Məhkəmə qərarları › İş №2-1(103)-3221/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3221/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3221/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızından və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2351/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən (2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə) pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi, o cümlədən hazırki inzibati işin mahiyyəti üzrə məhkəmə qərarı qəbul edilən tarixədək qeyd olunan pensiya hesablaması nəticəsində yaranmış fərqin birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13780/2023 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə X1 xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhlə fakultəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərarının «Müəyyən etdi hissəsinin 2-ci abzası, 5-ci səhifəsinin 9-cu abzası və «Qərara aldı» hissəsindəki «2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi» söz birləşməsi «2008-ci ildən pensiyanın hesablanıb birdəfəlik ödənilməsi» söz birləşməsi kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-907/2013 saylı 27 iyun 2013-ci il tarixli qərardadından və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102) 899/13 saylı 10 oktyabr 2013-cü il tarixli qərardadından aydın olur ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunu 10/1006 saylı xx.xx.2014-cü il tarixli və 10/642 saylı xx.xx.2011-ci il tarixli məktublarında İddiaçı xx.xx.2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin pensiyanın məbləği - “Əmək pensiyaları haqqında” Qanununa xx.xx.2010-cu il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq xx.xx.2006-cı il tarixə olan əmək stajı əsasında xx.xx.2010-cu il tarixdən hesablanaraq ödənilməsi qeyd edilmişdir...” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-170/2013 nömrəli qərarının icrası ilə bağlı olduğundan yenidən iddia icraatında baxıla bilməz. Bildiririk ki, sözügedən qərar Fondun Qaradağ rayon şöbəsi tərəfindən icra edilmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2351/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı pensiyasının 2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olub- olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuş, beləliklə də xx.xx.2008-ci il tarixdə 55 yaşı tamam olmuşdur. İnzibati icraat materiallarına əsasən, iddiaçıya ilk dəfə 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-170/2013 nömrəli qərarı ilə İddiaçı 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Fondun Qaradağ rayon şöbəsinə həvalə edilmiş və qərarda pensiyanın hesablanması qaydası ilə bağlı hər hansı tələb göstərilməmişdir. Qeyd edilən qərar qüvvəyə mindikdən sonra İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üzrə məbləğ ödənilmiş, beləliklə də məhkəmə qərarı icra edilmişdir. Fləmin qərarın icra edilməsi İddiaçı cavabdeh Fondun Qaradağ rayon şöbəsinə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1 (102)-1586/2017 nömrəli qərarının əsaslandırıcı hissəsindən də görünür. Belə ki, sözügedən qərarın əsaslandırıcı hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Digər tərəfdən isə iddiaçı artıq icra olunmuş qərara izah verilməsini tələb edir ki, qanunvericiliyə görə də bu yolverilməzdir. Qərarın icra olunduğu onunla təsdiq olunur ki, cavabdeh artıq iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81 )-170/2013 nömrəli qərarına əsasən ödəməli olduğu pensiyanın məbləğini və keçmiş dövr üçün ödənilməli olan məbləği müəyyən etmiş, eləcə də keçmiş dövr üçün olan məbləği hissələr halında aylıq ödəməyə başlamışdır.” xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər edilmiş, hesablamalar vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılmışdır. Bu zaman pensiyanın məbləği 01.01,2006-cı il tarixədək sığorta stajına və 01.01,2006-cı il tarixdən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə hesablanmışdır. Lakin iddiaçının tələb etdiyi qaydada pensiyanın hesablanması sosial sığorta prinsiplərinə əsaslanmır. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunda xx.xx.2006-cı il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əməkhaqqı əsasında hesablanması mexanizmi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsi isə xx.xx.2024-cü il tarixli e-2- 1(112)-2351/2024 nömrəli qərarında səhvən iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmayan qanunvericilik normalarına istinad edərək iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin aellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdim edilən dəqiqləşmə ərizəsində iddiaçı tərəfindən əmək pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyasının yenidən hesablanması barədə müraciət etdiyi xx.xx.2023cü il tarixdən əvvəlki 3 il üçün hesablanraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir (Ərizə məhkəmənin prtokol qərarı ilə icraata qəbul edilmişdir). ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının dəqiqləşdirilmiş iddia tələbi nəzərə alınmaqla, dəyişdirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin iddiaçı tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, idiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhlə fakultəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini aldıqdan sonra, cavabdeh tərəfindən icra edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərara 2008-ci ildən ona pensiya hesablanması zamaqı həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun orta ayılq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə qərarın icra izah verilməsi barədə məhkəməyə müraciət etsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçı qərara izah verilməsini məhkəmədən xahiş etmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 25 may 2017-ci il tarixli qərardadı ilə, həmin qərardad da öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (№2-1(102)-1586/2017 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, «...İddiaçının ilkin iddia ərizəsi pensiyanın hesablanması qaydası ilə bağlı hər hansı tələb göstərilməmiş, mahiyyəti üzrə qəbul edilmiş qərarda da həmin məsələyə hüquqi qiymət verilməmişdir. Belə halda, hazırda tərəflər arasında pensiyanın hesablanması qaydası ilə bağlı mübahisə mövcud olduğu da nəzərə alındığında, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 28 fevral 2013cü il tarixli 2inz(81)-170/13 saylı qərarına iddiaçının tələb etdiyi məzmunda izah verilməsi həmin qərarın məzmununun dəyişdirilməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə iddiaçı artıq icra olunmuş qərara izah verilməsini tələb edir ki, qanunvericiliyə görə də bu yolverilməzdir. Qərarın icra olunduğu onunla təsdiq olunur ki, cavabdeh artıq iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2inz(81)-170/13 saylı qərarına əsasən ödəməli olduğu pensiyanın məbləğini və keçmiş dövr üçün ödənilməli olan məbləği müəyyən etmiş, eləcə də keçmiş dövr üçün olan məbləği hissələr halında aylıq ödəməyə başlamışdır. Kollegiya həmçinin apellyasiya məhkəməsinin gəldiyi belə bir qənaəti də əsaslı hesab edir ki, iddiaçı güman etdiyi pensiyasının hesablanması qaydası ilə bağlı yol verilmiş pozuntunun aradan qaldırılması ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir…” Konkret halda da məhz, birinci instansiya məhkəməsi tərəfindən Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyindən irəli gələrək (baxmayaraq ki, iddiaçıya 2008-ci ildən əmək pensiyası təyin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qanuni qüvvəsini almış qərarı mövcuddur və həmin qərar artıq icra da olunmuşdur), iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün hesab edərək işə mahiyyəti üzrə baxmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddianın mümkün sayılaraq, işə mahiyyəti üzrə baxılmasını İPM-in 96.11-ci maddəsi və işin halları baxmından əsaslıdır. İşin mahiyyətinə gəldikdə isə iddiaçı konkret halda, adıçəkilən qərarın icra qaydasının qərarda öz əksini tapmadığından yaranmış ziddyyyətli halları aradan qaldırmaq üçün ilkin olaraq birinci instansiya məhkəməsinə müraciət etdiyi iddia tələbindən göründüyü kimi, - güzəştli şərtlərə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən, 2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə, pensiyanın hesablanaraq ödənilməsini tələb etmişdir. Hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərrizəsi nəzərə alınmaqla, pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla, son üç ilə görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.1953-cü il təvəllüdlü iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş: « 7-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların 5 il sığorta stajı olduqda bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 32.1-ci və 37.7-ci maddələri isə nəzərdə tuturdu ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündn, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, ömürlük təyin edilir və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 26.2-ci madəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır ( Qanunun sözügedən 26.2-ci maddəsinin qeydinə əsasən həmin maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir). 27.1-ci maddəsinin redaksiaysı nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.» Həmin vaxt , orta aylıq əmək haqqına görə əmək pensiyalarının hesablanma qaydası isə keçmiş “Vətəndaşların pensia təminatı haqında” Qanunun müəyyən etdiyi qaydalara müvafiq olaraq - pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı (m. 71. h.2) Belə ki, hələ 2008-ci ildə qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli 29-3 nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları”nın 1-ci bəndi nəzərdə tuturdu ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əmək haqqı məbləğindən iki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə, yəni, qeyd edildiyi kimi son 24 ayın gəlirinə görə hesablana bilər. Konkret halda isə iddiaçıya məhkəmə qərarı ilə təyin olunan pensiyanın qeyd olunan qanunvericiliyin tələbləri qaydasında deyil, «Əmək pensiyaları haqqında» Qanunun 2010-cu ildən sonra qüvvədə olan müdəalarına uyğun hesablandığı, yəni, iddiaçınn pensiya hüququ yarandığı vaxt yuxarıda qeyd olunan maddi hüquq normaları nəzərə alınmadan hesablandığı işin mübahisəsiz haldır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas veir ki, iddiaçıya məhkəmə qərarı əsasında pensiya təyin olunarkən, cavabdeh pensiyanın hesablanma qaydasına riayət etməmiş, həmin vaxt qüvvədə olmuş maddi hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, iddiaçının bununla da qanunla qornunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçı ilkin olaraq iddia tələbində - xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən (2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə) pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi, o cümlədən hazırki inzibati işin mahiyyəti üzrə məhkəmə qərarı qəbul edilən tarixədək qeyd olunan pensiya hesablaması nəticəsində yaranmış fərqin birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş , məhkəmə də, ona həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla, tələbini dəqiqləşdirilməsində İPM-in 13-cü maddəsinin tələbi qaydasında yardımçı olmamış, iddia tələbinə uyğun ifadə tərzində də iddianı təmin etmişdir. Konkret halda isə iddiaçı, hazırkı mərhələdə məhkəmənin təklifini nəzərə alaraq, tələbini həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun dəqiqləşdirərək, tələbinin əmək pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanması və pepnsiyasının yenidən hesablanması barədə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün hesablanraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ifadə tərzində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Adıçəkilən son illərin əmək haqqı barədə arayış təqdim edilmişdir). Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansya məhkəməsi tərəfindən qərar qəbul olunarkən, maddi hüquq normalarının pozulduğunu mübahisələndirən hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2351/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, iddiaçının əmək pensiyasının, 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanması və pepnsiyasının yenidən hesablanması barədə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 (üç) il üçün hesablanraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2351/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı əmək pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 (üç) il üçün hesablanraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar