Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3225/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)- 1612/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşı tamam olan gündən - 09 oktyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona müvafiq pensiya ödənişlərinin ödənilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra “cavabdeh” adlandırılacaq) xx.xx.2020-ci il tarixində müraciət edərək ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 11 ay 2 gün təşkil edir. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bununla razılaşmayaraq, iddiaçı məsələni həll etmək məqsədilə yenidən cavabdehə xx.xx.2021-ci il tarixində müraciət etmiş və xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla yenə də imtina cavabını almışdır. İmtinaya səbəb kimi “... əmək kitabçanızda və SOCAR-AQŞ MMC-nin sizə dair 23 dekabr 2020-ci il tarixli AQŞ 468/20 nömrəli arayışda xx.xx.2013-cü il tarixindən bugünədək X10 Avadanlığı üzrə mütəxəssis vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 11 ay 2 gün) təşkil edir” dəlilləri göstərilmişdir. Daha sonra nümayəndəsi X5 cavabdehin yuxarı inzibati orqanına - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlə (cari ilin mayın 04-də Nazirlikdə qeydiyyata alınmışdır) müraciət etmişdir. Həmin şikayətlə bağlı xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubla xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubda qeyd olunan məzmunda yenə də imtina haqqında qərar qəbul edilmişdir. Sözügedən xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina haqqında qərar, xx.xx.2021-ci il tarixində nümayəndəsi X2 müvafiq jurnala imza etdirilməklə şəxsən təqdim edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, cavabdeh yalnız xx.xx.2004 - xx.xx.2012-ci il tarixləri arasındakı dövrləri (8 il 11 ay 2 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj kimi nəzərə alır, digər xx.xx.2013 - 02.04.202l-ci illərə aid olan dövrləri isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj kimi nəzərə almaqdan imtina edir. Yalnız bu səbəbdən cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajın müddətinin “Əmək pensiyaları haqqında” AR Qanununda nəzərdə tutulmuş 12 il 6 aydan az olması qənaətinə gəlmiş və nəticədə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmaması barədə qərar qəbul etmişdir ki, iddiaçı bunu düzgün hal hesab etmir. İddiaçı cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən staj kimi nəzərə almadığı dövrlərdə, yəni xx.xx.2013 - xx.xx.2021-ci illərdə işlədiyi vəzifə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “X10 Avadanlığı üzrə mütəxəssis” kimi qeyd edilmişdir. Lakin buna baxmayaraq əmək funksiyası, yaxud yerinə yetirdiyi işlər AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı haqqında” Qərarı ilə müəyyən edilmiş “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10-cu bölməsində, “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” vəzifəsinə tam uyğun olmuşdur. Bu hal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə də sübut olunur. Vəzifənin kağız üzərində “cihazçı” deyil, “mütəxəssis” kimi qeyd edilməsi formal xarakter daşıyır və məhz bu səbəbdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina, həm də sosial ədalət prinsipinin pozulması deməkdir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən əmək stajı 12 il 6 aydan çox, yəni 16 ildən çoxdur. İddiaçının digər dövrlərdəki əmək fəaliyyəti də nəzərə alınsa, ümumilikdə əmək stajı 36 ildən çoxdur. Belə olan halda cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməlidir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirlliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr nəzərdə tutulmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 noyabr 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-AQŞ MMC-nin ona dair 23 dekabr 2020-ci il tarixli AQS 468/20 nömrəli arayışında xx.xx.2013-cü il tarixindən bugünədək X10 Avadanlığı Eirm mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-1612/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşdan, yəni 09 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, xx.xx.1983-cü ildə həmin institutu bitirmiş, o, xx.xx.1983-cü ildə mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə İsmayıllı rayon Təsərrüfat hesablı maddi texniki təchizat bazasına mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə Qum adası X13 İdarəsinə Bahar buruğuna quyuların istismarı və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə Şelfqazavtomatika Mərkəzi 4 saylı sahəyə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixində 8 saylı DDSÖ-nə 5-ci dərəcəli NÖC və Avtomatika üzrə çilingər işinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə həmin özüldə 11-ci dərəcəli NOC və Avtomatika üzrə mexanik vəzifəsinə keçirilib. xx.xx.2006-cı ildə həmin özüldə 12-ci dərəcəli NOC və Avtomatika üzrə mexanik vəzifəsinə keçirilib. xx.xx.2008-ci ildə həmin özüldə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə 13 saylı DDSÖnə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" MMC NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə X10 avadanlığı üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, AQS 468/20 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 03 iyun 2013-cü il tarixindən "xxxx" MMC-də X10 Avadanlığı üzrə mütəxəssis vəzifəsində çalışır. Bu müddət ərzində “Günəşli yatağı 13” saylı dərin dəniz stasionar özülündə, həmçinin “Ümid” yatağı SDÖ və “Bulla 6” SDÖ platformasında eyni vəzifədə çalışmışdır. İşlədiyi müddətdə onun ümumi aylıq əmək haqqı 2141 (iki min yüz qırx bir) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinin a) yarımbəndində göstərilmiş “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçılar” vəzifəsi ilə "xxxx" MMC-də X10 Avadanlığı üzrə mütəxəssis vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. İşəgötürən işçinin öhdəliklərinə görə heç bir maddi məsuliyyət daşımır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, AQS 080/21 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 03 iyun 2013-ci il tarixindən “SOCAR-AQŞ" MMC-də X10 avadanlığı üzrə mütəxəssis vəzifəsində çalışır. Bu müddət ərzində “Günəşli” yatağı 13 saylı DDSÖdə, “Ümid” yatağı 1 saylı SDÖ-də və “Bulla-dəniz” yatağı 6 saylı SDÖ-də eyni vəzifədə çalışmışdır. İşlədiyi müddətdə onun ümumi aylıq əmək haqqı 2141 (iki min yüz qırx bir) manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinin a) yarımbəndində göstərilmiş “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçılar" vəzifəsi ilə "xxxx" MMC-də X10 Avadanlığı üzrə mütəxəssis vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 02 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. "xxxx" MMC İddiaçı öhdəliklərinə görə heç bir maddi məsuliyyət daşımır. SOCAR “X9” tresti tərəfindən xx.xx.2021-ci il tarixli, SOCAR**********30020123X00042 nömrəli məktubla göndərilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00208 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Bayıl Limanı” X8 İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X9” tresti yaradılmış və “Bayıl Limanı” X8 İdarəsi trestin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə "Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X8 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X9” trestinin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X8 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi “X9 “ trestinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM- 05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X9” trestinin “Təşkilati struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir: 1. xx.xx.1998-ci ildən xx.xx.1999-cu ildək “Qum adası” X13 İdarəsi 241b saylı Bahar buruğda 4-cü dərəcəli qazma köməkçəsi pəşəsinə qəbul edilib. Əmr № 54/k, xx.xx.1995-ci il; 2. xx.xx.1999-cu ildə İşdən azad edilib. Əmr № 29/k, xx.xx.1999-cu il; 3. xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “Bayıl Limanı” DKQİ 8 saylı DDSÖ 5- ci dərəcəli NÖC və A üzrə çilingər peşəsinə qəbul edilib. Əmr № 43/k, xx.xx.2004-cü il; 4. xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək 8 saylı DDSÖ 11-ci dərəcəli NÖC və A üzrə mexanik vəzifəsinə keçirilib. Əmr № 106/ş, xx.xx.2004-cü il; 5. xx.xx.2006cı ildən xx.xx.2008-ci ildək 8 saylı DDSÖ 12-ci dərəcəli NÖC və A üzrə mexanik vəzifəsinə keçirilib. Əmr № 51/ş, xx.xx.2006-cı il; 6. xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək 8 saylı DDSÖ 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. Əmr № 218, xx.xx.2008-ci il; 7. xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək 13 saylı DDSÖ 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. Əmr № 30/k, xx.xx.2009-cü il; 8. xx.xx.2012-ci ildə İşdən azad edilib. Əmr № 585/k, 30.08. 2012-ci il. Bu müddətdə iş stajı: 08 il, 11 ay, 02 gün. Güzəştli iş stajı: 08 il, 11 ay, 02 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1100000a-11297 kodu ilə qazmaçılar, 1100000a-18494 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik peşəsi, 10.1 b) mexanik peşəsi 08 il, 11 ay, 02 gün güzəştli iş stajı təşkil edir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 0690 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2013 - xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrində çalışmışdır. İddiaçı işlədiyi müddətdə əsas əmək məzuniyyətlə yanaşı əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 gün əlavə məzuniyyət hüququndan da istifadə etmişdir. İddiaçı işlədiyi vəzifələrin əmək funksiyaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısr”nın 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” peşəsinin əmək funksiyaları ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16205,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 85356,74 manat olmaqla cəmi 101562,21 pensiya kapitalı manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat məbləğində hesablanmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0204 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixdə SOCAR-a ünvanladığınız soröu araşdırılmaq və cavablandırılmaq məqsədi ilə SOCAR **********631470776X00002 nömrəli xx.xx.2022-ci il tarixli məktub əsasında SOCAR AQŞ-yə göndərilmişdir. Sorğuda göstərilən məsələlərlə bağlı bildirilir ki, 2-1(112)- 8537/2021 nömrəli məktub tərəflərindən ətraflı məlumat yazılmaqla və lazımı sənədlər əlavə edilməklə cavablandırılmışdır. Eyni zamanda "xxxx" MMC-də işləmiş işçi İddiaçı ilə bağlı xx.xx.2021-ci il tarixli, AQŞ 080/21 saylı arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi üçün işçiyə təqdim edilmişdir və həmin arayış hazırda məhkəmə sənədləri içərisində mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, işçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tərəfimizdən əsaslandırılmış sənədlər aidiyyəti üzrə məhkəməyə və aidiyyəti qurumlara göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının nümayəndəsi X2 ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 may 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin susi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr nəzərdə tutulmuşdur. Etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı dair Mərkəzi Filiala təqdim etdiyiniz 5 noyabr 1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və SOCAR-AQŞ MMC-nin ona dair 23 dekabr 2020-ci il tarixli AQS 468/20 nömrəli arayışında İddiaçı xx.xx.2013-cü il tarixindən bugünədək X10 Avadanlığı üzrə mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 1 ay 20 gün (xx.xx.2004-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Əlavə olaraq bildirilir ki, İddiaçı eyni məzmunlu müraciətləri tərəfimizdən 15 dekabr 2020-ci il tarixli **********9 nömrəli və 10 fevral 2021-ci il tarixli **********4 nömrəli məktublarla cavablandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. SOCAR “X9” trestinin xx.xx.2021-ci il tarixli SDS-11642 nömrəli arayışına əsasən xx.xx.1998-xx.xx.1999-cu ilədək işlədiyi qazma köməkçisi pəşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar peşəsinə, xx.xx.2004-xx.xx.2012-ci ilədək NÖC və A üzrə çilingər peşəsi və mexanik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-18494 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”'nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik peşəsi, 10.1 b) mexanik peşəsinə uyğun olmaqla 08 il, 11 ay, 02 gün təşkil edir. Cavabdeh iddiaçının qeyd edilən xx.xx.1998-xx.xx.1999 və xx.xx.2004- xx.xx.2012-ci ilədək olan güzəştli iş stajını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi iddiaçının SOCAR AQŞ MMC-də xx.xx.2013 - xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrində işlədiyi dövrü güzəştli iş stajı kimi hesablamamışdır. İşəgötürən “SOCAR- AQŞ" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışında, eləcə də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2021-ci il tarixli SDS-12489 nömrəli məktubunda “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrinin əmək funksiyalarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısının 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar" peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etdiyi, iddiaçıya işlədiyi vəzifənin zərərliliyi nəzərə alınmaqla ona əsas əmək məzuniyyətindən əlavə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 gün əlavə məzuniyyət verildiyi bildirilmişdir. SOCAR AQŞ-dən əldə edilmiş dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis vəzifəsinin vəzifə təlimatına əsasən həmin vəzifənin məqsədi bütün iş sahələrində yerləşən nəzarət ölçmə avadanlıqlarının fasizləsiz istismarının təmin edilməsinə nəzarət, profilaktik və planlı texniki xidmət işlərinin aparılması, əmək funksiyası- NÖA-nın fasiləsiz işinin təminat üçün plan xəbərdarlıq təmirlərinin, rüblük, illik və perspektiv iş planlarını işləyib hazırlamaq, NÖA-nın istsimarına nəzarət, onların periodik yoxlanmasını yüksək səviyyədə həyata keçirmək, cari və profilaktik təmirləri vaxtında aparmaq və s. göstərilmişdir. X9 Trestindən xx.xx.2021-ci il tarixli məktubla əldə edilmiş “nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “nəzarət ölçü cihazları və avtomatika üzrə böyük mühəndis” vəzifələrinin peşə təlimatlarına əsasən həmin vəzifələrin məqsədi stasionar özüldə istismar olunan NÖC və A vasitələrinin istismarına nəzarət, nümunəvi cihazlar və kalibratorlarla yoxlanılması, sınaqdan keçirilməsi, texniki xidmət və təmir işinin təmin edilməsi, yeni və müasir cihazlara olan tələbatın müəyyən edilməsi, fəaliyyət-NÖC və A vasitələrinin istismarına nəzarət və texniki baxış işlərinin həyata keçirilməsi, NÖC və A vasitələrinin təmiri və kalibrlənməsinin həyata keçirilməsi və s. təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin güzəştli iş stajı kimi qəbul etdiyi xx.xx.2004- xx.xx.2012-ci ilədək NÖC və A üzrə çilingər peşəsi və mexanik peşələrinin vəzifə təlimatlarındakı əmək funksiyaları iddiaçının bilavasitə SOCAR AQŞ-də işlədiyi dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis peşəsinin vəzifə təlimatında göstərilən əmək funksiyaları ilə eynilik təşkil edir. Başqa sözlə, cavabdeh hər iki idarədə əmək funksiyaları oxşar olan vəzifələrin hansı xüsuiyyətlərinə görə birini güzəştli hesab etdiyi halda, digərini güzəştli hesab etməməsinin əsasını sübut edə bilməmişdir. İddiaçının xx.xx.2013 - xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçıla” peşəsinə uyğundur. Beləliklə, iddiaçının xx.xx.1998-xx.xx.1999 və xx.xx.2004-xx.xx.2012-ci ilədək 08 il, 11 ay, 04 gün + xx.xx.2013 - xx.xx.2016; xx.xx.2016–xx.xx.2020 (60 yaş tamam olan günədək) 07 il 04 ay 07 gün olmaqla ümumilikdə güzəştli iş stajı 16 il 03 ay 11 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına gəldikdə isə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 38400,00 manat hesablandığı halda, iddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16205,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 85356,74 manat olmaqla cəmi pensiya kapitalı 101562,21 manat pensiya kapitalı toplamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-1612/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3225/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3225/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver