Məhkəmə qərarları › İş №2-1(103)-3223/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3223/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3223/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Abbasov Zeynəlabiddin Abbas oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə” ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi barədə) ərizə təqdim edərək, pensiyaya çıxdıqdan sonra sığorta hesabında toplanmış pensiya kapitalının pensiyanın üzərinə əlavə olaraq hesablanması və 20 ildən artıq xidmət illərinin hər ili üçün 2%-lə deyil 3%-lə faiz hesablanması, aşağı faizlə hesablanma nəticəsində ona ödənilməli məbləğin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022- ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə qərarda düzəliş edilməsi barədə elektron ərizə ünvanlanaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-1803/2022 saylı Qərarının 6-cı səhifəsinin 3-cü abzasında pensiya kapitalının məbləği ilə bağlı yalnışlığın aradan qaldırılması barədə qərardad çıxarılmasını xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(112)- 1803/2022 saylı qərarının 4-cü səhifəsinin 3-cü abzasına aşağıdakı məzmunda mətn əlavə edilməsi qərara alınmışdır: “Cavabdehin nümayəndəsi izahatına əlavə olaraq bildirdi ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 52.945,95 manat pensiya kapitalı qeydə alınmışdır İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı izah edilmişdir ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmışdır və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1072/2023 nömrəli qərardadı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1803/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 1125/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(1103)- 1072/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın düzgün hesablanması” tələbinə dair inzibati iş baxıldıqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-1(112)-1803/2022 saylı məktububda xx.xx.2022-ci il tarixli 2- 1(112)-1803/2022 saylı qərarın xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün göndərildiyi bildirilmiş və qərarın icrası barədə 15 gün müddətində məlumat verilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı üzrə verilmiş icra sənədi xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə icra edilməsi üçün Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” qərarı xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanova icra sənədinin izah olunması haqqında xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-1803/2022-033 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən cavabdeh təşkilatın qeyd etdiyi yenidən hesablamanın “Əmək pensiyaları haqqında” Qanunun 37.1.3-cü maddəsinin tələbinə uyğun olub-olmaması məsələsinə və aparılmış yenidən hesablamanın qanunvericiliyin tələblərinə tam uyğun deyilsə İddiaçı pensiya sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması zamanı hesablamanın hansı dövrədək toplanmış sığorta kapitalından həyata keçirilməsinə və fərdi hesabda mövcud olan, hesablamada nəzərə alınmayan pensiya sığorta kapitalının hansı qaydada qaytarılmasına izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3- 17-1/2-66176/2024 saylı xx.xx.2024-cü il tarixli etirazda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə etiraz ünvanlayaraq, cavabdehin onun pensiya kapitalının məbləğini düzgün müəyyən etmədiyindən narazılıq ifadə etmişdir. İddiaçı 2023-cü ilin sentyabr ayınadək pensiya kapitalının 76947,11 manat olduğunu göstərmişdir. Həmçinin İddiaçı 01 yanvar 2019-cu il tarixədək topladığı pensiya kapitalını “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun hesablandığı kimi 01 yanvar 2019-cu il tarixədən sonra topladığı pensiya kapitalının da Qanunun 37.3.1-ci maddəsinə uyğun hesablanmalı olduğunu göstərmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarının cavabdeh tərəfindən düzgün icra edilib-edilmədiyinə aydınlıq gətirilməsi üçün Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarına növbəti dəfə izah verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı pensiya kapitalının məbləği ilə bağlı göstərdiyi etiraz tamamilə əsassızdır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 7 iyun 2011-ci il tarixədək fərdi şəxsi hesabında toplanmış 2796,24 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 122 aya (144 ay-22 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı) bölünərək 22,92 (2796,24:122) manat müəyyən edilmişdir. Eyni zamanda 7 iyun 2011-ci il tarixindən sonra iddiaçının işdən azad olunduğu 14 avqust 2015-ci il tarixədək fərdi şəxsi hesabında toplanmış 3437,18 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 89 aya (122 ay- 33 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı) bölünərək 38,62 (3437,18:89) manat müəyyən edilib. Bununla əlaqədar, qeyd olunan ümumilikdə 61,54 (22,92+38,62) manat 28 aprel 2019-cu il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi tarixdən üç il geriyə) mövcud olmuş əmək pensiyanın (1342,91 manat) üzərinə əlavə olunmaqla pensiya məbləği həmin tarixdən 1404,45 (1342,91+61,54) manat müəyyən edilmişdir. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixdən iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 1677,87 (1616,33+61,54) manat məbləğində müəyyən edilmişdir (maddi yardım ilə birlikdə 1845,66 manat). İddiaçının Mərkəzi Filiala 28 aprel 2022-ci il tarixli müraciəti nəzərə alınmaqla növbəti dəfə 1 may 2022-ci il tarixədək fərdi şəxsi hesabında toplanmış 35860,00 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (125 aya) bölünməklə (35860,00:125 (65 il-60 il 7 ay=53 ay+72 ay (144 ay-72 ay)=286,88 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (1845,66 manat) üzərinə əlavə edilərək pensiya məbləği 2132,54 (1845,66+286,88) manat müəyyən edilib. Eyni zamanda, ümumi pensiya məbləğinin 1 yanvar 2023-cü il tarixdən və 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyasının məbləği 2719,97 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 7621,27 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə (hər ay 448,31 manat) onun pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarına izah verilməsi ilə bağlı İddiaçı məhkəməyə müraciəti olmuş, həmin müraciət üzrə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmiş, icraya yönəldilmiş və cavabdeh tərəfindən düzgün qaydada icra edilmişdir. Belə olduğu təqdirdə ərizənin təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan normalarda pensiyanın yenidən hesablanma mexanizmi əks olunmuşdur. Həmin normalara diqqət yetirdikdə, açıq-aydın görünür ki, cavabdeh İddiaçı pensiyasını yenidən hesablayarkən doğru qənaətə gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022- ci il tarixli qərarına əsasən verilmiş 2-1(112)-1803/2022-033 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1803/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hesablamasına etirazını nəzərə alaraq Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanova icra sənədinin izah olunması haqqında xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(112)-1803/2022-033 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1- ci maddəsinə əsasən cavabdeh təşkilatın qeyd etdiyi yenidən hesablamanın “Əmək pensiyaları haqqında" Qanunun 37.1.3-cü maddəsinin tələbinə uyğun olub-olmaması məsələsinə və aparılmış yenidən hesablamanın qanunvericiliyin tələblərinə tam uyğun deyilsə İddiaçı pensiya sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması zamanı hesablamanın hansı dövrədək toplanmış sığorta kapitalından həyata keçirilməsinə və fərdi hesabda mövcud olan, hesablamada nəzərə alınmayan pensiya sığorta kapitalının hansı qaydada qaytarı İması na izah verilməsi məsələsinə baxılmasım xahiş elmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qəradadı ilə 2- 1(112)-1803/2022-033 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hesab edir ki, qəradad qanunsuz və əsassız olduğu üçün apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki. məhkəmə yalnız cavabdehin verdiyi məlumatlara istinad edərək bu qənaətə gəlmişdir ki. cavabdeh pensiyasını yenidən hesablayarkən düzgün hesablama aparmışdır. Hər şeydən əvvəl onu qeyd etmək istəyir ki, icra məmurunun ərizəsindəki suallar açıq qalmış və məhkəmə buna heç bir münasibət bildirməmişdir. Məhkəmə qərarının icrasını çətinləşdirən hallar olmasaydı icra məmuru məhkəməyə ərizə ilə müraciət elməzdi. Digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi məlumatlarla iş materiallarında olan məlumatlar arasında ciddi ziddiyyət olnmasına baxmayaraq məhkəmə bu ziddiyyətləri araşdırmamış və araşdırılması üçün zəruri tədbirləri belə görməmişdir. Bir daha qeyd edir ki, Bakı inzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(112)- 1X03/2022 saylı Qəradadı ilə cavabdehin verdiyi arayışa əsasən pensiya sığorta kapitalı həmin tarixə 52.945,95 (əlli iki min doqquz yüz qırx beş manat 95 qəpik) manat olması qeydə alındığı halda cavabdehin sonradan məhkəməyə təqdim eldiyi hesablamalarda bu məbləğ sözügedən tarixə 42000 (qırx iki min) manat göstərilir.Cavabdehin rəsmi elektron portalından çıxarışa əsasən 7 iyun 201 l-ci il tarixə fərdi şəxsi hesabımda toplanmış pensiya sığorta kapitalı 4978,26 manat olduğu halda, cavabdehin hesablamasında həmin tarixə bu rəqəm 2796,24 manat. 14 avqust 2015-ci il tarixə elektron portalda fərdi şəxsi hesabında toplanmış pensiya sığorta kapitalı 7012,24 manat olduğu halda cavabdehin hesablamasında həmin tarixə bu rəqəm 3437,18 manat göstərilir. Göründüyü kimi, cavabdeh təşkilat məhkəməyə təhrif olunmuş, düzgün olmayan məlumatlar göndərməklə məhkəməni yanıllmağa və nəticədə düzgün olmayan qərarın qəbul olunmasına nail olmuşdur. Sözügedən məlumatlar xüsusi bilik tələb etməsinə baxmayaraq məhkəmə iş materiallarında həmin ziddiyyətli məqamları araşdırmaq üçün heç bir tədbir görməmiş və beləliklə də qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. - 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. - 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Göründüyü kimi, inzibati prosessual qanunvericliyin tələblərinə zidd olmadığı halda inzibati məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətbiq oluna bilər. Məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Sonuncu qanunvericilikdə isə müəyyən olunmuşdur ki, icra olunmamış məhkəmə qərarlarının məzmunu dəyişirilmədən həmin qərarı qəbul etmiş hakim tərəfindən izah verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız məhkəmə qətnaməsində əks olunmuş fikir dəqiq və aydın ifadə olunmadıqda, habelə onda ziddiyətli məqamların mövcud olması səbəbindən icra olunmasında çətinliklər yarandıqda məhkəmə, qətnamənin məzmununu dəyişdirmədən ona izah verə bilər. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1803/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarına əsasən verilmiş 2-1(112)- 1803/2022-033 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını çətinləşdirən və yaxud qeyri-mümkün edən hallar olmadığından, məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsinə əsas yoxdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar