Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3213/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3213/2023 (Açar sözlər:”bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması”) Bakı şəhəri 28 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.
1. Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyi tərəfindən 20.9.2006-cı il tarixli, 38642 saylı icarə müqavilə ilə Bakı şəhəri, Görədil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Görədil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
3. Cavabdeh 19 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh qeyd etmişdir ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyinə və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığına görə ərizənin icrası mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış 38842 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Görədil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair hüquqların İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 274 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə X2 və İstismarı Birliyinin 116 nömrəli, xx.xx.2006-cı il tarixli protokolu təsdiq edilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Görədildəki 1696g nömrəli bağ sahəsi ona təhkim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 38842 saylı, xx.xx.2006-cı il tarixli müqavilə ilə 1696g nömrəli bağın istifadəyə verilməsi razılaşdırılmışdır və Binəqədi rayonu Görədil ərazisində 0.06 ha torpaq sahəsi istifadəyə verilmişdir. Həmin vaxt da torpaq sahəsi sərhədləri müəyyən edilməklə naturadan ayrılaraq onun istifadəsinə verilmişdir, torpaq sahəsinin hasarının tikilməsi üçün inşaat materialları da alınaraq torpaq sahəsinə aparılmışdır. Müəyyən səbəblərdən bağ sahəsində tikinti işləri apara bilməmişdir. Binəqədi rayonu Görədil bağ massivində yerləşən 1696g saylı bağ sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmişdir.Verilmiş cavabda arxivdə mövcud olan bağ sahəsinə dair cizgidə dəqiq istinad və məsafələr qeyd edilmədiyindən və bağların bölgüsünə dair məlumatlarda bağ sahəsinin nömrəsinin aşkar olunmadığı səbəbindən qeyd edilən bağ sahəsinin yerini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsinə qanuna müvafiq qaydada ayrılmış, sərhədləri naturada müəyyən edilərək onun istifadəsinə verilmişdir.
Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımır və idarə tərəfindən müəyyənləşdirilməsini istəyir. Bununla əlaqədar, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyindən və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından bağ sahəsinin yerini müəyyənləşdirmək mümkün olmamışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəmənin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 nömrəli qərarı ilə iddia təmin edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 38842 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Görədil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair hüquqların İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələrinin göstərilməməsi və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması iddiaçının təqsiri deyil və qeyd edilən hal torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. İddiaçı 1696g nömrəli bağ sahəsinə onun qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ əldə etdiyindən, həmçinin cavabdeh orqanda mübahisə predmeti olan bağ sahəsinə dair arxiv qovluğu aşkar edildiyindən, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-1038/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5681/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1079/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1038/2022 nömrəli qərarı ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. ə) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.8.-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.
18. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 19.Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən (şikayətdə qərarın tam ləğv edilməsi xahiş olunmuşdur) birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 23 Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-1079/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 saylı qərarı ləğv olunmalı və iddia rədd edilməlidir.
25. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
27. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirir ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyinə və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır.
28. Birinci instansiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı nəticəyə gələrkən iddiaçıya Bakı şəhəri, Görədil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsinin Bakı ŞİH-in sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 38642 nömrəli müqaviləsi ilə ayrıldığından və həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən müqaviləni mötəbər sübut kimi qiymətləndirmiş, iddiaçını həmin bağ sahəsinin qanuni istifadəçisi hesab etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələbələrinə uyğun hesab etmir.
30. Belə ki, məhkəmə icraat zamanı, o cümlədən yeni apellyasiya baxışı zamanı iddiaçı təsdiq etmişdir ki, o, X2 və İstismarı Birliyi ilə müqavilə bağladıqdan sonra onun istifadəsinə verilmiş torpaq sahəsini hasara almışdır. Daha sonra həmin torpaq sahəsi iddiaçıdan alınmış, hasar sökülmüş və onun başqa torpaq sahəsində yerləşdiriləcəyi ilə bağlı vəd verilmişdir. Lakin ona başqa yerdən torpaq sahəsi vermədilər. Buna görə də ona həmin nömrə ilə başqa torpaq sahəsinin verilməsini tələb edir (iş v. 89, 94, 98, 103).
31. Cavabdeh də iddiaya etirazında qeyd edir ki, iddiaçı bağ sahəsinin yerini tanımır və idarə tərəfindən müəyyənləşdirilməsini istəyir (iş v.15).
32. Beləliklə, müəyyən olunur ki, iddiaçı bağ sahəsinin yerini tanımır (torpaq sahəsi istifadəsində deyil) və idarə tərəfindən müəyyənləşdirilməsini istəyir. Qeyd oluııan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada məktub ünvanlanmışdır.(**********36 saylı, xx.xx.2021-ci il tarixli.)
33. Məhkəmə Kollegiyası vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.( Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddəsi.)
34. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, vətəndaşların qanuni istifadəsindəki torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
35. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmamış, qanunun tələblərinə uyğun olmayan nəticəyə gəlinərək iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.
36. Sonunda məhkəmə Kollegiyası onu da diqqətə alır ki, hazırkı iş üzrə bəhs edilən daşınmaz əmlakın dövlət qeydiyyatı faktiki vəziyyətə uyğun aparılmalıdır.İddiaçının faktiki istifadəsində isə torpaq sahəsi yoxdur.Bu hal isə iddiaçının xeyrinə qəra qəbul edildiyi təqdirdə həmin qərarın icrasını mümkünsüz edir.
37. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)- 5681/2021 saylı qərarı ləğv olunmalı və iddia rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 saylı qərarı ləğv olunsun və iddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.