Məhkəmə qərarları › İş №2-1(103)-322/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-322/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-322/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin iddiaçının adına "xxxx" ASC-nin Xətai filialına köçürtdüyü 278.530 manat pul vəsaitini (xx.xx.2021-ci il tarixli TT**********905278530 saylı kassa məxaric orderi) hüquqi cəhətdən əsaslandıran sənədlərin – bildirişlərin, qiymətləndirmənin, razılaşmanın, alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının mülkiyyətinə ayırdığı vəsaiti təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən təqdim edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “cavabdehin iddiaçının adına "xxxx" ASC-nin Xətai filialına köçürtdüyü 278.530 manat pul vəsaitini (xx.xx.2021-ci il tarixli TT**********905278530 saylı kassa məxaric orderi) hüquqi cəhətdən əsaslandıran sənədlərin – bildirişlərin, qiymətləndirmənin, razılaşmanın, alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının mülkiyyətinə ayırdığı vəsaiti təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən təqdim edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1967 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illəri üçün Kompleks Tədbirlər planı”nın (bundan sonra sözügedən plan) icrasına başlandı. İddiaçının mülklərin Xətai rayonu,Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X. Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə yerləşdiyi üçün, bu planın təsir dairəsinə düşdü. Sözügedən ərazidən əhalinin köçürülməsi, mülklərin sökülməsi və kompensasiyanın ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 262 saylı sərancamı ilə ADEC AİŞ-nə həvalə edildi. 2007-ci ilin sonunda ADEC AİŞ Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi ilə birlikdə ərazidə yerləşən mülklərin və torpaqların invertarizasiyasını aparıb, başa çatdırdılar. 2008-ci ilin yanvaraprel aylarında ADEC AİŞ sözügedən ərazidə yerləşən mülkləri, o cümlədən iddiaçıya məxsus 2 evini də müqavilə əsasında sökmüşlər. Evləri söküb, altındakı çirkli torpağı təmizləyib, mülklərini bərpa edəcəyi barədə iddiaçı ilə müqavilə bağlanılmışdır. 2013-cü ilin mart ayının 12-də ADEC AİŞ iddiaçının hər iki evini əvvəlkindən də yaxşı bərpa etdirib, geri qaytarmışdır. Sözügedən ərazidə mövcud olan 3000 (üç min) civarında mülk sahibləri, 3000( üç min) civarında mülkə sahib olan 15 000(on beş min) civarında Azərbaycan vətəndaşı öz halal haqqlarını əldə etmək niyyəti ilə qanunauyğun yol seçmək üçün bütün dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq, hər dəfə AR İqtsadiyyat Nazirliyi və AR Maliyyə naziri X3 istisna olmaqla məntiqsiz, yəni nonsens cavab almışlar. Maliyyə Nazirliyi qeyd edir ki, Xətai RİH-nin vəzifəli şəxslərinin sakinlərə belə tövsiyələrin verməsinin əsassız olduğunu və bunun da vətəndaşları narahat edən məsələlərə vaxtında aydınlığın gətirilməməsinə səbəb olduğunu hesab edir, gələcəkdə belə hallara yol verilməməsi üçün tədbirlər görülməsini xahiş edir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli sərancamı saxtadır, çünki bu sərancam xx.xx.2007- ci il tarixli 262 saylı sərancamı ilə “ADEC” AİŞ-ni “Ağ Şəhər” lahiyyəsinin icrasında vəzifələndirməsinin inkarına yönəlib. Məlumdur ki, 262 saylı sərancamın icrasında maliyyə mənbəyi ADEC AİŞ-nin cəlb etdiyi investorlardır. 225 saylı sərancamdan irəli gələn öhdəliklərin maliyyə mənbəyi dovlətdir. Dövlət- Maliyyə Nazirliyi də bunu nazir səviyyəsində inkar edir. Həmdə bu məlumatı Prezidentin köməkçisinə,yəni Prezidentə verir. Yüksək dövlətçilik ədəbərkanına malik olan nazir X1 verdiyi məlumat mübahisə obyekti ola bilməz. Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi qanunla müdaxiləsi imkansız olan yerə müdaxilə edib, vətəndaşları mənəvi və maddi cəhətdən zorlayıb, narazılıq yaradır və bu narazılığı yaratmaq üçün dövlətin maliyyə yardımı göstərməsini də sübut edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qanunsuz və əsassız olduğunu, ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, iddia tələbində qeyd edilən sənədlərin surətlərinin təqdim edilməsini xahiş etmişdir. İşin hallarından məlum olur ki, iddiaçı ona məxsus daşınmaz əmlakların sökülməsi ilə bağlı cavabdehin ona ödədiyi kompensasiyanı qəbul etsə də, söküntü prosesinin və kompensasiyanın ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamasına görə, kompensasiyanın ödənilməsinə dair hüquqi sənədlərin təqdim edilməsini xahiş etmişdir. Xətai rayon İcra Hakimiyyətinin cavabı qane etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, N-14/3-152 nömrəli məktuba əsasən bildirilmişdir ki, Bakı Ağ şəhər layihəsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi bir çox küçə və prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-yə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0 – 350 manat ödənilmişdir. İddiaçı qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X2 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən, xx.xx.2022-ci il tarixdə, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 1022-ci məhəllə, ev 20/25-in sökülməsinə görə kompensasiyanın ödənilməsinə dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclası zamanı Kollegiya tərəfindən iddiaçının tələb etdiyi sənədlər cavabdehin nümayəndəsindən tələb edilmiş, nümayəndə tərəfindən məhkəməyə razılaşdırma akrı, ödəniş tapşırığı, İcra Hakimiyyəti Başçısının Sərəncamı, qiymətləndirmə məktubu təqdim edilmiş, Maliyyə Nazirliyinin iddiaçıya mülkiyyətinə ayırdığı vəsaiti barədə sənədlərin isə onlarda olmadığı bildirilmişdir. Növbəti məhkəmə iclasında iştirak edən iddiaçıya həmin sənədlərin təqdim olunması Kollegiya tərəfindən təklif olunsada, iddiaçı həmin sənədləri özünün əldə etdiyini bildirmişdir. İddiaçının tələb etdiyi Xətai rayon İcra Hakimiyyətinin onun adına Kapital Bank ASCnin Xətai Filialına köçürtdüyü 278530 azn pulu hüquqi cəhətdən əsaslandıran məlumatlara (pulun mənbəyini, pulun təyinatını və s.) gəldikdə isə, Kollegiya bildirir ki, həmin məlumatların əldə edilməsi cavabdehin səlahiyyət sferasina aid olmadığından təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar