Məhkəmə qərarları › İş №2-1(103)-3219/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3219/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3219/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Zülfiqar oğlunun iştirakı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın və həmin arayış əsasında bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-289/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1383/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya məhkəməsinin həmin qərardadı qismən, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilmiş, həmin hissələrdə işə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası İPM-in 96.11-ci maddəsinin tələblərinə müvafiq Ali Məhkəmənin qərardadından irəli gələn göstərişləri nəzərə alıb iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb, belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yoxlanılan - “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilməli və iş həmin hissədə sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin apellyasiya qaydasında araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aşağıdakı tələblər irəli sürülmüşdür. 1) Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi; 2) həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; 3) həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. Birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinadən hesab etmişdir ki, həmin iddia tələbləri mümkünlük tələblərinə cavab vermir. Lakin birinci instansiya məhkəməsi iddia tələblərini tam həcmdə mümkün saymamaqda haqlı olmamış, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbində göstərilən bağ sahəsinin nömrəsinin 814 saylı olması müəyyən edilərək həmin torpaq sahəsinin plan və ölçüsünün iddiaçının adına hazırlanması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu tanınması vəzifəsinin AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmış,- -2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-2425/2014 nömrəli qərarı ilə təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 382b saylı bağ sahəsinin nömrəsinin 814 saylı olması müəyyən edilərək həmin torpaq sahəsinin plan və ölçüsünün iddiaçının atası X1 adına hazırlanaraq verilməsi cavabdehə həvalə edilmiş, daha sonra iddiaçı həmin torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, həmin qərar yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, işə əlavə olunmuş qanuni qüvvəsini almış: -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2- 1(103)-313/2017 saylı 26 aprel 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazisinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 814 saylı 0,12 ha bağ sahəsinin reyestrdə qeydə alınaraq onun adına çıxarış verilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiası , 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(82)-44/2016 nömrəli qərarı ilə rədd edilmiş həmin qərar apellyasiya məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, iddiaçının hazırkı iş üzrə “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbiləri” həmin məhkəmə araşdırmasının predmeti olmamışdır. Belə olan halda, iddiaçının həmin iddia tələblərinə münasibətdə birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması İPM-in 78-ci maddəsinə ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin hissədə iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən, iddia tələblərini ayrı-ayrılıqda təhlil etməmiş, qeyd olunan hissədə iddia tələblərini mümkün saymamaqla, İPM-in 12.1, 13 və 35.1-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə də, qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı qismən - iddianın, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X5 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilsin. Həmin hissələrdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar