Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3218/2025 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xidmət haqqının geri qaytarılması” tələbinə dair işi üzrə (Açar sözlər: xidmət haqqının geri qaytarılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xidmət haqqının geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ilk dəfə ##.##.2016-cı il tarixində elektron ərizə sistemi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətə baxılaraq Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən ərizəçinin tədris dilinin bilmə səviyyəsinin qeyri-qənaətbəxş olması səbəbindən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Daha sonra ##.##.2021-ci il tarixində ərizəçi tərəfindən eyni əsaslarla növbəti müraciət edilmişdir. İddiaçı tərəfindən ##.##.2021-ci il tarixində “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi” üçün 250 manat ödəniş edilmişdir. Cavabdeh isə iş üzrə yeni hallar mövcud olmadığından müraciət üzrə yeni inzibati akt qəbul etmədən ərizəçiyə eyni adlı diplom üzrə ##.##.2016-cı il tarixində qəbul edilmiş imtina qərarına istinad etmişdir. İddiaçı cavabdehə ##.##.2023-cü il tarixli ən son müraciəti zamanı qüvvədə olan yeni Qaydalarla icraat aparılmış və ərizəçinin məlumatları həmin Qaydaların tanınma ilə bağlı 4-cü bəndində əks olunmuş tələblərinə cavab verdiyindən ona ##.##.2023-cü il tarixində № ****** ******* nömrəli şəhadətnamə təqdim olunmuşdur. Hazırda iddiaçı “##.##.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində xidmət haqqının geri qaytarılmasını” tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ##.##.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-2015-ci illərdə X2 iqtisadiyyat fakültəsində menecment ixtisası üzrə əyani əsaslarla ali təhsil almışdır. X2 ##.##.2015-ci il tarixdə verilmiş bakalavr diplomundan görünür ki, iddiaçı “müəssisədə iqtisadiyyat və idarəetmə (gömrük)” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə iqtisadçı-menecer ixtisası verilmişdir. Ali təhsil haqqında diplomunun tanınması üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin ##.##.2016-cı ildə müraciətinə dair mənfi qərar qəbul edilmişdir. ##.##.2021-ci il tarixində ali təhsil haqqında diplomunun tanınması üçün yenidən müraciət etmiş, 250 manat məbləğində ödəniş etmişdir. Lakin, ##.##.2016-cı il tarixində eyni diplom üzrə imtina qərarı aldığına görə ərizəsi qəbul edilməmişdir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixində iddiaçının xarici ali təhsil ixtisasının tanınması haqqında qərar qəbul edilmiş və iddiaçıya müvafiq şəhadətnamə verilmişdir. İddiaçı cavabdehə bir neçə dəfə ərizə ilə müraciət edərək ##.##.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun ona qaytarılmasını xahiş etmiş, əks halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Dəfərlərlə cavabdehə miiraciət edilməsinə baxmayaraq, müraciətlərə cavab olaraq ##.##.2022-ci il tarixli cavab məktubda sənədlərin araşdırıldığı və şəxslə əlaqə yaradılacağı bildirilmişdir. Lakin, heç bir tədbir görülməmişdir. Sonuncu dəfə iddiaçı ödənişin geri qaytarılması ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda xarici ali təhsil ixtisasının tanınması haqqında ##.##.2023-cü il tarixli qərarın qəbul edildiyi və müvafiq elektron şəhadətnamənin təqdim edildiyi bildirilmiş, ödənişin geri qaytarılması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ilk dəfə ##.##.2016-cı il tarixində elektron ərizə sistemi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən ərizəçinin tədris dilinin bilmə səviyyəsinin qeyri-qənaətbəxş olması səbəbindən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Daha sonra ##.##.2021-ci il tarixində ərizəçi tərəfindən eyni əsaslarla növbəti müraciət edilmiş, cavabdeh isə iş üzrə yeni hallar mövcud olmadığından müraciət üzrə yeni inzibati akt qəbul etmədən ərizəçiyə eyni adlı diplom üzrə ##.##.2016-cı il tarixində qəbul edilmiş imtina qərarına istinad etmişdir. İddiaçı cavabdehə ##.##.2023-cü il tarixli ən son müraciəti zamanı qüvvədə olan yeni Qaydalarla icraat aparılmış və ərizəçinin məlumatları həmin Qaydaların tanınma ilə bağlı 4-cü bənddə əks olunmuş tələblərinə cavab verdiyindən ona ##.##.2023-cü il tarixində № ****** ******* nömrəli şəhadətnamə təqdim olunmuşdur. Hazırda iddiaçı “##.##.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumununun geri qaytarılmasını” tələb etməkdədir. Lakin tanınmanın həyata keçirilməsi üçün ödənilən xidmət haqqı dövlət rüsumu kateqoriyasına daxil edilmir. Belə ki, xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı ilə (hakim Emin Abdullayev) iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixində ödəndiyi 250 (iki yüz əlli) manat məbləğində xidmət haqqının geri qaytarılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, 2-1(112)-4619/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarında iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ilk dəfə ##.##.2016-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. İnzibati orqan müraciətə baxaraq Nazirlər Kabinetinin ## ### 2003-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən ərizəçinin tədris dilinin bilmə səviyyəsinin qeyri-qənaətbəxş olması səbəbindən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə inzibati akt tərtib edilərək onun yaşadığı ünvana göndərilmişdir. Daha sonra ##.##.2021-ci il tarixində ərizəçi tərəfindən eyni əsaslarla növbəti müraciət edilmiş, Agentlik isə iş üzrə yeni hallar mövcud olmadığından müraciət üzrə yeni inzibati akt qəbul etmədən ərizəçiyə eyni adlı diplom üzrə ##.##.2016-cı il tarixində qəbul edilmiş imtina qərarına istinad etmiş və bu imtinanın qüvvədə qalması barədə məlumatı elektron kabinetə yerləşdirilmişdir. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azerbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları” təsdiq edilmişdir. İddiaçı İddiaçı cavabdeh quruma ##.##.2023-cü il tarixli ən son müraciəti zamanı qüvvədə olan yeni Qaydalarla icraat aparılmış və ərizəçinin məlumatları həmin Qaydaların tanınma ilə bağlı 4-cü bəndində əks olunmuş tələblərinə cavab verdiyindən ona ##.##.2023-cü il tarixində № ****** ******* nömrəli şəhadətnamə təqdim olunmuşdur. Bundan sonra iddiaçı "##.##.2021-ci il tarixində ödənilmiş 250 manat məbləğində dövlət rüsumununun geri qaytarılması öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə bağlı məhkəmənin də nəzərinə çatdırılmışdır ki, “Dövlət rüsumu haqqında” AR Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 2-ci maddəsinə nəzər saldıqda Dövlət rüsumunun tutulduğu hallar arasında kvalifasiyaların tanınması ilə bağlı müraciət üzrə icraatın aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə sözügedən Qanunun dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarının müəyyən olunduğu 4-cü maddəsində qeyd edilir ki, bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydalarının 2-ci bəndində ərizəçinin elektron müraciətə surətini əlavə etdiyi sənədlərdən biri kimi tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd tələb olunmuşdur. Həmçinin “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə AR NK-nin ## ###### 2020- ci il tarixli, *** nömrəli Qərarı İlə təsdiqlənmiş Qaydalara əsasən Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üzrə ödənilməli olan haqqın məbləği 250 manat müəyyən olunmuşdur. Beləliklə qeyd olunan Qaydaların məzmunundan tanınmanın həyata keçirilməsi üçün ödənilən xidmət haqqının dövlət rüsumu kateqoriyasına daxil edilmədiyi məlum olmuşdur. Bu səbəbdən "Dövlət rüsumu haqqında" AR Qanununun 5-ci maddəsində təsbit olunmuş düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydalarının tətbiq olunduğu hallar hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsası ola bilməzdi. Hazırkı mübahisələndirilən məhkəmə qərarında ziddiyyət ondan ibarətdir ki, məhkəmə tərəfindən qərarın son səhifəsində “Məhkəmə cavabdehin iddiaçının ödədiyi məbləğin dövlət rüsumu olmadığı mövqeyi ilə razılaşdığını bildirir. Belə ki, müvafiq Qaydalara əsasən iddiaçının geri qaytarılmasını tələb etdiyi məbləğ “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi" üzrə ödənilən xidmət haqqıdır” mövqeyi bildirilsə də, həmin xidmət haqqının tənzimləndiyi Qaydalarda məbləğin ərizəçilərə geri qaytarılması halları və ya bunun əsasları təsbit edilməməsinə baxmayaraq yekunda “250 (iki yüz əlli) manat məbləğində xidmət haqqının geri qaytarılması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulması” qərara alınmışdır. Kollegiyanın nəzərinə çatdırırıq ki, prosessual pozuntulara yol verilərək qəbul edilmiş qərarda iddia tələbindən kənaraçıxma müşahidə olunur. Belə ki, iddiaçı tərəfindən “dövlət rüsumunun geri qaytarılması” tələbi qoyulmuş, iddiaçının iştirakı ilə keçirilən hazırlıq iclasında cavabdeh tərəfindən bu tələbin əsassızlığı vurğulanmış, buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbində hər hansı dəqiqləşmə aparılmamış və növbəti iclasda tərəf iştirak etməmişdir. Beləliklə, prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması üçün iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə hələ hazırlıq icraatı davam edərkən iddiaçı tərəfə hüquqi yardım göstərməmiş və mövcud İddia tələbi dövlət rüsumu haqqında olduğu halda İddianı təmin edərkən tələb qanunazidd olduğu üçün öz mülahizəsi ilə xidmət haqqına çevirmişdir. Həmçinin xidmət haqqı olaraq yanaşılmalı olan vəsaitlə bağlı bildiririk ki, AR NK-nin ## ###### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiqlənmiş xidmət haqları üzrə siyahı barədə Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixində verdiyi izahda qeyd olunur ki, “Tanınma ilə bağlı xidmətlərin göstərilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Agentlik publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən onun xərclərinin, əsasən də əməkhaqqı xərclərinin (o cümlədən cəlb edilən ekspertlərin) toplanılan xidmət haqları hesabına maliyyələşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Xidmət haqı ilə bağlı məsələləri tənzimləyən yeganə hüquqi akt da təsdiq edir ki, göstərilən məbləğin ödənilməsi ərizəçinin sənədlərinin qəbulu ilə bağlı fəaliyyət üçün müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Agentliyə elektron müraciəti zamanı icraatın aparılma qaydası haqqında bütün şərtlər, eləcə də, xidmət haqqının ödənildikdən sonra geri qaytarılmadığı ilk mərhəlerdə ərizəçilərə bildirilir və məhz vətəndaşların həmin şərtlərlə razılaşıb müraciətin davamını təsdiq etməsindən sonra digər mərhələlərə keçid olunur(sistemdən çıxarış qoşmaya əlavə olunur). Bu qaydalar barədə xəbərdar edilmiş iddiaçının araşdırmanın nəticəsindən asılı olaraq məhkəməyə müraciət etməsi, məhkəmə tərəfindən isə inzibati icraatın mərhələləri araşdırılmadan və xidmət haqqı ödənilməsi üçün qaydaların müəyyən etdiyi fəaliyyətlər nəzərə alınmadan mülahizə əsasında heç bir xidmət göstərilmədiyi qənaətinə gəlinməsi 2-1 (***)-****/**** saylı məhkəmə qərarının ləğvini şərtləndirir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 2.4-cü bəndinə əsasən ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi; ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə AR NK-nin ## ###### 2020- ci il tarixli, *** nömrəli Qərarı İlə təsdiqlənmiş Qaydalara əsasən: Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üzrə ödənilməli olan haqqın məbləği 250 manat müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və mübahisəli hüquq münasibətlərini tənzimləyən normaları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xarici dövlətdə əldə etdiyi ali təhsil kvalifikasiyasının tanınması məqsədilə ilk dəfə 2016-cı ildə müraciət etmiş və həmin müraciət üzrə onun kvalifikasiyasının tanınmasından imtina olunması barədə ##.##.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı ##.##.2021-ci il tarixində eyni diplomun tanınması məqsədilə yenidən müraciət etmiş və həmin müraciətlə əlaqədar 250 manat məbləğində ödəniş etmişdir. Cavabdeh isə eyni diplom üzrə əvvəllər inzibati aktın qəbul edildiyini və icraatın təzələnməsi üçün yeni halların mövcud olmadığını əsas götürərək yeni inzibati akt qəbul etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının ödədiyi 250 manat dövlət rüsumu deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 manat xidmət haqqı müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi mübahisəli ödənişin hüquqi təbiətini düzgün müəyyən etsə də, həmin xidmət haqqının mahiyyətinə, hansı fəaliyyətin qarşılığında tutulmasına və bu fəaliyyətin xüsusiyyətlərinə düzgün hüquqi qiymət verməmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, sözügedən 250 manat kvalifikasiyanın mütləq tanınmasının, ərizəçiyə şəhadətnamə verilməsinin və ya onun üçün başqa formada müsbət hüquqi nəticənin təmin edilməsinin qarşılığı kimi müəyyən edilməmişdir. Normativ tənzimləmədə ödəniş konkret olaraq sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üzrə xidmətlə əlaqələndirilmişdir. Bu səbəbdən inzibati icraat çərçivəsində göstərilən xidmətlə həmin icraatın yekun hüquqi nəticəsi bir-birindən fərqləndirilməlidir. Başqa sözlə, xidmət haqqı nəticənin deyil, xidmətin qarşılığıdır. Ərizəçinin arzuladığı inzibati nəticənin əldə edilməməsi və ya onun müraciəti üzrə yeni inzibati aktın qəbul edilməməsi özlüyündə ödənilmiş xidmət haqqının hüquqi əsasını aradan qaldırmır və həmin məbləğin geri qaytarılması barədə tələb hüququ yaratmır. Xidmət haqqının Agentliyin publik hüquqi şəxs statusu baxımından qiymətləndirilməsi Məhkəmə kollegiyası mübahisəli ödənişin mahiyyətinin müəyyənləşdirilməsi zamanı cavabdehin publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsini də nəzərə alır. “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə görə Agentlik müvafiq sahədə fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamə Agentliyə fəaliyyət istiqamətlərinə uyğun olaraq ödənişli xidmətlər göstərmək hüququ verir. Eyni zamanda Agentliyin əmlakının formalaşması mənbələri sırasında dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, onun öz fəaliyyətindən əldə etdiyi gəlirlər də nəzərdə tutulmuş, qanunla müəyyən edilmiş məcburi ödənişlər yerinə yetirildikdən sonra fəaliyyətindən əldə etdiyi vəsait üzərində müstəqil sərəncam vermək hüququ təsbit edilmişdir. Nizamnamədə, həmçinin Agentliyin əldə etdiyi, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsaitə aid olmayan vəsait hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi, eləcə də işçilərin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin əməkhaqqı fondu çərçivəsində təşkil edilməsi nəzərdə tutulmuşdur. Belə normativ tənzimləmə göstərir ki, Agentliyin göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər publik hüquqi şəxsin fəaliyyətinin maliyyə mənbələrindən biridir və həmin vəsaitlər Agentliyin qarşısında duran funksiyaların həyata keçirilməsinə, o cümlədən bunun üçün zəruri olan təşkilati və əmək resurslarının təmin edilməsinə xidmət edir. Bu xüsusiyyət mübahisəli 250 manat xidmət haqqının mahiyyətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, xidmət haqqı yalnız inzibati icraatın sonunda ərizəçiyə təqdim ediləcək sənədin və ya onun üçün yaranacaq müsbət (əlverişli) hüquqi nəticənin “qiyməti” kimi qəbul edilə bilməz. Həmin ödəniş müvafiq xidmətin həyata keçirilməsi üçün publik hüquqi şəxsin təşkilati strukturunun fəaliyyətinin, işçilərin əməyinin, müraciətin emalına sərf olunan vaxtın, ekspertiza və digər zəruri resursların maliyyələşdirilməsinə xidmət edən gəlir mənbələrindən biridir. Bu baxımdan ərizəçinin müraciəti üzrə əmək və təşkilati resursların sərf olunmasına baxmayaraq, yalnız yekunda yeni inzibati aktın qəbul edilmədiyinə görə xidmətin göstərilmədiyi və ödənilmiş haqqın qarşılıqsız qaldığı nəticəsinə gəlmək xidmət haqqının hüquqi və iqtisadi mahiyyətinə uyğun deyildir. Əks yanaşma xidmət haqqını faktiki olaraq göstərilən xidmətə görə deyil, ərizəçinin arzuladığı müsbət (əlverişli) nəticənin əldə edilməsinə görə ödənilən haqq kimi qəbul etmək demək olardı. Halbuki qanunvericilik 250 manat məbləğində ödənişi kvalifikasiyanın mütləq tanınmasına deyil, sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə müəyyən etmişdir. İddiaçının təkrar müraciətinin xüsusiyyəti Hazırkı işdə nəzərə alınmalı digər mühüm hal ondan ibarətdir ki, iddiaçının ##.##.2021ci il tarixli müraciəti həmin diplomun tanınmasına dair ilk müraciət olmamışdır. Eyni şəxs və eyni diplom üzrə 2016-cı ildə artıq inzibati icraat aparılmış və yekun inzibati akt qəbul edilmişdir. Bu səbəbdən 2021-ci ildə daxil olmuş müraciətə əvvəlki inzibati icraat mövcud deyilmiş kimi yanaşılması və kvalifikasiyanın tanınması məsələsinin başlanğıcdan tam həcmdə yenidən araşdırılması tələb oluna bilməzdi. İlk növbədə əvvəlki inzibati icraatın təzələnməsi üçün qanuni əsasların mövcud olub-olmaması müəyyən edilməli idi. Cavabdehin təqdim etdiyi məlumatlardan görünür ki, ##.##.2021-ci il tarixli müraciət üzrə təqdim edilmiş sənədlər əvvəlki icraat materialları ilə üzləşdirilmiş, “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsi baxımından əvvəlki icraatın təzələnməsinə səbəb ola biləcək yeni halların mövcudluğu yoxlanılmış və belə halların olmadığı qənaətinə gəlinmişdir. Cavabdeh, həmçinin göstərmişdir ki, aparılmış yoxlama nəticəsində iddiaçının 2021-ci il müraciətində 2016-cı ildəki imtinaya səbəb olmuş halı dəyişdirə biləcək yeni sübut müəyyən edilməmiş, buna görə də yeni inzibati aktın qəbul edilməməsi orqanın fəaliyyətsizliyindən deyil, təkrar müraciət üzrə aparılmış yoxlamanın nəticəsindən irəli gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təkrar müraciətin əvvəlki inzibati icraat materialları ilə tutuşdurulması, əvvəlki inzibati aktın müəyyən edilməsi, yeni fakt və sübutların təqdim olunubolunmadığının yoxlanılması və icraatın təzələnməsinə hüquqi əsasların mövcudluğunun qiymətləndirilməsi müraciətin emalı çərçivəsində həyata keçirilən hüquqi və faktiki fəaliyyətdir. Həmin fəaliyyət cavabdehin işçilərinin əməyinin, vaxtının və təşkilati resurslarının sərf olunmasını tələb edir. Bu yoxlamanın nəticəsində əvvəlki icraatın təzələnməsinə əsas olmadığı müəyyən edildikdə, kvalifikasiyanın tanınmasına dair sonrakı ekspertiza mərhələlərinin həyata keçirilməməsi xidmətin ümumiyyətlə göstərilməməsi ilə eyniləşdirilə bilməz. Birinci instansiya məhkəməsi isə yeni inzibati aktın qəbul edilməməsini və kvalifikasiyanın tanınmasına dair sonrakı mərhələlərin həyata keçirilməməsini əsas götürərək cavabdeh tərəfindən iddiaçıya “hər hansı xidmət göstərilmədiyi” nəticəsinə gəlmiş və məhz bu qənaətdən çıxış etməklə xidmət haqqının geri qaytarılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bu yanaşma ilə razılaşmır. Yeni inzibati aktın qəbul edilməməsi ilə xidmətin göstərilməməsi eyni anlayışlar deyildir. Xüsusilə əvvəlki yekun inzibati aktın mövcud olduğu təkrar müraciətlərdə inzibati orqanın fəaliyyəti yeni inzibati aktın qəbul edilməsi ilə nəticələnmədən də ərizənin və təqdim edilmiş materialların araşdırılmasını, onların əvvəlki icraat materialları ilə müqayisəsini və icraatın təzələnməsi üçün əsasların qiymətləndirilməsini əhatə edə bilər. Xidmət haqqının geri qaytarılmasını tələb etmək hüququ Bununla yanaşı, mübahisənin həlli üçün daha fundamental məsələ iddiaçının ödədiyi xidmət haqqının geri qaytarılmasını tələb etmək üçün subyektiv maddi hüququnun mövcud olubolmamasıdır. Hazırkı tələb mahiyyət etibarilə öhdəliyin icrası haqqında iddiadır. Belə iddianın təmin edilməsi üçün cavabdehin hər hansı davranışının hüquqa uyğun olmamasının müəyyən edilməsi özlüyündə kifayət etmir. İddiaçının cavabdehdən məhz tələb etdiyi hərəkətin – hazırkı halda 250 manat məbləğində xidmət haqqının geri qaytarılmasının – həyata keçirilməsini tələb etmək hüququ müvafiq maddi-hüquqi əsasdan irəli gəlməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçının xidmət haqqının geri qaytarılmasını tələb etmək hüququnun hansı maddi-hüquqi əsasdan yarandığını müəyyən etməmişdir. Məhkəmə xidmətin göstərilmədiyi barədə gəldiyi faktiki qənaətdən birbaşa olaraq həmin məbləğin geri qaytarılması öhdəliyinin mövcud olduğu nəticəsinə gəlmişdir. Halbuki xidmətin göstərilibgöstərilməməsi ilə xidmət haqqının geri qaytarılmasını tələb etmək hüququnun mövcudluğu eyni hüquqi məsələ deyildir. Hətta xidmətin tam həcmdə göstərilmədiyi qəbul olunsa belə, bu hal özlüyündə konkret pul məbləğinin geri qaytarılması barədə subyektiv tələb hüququnun mövcudluğunu həll etmir. Bunun üçün ödənilmiş məbləğin geri qaytarılmasını nəzərdə tutan və ya onun cavabdehdə saxlanılmasının hüquqi əsasını aradan qaldıran maddi-hüquqi əsas müəyyən edilməlidir. İş materiallarından isə iddiaçının 250 manat məbləğində xidmət haqqının geri qaytarılmasını tələb etməsinə əsas verən belə hüquqi əsas müəyyən olunmur. Əksinə, cavabdehin təqdim etdiyi məlumatlara görə, elektron sistem vasitəsilə müraciətin tamamlanması zamanı ərizəçiyə xidmət haqqının nəticədən asılı olmayaraq geri qaytarılmadığı barədə əvvəlcədən məlumat verilmiş və iddiaçı müraciətini həmin şərtlərlə tamamlamışdır. Məhkəmə kollegiyası bu halı geri qaytarılmamanın müstəqil hüquqi əsası kimi deyil, sözügedən ödənişin ərizəçi üçün müsbət inzibati nəticənin əldə edilməsinin qarşılığı olmadığını təsdiqləyən əlavə hal kimi nəzərə alır. Yekun nəticə Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının ödədiyi 250 manatın xidmət haqqı olduğunu düzgün müəyyən etsə də, həmin ödənişin hüquqi və iqtisadi mahiyyətinə düzgün qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, xidmət haqqı ərizəçinin arzuladığı müsbət (əlverişli) inzibati nəticənin deyil, müvafiq xidmətin göstərilməsinin qarşılığıdır. Cavabdeh publik hüquqi şəxs kimi ödənişli xidmətlər göstərmək hüququna malikdir və belə fəaliyyətdən əldə etdiyi gəlirlər onun fəaliyyətinin maliyyə mənbələrindən birini təşkil edir. Eyni zamanda müraciətlərin emalı, ekspertizası və hüquqi qiymətləndirilməsi Agentliyin təşkilati və əmək resurslarının sərf edilməsini tələb edir. Bundan başqa, iddiaçının müraciəti ilk müraciət deyil, əvvəlki yekun inzibati aktdan sonra edilmiş təkrar müraciət olmuş, həmin müraciət üzrə əvvəlki icraatın təzələnməsinə əsasların mövcudluğu yoxlanılmışdır. Belə yoxlamanın nəticəsində yeni inzibati aktın qəbul edilməməsi xidmətin göstərilməməsi kimi qiymətləndirilə bilməz. Nəhayət, birinci instansiya məhkəməsi iddiaçının xidmət haqqının geri qaytarılmasını tələb etmək üçün maddi-hüquqi tələb hüququnun hansı hüquqi əsasdan yarandığını müəyyən etmədən, yalnız xidmətin göstərilmədiyi barədə gəldiyi qənaətdən çıxış etməklə cavabdehin üzərinə həmin məbləğin qaytarılması öhdəliyi qoymuşdur. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tətbiq edilməli hüquq normalarına uyğun hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçı İddiaçı ##.##.2021-ci il tarixində ödədiyi 250 manat məbləğində xidmət haqqının geri qaytarılması barədə iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3218/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3218/2025
10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver