Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3215/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ordu sıralarından ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-6359/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ordu sıralarından xx.xx.2021-ci il tarixdən ehtiyata tərxis olunması ilə bağlı əmrin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə anadan olmuşdur. 2002-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan xidmətə başlamış və bu günə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda N nömrəli hərbi hissənin komandirinin müavini vəzifəsini icra edir. Mayor hərbi rütbəsindədir. 25 təqvim ilindən çoxdur ki, Silahlı Qüvvələr sıralarında xidmət edir, xidmət müddətinin 20 təqdim ilindən çox zabit kimi xidmət etmişdir. xx.xx.2021-ci il tarixində öz arzusu ilə ehtiyata buraxılması barədə komanda üzrə N nömrəli hərbi hissə komandirinə, xx.xx.2022-ci ildə Müdafiə Nazirinə müraciət etməsinə baxmayaraq, ehtiyata buraxılmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi aşağıdakı səbəblərə görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı 1979-cu ildə anadan olmuşdur. 2002-ci ildən Ali Hərbi Təyyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan da, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini-bölmə rəisi vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yas həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yasa yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da, Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Azərbaycan Ordusu qarşısında Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ordu sıralarından xx.xx.2021-ci il tarixdən ehtiyata tərxis olunması ilə bağlı əmrin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-6359 /2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində etirazda göstərilən dəlilləri qeyd etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Təyyarəçilik Məktəbi tərəfindən verilmiş A seriyalı, 094678 nömrəli, xx.xx.2002-ci il tarixli diplomun surətindən görünür ki, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi Dövlət Attestasiya Komissiyasının 20 iyul 2002-ci il tarixli qərarı ilə iddiaçıya Aviasiyanın döyüş fəaliyyətini idarə edilməsi, Aviasiyanın döyüş tətbiqi, Hərbi Hava Qoşunlarının Taktiki Komandanlığı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus MN seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 16 fevral N3-cü il tarixli, 063 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə aviasiya manqasının komandiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikasının Müdafiə nazirinin 26 iyun N3-cü il tarixli, 0132/rt nömrəli əmri ilə iddiaçıya mayor hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 13 dekabr N7-ci il tarixli, 0119R nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmiş, 44Q Komandanının 28 fevral N4-cü il tarixli, 022 nömrəli əmri ilə N saylı hərbi hissəsinin manqa komandiri təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin N iyun N6-cı il tarixli, 016 nömrəli əmri ilə N nömrəli hərbi hissənin eskadilya komandirinin müavini təyin edilmiş, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 28 sentyabr N7-ci il tarixli, 043 nömrəli əmrilə N nömrəli hərbi hissənin eskadrilya komandiri təyin edilmiş, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 sentyabr 2020-ci il tarixli, 0373 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin müavinibölmə rəisi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, xx.xx.N3-cü il tarixli və xx.xx.N8-ci il tarixli vəsiqələrin surətindən görünür ki, iddiaçı müvafiq olaraq 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medallar ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, xx.xx.N3-cü il tarixli, 19 aprel N6-cı il tarixli, 26 iyun N8-ci il tarixli vəsiqələrin surətindən görünür ki, iddiaçı müvafiq olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) “Yubiley Medalı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley Medalı, “Hərbi xidmətə fərqlənməyə görə 3-cü dərəcəli medal” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-N8)” Yubiley Medalı ilə təltif edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportun surətindən görünür ki, iddiaçı onun Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna) əsasən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması üçün səbəb kimi, ailə vəziyyətinin ağır və həyat yoldaşının xəstə olmasını göstərmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədlərinin qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. Sözügedən raport hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixdə, 5783 qeydiyyat nömrəsi ilə qəbul edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportun surətindən görünür ki, iddiaçı onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə 05 oktyabr 2021-ci il tarixində 5783 nömrəli iş qeydiyyatından keçmiş raportla N nömrəli hərbi hissə komandirinə müraciət etmişdir. Müraciətindən sonra onunla hərbi hissə komandiri və Hərbi Hava Qüvvələrinin Komandanının Müavini – İdeoloji iş və mənəvi psixoloji təminat üzrə şöbə rəisi ilə geniş söhbətləşmə aparmışdır, lakin, bu günə qədər raportuna rəsmi cavab verilməmişdir. Xahiş etmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılsın. Ehtiyata buraxıldıqdan sonra qeydiyyat üçün sənədlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Sözügedən raport ümumi şöbə tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı ordu sıralarından xx.xx.2021-ci il tarixdən ehtiyata tərxis olunması ilə bağlı əmrin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işdə olan sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin 13 dekabr N7- ci il tarixli, 0119 R nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. İddiaçı hazırda öz arzusuna əsasən ordu sıralarından tərxis olunması ilə bağlı əmrin verilməsini xahiş edir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.
156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı zabit kimi ən azı 20 təqvim ilindən çoxdur xidmət edir və onun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Odur ki, onun müvafiq müraciət etdiyi vaxtdan (xx.xx.2021-ci il) 15 iş günü ərzində, yəni xx.xx.2021-ci il tarixdən ehtiyata buraxılmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbinin İddiaçı 27 oktyabr 2021-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin müavini – bölmə rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-6359/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.