Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3217/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:
1. İddiaçı İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, ****************** saylı və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı qərarların qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023cü il tarixli, **************** saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraat qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının riskli vergi ödəyicisi olması barədə müqavilə tərəfləri olan alıcıların məlumatı əsasında müəyyən olmuşdur ki, alıcılar etaxes.gov.az portalından istifadə edib əməliyyatlar həyata keçirərkən, iddiaçının riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ekranda göstərilməkdədir. Bu səbəbdən maliyyə əməliyyatları aparılmasında məhdudiyyətlər yaranmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən şirkət olmuşdur. Onun barəsində öncələrdən hər hansı vergi borcu, vergi qanunvericiliyinin pozulması, riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. Riskli vergi ödəyicilərinin siyahısı yoxlanarkən məlum olmuşdur ki, iddiaçı barəsində riskli vergi ödəyicisi kimi ##.##.2023-cü il tarixli, **************** saylı və “Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə” **************** saylı qərarlar qəbul edilmişdir. Qərara əsasən, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq olduğu müəyyən edilmişdir. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** saylı və “Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə” **************** saylı qərarlar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyatİmtahan İdarəsinin qaiməsindən də göründüyü kimi iddiaçı tərəfindən təkrar istifadəsi qadağan edilmiş mexaniki kəsmə üsulla doğranmış qeydiyyat nişanlarının (alüminum qırıntıları) əritmə sobasında əridərək ləğvini həyata keçirməli idi. ##.##.2021-ci il tarixli, ** saylı müqavilə əsasında mal aldığı sifarişçi olan üçüncü şəxs “dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları” qrupuna aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsinə əsasən həmin şəxslərin elektron qaimə-faktura təqdim etmək öhdəliyi yoxdur. Malların təqdim edilməsinin malsatan tərəfindən elektron qaimə-faktura ilə təsdiq edilməsinin mümkünsüzlüyü səbəbindən həmin malların alqı-satqısı hər iki tərəfdən imzalanmış qaimə (akt) vasitəsi ilə rəsmiləşdirilmişdir. Eləcə də, iddiaçı tərəfindən əldə edilən mallar malsatana məxsus ərazidə iddiaçı tərəfindən heç bir emala məruz qoyulmadan toplanıb, çeşidlənib nəqliyyat vasitəsinə yüklənərək birbaşa alıcının (üçüncü tərəfin) anbarına boşaldıldığı və hansısa zaman müddətində saxlanma zərurətinin olmaması baxımından cəmiyyətin fəaliyyətinin xüsusiyyəti obyekt tələb etməmiş və bu səbəbdən hansısa təsərrüfat obyekti (subyekti) tərəfindən fəaliyyətə cəlb edilməmiş və vergi orqanında qeydiyyata qoyulmamışdır. İddiaçı tərəfindən müvafiq qərarın qanunsuz hesab edilməsi barədə vergi orqanına dəfələrlə şikayətlər ünvanlanmış, mübahisəli halların aydınlaşdırılmasına dair görüş tələbi ilə elektron müraciətlər ünvanlansa da, bugünədək müraciətləri cavabsız olaraq qalmaqdadır. İşin hallarından da göründüyü kimi hər iki qurum dövlət orqanıdır. Göründüyü kimi, sənədlərin və ya zəruri məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkündür. Buna baxmayaraq vergi orqanı hərəkətsizlik nümayiş etdirərək işin obyektiv və hərtərəfli araşdırılması üçün lazımi sənədləri əldə etməmişdir. Bunun nəticəsində iddiaçı barədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Əgər vergi orqanı onlar üçün əlçatan olduğu təqdirdə müvafiq sənədləri digər dövlət orqanından əldə edə bilmə imkanına baxmayaraq, bu fəaliyyəti icra etməməsi hal-hazırda iddiaçının riskli vergi ödəyicisi hesab olunması ilə nəticələnmişdir.
5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ## #### 2023-cü il tarixli, **************** saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2023-cü il tarixli, **************** saylı qərarların ləğv edilməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərarın ləğv edilməsi hissəsində icraata xitam verilməsi barədə qərardad, qalan hissədə isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır: İlk növbədə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, mübahisə predmetini təşkil edən qərarlardan biri- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar vergi orqanı tərəfindən ləğv edilmişdir. Belə ki, sözügedən qərar üzrə iddiaçı İddiaçı MMC-yə hesablanmış vergi məbləği azaldılaraq iddiaçının şəxsi hesab vərəqəsində düzəliş edilmiş və bununla əlaqədar ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilmişdir. İddia tələbinin digər hissəsi ilə əlaqədar məhkəmə qərarında qeyd etmişdir ki, “dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları işlərin və xidmətlərin təqdim edilməsinə görə elektron qaimə təqdim etməkdən azaddırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı aralarında bağlanmış müqaviləyə əsasən sıradan çıxarılaraq doğanmış yol nişanlarını metal tullantı kimi üçüncü şəxsdən almışdır. Bu üçüncü şəxsin məhkəmə sorğusuna cavab məktubu və onun tərəfindən təqdim edilmiş yazılı qaimələrlə də təsdiq edir. Həmçinin iddiaçı həmin metal tullantılarını" “xxxx” MMC-yə təqdim etmişdir. Lakin, cavabdeh iddiaçının satışında həmin malların mövcud olduğu halda, alışında müəyyən edilməməsinə əsaslanaraq iddiaçının riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar qəbul etmişdir. İddiaçının təsərrüfat subyektinin olmaması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı malların yenidən işlənməsi, yaxud saxlanması ilə deyil, onların çatdırılması ilə məşğul olmuş və üçüncü şəxsdən əldə etdiyi malları “xxxx” MMC-yə təhvil vermişdir. Bu işdə olan elektron qaimələrlə də təsdiq edilir”. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan RespublikasıNazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə iddiaçının fəaliyyəti araşdırılmış və sözügedən Meyarların 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq iddiaçıriskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixlərdə cəmi 57,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "İstifadəyə yararsız aliminium tullantılarının təhvili, Qara metal tuallantıları və qırıntıları; yenidən əridilmək üçün qara metalların külçələri (şixta külçələri): - aşqarlanmış poladların tullantıları və qırıntıları: - - korroziyayadavamlı poladın: - - - digərinin və s." qeyd olunduğu müəyyən edilsə də həmin mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığımüəyyən edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya ##.##.2023-cü il tarixli **************** nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı(o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən iddiaçıriskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul edilmişdir. Təhlil zamanı iddiaçının əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaq, iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata qoyulmadığı, riskli əməliyyatların aradan qaldırılmadığı(riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Odur ki, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılmasımümkün olmamışdır. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan RespublikasınınQanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və formasımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir
Tərəflərin izahatları
8. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ##.##.2024-cü il tarixdə "Elektron Məhkəmə" mobil tətbiqi vasitəsilə ərizə verərək həmin tarixdə saat 09:10-da Nərimanov Rayon Məhkəməsində hakim Səbinə Nuriyevanın icraatında olan iş üzrə məhkəmə iclasında iştirak edəcəyi üçün hazırki iclasda iştirak edə bilməyəcəyini və göstərilənlərə əsasən məhkəmə iclasına iştirakı olmadan baxılmasını və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı MMC-nin və 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
10. ##.##.2026-ci il tarixli məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Vergi Məcəlləsi:
70. Vergi ödəyiciləri ilə yazışma ... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.
13. “İnzibati icraat haqqında” Qanun: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 62.2. ... elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
14. “Elektron imza və elektron sənəd haqqında” Qanun: 1.1.5.Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
17. Hazırda iddiaçının hüquqi marağı cavabdehin ““Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** saylı qərarların ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
18. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
19. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
20. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
21. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
22. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərarlara münasibətdə nəzərə almaq lazımdır ki, apellyasiya baxışı zamanı işin müəyyən olunmuş hallarına əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
23. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsi inzibati akt barədə məlumat verilməsi ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
24. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
25. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
26. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.)
27. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, ****************** saylı qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına salınmışdır.
28. Cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 9615,72 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin “Xammal və materiallar'’ (221.3-cü), “Malın dəyəri" (221,4- cü), "Enerji xərcləri" (221.7-ci), “Qaz xərcləri" (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), "Mühafizə xərcləri" (221.12ci), ‘Reklam xərcləri” (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), Nəqliyyat xərcləri (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (47515.60 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi’nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin") * №-li Əlavəsinin “Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (784.60 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (784.60 manat) bəyannamənin * №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (784.60 manat) məbləğin müqayisəsi nəticəsində 46731.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin İ nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (57321.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (5.00 manat) məbləğdən -57316.00 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Müvafiq dövr üzrə təsdiqedici sənədlər təqdim edilmədiyi üçün hesablanmış kameral vergi məbləği bərpa edilir.
29. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, “vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ##.##.2023-cü il tarixdə və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ##.##.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir.
30. Göründüyü kimi cavabdeh iddiaçıya mübahisələndirilən qərarları Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir.
31. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.16-cı maddəsinə əsasən elektron sənəd dövriyyəsi informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir.
32. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən isə elektron sənəd elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir.
33. Göründüyü kimi, “elektron sənəd” və “elektron üsul” anlayışları bir-birindən fərqlənir. Başqa sözlə, elektron sənəd hazırkı kontekstdə inzibati aktın formasını təzahür etdirir, elektron üsul isə mövcud inzibati aktın (formasından asılı olmayaraq) təqdim edilmə formasını əks etdirir.
34. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
35. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
36. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd müəyyən tələblərə cavab verməlidir: texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
37. Həmin Qanunun 22-ci maddəsinə əsasən elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir: elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində, elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
38. Hazırki işdə də cavabdeh işin birinci instansiya məhkəməsində icraatı zamanı iddia müddətinin ötürülməsini mübahisələndirmiş, lakin məhkəmə hesab etmişdir ki, həmin qərarların elektron formada imzalanmış surətlərinin (QR kodla) iddiaçı tərəfindən alınması iş materialları ilə təsdiq edilmir və ona görə də iddianı mümkün saymışdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, elektron sənədin mətnində rəqəmsal məlumatın -QR Code-un olması – qanunvericilikdə birbaşa imperativ tələb kimi nəzərdə tutulmamışdır. Qanunvericilik elektron sənədin xüsusi hissəsində elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) barədə məlumatların əks etdirilməsini tələb edir. Bu tələbin pozulması isə elektron sənədin forma tələbinin pozulması, başqa sözlə, onun özünün həqiqiliyinə-etibarlılığına təsir edən haldır. Lakin elektron sənədin-mübahisələndirilən inzibati aktların özünün mövcud olması (elektron sənəd formasında) həm tərəflər arasında mübahisələndirilmir, həm də birinci instansiya məhkəməsi elektron sənədi-inzibati aktı etibarlı hesab edərək qanuniliyinə qiymət vermişdir.
40. Həmçinin “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.
41. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 2 7.3.3. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
42. Qanunverici elektron sənədin həqiqiliyinin müəyyən edilməsini sənədin göndərilməsinin əsas şərtlərindən biri kimi müəyyən etmiş və elektron sənədin həqiqiliyi elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsidir (Qanunun 1.1.23-cü maddə).
43. Göründüyü kimi, elektron sənədin həqiqiliyinin yoxlanılması elektron imzanın həqiqiliyin yoxlanılması yolu ilə baş verir ki, bu sənədin üzərindəki QR kod vasitəsilə ilə həqiqiliyin yoxlanılması kimi dar mənada şərh edilməməlidir.
44. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imzanı yoxlama məlumatları - elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir.
45. Həmin Qanunun 5.3 və 5.4-cü bəndlərinə əsasən elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir, yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır və elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron imzanın yoxlanılma” Qaydasının 3.1 və 3.2- ci bəndlərinə əsasən elektron imzanın yoxlanılması proseduru elektron sənəddəki imzanın və imza sahibinin imzanı yoxlama məlumatları ilə əlaqələndirilən münasibətin yoxlanılmasından ibarətdir. Elektron imzanın yaradılması və yoxlanılmasının konkret proseduru istifadə olunan texnologiyalar və standartlarla müəyyən olunur. Gücləndirilmiş elektron imzanın yoxlanılması proseduru gücləndirilmiş elektron imzanı, yoxlanılan sənədin heş-funksiyasının (heş-funksiya ikilik simvollar ardıcıllığı şəklində ixtiyari verilənlər blokunun riyazi və ya alqoritmik çevirməsidir) qiymətini və imza sahibinin imzanı yoxlama məlumatlarını əlaqələndirən münasibətin yoxlanılmasından ibarətdir.
47. Qeyd olunan qanunvericilik normalarında elektron sənədin həqiqiliyinin onun təsviri formasındakı ştrix kod, QR kod və s. kimi metodlarla yoxlanılmalı olmasına dair imperativ tələblər mövcud deyildir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati aktlar vergi orqanı tərəfindən istifadə edilən ASAN imza - gücləndirilmiş elektron imza ilə imzalanmışdır. Hazırda inzibati aktın kağız daşıyıcısında olan zahiri görünüşündən bunu müəyyən etmək mümkün olmasa da, elektron sənədin özünü (elektron qaydada imzalanıbimzalanmadığını, imzalanma tarixini və imzalayan şəxsi) ictimaiyyətə açıq və əlçatan olan ASANDOC portalı vasitəsi ilə yoxlamaq mümkündür.
49. İşin faktiki hallarından görünür ki, mübahisələndirilən qərarlar yuxarıda qeyd edilən elektron sənəd üçün nəzərdə tutulmuş qanunvericilik normalarına uyğun tərtib olunaraq iddiaçıya göndərilmişdir.
50. Elektron üsulla göndərilmiş inzibati aktın iddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən həmçinin Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
51. İş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ##.##.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və ##.##.2023-cü il tarixdə saat 11:04:49-da, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023cü il tarixli **************** nömrəli qərarı ##.##.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və ##.##.2023-cü il tarixdə saat 15:43:43- də vergi ödəyicisi tərəfindən oxunmuşdur. İddiaçı isə ##.##.2023-cü il tarixdə Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli, ##.##.2023-cü il tarixdə isə həmin qərarla yanaşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** saylı qərarların” ləğvi ilə bağlı cavabdehə müraciət etmiş və iddiaçı müraciətə cavabın “Onlayn kargüzarlıq”a gəlməsini xahiş etmişdir.
52. İddiaçı mübahisələndirilən ##.##.2023-cü il tarixli qərardan ən azı ##.##.2023-cü il tarixdən, ##.##.2023-cü il tarixli qərardan isə ##.##.2023-cü il tarixdən məlumatlı olmasına baxmayaraq həmin qərarların ləğvi ilə bağlı isə məhkəməyə İPM-in 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətini ötürməklə ##.##.2024-cü il tarixdə müraciət etmişdir.
53. İş materiallarından görünür ki, iddiaçı özü də iddia müddətini ötürməsini özü etiraf etmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, “məhkəməyə müraciət etməzdən əvvəl mütəmadi olaraq vergi orqanı ilə qərarların ləğv edilməsi istiqamətində müzakirələr aparılmış və vergi orqanı tərəfindən görüşlər həyata keçirilmişdir. Bu məqsədlə 3 dəfə görüş təyin edilmişdir (müvafiq olaraq ##.##.2023, ##.##.2023 və ##.##.2024-cü il tarixlərində). Vergi orqanı isə bu görüşlərdən sonra hazırki məsələnin rəhbərlik səviyyəsində müzakirə edəcəklərini və məsələnin nəticəsi barədə məlumat verəcəklərini bildirsələr də, bu müzakirələr prosesin uzanmasına səbəb olmuşdur. Lakin uzun müzakirələrdən sonra vergi orqanı tərəfindən hazırki məsələ ilə bağlı heç bir tədbirlər həyata keçirilmədiyi üçün tərəfimizdən ## #### 2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etməli oldu. Belə ki, təşkil edilən görüşlər zamanı məsələni həll edəcəklərini və bunun üçün tədbirlər görəcəklərini desələr də, rəsmi təqdim edilən sənədlərdə imtina cavabı verilirdi. Vergi orqanının bu mövqeyi MMC-ni məsələnin həll edilməsi istiqamətində ümidləndirirdi. Lakin nədənsə həmin görüşlərin və müzakirələrin sonda heç bir nəticəsi olmamışdır. Eyni zamanda, əməliyyat aparılan digər tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi olduğu üçün hər iki inzibati orqan aralarında olan münasibətlərin özləri tərəfindən araşdırılmasını xahiş etmişdik. Görüşlər zamanı da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə İdarəsi ilə əlaqə saxlayan zaman həmin məsələni araşdıracaqlarını bildirmişlər. MMC isə iki inzibati orqan arasında danışıqların aparılacağına ümid edərək hesab etmişik ki, məsələnin həlli öz əksini tapacaqdır. Lakin qeyd edilənlərdən aydın olur ki, bu günə kimi iki inzibati orqan tərəfindən məsələyə baxılıb yekun nəticəyə gəlinməmişdir. Hazırda da məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsini üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb etmişdir. Hesab edirik ki, vergi orqanı tərəfindən görüşlərin təyin edilməsi, məsələyə baxılması və iki inzibati orqan arasında olan müzakirələr iddia ilə məhkəməyə vaxtında müraciət etməyimizə mane olmuşdur. Bu isə iddianın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə iddianın verilməsinə səbəb olmuşdur.” Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçı İddiaçı MMC-nin məhkəmədə iddia qaldırması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən ötürdüyünü nəzərə almağını və üzürlü səbəbdən ötürülmüş prosessual müddəti bərpa edilməsini xahiş etmişdir.
54. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
55. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
56. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən qərarların ləğvi ilə bağlı cavabdehlə yazışmalarının olmasının onun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırmadığını nəzərə alaraq ərizədə qeyd olunan səbəbləri üzürlü hesab etmir. Eyni zamanda səbəblər üzürlü olsa belə yuxarıda sadalanan hüquq normalarının tələblərinə görə, şəxs buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Halbuki müddət bərpa barədə ərizə isə ##.##.2025-ci il tarixdə işin birinci instansiya məhkəməsində icraatı zamanı təqdim olunmuşdur.
57. Məhkəmə kollegiyası həmçinin nəzər alır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qəbul edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ## #### 2025-ci il tarixdə *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və verginin azaldılmış məbləği və ya sığorta haqqı 9.615,72 manat və zərərin məbləği (artmışdır və ya azalmışdır) 1.194,60 manat olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, ##.##.2025-ci il tarixə 23.817,32 manar vergi hesablanılmış, 2.285,41 manat ödənilmiş, 0.00 manat qaytarılmış, 23.737,30 manat azaldılmış və əhatə etdivi dövrün son tarixinə 2.205.39 manat saldo hesablanmışdır. İddiaçı apellyasiya baxışı zamanı həmin qərardan məlumatlı olmasına baxmayaraq onu mübahisələndirməmiş və həmin qərarın ləğvi ilə da bağlı iddia müddətini ötürmüşdür.
58. Qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki bu zaman məhkəmə iddianın mümkünlük şərtlərinin tam ödənilib-ödənilmədiyi məsələsini araşdırmalı idi. Çünki yuxarıda da qeyd olunduğu kimi, iddiaçının iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aid olduğu üçün məhz bu növdə iddianın mümkünlük şərtləri diqqətlə yoxlanılmalı idi.
59. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
60. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
61. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ləğv edilsin və iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Nigar Nəbizadə Elvin Əliyev