Məhkəmə qərarları › İş №2-1(103)-3214/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3214/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3214/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vəkil1 yoxlaması aparılmış, aparılmış yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli və xx.xx.2021- ci il tarixli qərarlar qəbul olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərarına əsasən, cavabdeh vergi orqanı 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 1.209.386,88 manat əlavə vergi hesablamışdır. Halbuki, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinə görə filialın illik 55.519.980,19 manat dövriyyəsi olması bəyan olunmuşdur. Bu dövriyyənin məbləği bank hesabından çıxarış, ƏDV depozit hesabından çıxarış və 2019-cu ilin aylar üzrə ƏDV bəyannamələrində vergi orqanı tərəfindən qəbul edilmişdir. Cavabdeh kameral vergi yoxlama üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda dövriyyənin təqdim olunan ƏDV bəyannamələrinə əsasən 62.498.470,17 manat olması, 13.390.786,63 manat məbləğində olan xərclərin vergi orqanın uçot-baza məlumatları ilə təsdiqi tapmadığı bildirilmişdir. Halbuki, əvvəlki cari bəyannamə təqdim olunarkən bunların heç biri barədə uyğunsuzluq məktubu göndərilməmiş və kameral hesablama aparılmamışdır. Daha sonra vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli kameral yoxlama üçün zəruri olan sənədlərin(məlıımatların) tələb edilməsi haqqında məktubda iddiaçının 2019-cu ilin ƏDV bəyannamələrində dövriyyəsinin 59 3411 101.15 manat olması və 3 820 329.41 manat gəliri dövriyyədən gizlətməyi qeyd olunmuşdur. Ən maraqlısı isə odur ki, "Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərarda dövriyyənin 58.203.514,45 manat olması qeyd olunaraq, bəyən olunan dövriyyə ilə arada yaranan 2.683.534,26 manat məbləğə görə 536.706,85 manat mənfəət vergisi hesablamışdır. “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərarda qeyd olunur ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyənnaməsində göstərilmiş 43 687 402.97 manat gəlirdən çıxılan xərclərin 2 809 739. 29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixli məktubla elektron qaimə faktura və yük gömrük bəyənnamələrinə əsasən formalaşmış butun xərclərin tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmiçinin vergi orqanına bu əsasını tapmayan xərclərlə bağlı sorğu göndərilsə də hər hansı müvafiq cavab verilməmişdir. Bu “əsası”nı tapmayan xərclərə görə isə vergi orqanı tam əsassız və qanunsuz olaraq 561 947.85 manat məbləğində kameral vergi məbləği hesablamışdır. Digər hissə isə təmin xərclərinin 115.1. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Göründüyü kimi, Vergi məcəlləsi ilin sonuna qalıq dəyəri nəzərdə tutulduğu halda, vergi orqanı əvvəlki ilin sonuna qaliq dəyəri ilə təmir xərclərini hesablayır ki, bu da qanunsuz və ədalətsizdir. Vergi orqanını bu yanaşması ilə il ərzində alınan nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilən xərclər nəzərə alınmamalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialında həmçinin 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması keçirtmişdir. Aparılmış yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********804200 saylı qərar qəbul edilmiş və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə iddiaçıya tələbnamə verilmişdir. Məlum olmuşdur ki, cavabdeh vergi orqanı 2020-ci ilin mənfəət vergisi üzrə əsassız olaraq 1 168 245.29 manat (bir milyon yüz altmış səkkiz min iki yüz qırx beş manat, iyirmi doqquz qəpik) əlavə vergi məbləği hesablamışdır. Bildiririk ki, xx.xx.2020-ci il tarixində 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur və bəyənnamədə filialın illik 62 522 077.33 manat dövriyyəsinin, 64 741 862.87 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 58 575 310.28 manat, amartizasiya ayırmaları, əsas vəsaitlərin təqdim olunması və ləğv olunması üzrə 3 976 759.15 manat, təmir xərcləri üzrə 686 985.76 manat, sığorta xərcləri 274 602.70 manat, digər xərclər 1 155 493.17 manat, əmlak vergisi 72 711.81 manat) xərclərinin olması bəyan olunmuşdur. Mənfəət vergisi bəyənnaməsinin bütün sətrləri üzrə xərclər elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri ilə təsdiq olunur. Belə ki, filial tərəfindən 2020-ci il ərzində 1 215 155.54 manat dəyərində mallar idxal olunmuş, 58 244 115.34 manat dəyərində isə elektron qaimə fakturalar üzrə mallar, iş və xidmətlər alınmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri üzrə malların və xidmətlərin alınması vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri hesab olunur. Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********221800 nömrəli, xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyənnamə üzrə “7 185 618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyənnamə verilməsi tələb olunmuşdur. Dəfələrlə vergi orqanına yazılı və şıfahi müraciət etsək də, həmin 7 185 618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı iddiaçıya heç bir cavab verilməmişdir. Bundan sonra Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********8207000 nömrəli xx.xx.2021-ci il tarixli məktub göndərilərək “8 061 012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyənnamə təqdim etməyimiz tələb olunmuşdur. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Göründüyü kimi qanunvercilik birmənalı şəkildə vergi ödəyicisinə vergi orqanın məktubuna 5 iş müddətində məktub gödərərək, 10 gün ərzində dəqiqləşdirilmiş hesabat vermək hüququnu tanıyır. Lakin vergi orqanı məcəllənin qeyd olunan normasını pozaraq cəmi 2 iş günü sonra xx.xx.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245, 29 manat məbləğində vergi məbləği hesablamışdır. Halbuki, həmin gün tərəfimizdən **********841800 nömrəli izahat məktubu və müvafiq sənədlər, habelə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarlarının ləğv edilməsi, 200 manat məbləğində ekspertiza xərcinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəssisənin kassa metodu ilə işlədiyini bildirirək əsas vəsaitlər üzrə çəkilmiş xərclərin birbaşa xərclərə aid edilməsini bildirmişdir. Vergi Məcəlləsinə əsasən təmir və əsas vəsaitlər üzrə çəkilmiş xərclərin xüsusi qayda ilə tənzimlənməsini və bütünlüklə hamı tərəfindən başqa cür yanaşmanın olmadığı vergi orqanı tərəfindən sübut edilmişdir. Həmçinin vergi ödəyicisinin özü tərəfindən də bu cür yanaşma tətbiq edilməmişdir. Nə kassa metodunda, nə də hesablama metodunda təmir və əsas vəsaitlər üzrə xərclərin hansı qaydada çıxılması ayrıca müəyyən edilməmişdir. Beynəlxalq mühasibat uçotu standartlarına istinad etməklə təmir xərclərininin əsaslı və cari təmir xərclərinə aid etməklə vergitutma baxımından birbaşa xərcə aid edilməsi qənaətinə gəlinmişdir. Halbuki vergitutma ilə bağlı qaydalar Vergi Məcəlləsi ilə tənzimlənir və Vergi Məcəlləsində də hər hansı təmir xərclərini cari və ya əsaslı hissələrə ayrılmamışdır. Hesablamalar aparılarkən 30 iş günü müddətini pozmaqla yoxlamanın həyata keçirilməsini bildirmişdir. Bu pozuntunun nədən ibarət olması məhkəmə qərarı ilə sübut edilməmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Vergi Məcəlləsində 30 iş günü ərzində keçirilmə nəzərdə tutulmuşdur. Ekspert rəyinə əsasən 2019-cu il üzrə mənfəət vergisində xammal və materiallar üzrə xərclərin 25.716.618,67 (221.3) manat, maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin 384.679,63 manat (228.2), nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin 456.683,84 manat (228.3) olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə xammal və materiallar üzrə xərclərin 22.906.879,38 manat (221.3), maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin 231.847,40 manat (228.2), nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin 55.855,25 (228.3) manat olduğu müəyyən edilmişdir. Bundan başqa, 2020-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı, 2020-ci il ərzində aparılmış əməliyyatlarından əldə edilmiş elektron qaimə-fakturaları üzrə 57.054.266,51 manat (o cümlədən, gəlirdən çıxılan xərclərə aid edilən 46.193.693,36 manat, sosial xərcləri 979.677,06 manat, yaşam sığortası 83.607,77 manat, əsas vəsaitin dəyərini artıran xərcləri 10.103.714,55 manat), yük gömrük bəyannamələri üzrə 1.170.690,51 manat (o cümlədən, gəlirdən çıxılan xərclərə aid edilən 306.426,23 manat, əsas vəsaitin dəyərini artıran xərcləri 864.264,28 manat) təşkil etmişdir. Beləliklə də, gəlirdən çıxılan xərclərə aid edilən 45.887.267,13 manat və 306.426,23 manat olmaqla, cəmi 46.193.693,36 manat olduğu halda, bəyannamənin müvafiq olaraq xammal və materiallar üzrə xərclərinin 30.711.068,22 (221.3) manat, enerji xərclərinin 121.977,54 (221.7 A4) manat, yanacaq xərclərinin 17.757.206,21 (221.9) manat, Rabitə xərcləri 24.508,91 (221.11 A4) manat, bilavasitə malların təqdim edilməsi üzrə xərclər (221.15) 3.112.694,32 manat, Nəqliyyat xərci 1.021.109,67 (229 A4) manat, Sığorta üzrə xərc 276.693,94 (230 A4) manat, digər xərclər 86.896,31 manat (232) göstərilməklə, ümumilikdə gəlirdən çıxılan xərcləri 53.112.155,12 manat göstərilmişdir ki, nəticədə 1.077.235,31 manat zərər nəzərə alınmaqla 6.081.034,13 manat xərcləri təsdiqini tapmamışdır. Hesablama zamanı 1.077.235,31 manat zərər silinməklə, 1.168.245,29 manat (=53.112.155,12- 46.127.074,81-1.077.235,31) əlavə vergi hesablanmışdır. Vergitutma məqsədləri üçün təmir məsrəflərinin cari təmir məsrəfləri və əsaslı təmir məsrəfləri olmasından asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilən xərclər Vergi Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Nəqliyyat vasitələrinə quraşdırılan və tez xarab olan hissələri (təkər, akkumulyator, yağ filteri, hava filteri və s.) əsas vəsait hesab olunmur. Nəqliyyat vasitələrinin yararsız və tez xarab olan bu hissələrinin alınmasına çəkilən xərclər, eləcə də həmin hissələrin dəyişdirilməsi və texniki qulluğun göstərilməsi ilə bağlı xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artmasına aid edilir. Vergi Məcəlləsində əsas vəsaitlər üzrə çəkilən xərclər təmir xərcləri kimi nəzərə alınmalı və onlar birbaşa mal material xərci kimi nəzərə alınmamalıdır. Lakin vergi ödəyicisi bu tip xərcləri birbaşa xərclərə aid etməklə Vergi Məcəlləsinin tələblərini pozmuşdur. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə almalı olduğu halda mal material kimi xərcə aid etdiyi məbləğlərdən, həmçinin sosial xarakterli xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsindən ibarət olmuşdur. Halbuki, Vergi Məcəlləsinin 109.1-ci maddəsinə uyğun olaraq əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7913/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sonradan cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2- 1(103)-1004/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və şikayət qalan hissədə təmin edilməmişdir. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1187/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7913/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1187/2023 saylı qərarından da kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1187/2023 saylı qərarı qismən – 2020-ci ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1187/2023 saylı qərarının 2020-ci ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilməsinin səbəbi o olmuşdur ki, kassasiya şikayəti verildikdən sonra iddiaçıya məlum olmuşdur ki, 2020-ci il üçün kameral vergi yoxlaması nəticəsində vergi məbləğinin hesablanması üçün qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərar cavabdeh vergi orqanı tərəfindən ləğv edilərək yeni xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərar (inzibati akt) qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmiş 2020-ci ilin mənfəət vergisi üzrə xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın vergi orqanın tərəfindən ləğv edilməsi və dövr üzrə yeni xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi ilə bağlı cavabdeh tərəfindən apellyasiya məhkəməsinə rəsmi məlumat verilməmiş və bu səbəbdən də apellyasiya məhkəməsində bu hissə ilə bağlı araşdırma aparılmamışdır. Bu halla bağlı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Ərizədə qeyd olunmuşdur ki, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinini Milli Gəlirlər Baş İdarəsinin 2019-cu ilin mənfəət vergisi üzrə çıxarılmış “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və 2020-ci ilin mənfəət vergisi üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə Bakı İnzibatı Məhkəməsində iddia qaldırılmışdır. Sonradan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********804200 saylı qərar ləğv olunuraq xx.xx.2021-ci il tarixli **********910000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qeyd olunan qərarlar inzibatı qaydada mübahisələndirilmiş və Bakı İnzibatı Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7913/2021 saylı qərarı (hakim: O.Həsənov) ilə iddia tam təmin edilmişdir. Bakı Appelyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1004/2022 saylı qərarı(sədrlik edən: E.Nağıyeva) ilə 1ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən qərardan kasassiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1524/2022 saylı qərarı (sədrlik edən: İ.Hüseynov) ilə iş yenidən araşdırılması üçün Bakı Appelyasiya Məhkəməsinə qaytarılmışdır. Qərarın ləğv olunması səbəbi kimi, tərəflərin dinlənilmə hüququnun təmin edilməməsi və appelyasiya məhkəməsinin yalnız ekspert rəyinə istinad etməsi göstərilmişdir. Bakı Appelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-1187/2023 saylı qərarı(sədrlik edən P.Hüseynov) ilə 1-ci instansiya məhkəməsinin qərarı yenidən qüvvədə saxlanılmışdır. Cavabdeh qərar ilə razı olmadan kasassiya şikayəti vermişdir.Kasassiya şikayətində qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli **********910000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar vergi orqanın xx.xx.2022-ci il tarixli **********805100 saylı qərarı ilə ləğv edilərək, vergilərin hesablanması barədə yeni qərar qəbul edilmişdir. Qeyd olunan hissə ilə bağlı olaraq bildiririk ki, vergi orqanı tərəfindən heç bir zərurət olmadan iş üzrə Ali Məhkəmədə icraat getdiyi bir vaxtda məhkəmə prosesinə süni mane yaratmaq və məhkəmə araşdırmasının istiqamətini başqa yerə istiqamətləndirmək məqsədi ilə mübahisə predmeti olan qərarı ləğv edərək, xx.xx.2022-ci il tarixli **********805100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Və sonuncu qərar qəbul edildikdən sonra, xx.xx.2022-ci il tarixində Ali Məhkəmənin və xx.xx.2023-cü il tarixidə Bakı Appelyasiya Məhkəməsində məhkəmə icraatı aparılmış və cavabdeh tərəfindən mübahisə predmeti olan qərarın ləğv olunaraq yeni qərar qəbul edilməsi barədə məhkəməyə məlumat təqdim edilməmişdir. yalnız sonuncu kasassiya şikayətində qeyd olunan hal qabardılmış və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1116/2023 saylı qərarı(sədrlik edən: Z.Quliyev) ilə iddia 2019-cü ilin mənfəət vergisinə münasibətdə qüvvədə saxlanılmış, 2020-ci ilin mənfəət vergisinə münasibətdə isə mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar ləğv olunduğundan və dövr üzrə xx.xx.2022-ci il tarixli qərar qüvvədə olduğundan həmin hissədə işi yenidən araşdırlması üçün Bakı Appelyasiya Məhkəməsinə qaytarmışdır. Bu qeyd olunan dövr üzrə 1-ci hal olmamışdır. Beləki, 2020-ci ilin mənfəət vergisi üzrə ilk qərar xx.xx.2021-ci il tarixində ikinci uyğunsuzluq məktubu göndərildikdən 2 iş günü sonra xx.xx.2021-ci ildə qəbul edilərək 1 168 245.29 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra tərəfimizdən həmin qərar məhkəmə qaydasında mübahisələndirilən kimi, həmin qərarı ləğv edərək xx.xx.2021-ci il tarixli qərarı qəbul etdilər. Daha sonra isə iş Ali Məhkəmə icraatında olarkən sonuncu qərarı da ləğv edib xx.xx.2022-ci il tarixli qərarı qəbul etdilər. 2020-ci ilin mənfəət vergisi bəyənnaməsi üzrə qəbul edilmiş hər 3 qərarda hesablama məbləği 1 168 245.29 manat olmuşdur. Qərarların əsaslandirma hissəsində yalnız xx.xx.2021-ci il tarixli qərarda 8 061 012 manat məbləğində, digər iki qərarda isə 6 918 461.64 manat məbləğində gəlirdən çıxılmayan xərclərin olduğu bildirilmişdir. Necə ola bilər ki, tanınmayan xərc məbləği fərqli olsun amma hesablama eyni? Digər tərəfdən 8 061 012 *20= 1 612 202.4 manat və ya 6 918 461.64*20% =1 383 692.32 manat edir. Lakin hesablama burda 1 168 245.29 manat olmuşdur. Bu hal bizim xeyrimizə olsa belə vergi orqanı hesablamada riyazı səhvə yol vermişdir. Göründüyü kimi, 2020-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş hər 3 kameral hesablama qərarının mahiyyəti və hesablama hissəsi dəyişməmişdir. Dəyişdirilən yalnız yalnız qərarların tarixi və nömrəsidir ki, bu da məhkəmə prosesisinə əngəl yaratmaq məqsədi daşımışdır. Vergi orqanın yanaşmasına görə məhkəmədə olan hər bir iş üzrə ayda bir dəfə mübahisə predmeti olan qərarı ləğv edərək, yeni qərar qəbul etməklə məhkəmə araşdırmasına başqa yönə istiqamətləndirə bilərlər. və bu yeni qərar barədə appelyasiya məhkəməsində icraat zamanı mahiyyəti üzrə baxılarkən heç bir vergi orqanı tərəfindən məhkəməyə heç bir məlumat verməmişdir. Yalnız Ali Məhkəmədə icraat zamanı işə mane olmaq üçün kassasiya şikayətində qabardılmışdır. Belə ki vergi orqanı tərəfindən xammal və materialların dəyəri, bilvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi)ilə bağlı sair xərclər, Amortizasiya ayırmaları, Təmir xərcləri, Nəqliyyat xərcləri və sığorta xərcləri qəbul edilməmiş və ya azaldılmışdır. Tərəfimizdən vergi orqanına çoxsaylı müraciətlər edilərək qəbul edilməyən xərclərin tərkibi barədə məlumat soruşsaq da bizə ətraflı cavab verilməmişdir. xx.xx.2021-ci il tarixli **********174500 saylı məktubla bildirilmişdir ki, “Müraciət məktubuna əlavə edilmiş cədvəl məlumatlarında 2020-ci il ərzində Filial tərəfindən ölkəyə idxal edilmiş malların çeşidi üzrə siyahı təqdim edilməmiş, elektron qaimə-faktura ilə alınmış və əsasən də nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin təmir xərci kimi deyil, mal-material xərci kimi gəlirdən çıxıldığı müəyyən edilmişdir”. Göründüyü kimi yalnız ehtiyat hissələrinin xammal və materialların tərkibinə daxil etməyimiz irad kimi bildirilmişdir. Yuxarıda qeyd olunan digər xərclərin niyə qəbul edilməməsi ilə bağlı isə heç bir məlumat təqdim edilməmişdir. Ehtiyat hissələrinin tərkibinə isə yalnız gündəlik istifadə olunan təkər, yağ, yağ və hava filtiri, akkumlyator daxil edilmişdir. İş üzrə Ali Məhkəmənin Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1116/2023 saylı qərarında(sədrlik edən: Z.Quliyev) qeyd edilmişdir ki, “62. Eyni zamanda məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş və vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı nəqliyyat vasitələrinin təmir xərci kimi təsnifləşdirilərək məhdudlaşdırılmış həddən artıq olan hissəsinin xərc kimi tanınmaması ilə bağlı hissəsi ilə razılaşmayaraq qeyd edir ki, nəqliyyat vasitələrinin istismarı zamanı mütəmadi olaraq dəyişdirilməsi zəruri olan təkər, sürtkü yağı, yağ filtri, hava filtri, akkumulyator batareyaları və s. bu kimi zəruri xərclər həmin nəqliyyat vasitələrinin təmir xərci kimi yox, istismar xərci kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərc olaraq nəzərə alınmalıdır”.2020-ci ilin mənfəət vergisi ilə bağlı Milli Gəlirlər Baş İdarəsinin **********004500 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bildiririk ki, eyni məzmunlu olan xx.xx.2021-ci il tarixli **********737500 və **********643700 nömrəli şikayət məktublarınıza vergi orqanında baxılmış və Dövlət Vergi Xidmətinin 04 avqust 2021-ci il tarixli, **********695200 saylı qərarına əsasən inzibati şikayət üzrə icraata xitam verilmişdir”. Görünüdüyü kimi, cavabdeh özü rəsmi olaraq etiraf etmişdir ki, 2020-ci ilin mənfəət vergisi üzrə əvvəlki qəbul edilmiş qərarla hesablanılmış məbləğ və tərkib olduğu kimi qalmışdır.Həmçinin bildiririk ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən 2020-ci ilin mənfəət vergisi bəyənanməsi üzrə filialın təqdim etdiyi gəlir və xərc məbləğləri təsdiq edilmişdir.Beləliklə, 2020-ci ilin mənfəət vergisi üzrə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********910000 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv olunaraq eyni məzmunlu xx.xx.2022-ci il tarixli **********805100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bununla da, məhkəmədə mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərar öz hüquqi qüvvəsini itirmişdir. Bu səbəbdən dövr üzrə sonuncu xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarın mübahisələndirilməsi zərurəti yaranmışdır. Sonda məhkəmədən xahiş edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 2020-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********805100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul etsin. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh vergi orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********805100 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. 115.6-1-ci maddəsinə əsasən icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur. Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır. 114.8-ci maddəsinə əsasən ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır. 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 114.3-cü maddəsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: 114.3.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək; 114.3.2. maşınlar və avadanlıq – 20%-dək; 114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək; 114.3.3. nəqliyyat vasitələri - 25 faizədək. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q- 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibatı uçotunda əks etdirilməsinə dair Qaydalar”ın müddəalarına əsasən təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir. Əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir. Əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin vədetallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər isə cari təmir məsrəflərinə aid edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2013cü il tarixdə ********** (VÖEN) saylı, AZ1083, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir. Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarlarının ləğv olunması barədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********910000 nömrəli qərarından görünür ki, 2020-ci ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli **********910000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar vergi orqanın xx.xx.2022-ci il tarixli **********805100 saylı qərarı ilə ləğv edilərək, vergilərin hesablanması barədə yeni qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində Ali Məhkəmənin və xx.xx.2023-cü il tarixidə Bakı Appelyasiya Məhkəməsində məhkəmə icraatı aparılmış və cavabdeh tərəfindən mübahisə predmeti olan qərarın ləğv olunaraq yeni qərar qəbul edilməsi barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Yalnız sonuncu kasassiya şikayətində qeyd olunan hal qabardılmış və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1116/2023 saylı qərarı (sədrlik edən: Z.Quliyev) ilə iddia 2019-cü ilin mənfəət vergisinə münasibətdə qüvvədə saxlanılmış, 2020-ci ilin mənfəət vergisinə münasibətdə isə mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********910000 saylı qərar ləğv olunduğundan və dövr üzrə xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərar qüvvədə olduğundan həmin hissədə işi yenidən araşdırlması üçün Bakı Appelyasiya Məhkəməsinə qaytarmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci ilin mənfəət vergisi üzrə ilk qərar xx.xx.2021-ci il tarixində cavabdehə ikinci uyğunsuzluq məktubu göndərildikdən 2 iş günü sonra xx.xx.2021-ci ildə qəbul edilərək 1 168 245.29 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən həmin qərar məhkəmə qaydasında mübahisələndirilən zaman, cavbdeh həmin qərarı ləğv edərək xx.xx.2021-ci il tarixli **********910000 saylı yeni qərar qəbul etmişdir. Daha sonra isə iş Ali Məhkəmə icraatında olarkən cavabdeh vergi orqanı sonuncu qərarı da ləğv edib xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərar qəbul etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********910000 nömrəli və xx.xx.2022ci il tarixli **********805100 nömrəli qərarlar üzrə vergi orqanı tərəfindən tərtib edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunmuşdur ki, hər iki bəyannamnin gəlir və xərc hissəsindəki məbləğlər tamamilə eynilik təşkil edir, eyni zamanda hesablanmış 1 168 245.29 manat vergi məbləği və kameral hesablama barədə qərara əsasən iddia olunan (təsdiqini tapmayan xərc məbləği) 6 918 461.64 manat xərc məbləği tamamlilə eynilik təşkil edir. İş materiallarında mövcud olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarla hesablanmış vergi məbləğinə münasibət bildirilərək əsassız olduğu təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iş materiallarının yenidən ekspertizaya göndərilməsinə lüzum görməmişdir. 2020-ci ilin mənfəət vergisi bəyənnaməsi üzrə qəbul edilmiş hər 3 qərarda hesablama məbləği 1 168 245.29 manat olmuşdur. 2020-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş hər 3 kameral hesablama qərarının mahiyyəti və hesablama hissəsi dəyişməmişdir. Dəyişdirilən yalnız qərarların tarixi və nömrəsi olmuşdur. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1116/2023 saylı qərarında (sədrlik edən: Z.Quliyev) qeyd edilmişdir ki: “Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli qərar qəbul edildikdən sonra iş üzrə məhkəmə icraatı aparılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1524/2022 nömrəli qərarına əsasən iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsində icraat aparılaraq xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin sonuncu qərar qəbul edildikdən sonra işə iki məhkəmə instansiyasında baxılmasına baxmayaraq, apellyasiya və kassasiya şikayətlərində cavabdeh tərəfindən yeni xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar cavabdehin özü tərəfindən ləğv edildiyindən və işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə prosesi zamanı bu barədə məlumatı olmadığından iş üzrə yenidən məhkəmə araşdırması aparılmalıdır. AR İnzibatı Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə qəbul edilsin. Məhkəmə araşdırmasına iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyənanməsi və vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********910000 saylı və xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarlar ilə təsdiq edilmiş mənfəət vergisi bəyənnamələri məhkəmə tərəfindən araşdırılmış və məhkəmə tərəfindən o qənaətə gəlinmişdir ki, cavabdeh vergi orqanı tərəfindən süni olaraq mənfəət vergisi bəyənnaməsində əks etdirilmiş xərclər azaldılmışdır. Belə ki, vergi orqanı tərəfindən tərtib edilmiş hər iki mənfəət vergisi bəyənanməsində gəlir və xərc maddələri tam olaraq eynilik təşkil edir. Lakin hər iki bəyənnaməyə əsasən azaldılmış və artırılmış xərclər aşağıdakı kimi təşkil etmişdir: Mənfəət vergisi bəyənnaməsi xərclər hissəsi üzrə azaldılmış və artırılmış xərclər Vergi ödəyicisi tərəfindən xx.xx.2021 və təqdim edilmiş xx.xx.2022-ci il sətrin Azaldılmış/artırılmış sətrin adı və ekspert tarixlərində vergi kodu fərq rəyinə əsasən orqanı tərəfindən təsdiq edilmiş təsdiq edilmiş məbləğ 221.3 xammal və materiallar 30,711,068.22 27,438,017.45 -3,273,050.77 221.9 yanacaq xərcləri 17,757,206.21 18,565,166.02 807,959.81 Bilvasitə malların təqdim edilməsi(işlərin görülməsi, 221.15 3,112,694.32 89,652.67 -3,023,041.65 xidmətlərin göstərilməsi)ilə bağlı sair xərclər 227 Amortizasiya ayırmaları 5,211,858.74 3,976,759.15 -1,235,099.59 228 Təmir xərcləri 869,860.25 686,985.76 -182,874.49 229 Nəqliyyat xərcləri 1,021,109.67 -1,021,109.67 230 Siğorta xərcləri 276,693.94 274,602.70 -2,091.24 232 digər xərclər 86,896.31 1,155,493.17 1,068,596.86 azaldılmış xərcin məbləği -8,737,267.41 artırılmış xərcin məbləği 1,876,556.67 CƏMİ AZALDİLMİŞ XƏRC 6,860,710.74 MƏBLƏĞİ Göründüyü kimi vergi orqanı tərəfindən xammal və materialların dəyəri, Bilvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, Amortizasiya ayırmaları, Təmir xərcləri, Nəqliyyat xərcləri və sığorta xərcləri qəbul edilməmiş və ya azaldılmışdır. Həmçinin 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlamasının aparılmasının nəticəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 saylı qərar əsasında iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral hesablama barədə qərarda qeyd olunmuşdur ki, “Öncəki dövrə hesablanan vergi məbləğ: Kassa metodu ilə təqdim etdiyiniz 2020-ci il mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı olan xərc hissəsində göstərilmiş cəmi xərc məbləğləri (63.599.312,64 manat) ilə müqayisədə kommunal xərclər (+) Bilavasitə malların təqdim edilməsi nirəlşi) görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin cəmi ilə müqayisədə cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin müvafiq sətirlərindəki göstəricilərin və baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.680.851 manat məbləği arasında 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir”. Cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********221800 nömrəli, xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyənnamə üzrə “7.185.618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyənnamə verilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən həmin 7.185.618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı **********160200 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən isə məktuba cavab verilməyərək **********8207000 nömrəli xx.xx.2021-ci il tarixli yeni məktub göndərilərək “8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyənnamə təqdim edilməsi tələb olunmuşdur. Filial tərəfindən **********841800 nömrəli xx.xx.2021-ci il tarixli məktubla qeyd olunan uyğunsuzluq məktublarına cavab verilmiş, eyni zamanda excel fayl şəklində elektron qaimə faktura və yük gömrük bəyənnamələrinin xərc maddələri üzrə açıqlaması verilmişdir. Lakin cavabdeh tərəfindən həmin gün xx.xx.2021-ci il **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245,29 manat məbləğində vergi məbləği hesablamışdır. İddiaçı yenidən eyni gündə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim edilmiş, cavabdeh tərəfindən isə xx.xx.2021-ci il tarixli **********910000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən həmin vergilər yenidən hesablanılmışdır. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubundan cəmi 2 iş günü sonra xx.xx.2021-ci il tarixli **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, filial tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyənnaməsində və 2020-ci il üzrə təqdim edilim sonuncu dəqiqləşdirilmiş bəyənnamədə filialın illik 62.522.077,33 manat dövriyyəsinin, 63.599.312,64 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 56.060.181,92 manat, amartizasiya ayırmaları, əsas vəsaitlərin təqdim olunması və ləğv olunması üzrə 5.211.858,74 manat, təmir xərcləri üzrə 869.860,25 manat, sığorta xərcləri 276.693,94 manat, digər xərclər 86.896,31 manat, əmlak vergisi 72.711,81 manat) xərclərinin olması bəyan olunmaqla, ili 1.077.235,31 manat zərərlə başa vurmuşdur. Filial tərəfindən il üzrə 2619 elektron qaimə faktura əsasında 17305 çeşiddə, 58.244.115,34 manat dəyərində mallar, iş və xidmətlər alınmış, 12 yük gömrük bəyənnaməsi əsasında isə 1.215.155,54 manat dəyərində mallar idxal etmişdir. Qeyd olunan elektron qaimə faktura və yük gömrük bəyənnamələrinin elektron və kağız siyahısı məhkəmə araşdırmasına təqdim olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmiş, xərclərin tərkibində elektron qaimə-faktura və yük-gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat digər xərclər amartizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur. Göründüyü kimi, Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı ziddiyyətli məqamlar olmamış, həmçinin Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. İddiaçı tərəfindən vergi orqanına çoxsaylı müraciətlər edilərək qəbul edilməyən xərclərin tərkibi barədə məlumat istənilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ətraflı cavab verilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixli **********174500 saylı məktubla bildirilmişdir ki, “Müraciət məktubuna əlavə edilmiş cədvəl məlumatlarında 2020-ci il ərzində Filial tərəfindən ölkəyə idxal edilmiş malların çeşidi üzrə siyahı təqdim edilməmiş, elektron qaimə-faktura ilə alınmış və əsasən də nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin təmir xərci kimi deyil, mal-material xərci kimi gəlirdən çıxıldığı müəyyən edilmişdir”. Göründüyü kimi vergi orqanı tərəfindən yalnız ehtiyat hissələrinin xammal və materialların tərkibinə daxil edilməsi irad kimi bildirilmişdir. İddiaçı tərəfindən ehtiyat hissələrinin tərkibinə isə yalnız gündəlik istifadə olunan təkər, yağ, yağ və hava filtiri, akkumlyator xərclərinin daxil edilməsi müəyyən olunmuşdur. Qeyd edilən məsələyə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1116/2023 saylı qərarında münasibət bildirilmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki: “Eyni zamanda məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş və vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı nəqliyyat vasitələrinin təmir xərci kimi təsnifləşdirilərək məhdudlaşdırılmış həddən artıq olan hissəsinin xərc kimi tanınmaması ilə bağlı hissəsi ilə razılaşmayaraq qeyd edir ki, nəqliyyat vasitələrinin istismarı zamanı mütəmadi olaraq dəyişdirilməsi zəruri olan təkər, sürtkü yağı, yağ filtri, hava filtri, akkumulyator batareyaları və s. bu kimi zəruri xərclər həmin nəqliyyat vasitələrinin təmir xərci kimi yox, istismar xərci kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərc olaraq nəzərə alınmalıdır.” İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən 2020-ci ilin mənfəət vergisi bəyənanməsi üzrə filialın təqdim etdiyi gəlir və xərc məbləğləri təsdiq edilmişdir. Həmçinin cavabdeh qəbul edilməyən xərclərin səbəbi barədə məhkəmədə tutarlı əsas gətirə bilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********805100 saylı qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********805100 saylı qərarının ləğv edilməsi hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1116/2023 saylı qərarında nəzərdə tutulan mövqe nəzərə alınmaqla, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarın ləğv edilməsi” hissəsində ləğv edilsin və iş üzrə 2020-ci ilin mənfəət vergisinə münasibətdə yeni qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********805100 saylı qərar ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar