Məhkəmə qərarları › İş №2-1(103)-3218/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3218/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3218/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə dair xx.xx.2021-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzilin onun tərəfindən alınmasına və pulun ödənilməsinə dair alğı-satqı müqaviləsi, MTK tərəfindən verilmiş arayış və texniki pasport cavabdehə təqdim edilsə də, müraciəti tam təmin edilməmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilin ümumi sahəsi 703.5 kv.m (94.8 kv.m yaşayış sahəsi, 74.0 kv.m yardımçı sahə və 534.7 kv.m eyvan) olsa da, onlar eyvanı mənzilin tərkib hissəsi kimi nəzərə almayaraq, sadəcə 168.80 kv.m sahəyə dair reyestrdən çıxarış vermişlər. Bu səbəbdən, hüquqlarının bərpa edilməsi üçün tərəfindən cavabdehə müraciət edilsə də, xx.xx.2022-ci il tarixli, **********39 saylı bildiriş ilə ərizəsinin icrasından imtina etmişlər. İmtinada göstərilmişdir ki, həmin sahə damüstü sahədir və ümumi mülkiyyət hüququ ilə bütün payçılara məxsusdur. Həmçinin cavabdeh həmin sahəyə dair hüquqmüəyyənedici sənədin olmamasını da, göstərmişdir. Hesab edir ki, bütün bunlar qanunsuzdur. Cavabdeh orqan ona məxsus mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata almaqdan qanunsuz olaraq imtina etmişdir. Belə ki, tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənəd olan xx.xx.2005-ci il tarixli müqavilədən də, görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 703.5 kv.m sahə xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və müqavilə üzrə öhdəlikləri onun tərəfindən tam olaraq yerinə yetirilmişdir. Həmçinin digər qeyd edilməli olan məsələ ondan ibarətdir ki, həmin sahə məhz eyvandır (penthausdur) və həmin 534.77 kv.m sahəyə keçid sadəcə ona məxsus mənzildəndir. Həmin eyvan ona məxsus mənzilin tərkib hissəsidir və giriş sadəcə onun evindəndir. Cavabdeh orqan isə qanunsuz olaraq həmin sahənin ümumi yaşayış sahəsi olduğunu qeyd etmişdir. Bütün bunlar onu göstərir ki, sözügedən yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Lakin, bu əsaslardan heç biri ona münasibətdə olmadığından cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinə müvafiq sənədlərin təqdim edilmədiyini əsas gətirərək, imtina etməklə hüquqlarını pozmuşdur. Göründüyü kimi, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Beləliklə də, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvan mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və texniki pasport verilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m-lik eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m-lik sahə üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m. olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Lakin, qeyd olunan sahəyə dair hər-hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirir ki, İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin çıxarışa əsasən ölçüsü 168.8 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 328.8 kv.m-dir. Həmçinin bildirilir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən 35 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2005-ci il tarixli, 008012 nömrəli orderi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmişdir. Mənzil bir neçə dəfə özgəninkiləşdirilmiş, hazırda daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiacının nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan xx.xx.1972-ci il tarixdə, İ-ТГ 426211 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 may 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X12, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin 01 iyun 2005-ci il tarixli, ümumi yığıncağının 08 nömrəli protokolundan çıxarışdan görünür ki, X10 "xxxx" MTK-ya üzv qəbul edilmiş və 4 otaqlı mənzil alanların siyahısına daxil edilmiş, X10 öz razılığı ilə "xxxx" MTKnın binasında ünvan 2 ünvanında yaşayış sahəsi 168.0 kv.m, ümumi sahəsi 703 kv.m olan 1-ci girişdə, 11-ci mərtəbədə, 4 otaqlı, 35 nömrəli mənzil düşməsi təsdiq edilmiş, ailə tərkibi 1 nəfər - özü olmuşdur. İş materiallarında olan "xxxx" MTK ilə X10 arasında bağlanmış 01 iyun 2005-ci il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə əsasında satıcı "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən on bir mərtəbəli yaşayış binasının 1-ci giriş, 11-ci mərtəbədə, 4 otaqlı, 35 nömrəli, ümumi sahəsi 703,0 kv.m olan (Penthause) sahəsini alıcı X2. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 11 mərtəbəsində, ümumi sahəsi 703.0 kv.m, 4 otaqlı, 35 saylı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktubla təqdim edilmiş, ünvan 3, 35 saylı mənzilə dair sənədlərin surətlərindən müəyyən edilir ki: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 12 avqust 2005-ci il tarixli, 008012 nömrəli orderinə əsasən, Bakı şəhəri, Y.Səfərov küçəsi, ev 1 a, mənzil 35, giriş 1, mərtəbə 11, otağın sayı 4, kv.m 92.0 olan mənzil 1972-ci il təvəllüdlü X8 ayrılmışdır. Orderin verilməsinə əsas Bakı şəhər İcra Hakimiyyətinin 207 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı göstərilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 dekabr 2011-ci il tarixli, 2in(82)- 1262/2011 saylı qərarına əsasən, ünvan 3, mənzil 35 ünvanına dair iddiaçı X4 adına verilmiş qeydiyyat vəsiqəsi itdiyinə görə etibarsız hesab edilmiş, ünvan 3, mənzil 35 ünvanına dair iddiaçı X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.1 kv.m, yaşayış sahəsi 94.4 kv.m, yardımçı sahəsi 73.7 kv.m, otaqların sayı 4 olan mənzil X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301- 093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 30 iyun 2012-ci il tarixli “Bağışlama müqaviləsi”nə əsasən, X10 Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 A-da yerləşən dörd otaqdan ibarət, ümumi sahəsi 168.10 kv.m, yaşayış sahəsi 94.40 kv.m olan 35 saylı mənzilini anası İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.8 kv.m, yaşayış sahəsi 94.8 kv.m, yardımçı sahəsi 74.0 kv.m, otaqların sayı 4 olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301- 093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 05 fevral 2016-cı il tarixli “Bağışlama müqaviləsi”nə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 A-da yerləşən ümumi sahəsi 168.8 kv.m, yaşayış sahəsi 94.8 kv.m, yardımçı sahəsi 74.0 kv.m olan 4 (dörd) otaqlı, 35 nömrəli mənzilini X7 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.8 kv.m olan mənzil X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301- 093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 13 fevral 2016-cı il tarixli “Bağışlama müqaviləsi”nə əsasən, X10 Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 A-da yerləşən ümumi sahəsi 168.8 kv.m olan 35 nömrəli mənzilini X6 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 08169935 nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 168.8 kv.m olan mənzil X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********52-05301- 093020 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli, **********52-05301-093020 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən, hüquq subyekti İddiaçı, reyestr nömrəsi **********52-05301-093020 olan mənzilə dair xx.xx.2012-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzil haqqında məlumat qrafasında yerləşdiyi mərtəbə 11, otaqların sayı 4, ümumi sahəsi 168.8 kv.m, yaşayış sahəsi 94.8 kv.m, eyvan sahəsi 534.7 kv.m göstərilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 12 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında 11-ci mərtəbə, 4 otaqlı 35 saylı mənzilin sahibidir. Mənzilin ümumi sahəsi 703.5 kv.m, yaşayış sahəsi – 94.8 kv.m, köməkçi sahəsi – 74.0 kv.m, eyvan – 534.7 kv.m-dir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********39 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Lakin, qeyd olunan sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər tərqdim edilməmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a ünvanında yerləşən 11 mərtəbəli, yaşayış binasının 1-ci girişdə, 11-ci mərtəbədə 4 otaqlı, 35 nömrəli, ümumi sahəsi 703.0 kv.m olan (penthouse) sahə "xxxx" MTK-nın üzlərinin 01 iyun 2005-ci il tarixli ümumi yığıncağının 08 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının oğlu X7 ayrılmışdır. Həmin sahə 07 saylı, 01 iyun 2005-ci il tarixli müqavilə əsasında X1. Mənzilin dəyəri X10 tərəfindən tam şəkildə ödənilmiş, buna dair "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Mənzilə dair mülkiyyət hüquqları ilkin olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında həmin mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh orqan tərəfindən mənzilin qeydiyyata alınması zamanı tərtib olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsi 168.80 kv.m göstərilsə də, iş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixdə tərtib olunmuş texniki pasportda mənzilin eyvan sahəsinin ölçüsü 534.7 kv.m göstərilmişdir. İddiaçı texniki pasportda əks olunan 534.7 kv.m eyvanın mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən onun müraciətindən qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmasına, İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşməsinə, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olmasına, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçməsinə və su çəninin olmasına, qeyd olunan sahəyə dair hər hansı hüququmüəyyənedici sənədlərin təqdim edilməsinə istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahə, yaşayış binasının mənzillərinin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt sahəsi olmayıb, mənzilin ümumi sahəsinə daxil edilməli olan eyvan sahəsidir və həmin sahəyə dair "xxxx" MTK tərəfindən verilmiş müvafiq hüquqmüəyyənedici sənədlər (protokoldan çıxarış, müqavilə və maliyyə arayışı) mövcuddur. Həmin sənədlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh imtina məktubunda və məhkəməyə təqdim etdiyi etirazda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad etsə də, cavabdehin həmin istinadı düzgün olmamışdır. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, mübahisəli sahə “eyvan” sahəsidir və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə əsasən sözügedən sahə mənzilin ümumi sahəsinə daxil edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci maddəsinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi qüvvədə olan qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələbləri mənzillərin ümumi sahəsinə daxil edilən hissələri və həmin hissələr əsasında hesablamanın aparılması qaydasını müəyyən etmişdir ki, yaşayış binasının “eyvan” sahəsinin mənzilin ümumi sahəsinə daxil olması aydın şəkildə göstərilmişdir. Məhkəmə eləcə də, iddia tələbinin texniki pasportun verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Göründüyü kimi, texniki sənədlərin hazırlanması da, cavabdehin səlahiyyətlərinə daxildir. Bu səbəbdən də, iddiaçının texniki pasportun hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi də, əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada və etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.6-cı maddəsinə əsasən (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı (protokoldan çıxarış, müqavilə və maliyyə arayışı) mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış edilmiş xx.xx.2022-ci il tarixli **********91 saylı məktubdan görünür ki, , idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, **********39 nömrəli imtina bildirişində qeyd edilən mənzilin ətrafında ümumi sahəsi 533,2 m2 olan damüstü sahədə mövcud olmuş su çəni, istilik və su boru xətlərinin bir hissəsi götürülmüş, həmin damüstü sahəyə pilləkən qəfəsindən (liftin texniki otağının daxilindən) olan giriş qapısı divarla bağlanmışdır. Faktiki olaraq həmin sahəyə yalnız mənzilin daxilindən giriş mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahə, yaşayış binasının birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt sahəsi omamasına, mənzilin ümumi sahəsinə daxil edilməli olan eyvan sahəsi olmasına və həmin sahəyə dair hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Buna görə də iddiaçının tələb etdiyi mənzilə məxsus sahənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar