Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-322/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh AR İİN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 29 mart 2020-ci il tarixli **********198573 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 mart 2020-ci il tarixli qərarı ilə 3 fevral 2020-ci il tarixli “səyyar vergi yoxlaması aktı” əsasında İddiaçı ASC barəsində 753.296,81 manat əlavə verigi hesablanması, 265.036,01 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar əsassız və qanunsuz hesab edilir. Belə ki, 2018-ci ildən başlayaraq təqribən 1 il 3 ay davam etmiş səyyar vergi yoxlamasının 3 mart 2020-ci il tarixli aktının 1.9.1-ci bəndindən də göründüyü kimi, yoxlama predmetinə aid olan 1 yanvar 2015-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək vergilərin hesablanması üçün tələb olunan ilkin mühasibat sənədləri, müqavilələr, kredit müqavilələri, əsas vəsaitlərin sənədləri, qəbzlər, uçot jurnalları, ödəniş, xəzinə sənədləri və tələb olunan bütün sənədlər iddiaçı tərəfindən təqdim edilmişdir. Bütün sənədlər araşdırıldıqdan sonra vergidən yayınma, kənarlaşma halı müəyyən edilməmişdir. Aktdan da göründüyü kimi, tətbiq edilən bazar qiymətindən başqa hər hansı əlavə vergi müəyyən edilməmişdir, hesablanmamışdır. Bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edilməsi isə, hazırkı halda qanunauyğun deyil, eyni zamanda ekspert tərəfindən də bazar qiyməti düzgün hesablanmamışdır, həmçinin ekspertin ümumiyyətlə rəy verilmədiyi dövrə vergi orqanı tərəfindən qeyri-real bazar qiyməti tətbiq edilmişdir. İddiaçı ASC 1998-ci ildə dövlət müəssisəsi olan “Bakıelektroterm” İB-nin bazasında yaradılmış və investisiya müsabiqəsi ilə “X12”yə satılmış və ona məxsusdur. “X12” tərəfindən 227.000.000 manat vəsait qoyularaq bütün infrastruktur, kommunikasiyalar, istehsal sahələri daxil olmaqla yeni metallurgiya kompleksi tikilib yaradılmışdır. Bunlar hamısı “X12”nin mülkiyyətidir və balansındadır. Həmin metallurgiya kompleksinin fəlaliyyəti həmçinin “X12”nin özəlləşdirdiyi "xxxx" ASC-nin bütün respublika üzrə fəaliyyət göstərən sahələri ilə təmin edilir. Yəni, İddiaçı ASC-də “X12” tərəfindən yaradılmış metallurgiya kompleksi yalnız “X12”nin digər müəssisələrində olan fəaliyyəti ilə əlaqəli mümkündür. Beləliklə, icarə münasibətləri və icarə haqqı yalnız İddiaçı ASC illik əmlak, torpaq vergilərinin qarşılanması üçün müəyyən edilmişdir. Bütün istehsal kompleksi, qurğu və avadanlıqlar “X12”yə aiddir. Başqa sözlə, icarə münasibətlərinin şərtləri bir tərəfin digər tərəfdən asılılığı səbəbindən yaranmamışdır, təsərrüfat əlaqələri, iri məbləğdə, 227 min manat məbləğində yatırım, qovuşmuş ərazi, sıfırdan yaradılımış istehsal ərazisi, vahid istehsal komleksinin yaranması səbəbi ilə formalaşmışdır. Qeyd edildiyi kimi, İddiaçı ASC-nin dövlət müəssisəsi kimi özəlləşdirilmə qaydasında “X12”yə satışı, onun tərəfindən uzun illərdir ki, 22 ilə yaxın müddətdir ki, ərazisində vəsait qoyaraq, investisiya yatırılaraq, metallurgiya kompleksi yarıdılmışdır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarında qeyd olunur ki, əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, AR Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə, vergi orqanının üzərinə düşür. Yəni, aktdan da göründüyü kimi, icarəçi “X12”nin 22 illik yatırım, 227.000.000 manat məbləğində yatırımları, bu müddətdə ərazidə yaradılmış metallurgiya kompleksinin, istehsalın, avadanlıqların, sobaların, kommunikasiyaların, sexlərin ona məxsus olması ilə əlaqədar səyyar yoxlama zamanı vergi orqanı tərəfindən araşdırma aparılmamışdır. Hətta, dəfələrlə iddiaçı tərəfindən bildirilmişdir ki, süni şəkildə icarə haqqının artımı büdcəyə ödənilən verginin məbləğində dəyişiklik yaratmır, əksinə süni qaldırılmış icarə haqqı “X12”də xərclərə aid edilərək mütənasib olaraq həmin məbləğdə vergi “X12”də azalır. Faktiki, ödənilən verginin məbləğində də dəyişiklik olmur, sadəcə həmin məbləğdə vergi bir müəssisədən digərinə geçirilir. Beləliklə, icarə münasibətlərinin şərtləri bir tərəfin digər tərəfdən asılılığı səbəbindən yaranmamışdır, təsərrüfat əlaqələri, iri məbləğdə, 227 mln manat məbləğində yatırım, qovuşmuş ərazi, istehsal ərazisi, vahid istehsal komleksinin yaranması səbəbi və əsası ilə formalaşmışdır. və buna görə Vergi Məcəlləsinin 14.5-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC ilə “X12” arasında olan həmçinin digər analoqu olmayan əməliyyatın qiyməti nəzərə alınmalıdır. “X12”-nin tikinti, təmir işləri, avadanlıqların həcm böyük olduğundan bir hissəsinə dair müqavilələr, aktlar, qaimələr, gömrük sənədləri, icarə müqavilələri, şəkillər əlavə edilmişdir. Zərurət olarsa, 22 illik müddətdə aparılmış tikinti, təmir işləri, avadanlıqların hamısına dair bütün sənədlər təqdim oluna bilər, bu çoxlu sayda qutular olmaqla böyük bir arxivdir. Bu 22 il ərzində ASC tərəfindən hər-hansı xərcin çəkilməsi belə vergi orqanı tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən, bazar qiymətinin müəyyənləşdirilməsi və vergilərin hesablanmasında da kobud qanun pozuntusuna və səhvlərə yol verilmişdir. Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarında müəyyən edilir ki, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir, bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Eyni normalar AR Vergi Məcəlləsində də müəyyənləşdirilmişdir. Lakin bütün bunlara zidd olaraq ekspertiza zamanı icarəçinin əmlakları İcarəyə verənin əmlakı kimi göstərilmiş, metallurgiya kompleksi üçün restoran, otel, şadlıq evinin yanındakı ofis otaqları analoqlar kimi götürülmüş, hal hazırda da dövlət mülkiyyətində olan torpaq xüsusi mülkiyyətdə olan torpaq kimi qiymətləndirilmiş, 2020-ci ilin qiymətləri 2015 – 2018-ci illərə tətbiq edilmiş və digər kobud qanun pozuntusuna yol verilmişdir. Bu icarə münasibətinin bazarda analogiyası yoxdur. Eyni hal ekspert tərəfindən də rəydə qeyd edilmişdir. Rəyin “aparılmış hesablamalar” adlanan 9-cu bölməsində ekspert birbaşa göstərir ki, qiymətləndirmə icarə dəyərinin müəyyən edilməsində müqayisə mövqeyindən yanaşmaya qiymətləndirilən obyektin analoqları ilə aparılmış icarə əməliyyatları barədə kifayət qədər bazar məlumatları olduğu hallarda istinad olunur. Rəydə qeyd edilir ki, oxşar halın praktiki baxımdan mövcud olmaması qiymətləndirici mütəxəssisə analoji obyektlər üzrə məlumatlar əldə etməkdə və onlar üzərində müəyyən təshihlər aparmaqda problemlər yaratmışdır. Lakin öz yazdığına zidd olaraq, ekspert analoqu olmayan kimi göstərdiyi metallurgiya kompleksinə 3 analoq müəyyənləşdirir. Məntiqli olmasa da, çoxmənzilli binada yerləşən restoran, otel və şadlıq sarayına bitişik ofis metallurgiya kompleksinə analoq kimi göstərilir. Həmin obyektlər üçün icarə haqqı 1 kv.m-ə 2 manat müəyyən edilərək bunun əsasında icarəçi “X12”yə məxsus metallurgiya istehsal kompleksinə icarə haqqı hesablanmışdır. Bundan başqa, 2020-ci il üzrə qiymətləri 2015 – 2018-ci illərə tətbiq olunmuşdur. Hətta rəydə qiymətlərə 10 yanvar 2020-ci ildə istinad edilir. Maraqlı isə odur ki, tikilinin tarixini 2019-cu il kimi (“X12”nin hazır anbarının tikintisinin tam başa çatdırması tarixi) göstərən ekspert 2019-cu ilin tikilisinə 2015 – 2018-ci illərə icarə haqqı hesablayır. Daşınmaz əmlakın xərc üsulu ilə müəyyən edilməsi qeyd edildiyi kimi, bu halda mümkün deyil. Çünki, bütün çəkilən xərclər icarəçi “X12”nindir. Qeyd edildiyi kimi, 1998-ci ildən bu günədək 22 il müddətində sexlər, qurğular, oksigen zavodu tikilmiş, hətta tikililərin bir hissəsinə “X12” tərəfindən reyestrdən çıxarış da alınmışdır. Müqayisə edilən, qiymətləndirilən obyektdə “X13”nin vəsait xərcləməsi ümumiyyətlə nəzərə alınmamışdır. Əlavə olaraq, kobud şəkildə torpağın xüsusi mülkiyyətdə olması göstərilir, bunun əsasında torpağa qiymət qovulur, hətta analoq tapılması üçün istifadə təyinatı, faktiki istifadəsi yaşayış sahəsi kimi qeyd edilərək digər yaşayış sahələri ilə müqayisə edilir. Avadanlıqlar üçün icarə haqqı hesablanması ümumiyyətlə anlaşılmazdır. Mövcud olmayan, istismar müddəti bitmiş avadanlıqlara icarə haqqı hesablanmışdır. Avadanlıqların ili göstərilməmişdir, göstərilənlər 70–80-ci illərin avadanlıqlarıdır və onların əksəriyyəti mövcud deyil. Bunun əvəzinə hətta mövcud olmayan divar plitəsinə, yaşıllaşdırmaya, abadlığa, tikinti işlərinə, yağış suları şəbəkəsinin tikinti işlərinə icarə haqqı hesablanmışdır. Nəticədə, qalıq dəyəri 2.573.077 manat olmuş əsas vəsaitə 2015-ci il üçün 1.618.593 manat icarə haqqı, qalıq dəyəri 2.393.219 manat olmuş əsas vəsaitə 2016-ci il üçün 1.247.505 manat icarə haqqı, qalıq dəyəri 2.225.933 manat olmuş əsas vəsaitə 2017-ci il üçün 1.280.052 manat icarə haqqı, qalıq dəyəri 2.070.340 manat olmuş əsas vəsaitə 2018-ci il üçün 1.363.402 manat icarə haqqı hesablanmışdır. Göründüyü kimi, hesablanmış illik icarə haqqı əmlakın dəyərinin 65%-dən də artıqdır. Ekspert qarşısında 2015-ci ilin noyabrından 2018-ci ilin noyabrınadək aylıq icarə haqqının müəyyən edilməsi sualı qoyulmuşdur. Rəydən göründüyü kimi, ekspert də bu suala cavab vermişdir (iddiaçı bunu qəbul etmir). Lakin bu halda da vergi orqanı tərəfindən ekspertin cavabının tətbiqində də pozuntuya yol verilmişdir. Ekspertin 2015-ci ilin yanvar – oktyabr ayları üçün heç bir araşdırma aparmadığı, yalnız noyabr 2015-ci il tarixdən sonrakı dövr üçün qiymətlərə dair öz mübahisəli rəyini bildirməsinə baxmayaraq, vergi orqanı əsas olmadan hətta bunu əvvəlki dövrə də aid edir və tam 2015-ci il üçün mənfəət vergisi hesablayır. Qeyd etmək lazımdır ki, ekspertin rəyinin akta əlavə edildiyi göstərilsə də, əslində vergi orqanı yoxlama aktını vergi ödəyicisi kimi iddiaçıya qeyd edilən rəy əlavə edilmədən göndərmişdir. Əlavə səylərdən sonra, iddiaçıya rəyin növbəti dəfə götürülməli olduğu bildirilmiş və rəy 10 aprel 2020-ci il tarixdə təqdim edilmişdir. Yoxlamanın nəticələrinə baxılması haqda məktub iddiaçıya baxış təyin edilən gün keçəndən sonra təqdim edilmişdir. Məktubun özündən də göründüyü kimi, 16 mart tarixli məktubla növbəti günə 17 mart tarixinə bildiriş göndərilir və bundan başqa, 1 gündən az vaxt qalmasına baxmayaraq bu bildiriş də müddət keçəndən sonra təqdim edilir. Mübahisələndirilən 29 mart 2020-ci il tarixli qərar isə, dəfələrlə müraciətə baxmayaraq, bu günədək iddiaçıya təqdim edilməmişdir. Həmin qərar haqda iddiaçı elktron kargüzarlıqla göndərilimş **********573500 saylı tələbnaməni aldıqdan sonra məlumatlanmışdır. Həmçinin, qanunun tətbiqində də səhvə yol verilmişdir. Belə ki, məsuliyyət və məsuliyyətə cəlb etmə həmin dövr üçün qüvvədə olan AR Vergi Məcəlləsinə uyğun aparılmalı idi. Belə ki, həmin dövrdə olan həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Lakin, AR Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqında 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 56.1-ci maddə yeni redaksiyada verilmişdir. Artıq 2020-ci ildən iddiaçıya münasibətdə Məcəllənin 56.1-ci maddəsinin yeni redaksiyası onun vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Yeni redaksiyaya əsasən əlavə şərt əlavə edilmişdir ki, Məcəllənin 56.1-ci maddəsi ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Başqa sözlə, bu yeni bu yeni norma olmasa idi, əvvəlki norma ilə iddiaçı yoxlama başa çatdırılaraq qərarın çıxarıldığı tarixdən əvvəlki 3 il üçün məsuliyyətə cəlb edilə bilərdi. Lakin yoxlamanın 2018-ci ildə təyin edilməsinə (başlanmasına) baxmayaraq, 2020-ci ildə qüvvəyə minmiş yeni norma tətbiq edilmişdir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 3.8, 3.11, 53.3, 54.0.2-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 67-ci maddəsinə, İPM-in 32.1-ci maddəsinə əsaslanaraq, cavabdehin **********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, müəssisə müstəqil balansı və hesablaşma hesabı olan hüquqi şəxsdir. Təşkilatı hüquqi forması ASC, mülkiyyət forması xüsusidir. Müəssisə yoxlama ilə əhatə olunan dövrdə icarə fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin təsisçisi “X14” MMC-dir. Müəssisə tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin sənədlər təqdim edilmişdir. Səyyar vergi yoxlaması təqdim edilmiş ilkin sənədlərə, müəssisənin apardığı əməliyyatlar barədə Vergilər Nazirliyinin baza məlumatlarına, bank əməliyyatlan barədə hesabları yerləşən banklardan alınmış məlumatlara aparılmışdır, həmçinin, yoxlama zamanı vergilərin hesablanması üçün yoxlamaya cəlb edilmiş ekspertin verdiyi rəydən istifadə edilmişdir. ASC yoxlanılan dövrdə ünvan 1 ünvanda şəxsi daşınmaz əmlakin istismara və kirayəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Əlavə dəyər vergisi üzrə: yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrin düzgünlüyü yoxlanılmışdır. “MBA LTD" MMC qiymətləndirmə qurumunun eksperti tərəfindən 16 dekabr 2019-cu il tarixli qərara əsasən müəssisəyə məxsus, ünvan 2 ünvanda yerləşən obyektə müşahidələr aparılaraq ekspertiza keçirilmişdir. İcarəyə verilmiş təsərrüfat subyektinin, o cümlədən qeyri-yaşayış sahəsinin (torpaq, binalar və istehsal sahələri), avadanlıq, dəzgah və qurğuların orta aylıq icarə haqqları yoxlanılan dövrdə – 2015-ci il üzrə 134.882,8 manat (qeyri-yaşayış sahəsi üzrə 116.982,1 manat, qurğu və avadanlıqlar üzrə 17.900,7 manat), 2016-cı il üzrə 103.958,8 manat (qeyri-yaşayış sahəsi üzrə 90.452,6 manat, qurğu və avadanlıqlar üzrə 13.506,2 manat), 2017-ci il üzrə 106.671 manat (qeyri-yaşayış sahəsi üzrə 92.561 manat, qurğu və avadanlıqlar üzrə 14.110 manat), 2018-ci il üzrə 113.616,9 manat (qeyri-yaşayış sahəsi üzrə 97.308,4 manat, qurğu və avadanlıqlar üzrə 16.308,5 manat) icarə haqqı müəyyən edilmişdir. Beləliklə, bəyannamədə göstərilən məbləğin bəyannamədə göstərilməli olan məbləğə nisbətən 424.254,22 manat azaldılması aşkar edilmişdir. AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 424.254,22 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 117.796,2 manat maliyyə sanksiyası tətbiq edilmişdir (AR Vergi Məcəlləsinin 56-cı maddəsi nəzərə alınmaqla). Mənfəət vergisi üzrə: Bəyannamə məlumatlarına əsasən mənfəət vergisi üzrə 2015-ci ildə ümumi gəlir 334.800 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 54.933,86 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 7.271,23 manat, mənfəət vergisi 1.454,25 manat hesablanmışdır. 2016-cı ildə ümumi gəlir 334800 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 68.164,09 manat, mənfəət vergisi 13.632,82 manat hesablanmışdır. 2017-ci ildə ümumi gəlir 334.800 manat, xərclər 258.045,05 nanat, vergiyə cəlb olunan mənfəət 76.754,95 manat, mənfəət vergisi 15.350,99 manat hesablanmışdır. Yoxlama nəticəsində mənfəət vergisi üzrə 2015-ci ildə ümumi gəlir 507.614,92 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 227.748,78 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 180.086,15 manat, mənfəət vergisi 36.017,23 manat hesablanmışdır. 2016-cı ildə ümumi gəlir 1.057.208,16 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 790.572,25 manat, mənfəət vergisi 158.114,45 manat hesablanmışdır. 2017-ci ildə ümumi gəlir 1.084.789,92 manat, xərclər 258.045,05 manat, vergiyə cəlb olunan mənfəət 826.744,87 manat, mənfəət vergisi 165.348,97 manat hesablanmışdır. Cəmiyyət yoxlanılan dövrdə 359.480,65 manat mənfəət vergisi hesablamalı olduğu halda, 30.438,06 manat mənfəət vergisi hesablamışdır. Nəticədə mənfəət vergisinin bəyənnamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 129.042,59 manat azaldılması aşkar olunmuşdur. AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 329.042,59 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 147.239,81 manat maliyyə sanksiyası tətbiq edilmişdir (AR Vergi Məcəlləsinin 56-cı maddəsi nəzərə alınmaqla). Beləliklə, yoxlanılan dövrdə ƏDV-in 424.254,22 manat, mənfəət vergisinin 329.042,59 manat, cəmi vergilərin 753.296,81 manat azaldılması müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, bazar qiymətinin müyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edilməsi hazırkı halda qanunauyğun deyil, eyni zamanda ekspert tərəfindən də bazar qiyməti düzgün hesablanmamışdır. Vergi orqanı əsaslı olaraq AR Vergi Məcəlləsinin 14.3, 14.5, 14.6-cı maddələrinin tələblərinə uyğun şəkildə icarə obyektinin qiymətləndirilməsi üçün ekspertiza keçirilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 16.1.1, 23.1.1, 24, 94-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2021 saylı, 21 iyun 2021-ci il qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilmiş yazılı etiraza uyğun tərtib edilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə tətbiq edilməli olmayan və iş üzrə müəyyən olunmuş hallara aidiyyati olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə qərarda AR Vergi Məcəlləsinin 14.3.1, 14.3.3, 14.3.4-cü maddələrinə istinadən vergi orqanı tərəfindən qeyd olunan maddi hüquq normaları tətbiq edilməklə bazar qiymətinin təyin edilməsinin yolverilməz olduğunu göstərmişdir. Halbuki, vergi orqanı tərəfindən icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi üçün təyin etdiyi ekspertizanın hüquqi əsasını qeyd olunan maddi hüquq normaları təşkil etməmişdir. Vergi orqanı iş üzrə ekspertiza təyin edərkən Vergi Məcəlləsinin 14.3.2, 14.3.5, 14.6.3 və 44-cü maddələrini əsas götürmüşdür. 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıakı hallarda həyata keçirilə bilər: 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda: 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Məhkəmə nəzərə almamışdır ki, qarşılıqlı surətdə asılı olan şəxslər arasında əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. İşin müəyyən edilmiş hallarından birmənalı şəkildə görünür ki, icarə müqaviləsi üzrə tərəflərin münasibətləri (icarəyə götürən icarəyə verənin təsisçisi olmaqla qarşılıqlı surətdə asılı şəxslər olduğundan) həmin əməliyyatın nəticəsinə təsir göstərmişdir. Bundan əlavə məhkəmə işin faktiki hallarına tətbiq edilməli olmayan Vergi Məcəlləsinin 38.7-ci maddəsini tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması zamanı 9 dəfə yoxlamanın dayandırılması haqqında əsaslandırılmış qərarlar qəbul edilmişdir. Obyektiv həqiqəti müəyyən etmək məqsədilə qeyd olunan yoxlamanın dayandırılması barədə qərarlar ekspertizanın həyata keçirilməsi ilə bağlı olmuşdur. İşə baxan məhkəmə isə formal mülahizələrə əsaslanaraq qərarda göstərmişdir ki, vergi orqanı tərəfindən 9 dəfə yoxlamanın dayandırlması mütənasib prosessual hərəkət kimi qəbul oluna bilməz. Bundan əlavə məhkəmə öz qərarında iddianın təmin edilmə əsası kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada vergilərin hesablandığını qeyd etsə də, hər hansı bir əsaslandırma aparmamış,bu ifadə ilə nəyi nəzərdə tutduğunu qərarda açıqlamamışdır. Məhkəmə öz qərarında səyyar vergi yoxlamasının gedişində icarə haqqının müəyyən edilməsi üçün ekspertin cəlb edilməsini və yoxlama zamanı ekspert rəyindəki məlumatlara əsaslanaraq hesablama aparılmasının qanunsuz olmasını göstərsə də, vergi orqanı tərəfindən keçirilmiş "xxxx" MMC-nin ekspert rəyinə qiymət vermədən Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə ekspertiza təyin etmişdir. Həmin rəy “X9” MMC və "xxxx" MMC tərəfindən hazırlanmış qiymətləndirmə rəyləri əsasında tərtib edilmişdir. Həmin rəylərə nəzər saldıqda onları hazırlamış mütəxəssislərin təhsili, ixtisası, iş təcrübəsi məlum olmur. Belə ki, mütəxəssislərin hansı sahədə ixtisaslaşmasını təsdiq edən sertifikatlar, habelə, məsuliyyəti barədə iltizamlar əlavə edilməmişdir. Həmçinin, həmin müəssisələrin nizamnaməsində daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi və qiymətləndirilməsi fəaliyyətil məşğul olmasına dair hər hansı bir qeyd yoxdur. Yəni, həmin mütəxəssislərin bu sahədə rəy vemək hüquqları olmamışdır. Göründüyü bu cür nöqsan və boşluqlara malik olan rəylərin mötəbərliyi ciddi şübhə altındadır və sözsüz ki, büdcəyə haqlı olaraq hesablanmış külli miqdarda vergilərin taleyinin öz fəaliyyət sahəsinə uyğun olmayan müəssisələrin rəyləri ilə həll edilməsi qeyri-mümkündür. Həmin rəylərə əsasən iddiaçı tərəfindən “X12” MMC-yə icarəyə verilmiş Bakı şəhəri Nərimanov rayonu Mir Cəlal küçəsi ev 15-də yerləşən təsərrüfat subyektinin (qeyri-yaşayış sahəsi, avadanlıq və qurğular) aylıq icarə haqqı qiyməti “Fame Pro" MMC tərəfindən 31.500,0 manat, “X9” MMC tərəfindən isə 36.000,0 manat müəyyən edilmişdir. Ümumi sahəsi 100 801,50 m2 olan əsas sənaye obyektlərinə və şəhər mərkəzinə yaxın bir yerdə yerləşmiş 4 mərtəbəli avandanlıqlarla birgə əmlak kompleksinin (zavod) aylıq icarə haqqının maksimum 36.000,0 manat müəyyən edilməsi təəccüb hissi doğurmaya bilməz. Elementar müqayisələr apardıqda belə bu qiymətin orta bazar qiymətlərindən dəfələrlə az olduğunu qeyd etmək üçün hər hansı bir xüsusi biliyə ehtiyac qalmır. “X9” MMC və “Fame Pro" MMC tərəfindən müəyyən edilmiş icarə haqqı məbləğinin demək olar ki, iddiaçı tərəfindən bəya edilmiş məbləğə çox yaxın olması da rəylərin həqiqətə uyğun olduğunu ciddi şübhələr altında qoymuşdur. “X9” MMC tərəfoindən verilmiş rəydə obyekt haqqında məlumat hissəsində qeyd edilmişdir ki, qiymətləndirmə tarixinə qiymətləndirmə obyekti istismara tam yarasız vəziyyətdə olmuşdur. Bununıla əlaqədar bildirilmişdir ki, mütəxəssis tərəfindən heç bir sübut və dəlil olmadan rəydə belə bir məsuliyyətsiz ifadənin işlədilməsi yolverilməzdir. Ən azından qiymətləndirmə tarixinin 2015-2018-ci illər olması onu deməyə əsas vermişdir ki, həmin zamanlarda ekspert qiymətləndirilən obyekti görməmiş və onun istismara yararsız olduğunu bilə bilməzdi. Hətta iddiaçı özü belə obyektin istismara yararsız olduğunu qeyd etməmişdir. Eyni zamanda mütəxəssislər nəzərə almamışdır ki, tərəflər arasında bağlanan icarə müqaviləsinə əsasən icarəçi tərəfindən aparılan bütün yaşxılaşdırma və təmir işlərinin xərcləri icarəyə verən tərəfindən icarəçiyə ödənilməlidir. Bu müddəa ona dəlalət edir ki, icarəçiyə, yəni “X12” MMC-yə tam təmirli, avandanlıqla təchiz olunmuş, istismara yararlı əmlak kompleksi icarəyə verilmişdir. Çünki müqavilənin şərtlərinə əsasən icarəyə götürülən əmlak kompleksində aparılan bütün yaxşılaşdırmaların xərci son nəticədə iddiaçı - İddiaçı ASC tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda icarə haqqının bazar qiymətinin müəyyən edilməsi zamanı mütəxəssislərin heç bir haqqı yoxdur ki, əmlak kompleksinin təmirsiz, istismara yarasız olduğunu qeyd etməklə icarə haqqını aşağı qiymətlə müəyyən etsinlər. Bunlarla yanaşı yoxlama zamanı istinad olunan "xxxx" MMC tərəfindən verilmiş rəyin məzmununa nəzər saldıqda icarə haqqı məbləğinin necə müəyyən edildiyinin tam ətraflı izah edildiyi, analoji obyektlərlə müqayisəli təhlilin aparıldığı aşkar görünsə də, digər “X9” MMC və "xxxx" MMC tərəfindən verilmiş rəylərin bu əlamətlərə malik olmadığı, keyfiyyət və məzmun baxımından "xxxx" MMC tərəfindən verilmiş rəydən dəfələrlə geri qaldığı müəyyən olunur. Fame Pro” MMC tərəfindən təqdim edilmiş rəydə aşkar nöqsana da yol verildiyi görünür. Belə ki, müəssisə tərəfindən 2015- 2017-ci illər üzrə hər il ümumi gəlirin 334.800,00 manat (ƏDV-siz) təşkil etdiyi göstərilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən hər il üzrə ümumi gəlirin 320.338,98 manat olduğu göstərilmiş və bu halda nəticədə hesablamaların yanlış aparılmasına səbəb olmuşdur. “X9” MMC və "xxxx" MMC-nin rəylərində qeyd edilmişdir ki, 2020-ci il üzrə qiymətlərin artımı dinamikası təhlil edilmiş, iqtisadi vəziyyətin təhlili əsasında yaxın illərdə daşınmaz əmlakın qiymətlərində durğunluq ilə bağlı nəticələri müəyyən olunmuşdur. Qeyd olunanlarla bağlı cavabdeh bildirmişdir ki, səyyar vergi yoxlaması Noyabr 2015-Oktyabr 2018 dövrlərini əhatə etməsinə baxmayaraq, qiymətləndiricilər əsassız olaraq 2020-ci üzrə qiymətlərin artımı dinamikasını təhlil etmişlər. Qeyd edilən rəylərin əsassızlığı bir daha onunla sübut olunur ki, qiymətləndiricilər Noyabr 2015-Oktyabr 2018 dövrlərini təhlil etməli olduğu halda yalnız 2020-ci il üzrə qiymətlərin artımı dinamikasını təhlil etmişlər. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə iddiaçının yoxlanılan dövr üzrə mənfəət vergisinin 18.781,0 manat, ƏDV-nin isə 22.662,91 manat yayındırıldığı öz təsdiqini tapmasına baxmayaraq, nədənsə işə baxan məhkəmə iddianı tam təmin təmin etmiş və əsassız olaraq vergi qərarıni ləgv etmişdir. Göründüyü kimi məhkəmə mötəbər sübut qismində qəbul etdiyi rəylə ziddiyyətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək bildirdi ki, İddiaçı ASC icarə fəaliyyəti ilə məşğul olmuş və müvafiq yoxlama dövründə “X12” MMC-yə bina və avadanlıqlar daxil olmaqla icarəyə verilmişdir. Həmin dövr üzrə vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və ekspertiza əsasında ƏDV, mənfəət vergiləri hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş qiymətləndirmə rəylərində icarə verənin öz verdiyi qiymətlər təsdiq olunmuşdur. Nəzərə alsaq ki, həmin obyektə çəkilmiş xərclər icarəyə verən tərəfindən ödənilirsə, “X12” MMC hazır avadanlıqlar və təmirli əmlak icarəyə götürmüşdür. Lakin, buna baxmayaraq ekspertlər əsassız olaraq 31.000 və 36.000 manat məbləğində aylıq icarə haqqları müəyyən etmişdirlər. Həmçinin, birinci instansiya məhkəməsi qərarında AR Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq heç bir maddənin tətbiq olunmadığını qeyd etmişdir. Lakin, qeyd etmək istəyirəm ki, İddiaçı ASC ilə “X12” MMC bir-birindən qarşılıqlı surətdə asılı olan şəxslərdir. Ekspertizaya kimi lazım olan üsullar müəyyən edilmədiyindən ekspertiza keçirilmiş və ekspert tərəfindən illər üzrə icarə haqqı müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, vergi orqanı tərəfindən təyin olunmuş "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli rəyin ziddiyyətli və qeyri-peşəkar olması səbəbindən məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti öz rəyində bu icarəyə analogiya olmadığını təsdiq etmiş, lakin, buna zidd olaraq otel, restoran, ofisin icarəsini metallurgiyaya analogiya kimi götürmüşdür. Ekpert qarşısında həmçinin noyabr ayı 2015ci il tarixindən noyabr ayı 2018-ci il üçün aylıq icarə haqqının müəyyən edilməsi sualı qoyulmuşdur. Ekspert bildirmişdir ki, 2015-ci ilin yanvar-oktyabr ayı üçün heç bir araşdırma aparmadığı, yalnız noyabr 2015-ci il tarixindən sonrakı dövr üçün qiymətlərə dair öz mübahisəli rəyini bildirməsinə baxmayaraq, vergi orqanı əsas olmadan hətta bunu əvvəlki dövrə aid etmiş və ekspertin rəy vermədiyi tam 2015-ci il üçün mənfəət vergisi hesablamışdır. Həmçinin, məhkəmə ekspertizasının düzgün keçirilməməsi, mütəxəssislərin rəyinin düzgün hazırlanmaması, onların rəyləri ilə "xxxx" MMC-nin rəyi arasında fərq olduğuna dair cavabdeh orqanın mütəxəssislərə dair etirazı da əsassızdır. Əvvəla, qiymət dinamikaları nəzərə alınmaqla 2020-ci ilin qiymətləri qiymətləndiricilər tərəfindən geri hesablana bilər. Bu üsuldan "xxxx" MMC-nin özü də istifadə etmişdir. Lakin, cavabdeh orqan digər qiymətləndiricilər tərəfindən bu üsulun tətbiqini düzgün hesab etməmişdir. Odur ki, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı qeyd edir ki, yoxlanılan dövrdə müəssisənin gəlirləri icarəyə verilməsindən formalaşmışdır. Belə ki, müəssisə tərəfindən 05.01.2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən təsərrüfat subyekti (qeyri-yaşayış sahəsi, avadanlıq və qurğular) “X12” MMC-yə aylıq icarə haqqı 32.922,0 manat (ƏDV daxil) olmaqla icarəyə verilmişdir. Müəssisənin yoxlanılan 36 aylıq dövrdə ƏDV bəyannamələri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: Dövriyyə-1004400 manat, ƏDV 180792 manat, büdcəyə ödəmə 17532 manat. Real icarə haqqının müəyyən edilməsinə ehtiyac yarandığı üçün "xxxx" MMC qiymətləndirmə şirkətindən 08.01.2020-ci il tarixli rəy alınmışdır. Ekspert tərəfindən göstərilən icarə haqqı məbləği və ona müvafiq olaraq dövriyyə 2015-ci il üzrə qeyri-yaşayış sahəsinin icarə haqqı ayda 116982,10 manat, qurğu və avadanlıqlar üzrə 17900,70 manat, cəmi 134882,80; 2016-cı il üzrə qeyriyaşayış sahəsinin aylıq icarə haqqı 90452,60 manat, qurğu və avadanlıqlar üzrə 13526,20, cəmi 103958,80 manat: 2017-ci il üzrə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 92452,60 manat, qurğu və avadanlıqlar üzrə 14110,00 manat, cəmi 106671,00 manat; 2018-ci il üzrə isə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 97308,40 manat, qurğu və avadanlıqlar üzrə 16308,50 manat, cəmi 113616 manat hesablanmışdır. Beləliklə, müəssisə tərəfindən bəyan edilən dövriyyə nəzərə alınmaqla 424.254,22 manat (3361367,97-1004400,0 X 18%) əlavə ƏDV hesablanmışdır. Müəssisənin 2015-2017-ci illər üzrə mənfəət vergisi göstəriciləri aşağıdakı kimi olmuşdur: 2015-ci ildə mənfəət 54933,86 manat, mənfəət vergisi 1454,25 manat; 2016-cı il üzrə mənfəət 68164,09 manat, mənfəət vergisi 13632,82 manat; 2017-cı il üzrə mənfəət 76754,95 manat, mənfəət vergisi isə 15350,99 manat, cəmi mənfəət vergisi 30438,05 manat təşkil etmişdir. Lakin, yoxlama ilə təyin edilmiş ekspert rəyi üzrə müəyyən edilmiş dövriyyəyə əsasən 2015-ci il üzrə 34.562,98 manat; 2016-cı il üzrə 144,481,632 manat; 2017-ci il üzrə isə 149.997,98 manat əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlanılan dövrdə ƏDV-nin 424.254,22 manat, mənfəət vergisinin 329.042,59 manat olmaqla cəmi vergilərin 753.296,81 manat azaldılması müəyyən edilmişdir. AR Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 29 mart 2020-ci il **********198573 saylı qərarı ilə iddiaçı barəsində yoxlanılan dövr üçün ƏDV və mənfəət vergisinin azaldılmasına görə 753296,81 manat əlavə vergi hesablanmış və 265036,01 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı həmin qərarla razılaşmamış və məhkəməyə müraciət edərək ləgv edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, “X9” MMC və "xxxx" MMC-yə yoxlanılan obyektin müvafiq vəziyyətdə və dövrdə ƏDV daxil aylıq orta bazar icarə haqqı qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəylərinin ekspertiza tədqiqatına təqdim olunmasının təmin edilməsi tapşırılmış və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: “İddiaçı ASC-yə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqının orta bazar qiyməti, eləcə də iş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********172996 nömrəli 3 fevral 2020-ci il tarixli “səyyar vergi yoxlaması aktı”nda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğləri nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi və əlavə dəyər vergisi məbləğlərinin müəyyən edilməsi” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən: - (mənfəət vergisi üzrə) "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 28.000 manat, qurğular üzrə 3.500 manat olmaqla ümumilikdə 31.500 manat məbləğində olduğu nəzərə alınmaqla 2015-ci ildə ümumi gəlir 320.338,98 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 40.742,84 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 0,0 manat və keçmiş illərin zərərinin 7.189,79 manat; 2016-cı ildə ümumi gəlir 320.338,38 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 53.703,07 manat, keçmiş illərin zərəri 7.189,79 manat çıxılmaqla, vergiyə cəlb olunan mənfəət 46.513,28 manat, mənfəət vergisi 9.302,56 manat: 2017-ci ildə ümumi gəliri 320.338,98 manat, xərclər 258.045,05 manat, vergiyə cəlb olunan mənfəət 62.290,93 manat, mənfəət vergisi 12.458,18 manat: yəni, müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə hesablanmış 30.438,06 manat nəzərə alınmaqla tədqiqatla müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə 8.677,22 (21.760,83 – 30.438,06) manat məbləğində mənfəət vergisinin artıq hesablandıgı müəyyən edilmişdir. - (mənfəət vergisi üzrə) “X9” MMC-nin 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 32.000 manat, qurğular üzrə 4.000 manat olmaqla ümumilikdə 36.000 manat məbləğində olduğu nəzərə alınmaqla 2015-ci ildə ümumi gəlir 366.101,69 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 86.235,55 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 38.572,92 manat və mənfəət vergisi 7.714,58 manat; 2016-cı ildə ümumi gəlir 366.101,69 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 99.465,78 manat, mənfəət vergisi 19.893,15 manat hesablanır. 2017ci ildə ümumi gəliri 366.101,69 manat, xərclər 258.045,05 manat, vergiyə cəlb olunan mənfəət 108.056,64 manat, mənfəət vergisi 21.611,33 manat; Yəni, müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə hesablanmış 30.438,06 manat nəzərə alınmaqla tədqiqatla müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə 18.781 (49.219,06 – 30.438,06) manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən edilmişdir; - (ƏDV üzrə) "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 28.000 manat, qurğular üzrə 3.500 manat olmaqla ümumilikdə 31.500 manat məbləğində olduğu nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə 961.016,94 manat (ƏDV-siz) və bu dövriyyədən Vergi Məcəlləsinin tələblərinə əsasən 172.983,04 manat (961.016,94 manat x 18%) məbləğində ƏDV hesablanır. Yəni, hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 175.032 manat nəzərə alınmaqla müəssisə tərəfindən 2.048,95 (172.983,04 – 175.032) manat məbləğində ƏDV-nin dövlət büdcəsinə artıq hesablanması müəyyən edilir; - (ƏDV üzrə) "xxxx" MMC-nin 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 32.000 manat, qurğular üzrə 4.000 manat olmaqla ümumilikdə 36.000 manat məbləğində olduğu nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə 1.098.305,08 manat (ƏDV-siz) və bu dövriyyədən Vergi Məcəlləsinin tələblərinə əsasən 197.694,91 manat (1.098.305,08 manat x 18%) məbləğində ƏDV hesablanır. Yəni, hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 175.032 manat nəzərə alınmaqla müəssisə tərəfindən 22.662,91 (197.694,91 – 175.032) manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli rəylə razılaşmamış və bildirmişdir ki, həmin rəy işdə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, sözügedən ekspert rəyi “X9” MMC və "xxxx" MMC tərəfindən hazırlanmış qiymətləndirmə rəyləri əsasında hazırlanmışdır. Ümumiyyətlə “X9” MMC və “Fame Pro" MMC-nin təqdim etdiyi rəylərə nəzər saldıqda, hazırlamış mütəxəssislərin təhsili, ixtisası, iş təcrübəsi cavabdeh tərəfə, eyni zamanda məhkəmə araşdırmasına qeyri-məlum olaraq qalmışdır. Həmçinin rəylərə mütəxəssislərin hansı sahədə ixtisaslaşmasını təsdiq edən sertifikat, habelə məsuliyyətini anlaması barədə iltizamlar da əlavə edilməmişdir. Həmin rəylərə əsasən iddiaçı tərəfindən “X12” MMC-yə icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən təsərrüfat subyektinin (qeyriyaşayış sahəsi, avadanlıq və qurğular) aylıq icarə haqqı qiyməti "xxxx" MMC tərəfindən 31.500 manat, “X9” MMC tərəfindən isə 36.000 manat müəyyən edilmişdir. Ümumi sahəsi 100.801,50 kv.m olan əsas sənaye obyektlərinə və şəhər mərkəzinə yaxın bir yerdə yerləşmiş 4 mərtəbəli avandanlıqlarla birgə əmlak kompleksinin (zavod) aylıq icarə haqqının maksimum 36.000 manat müəyyən edilməsi təəccüb hissi doğurmaya bilməz. Elementar müqayisələr apardıqda belə bu qiymətin orta bazar qiymətlərindən dəfələrlə əz olduğunu qeyd etmək üçün hər hansı bir xüsusi biliyə ehtiyac qalmır. Lakin vergi yoxlaması zamanı vergilərin hesablanmasına əsas olmuş "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən əmlak kompleksinin aylıq icarə haqqı illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: 2015-ci il üzrə – bina 116.982,10 manat, avadanlıq 17.900,70 manat, cəmi 134.882,80 manat, 2016-cı il üzrə – bina 90.452,60 manat, avadanlıq 13.506,20 manat, cəmi 103.958,80 manat, 2017- ci il üzrə – bina 92.561,00 manat, avadanlıq 14.110,00 manat, cəmi 106.671,00 manat, 2018-ci il üzrə – bina 97.308,40 manat, avadnlıq 16.308,50 manat, cəmi 113.616,90 manat. Qeyd olunanlardan göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzinin istinad etdiyi mütəxəssis rəyləri ilə müəyyən edilmiş aylıq icarə haqları "xxxx" MMC-nin müəyyən etdiyi icarə haqqı məbləğindən 3 dəfədən çox fərqlənir. Bu hal iş materiallarında olan “X9” MMC və "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə haqqı məbləğinin real həqiqətə uyğun olmadığını göstərir. Səyyar vergi yoxlaması 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək olan dövrü əhatə etməsinə baxmayaraq, qiymətləndiricilər əsassız olaraq 2020-ci üzrə qiymətlərin artımı dinamikasını təhlil etmişlər. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən istinad olunan mütəxəssis rəylərinin nəticəsi kifayət qədər nöqsanlı və şübhə yaradan faktlarla zəngin olduğundan və qeyd olunan halların təkrarən araşdırılmadığı halda Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli rəyi iş üzrə sübut qismində qəbul edilə bilməz. AR Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəy məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən hesab edilir ki, işin faktiki halları, icarəyə verilən əmlak kompleksinin yerləşmə yeri, iqtisadi faktorlar nəzərə alınmaqla obyektin aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi məqsədilə yenidən mütəxəssis cəlb edilməli yaxud iş üzrə mövcud olan yoxlama zamanı istinad olunan "xxxx" MMC tərəfindən verilmiş rəy mötəbər sübut qismində qəbul edilməklə yekun qərarın qəbul edilməsində əsas qismində çıxış etməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirildiyindən, həmçinin qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaratdığından cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; Bu Məcəllənin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 4.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Məhkəmə kollegiyası aşağıda qeyd edilən hallara görə məhkəmənin qərarı ilə razılaşmayaraq qərarın ləğv edilməli olduğunu hesab edir. İşin faktiki hallarından göründüyü kimi yoxlanılan dövrdə müəssisənin gəlirləri əmlakin icarəyə verilməsindən formalaşmışdır. Belə ki, müəssisə tərəfindən 05.01.2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, Mir Cəlal küçəsi ev 15-də yerləşən təsərrüfat subyekti (qeyri-yaşayış sahəsi, avadanlıq və qurğular) “X12” MMC-yə aylıq icarə haqqı 32.922,0 manat (ƏDV daxil) olmaqla icarəyə verilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci ilin son iki ayı, 2016-cı il və 2017-ci ilin ilk ayı üzrə müvafiq vergilər 29 mart 2020-ci il tarixli qərarla AR Vergi Məcəlləsinin 85 4-cü maddəsinin 1 yanvar 2020ci il tarixədək qüvvədə olan tələbləri üzrə “3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Belə ki, yoxlama 28 dekabr 2018-cı ıl tarixli qərarla təyin edildiyindən, onun nəticələri üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar 29 mart 2020-ci il tarixdə qəbul olunsa da, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik tətbiq olunmaqla yoxlanılan (2015-2016-ci illər) dövrün bütün illəri üzrə vergi hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. Həmin dövrə aid hesablanmış vergi məbləği ümumilikdə 223.224,79 manat təşkil edir (753.296,81 - 265.036,012,0). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə yanlışdir. Belə ki, işin hallarından göründüyü kimi səyyar vergi yoxlaması vergi orqanının 26.12.2018-ci il tarixli qərarına əsasən başlanılmış və yoxlama ilə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan (noyabr 2015-oktyabr 2018-ci illər) fəaliyyəti əhatə olunaraq yoxlanılmışdır. (VM-nin 36.3-cü maddəsi). Vergi Məcəlləsinin 85.4-cü maddənin tələbinə əsasən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. İş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması zamanı 9 dəfə yoxlamanın dayandırılması haqqında qərar qəbul edilmiş və həmin qərarlar əsaslandırılmışdır. Belə ki, yoxlamanın dayandırılması ekspertizanın həyata keçirilməi ilə bağlı olmuşdur. Vergi orqanının 07 fevral 2019-cu il tarixli qərarı ilə ekspertiza təyin edilmişdir ki, sözügedən ekspertiza üzrə rəyin alınması ilə əlaqədar olaraq yoxlamanın dayandırılması zərurəti meydana gəlmişdir. Odur ki, məhkəmənin qərarında AR Vergi Məcəlləsinin 38.7-ci maddəsinə istinad etməklə yoxlamanın doqquz dəfə dayandırılmasının mütənasib olmayan prosessual hərəkət və ya pozuntu kimi qiymətləndirilməsi formal mülahizələrə əsaslanır və “İnzibati icraat haqqında” Qanunun 17ci maddəsində nəzərdə tutulan mütənasiblik prinsipinin pozulması hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etməsi və həmin normaların tətbiq edilməsi birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. İş materiallarindan göründüyü kimi məhkəmə qərarında AR Vergi Məcəlləsinin 14.3cü maddəsində müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması hallarından (5 hal) heç birinin iddiaçının yoxlama dövründə fəaliyyəti üzrə apardığı əməliyyatlarla uzlaşmadığını qeyd etmişdir. Məhkəmənin sözügedən yanaşması ilə razılaşmayan kollegiya bildirir ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsi tərəflərin əqddə təsbit etdiklərin qiymətin bazar qiyməti kimi qəbul edilməsini ümumi müddəa kimi nəzərdə tutmuşdur. Lakin Məcəllənin 14.3-cü maddəsinin tələblərinə nəzər yetirdikdə aydın olur ki, qanunverici bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının konkret hallarını müəyyən etmiş və vergi orqanı yoxlama ilə vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi zərurəti yarandığını nəzərə alaraq, bazar qiymətinin müəyyən edilməsi üçün bu maddədə qeyd edilən tədbirləri görmüşdür. Səyyar vergi yoxlaması aktından da aydın olduğu kimi bazar qiymətinin Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd edilən üsullardan biri ilə təyin etmək mümkün olmadığından ekspert tərəfindən müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi barədə qərar qəbul edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin təsisçisi "X12" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğundan VM-nin məqsədləri baxımından həmin şəxslər qarşılıqlı asılı şəxslər hesab edilir və onlar arasında bağlanmış icarə müqaviləsində əks olunmuş qiymətin əsaslılığı şübhə doğurdugundan vergi orqanı əsaslı olaraq icarə obyektinin qiymətləndirilməsi üçün ekspertiza keçirilməsinə dair qərar qəbul etmişdir. Bütün bunlar vergi orqanına Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən bazar qiymətini nəzərə alınmaqla vergilərin hesablanmasını həyata keçirməsi ücün hüquqi əsas vermişdir. Həmçinin məhkəmənin qərarın əsaslandırma hissəsində iddianın təmin edilməsi əsası kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada vergilərin hesablandığını qeyd etmişdir. Lakin məhkəmə “vergi qanunvericiliyi ilə nəzərdə tutulmayan qaydada” verginin hesablandığına istinad edərkən əsaslandırma aparmamış, nəyi nəzərdə tutduğunu qərarda açıqlamamışdır. Belə ki, işin hallarından aydın olduğu kimi vergi orqanı Vergi Məcəlləsinin 44.1-ci maddəsində nəzərdə tutulduğu kimi səyyar vergi yoxlamasının gedişində ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğundan ekspert cəlb etmiş və ekspertin rəyi, o cümlədən verginin hesablanmasına əsas verən digər məlumatlar əsasında hesablama həyata keçirmişdir. Qanunvericinin tələbindən göründüyü kimi səyyar vergi yoxlamasının gedişində ekspertin cəlb edilməsi və yoxlama zamanı eskpert rəyindəki məlumatlara əsaslanaraq hesablama aparılması vergi qanunvericliyində birbaşa nəzərdə tutulduğundan məhkəmənin yuxarıda qeyd edilən mövqeyi əsassızdır. Digər tərəfdən kollegiya qeyd edir ki, məhkəmə vergi orqanının qərarını ləgv edərkən səyyar vergi yoxlaması üzrə hesablamanın əsasını təşkil edən və yoxlamanın gedişində cəlb edilmiş ekspert tərəfindən daşınmaz əmlakın aylıq icarə haqqı ilə bağlı tərtib olunmuş rəyə deyil, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 11.11.2020ci il tarixli rəyə istinad etmişdir. Həmin rəy “X9” MMC və "xxxx" MMC tərəfindən hazırlanmış qiymətləndirmə rəyləri əsasında hazırlanmışdır. Ümumiyyətlə “X9” MMC və "xxxx" MMC-nin təqdim etdiyi rəylərə nəzər saldıqda onları hazırlamış mütəxəssislərin təhsili, ixtisası, iş təcrübəsi qeyri-məlum olaraq qalmışdır. Həmçinin rəylərə mütəxəssislərin hansı sahədə ixtisaslaşmasını təsdiq edən sertifikat, habelə məsuliyyətini anlaması barədə iltizamlar əlavə edilməmişdir. Eyni zamanda vergi orqanında olan qeydiyyat məlumatlarına əsasən “X9” MMC-nin əsas fəaliyyət sahəsi “mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi”, "xxxx" MMC-nin əsas fəaliyyət sahəsi isə “digər qruplara daxil edilməyən sair maliyyə vasitəçiliyi” olmuşdur. Bu barədə sübutlar iş materiallarına əlavə olunmuşdur. Həmçinin həmin müəssisələrin nizamnaməsində belə daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi fəaliyyətinin adı çəkilmir. Bütün bu hallar məhkəmə kollegiyasına esas verir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən istinad edilən rəyləri vermiş müəssisələrin daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi sahəsində rəy vermək hüquqları olmamışdır. Həmin rəylərə əsasən iddiaçı tərəfindən “X12” MMC-yə icarəyə verilmiş Bakı şəhəri Nərimanov rayonu Mir Cəlal küçəsi ev 15-də yerləşən təsərrüfat subyektinin (qeyri-yaşayış sahəsi, avadanlıq və qurğular) aylıq icarə haqqı qiyməti “Fame Pro" MMC tərəfindən 31.500,0 manat, “X9” MMC tərəfindən isə 36.000,0 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi sahəsi 100 801,50 m2 olan əsas sənaye obyektlərinə və şəhər mərkəzinə yaxın bir yerdə yerləşmiş 4 mərtəbəli avandanlıqlarla birgə əmlak kompleksinin (zavod) aylıq icarə haqqının maksimum 36.000,0 manat müəyyən edilməsi həqiqətə uygun deyildir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin texniki pasportundan görünür ki, qeyri-yaşayış sahəsinin fonduna daxil olan obyektlərin ümumi sahəsi 100801,05 kv.m olmaqla, A-inzibati bina (dördmərtəbəli); B-baş istehsalat sexi; C-mexaniki sexi; D,E,L-anbar; F-kimyəvi təmizləmə stansiyası və s. bina, avadanlıq və qurğulardan ibarətdir. Zavodda 1 756 401.5 manat qalıq dəyərində qurgu və avadanlıqlar mövcuddur. İş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması zamanı vergilərin hesablanmasına əsas olmuş "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən əmlak kompleksinin aylıq icarə haqqı illər üzrə müxtəlif məbləğlərdə müəyyən edilmişdir, yəni 2015-ci il üzrə 134882,80 manat; 2016-ı il üzrə 103958,80 manat; 2017-ci il üzrə 106671,00 manat; 2018-ci il üzrə isə 113616,90 manat icarə haqqı müəyyən edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin istinad etdiyi mütəxəssis rəyləri ilə müəyyən edilmiş aylıq icarə haqları "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə haqlarından 3 dəfədən az oldugu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “X9” MMC və "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə haqlarının məbləğinin iddiaçı tərəfindən bəyan edilmiş məbləğə çox yaxın olması və "xxxx" MMC-nin rəyində müəyyən olunan icarə haqqı məbləğlərindən kəskin şəkildə fərqlənməsi həmin rəylərin həqiqətə uyğun olmadığını göstərir. “X9” MMC və “Fame Pro" MMC tərəfindən müəyyən edilmiş icarə haqqı məbləğinin demək olar ki, iddiaçı tərəfindən bəyan edilmiş məbləğə çox yaxın olması da rəylərin həqiqətə uyğun olduğunu ciddi şübhələr altında qoymuşdur. Bundan əlavə “X9” MMC tərəfindən verilmiş rəydə obyekt haqqında məlumat hissəsində qeyd edilmişdir ki, qiymətləndirmə tarixinə qiymətləndirmə obyekti istismara tam yararsız vəziyyətdə olmuşdur. Mütəxəssis tərəfindən heç bir sübut və dəlil olmadan verilən bu qiymətləndirmə rəydəki məlumatların etibarlı olmasına zəmanət vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qiymətləndirmə tarixinin 2015-2018-ci illər olması onu deməyə əsas verir ki, həmin zamanlarda ekspert qiymətləndirilən obyekti görməmiş və onun istismara yararsız olduğunu bilə bilməzdi. Hətta iddiaçı özü belə obyektin istismara yararsız olduğunu nə iddia ərizəsində, nə də ki digər sənədlərdə qeyd etməmişdir. Eyni zamanda mütəxəssislər nəzərə almamışdır ki, tərəflər arasında bağlanan icarə müqaviləsinə əsasən icarəçi tərəfindən aparılan bütün yaxşılaşdırma və təmir işlərinin xərcləri icarəyə verən tərəfindən icarəçiyə ödənilməlidir. Bu müddəa ona dəlalət edir ki, icarəçiyə, yəni “X12” MMC-yə tam təmirli, avandanlıqla təchiz olunmuş, istismara yararlı əmlak kompleksi icarəyə verilmişdir. Çünki müqavilənin şərtlərinə əsasən icarəyə götürülən əmlak kompleksində aparılan bütün yaxşılaşdırmaların xərci son nəticədə iddiaçı İddiaçı ASC tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, icarə haqqının bazar qiymətinin müəyyən edilməsi zamanı “X9” MMC və "xxxx" MMC-nin mütəxəssislərin hec bir sənəd və sübuta istinad etmədən əmlak kompleksinin təmirsiz, istismara yararsız olduğunu qeyd etməklə icarə haqqını aşağı qiymətlə müəyyən etməsi həmin rəylərin mötəbərliliyini şübhə altına alır. Məhkəmə kollegiyası tərəfindən rəylər arasında olan ziddiyyətlərə aydınlıq gətirmək məqsədilə ekspert və mütəxəssislərin məhkəmə kollegiyasında iştirakı təmin olunaraq izahatları alınmışdır. Məhkəmə kollegiyasinin iclasinda izahat verən MEM-in eksperti X2 izahat verərək bildirdi ki, səyyar vergi yoxlamasının əhatə etdiyi 01.11.2015-ci il tarixdən 01.11.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin avadanlıqlarla təchiz edilmədən, yaxşılaşdırma və təmir-tikinti işləri aparılmadan və 01 noyabr 2015-ci il tarixdən 01 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqının orta bazar qiyməti, eləcə də iş materiallarında olan Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin 03 fevral 2020-ci il tarixli səyyar vergi yoxlaması haqqında istinad olunan xərc və əvvəlki illərin zərər məbləğləri nəzərə alınmaqla, qeyd olunan dövrlər üzrə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 5 oktyabr 2020-ci il tarixli və “X9” MMC-nin 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəylərində orta bazar qiymətləri əsas götürülmüşdür, Müəssisə üzrə mənfəət və ƏDV-nin məbləği müəyyən edilərkən mütəxəssis rəylərində göstərilən 31.500 manat və 36.000 manat məbləğində aylıq icarə haqqları əsas götürülmüşdür. 03 fevral 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında istinad olunmuş xərc və əvvəlki illərin zərərlərinə əsasən xərc hissəsinə toxunulmamışdır. Xərc hissəsi səyyar vergi yoxlaması aktında 2015-2018-ci ilədək olan dövr üzrə hansı xərcləri əhatə edirsə, həmin xərclər nəzərə alınmışdır. 2015-ci il üzrə 47.000 manat məbləğində zərər mövcud olmuş və həmin zərər növbəti illərə kompensasiya olunmuşdur. 2015-ci illərin ƏDV və mənfəət vergisi də bu ardıcıllıqla hesablanmışdır. Həmçinin, xərc hissəsində və 2015-ci il üzrə zərər hissəsində rəqəmlərdə heç bir uyğunsuzluq yoxdur. Sadəcə olaraq dövriyyə fərqi mövcuddur. "xxxx" MMC mütəxəssisi tərəfindən verilmiş rəy üzrə dövriyyə formalaşmış və həmin dövriyyə üzrə xərclər səyyar vergi yoxlamasında eyni olaraq qalmışdır. “X9” MMC-nin mütəxəssisi X4 izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsindən daxil olan məktubda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqlarla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan qiymətləndirilməsinin həyata keçirilməsi göstərilmişdir. ünvan 5 yerləşən binaya baxış keçirilən zaman binanın təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. 2015-ci ildə həmin binanın vəziyyəti ilə bağlı təsəvvürün formalaşması üçün fotoşəkilləri tələb olunmuş, həmin fotoşəkillər əsasında obyektin əvvəlki vəziyyəti barədə hesabatda məlumat qeyd olunmuşdur. Təqdim olunmuş texniki pasporta bütün əmlakın texniki göstəriciləri qeyd olunmuşdur. Həmin texniki göstəricilərin əsasında hesabatda göstərilmiş smeta 2015- 2018-ci illərdə açıq bazarda satışda olan tikinti materiallarının qiyməti əsasında götürülmüş və smeta normalarına uyğun olaraq hesablanmışdır. Texniki pasportda göstərilən kv.m-ə uyğun olaraq hesablama aparılmışdır. Hesablamalar nəticəsində 15 milyona yaxın qiymət müəyyən edilmişdir. Faktiki olaraq, fotoşəkillərə və ekspert cədvəlinə əsasən müəyyən olunmuşdur ki, 80 faizə yaxın aşınma mövcud olmuşdur. Həmin aşınmanı çıxdıqda cəmi 20 faiz məbləğ qalır ki, buda 3.179000 edir. Həmin dövrə aid risksiz əmsal dedikdə, banklarda 8 faiz olduğu təqdirdə minimum olması üçün Dövlət Neft Şirkətinin istiqrazlarından istifadə olunmuşdur. Göründüyü kimi “X9” MMC-nin və "xxxx" MMC-nin mütəxəsislər icarə haqqının orta bazar dəyərini müəyyən edərkən qiymətləndirmə tarixində icarəyə verilən obyektin istimara tam yararsız vəziyyətdə olduğunu əsas kimi götürərək tərəflər arasında bağlanmış icarə müqaviləsində müəyyən edilən icarə haqqından da aşagı məbləğdə (31500 manat) orta aylıq bazar dəyəri müəyyən etməklə ziddiyyətli rəylər vermişdir. Halbuki, İddiaçı ASC ilə “X12” MMC arasında bağlanmış 05 yanvar 2015-ci il tarixli icarə müqaviləsində icarəyə verilən əmlak bütün istehsalat və inzibati sahələri,o cümlədən əsas vəsaitləri əhatə etməklə aylıq icarə haqqı ƏDV ilə bilrikdə 32922,00 manat təşkil etdiyi qeyd olunmuşdur. Bunlarla yanaşı vergi yoxlaması zamanı istinad olunan "xxxx" MMC tərəfindən verilmiş rəyin məzmununa nəzər saldıqda icarə haqqı məbləğinin necə müəyyən edildiyinin tam ətraflı izah edildiyi, qiymətləndirmə işinin AR “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə və Milli Qiymətləndirmə Standartlarına uyğun aparıldıgı, analoji obyektlərlə müqayisəli təhlilin aparıldığı aşkar görünsə də, digər “X9” MMC və "xxxx" MMC tərəfindən verilmiş rəylərin bu əlamətlərə malik olmadığı, keyfiyyət və məzmun baxımından "xxxx" MMC tərəfindən verilmiş rəydən geri qaldığı müəyyən olunur. Məhkəmə kollegiyasinin iclasinda izahat verən "xxxx" MMC-nin mütəxəssisi X3 izahatından görünür ki, MMC-də 2000-ci ildən bugünkü günə qədər fəaliyyət göstərən monitorinq qrupu mövcuddur ki, bu monitorinq qrupu daşınmaz əmlak bazarının qiymət bazarında tendensiyasını izləyir və hər il həm yaşayış sahəsi, həm də qeyri-yaşayış sahəsi üzrə 130-dan çox indeksləri mövcuddur. Köhnə dövrə aid bazar və ya icarə qiyməti tələb olunduqda, hazırkı bazar qiymətini müəyyən edib, həmin əmsallarla tətbiq edib köhnə dövrü müəyyən etmək mümkündür. Qiymətləndirilən təsərrüfat subyekti Dərnəgül şossesində şəhər mərkəzinə yaxın ərazidə yerləşməklə qeyri-yaşayış sahəsi istehsal zavodu kimi fəaliyyət gösərir. Obyektin yaxın ətrafında əsasən istehsat təyinatlı obyektlər yerləşmişdir. İcarəyə verilən obyektin (bazarın) infrastrukturu kifayət qədər inkişaf edilmişdir. Qeyri-yaşayış sahəsi mərkəzləşdirilmiş qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri ilə təchiz olunmuşdur. Orta aylıq icarə haqqı müəyyən edilərkən bütün bu faktorlar nəzərə alınmışdır. Avadanlıqların qiymətləndirmə metodologiyası isə tamamilə fərqlidir. Burada vergi orqanı tərəfindən müəssisəsinin öz balansında olan avadanlıqların siyahısı təqdim olunmuşdur. Avadanlıqlar müəssisə tərəfindən balansa götürülən zaman onların ilkin dəyəri mövcud olur. Müəssisəyə baxış keçirilən zaman texniki işçi tərəfindən avadanlıqların vəziyyəti barədə məlumat verilmişdir. Bu zaman ilkin dəyərdən qalıq dəyər hesablanmış və kapitallaşma əmsalı ilə icarə dəyəri əldə olunmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə aşkar nöqsanlara da yol verildiyi görünür. Belə ki, müəssisə tərəfindən 2015-2017-ci illər üzrə hər il ümumi gəlirin 334.800,00 manat (ƏDV-siz) təşkil etdiyi göstərilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən hər il üzrə ümumi gəlirin 320.338,98 manat olduğu göstərilmiş və bu hal da nəticədə MEM-in ekspertinin hesablamaların yanlış aparılmasına səbəb olmuşdur. İş materiallarında olan “X9” MMC və "xxxx" MMC-nin rəylərində qeyd edilmişdir ki, 2020-ci il üzrə qiymətlərin artımı dinamikası təhlil edilmiş, iqtisadi vəziyyətin təhlili əsasında yaxın illərdə daşınmaz əmlakın qiymətlərində durğunluq ilə bağlı nəticələri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı bildirir ki, səyyar vergi yoxlaması noyabr 2015-oktyabr 2018 dövrlərini əhatə etməsinə baxmayaraq, qiymətləndiricilər 2020-ci üzrə qiymətlərin artımı dinamikasını təhlil etmişlər. Halbuki, qiymətləndiricilər yoxlama dövrünin qiymətlərinin artımı dinamikasını təhlil etməli idilər . Bütün bunlar həmin rəylərin əsassız olduğunu bir daha sübut edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarınin əsası kimi istinad edilən sübutlara və gətirilən dəlillərə düzgün qiymətləndirilmədiyindən qəbul edilən qərar da işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uygun olmamışdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-322/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-322/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver