-nin 166.1-ci və 166.3-cü maddələrinin bir-birini istisna etməməsi və onların kompleks şəkildə tətbiqinin zəruri olmasını qeyd etməklə kifayətlənmiş, cavabdeh tərəfindən cədvəllərdə əks olunan əməliyyatları təhlil etməmiş və araşdırmamışdır. Buna görə də kassasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə yanaşı, yenidən işə baxan məhkəmə üçün izah etmişdi ki, iddiaçı tərəfindən hər hansı vergidən yayınma halına yol verilib-verilməməsi ilə bağlı məsələnin araşdırılması üçün, ilk növbədə iddiaçı tərəfindən ƏDV üzrə 2016-cı ilin sentyabr ayından 2018-ci ilin aprel ayınadək verilmiş bəyannamələrdə əks olunan dövriyyə məbləğlərinin yaranmasının əsasında duran malın təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi haqqında məlumatlar əldə edilməlidir. Bundan sonra, həmin əməliyyatların xarakterindən asılı olaraq (daimi və müntəzəm olub-olmamasından asılı olaraq) həmin vergiyə cəlb edilən əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin (daimi və müntəzəm olubolmamasından asılı olaraq) tələbləri baxımından düzgün bəyan edilib-edilməməsi qiymətləndirilməlidir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim ediləcək məlumatlarla cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi cədvəllərdəki məlumatlar müqayisə edilməklə fərqliliklər müəyyən edilməli və həmin əməliyyatların Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin (daimi və müntəzəm olub-olmamasından asılı olaraq) tələbləri baxımından düzgün bəyan edilib-edilməməsi müəyyən edilməklə mübahisələndirilən qərarla 598.456,82 manat məbləğində ƏDV-nin hesablanmasının qanuniliyinə qiymət verilməlidir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 166.1-ci və 166.3-cü maddələrinin bir-birini istisna etməməsi və onların kompleks şəkildə tətbiqinin zəruri olmasını qeyd etməklə kifayətlənmiş, cavabdeh tərəfindən cədvəllərdə əks olunan əməliyyatları təhlil etməmiş və araşdırmamışdır. Halbuki, onsuz da mübahisə üzrə VM-nin 166.1 və 166.3-cü maddələrinin tətbiqi ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında konkret hüquqi mövqe ifadə olunaraq qeyd edilmişdi ki, «iddiaçı tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə tətbiqi və bu zaman Məcəllənin 166.1-ci maddəsi ilə 166.3-cü maddəsinin birgə tətbiq edilməməsi düzgün olmuşdur. Buna görə də həmin normanın tətbiqi əsasında apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında verilmiş göstəriş əsasında:
1. İlk növbədə iddiaçı tərəfindən ƏDV üzrə 2016-cı ilin sentyabr ayından 2018-ci ilin aprel ayınadək verilmiş bəyannamələrdə əks olunan dövriyyə məbləğlərinin yaranmasının əsasında duran malın təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi haqqında məlumatlar əldə etməli;
2. Bundan sonra, həmin əməliyyatların xarakterindən asılı olaraq (daimi və müntəzəm olub-olmamasından asılı olaraq) həmin vergiyə cəlb edilən əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin (daimi və müntəzəm olubolmamasından asılı olaraq) tələbləri baxımından düzgün bəyan edilib-edilməməsi qiymətləndirilməli;
3. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim ediləcək məlumatlarla cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi cədvəllərdəki məlumatlar müqayisə edilməklə fərqliliklər müəyyən edilməli;
4. Həmin əməliyyatların Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin (daimi və müntəzəm olub-olmamasından asılı olaraq) tələbləri baxımından düzgün bəyan edilibedilməməsi müəyyən etməklə, mübahisələndirilən qərarla 598.456,82 manat məbləğində ƏDV-nin hesablanmasının qanuniliyinə qiymət verilməli idi. Apelyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd olunan göstərişlərin icrası üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin edərək, icra olunması üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş, lakin ekspert ekspertiza aparılmasından imtina etmiş və xx.xx.2023-cü il tarixli məlumatda imtinanın səbəbini izah edərək bildirmişdir ki, ekspertizada iştirak edən tərəflərlə müzakirə zamanı müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə dəyər vergisi hesablanarkən VM-nin 166-cı maddəsinin hansı bəndinin tətbiq olunması məsələsi hüquqi xarakter daşıdığndan bu məsələyə məhkəmə tərəfindən qiymət verilməlidir. Göründüyü kimi ekspert VM-nin 166-cı maddəsinin hansı hissəsi üzrə hesablama aparılması barədə aydın təsəvvürü olmadığına görə rəy verməkdən imtina etmişdir. Halbuki, artıq Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında aydın hüquqi mövqe ifadə olunmuşdu ki, «iddiaçı tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə tətbiqi və bu zaman Məcəllənin 166.1-ci maddəsi ilə 166.3-cü maddəsinin birgə tətbiq edilməməsi düzgün olmuşdur”. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə apellyasiya instansiya məhkəməsində yenidən baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı tərəfindən ƏDV üzrə 2016-cı ilin sentyabr ayından 2018-ci ilin aprel ayınadək verilmiş bəyannamələri ilə bağlı əməliyyatların xarakteri (daimi və ya müntəzəm) müəyyənləşdirilsin.
2. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş (işin materiallarına əlavə edilmiş) məlumatlarla cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi cədvəllərdəki məlumatlar müqayisə edilməklə fərqliliklər müəyyən edilsin.
3. Həmin əməliyyatlar Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbləri baxımından (səyyar vergi yoxlaması dövründə qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq) düzgün bəyan edilibmi?
4. Yuxarıda göstərilənlər müəyyən olunandan sonra mübahisələndirilən qərarla 598.456,82 manat məbləğində ƏDV-nin hesablanmasının əsaslı olub-olmaması müəyyən olunsun.
5. Ekspertiza tədqiqatı aparılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-854/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 35-37-ci bəndlərində qeyd olunanlar nəzərə alınsın. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2025-ci il tarixli ekspert rəyində qeyd edilir ki, birinci sual üzrə rəyin tədqiqi hissəsində göstərilən səbəbdən hazırkı ekspertiza qarşısında qoyulan birinci sual üzrə tədqiqat aparmaq mümkün olmadı. İkinci – beşinci suallar üzrə: tədqiqi hissəsində göstərilənlərə əsasən qeyd edilir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş məlumatlarla cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi cədvəllərdəki məlumatlar müqayisə edilərkən fərqliliklərin olması və həmin məlumat və cədvəllərdəki əməliyyatların müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə aid olması nəzərə alındıqda bu əməliyyatların vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbləri baxımından (səyyar vergi yoxlaması dövründə qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq) düzgün göstərilməsi müəyyən olunur. Həmçinin qeyd edilir ki, 598.456,82 manat məbləğində əlavə olaraq hesablanmış ƏDV-yə səbəb aparılan əməliyyatların müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə aid olduğu halda lakin həmin əməliyyatlar vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbləri baxımından (səyyar vergi yoxlaması dövründə qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq) nəzərə alınmadığı təqdirdə vergi ödəyicisinə əlavə olaraq hesablanmış həmin ƏDV (598.456,82 manat) məbləğinin düzgünlüyü müəyyən olunmur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə münasibət olaraq təqdim edilmiş 08 sentyabr 2025-ci il tarixli, 3-21-2-2/2-50435/2025 məktubda qeyd edilir ki, ekspert qoyulmuş sualları araşdırarkən ilk növbədə mühasibatlıq tərəfdən araşdırmaqla elektron vergi hesab fakturalar, təhvil təslim aktları, ödəniş sənədləri, depozit hesaba köçürülən vəsaitlər müqayisə edilməklə hər hansı nəticəyə gələ bilərdi. Hətta ekspert heç bir müqayisəli cədvəl tərtib etmədən yayındırılmış 598.456,82 manat verginin digər dövrlərdə göstərildiyini, lakin hansı dövrdə hansı fakturaya əsasən və ya ödəmə sənədinə, bəyannaməyə uyğun olduğunu bildirməmişdir. Ekspert heç bir araşdırma aparmamışdır. Bu səbəbdən ekspert məhkəməyə dəvət edilməli və hesablamaların hansı səbəbdən səhv olduğunu məhkəmə iclasında bildirməlidir. Vergi ödəyicisinin yoxlanılan dövrlər üzrə 2016cı ildə 146.471,44 manat, 2017-ci ildə 397.334,75 manat və 2018-ci il üzrə 54650,63 manat vergilərin (artıq göstərilmiş vergi məbləğləri nəzərə alınmaqla) dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilmişdir. Həmçinin, yoxlama ilə vergi ödəyicisinin müvafiq aylar üzrə 2017-ci il fevral ayı üzrə 1946,64 manat, 2017-ci ilin aprel ayı üzrə 8545,56 manat, 2017-ci ilin iyul ayı üzrə 3509,89 manat, 2018-ci ilin yanvar üzrə 11907,46 manat və 2018ci ilin fevral ayı üzrə isə 50368,77 manat vergilərin artıq göstərildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən hesablamalar vergi ödəyicisinin təhvil-təslim aktlarına uyğun aparılmışdır. Yəni vergi orqanı iş və xidmətlərin göstərildiyi vaxtı və təhvil-təslimini özü müəyyənləşdirməmişdir. Vergi ödəyicisinin hesab-fakturanı istədiyi vaxt vermək hüququnun olması həm inzibatçılıq qaydasına, həm Vergi Məcəlləsinə uyğun deyildir. 28 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında ekspert X14 çıxış edərək bildirmişdir ki, məhkəmə qərardadında qoyulan 1-ci sual üzrə sənədlər tam olmadığından, həmin sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. 2-ci sual üzrə fərqliliklərin olduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.3-cü maddəsinə istinad edilməklə cədvəl tərtib olunsa da, vergi orqanı tərəfindən tərtib edilən cədvəldə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinə istinad edilmişdir. Vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.3-cü maddəsinə uyğun olaraq, düzgün formada cədvəl tərtib edildiyi müəyyən edilmişdir. Lakin, vəsatətlərə əsasən, tələb olunan sənədlər tam təqdim olunmadığından, əməliyyatların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.3-cü maddəsinin əhatəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamış və suallar müəyyən qədər cavablandırılmışdır. Aparılan əməliyyatlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.3-cü maddəsinin əhatəsinə aid olduğu təqdirdə, yalnız 166.3-cü maddəyə istinad edilməlidir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı "Azərbaycan İnternational Telecom (Azintelecom)" MMC (VÖEN **********) üzrə ƏDV bəyannaməsi - xüsusi hissə: dövrlər üzrə açılış, həmçinin qarşılıqlı hesablaşma aktları da təqdim edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş sənədləri, ekspert rəyini təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarının 598.456,82 manat ƏDV və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanmasına aid hissədə də ləğv edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 153-cü maddəsinə əsasən (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 166.1-ci maddəsinə əsasən (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesabfakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. 166.2-ci maddəsinə əsasən (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. 166.3-cü maddəsinə əsasən (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada. Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyrirezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən, elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 mart 2000-ci il tarixində imzalanmış 826-İQ nömrəli “X4 Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası X3 1992-ci il dekabrın 22- də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə 1994-cü il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 fevral 2014-cü il tarixində imzalanmış 895-İVQ nömrəli “X5”nin təsdiq edilməsi haqqında Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il dekabrın 14-də Dubay şəhərində imzalanmış “X5”-nin (bundan sonra, “TR”) müddəalarına qoşulmuşdur. TR-in 6.3-cü maddəsinə əsasən, üzv ölkələrin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan haqqa görə vergi qoyulması nəzərdə tutularsa, o zaman hesablanan vergi yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu maddə faktiki olaraq, vergi qoyma sahəsini məhdudlaşdıraraq, onun 1) səlahiyyətli istismar təşkilatlarına deyil, onların müştərilərinə, 2) məhz bu tələbi irəli sürən qanunvericiliyin aid olduğu üzv ölkənin müştərilərinə münasibətdə tətbiq olunmalı olduğunu şərtləndirir. Bu şərtlər çərçivəsində, faktiki olaraq VM əsasında iddiaçı öz yerli müştərilərinə göstərdiyi xidmətlər üzrə haqqa (collection chagres) ƏDV tətbiq edir, bu cür haqlardan mənfəət vergisi hesablayır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 nömrəli qərarı 598.456,82 manat ƏDV və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə işin araşdırılması zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********195477 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 4-cü bəndində “tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunmuşdur” ifadəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının 11-ci və 64-cü bəndlərində vergi orqanının etiraz məktubunda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunduğu qeyd edilir. Yuxarıda qeyd olunanlara əsasən əməliyyatların daimi və ya müntəzəm xarakterdə olması vergi orqanı tərəfindən hazırlanmış müvafiq sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarının 32-ci bəndində qeyd olunmuşdur ki, “mübahisə üzrə VM-nin 166.1 və 166.3-cü maddələrinin tətbiqi ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında konkret hüquqi mövqe ifadə olunaraq qeyd edilmişdir ki, “iddiaçı tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə tətbiqi və bu zaman Məcəllənin 166.1-ci maddəsi ilə 166.3-cü maddəsinin birgə tətbiq edilməməsi düzgün olmuşdur”. Ekspertiza qarşısında qoyulmuş 2-5-ci sualların tədqiqi zamanı isə ekspert tərəfindən göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş məlumatlarda vergi dövrləri elektron vergi hesab-fakturaların tərtib edildiyi dövrlər və Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbləri əsas götürülərək göstərilmişdir. Vergi orqanı tərəfindən isə vergi dövrləri Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, əməliyyatların müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə aid olması nəzərə alındıqda bu əməliyyatların "xxxx" MMC tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tələbləri baxımından düzgün göstərilməsi müəyyən olunur. Nəticə etibarilə xidmətlərin daimi və ya müntəzəm olması vergi orqanının özü tərəfindən təsbit edilmiş, Ali Məhkəmə daimi və ya müntəzəm əməliyyatlara Vergi Məcəlləsinin 166.3-cü maddəsinin tətbiq edilməsini təsdiq etmiş və ekspertlər "xxxx" MMC-nin əməliyyatları Vergi Məcəlləsinin 166.3-cü maddəsinə uyğun bəyan etdiyini təsdiq etmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mübahsələndirilən hissədə təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov