Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3225/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Elmi-İstehsalat Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “texniki pasportun ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Elmi-İstehsalat Firması (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə verilmiş xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla istifadədə olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatlarda düzəlişin edilməsi və "xxxx" MMC-nin istifadəsində 0,11023 ha əvəzinə 0,01877 ha torpaq sahəsinin istifadədə olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması, eyni zamanda 0,46 ha torpaq sahəsinin və 1927,1 kv.m. tikililərin "xxxx" MMC-nin istifadəsində olması barədə xx.xx.2019- cu il tarixli **********55-12301 reyestr nömrəli Texniki Pasportun ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1019 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün "xxxx" Elmi-İstehsalat firmasına torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamdan irəli gələrək 8 avqust 1998-ci il tarixdə 98/219 saylı torpağın ayrılmasına dair Aktla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün İddiaçı Elmi-İstehsalat firmasına ayrılmış 0,4 ha torpaq sahəsinin ölçüləri və sərhədləri nişanlanmışdır. İddiaçı X1 (bundan sonra İddiaçı Firması) ona ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə edərək üzərində tikililər inşa etmiş, daha sonra həmin ərazini və əlavə olaraq 0,06 ha torpaq sahəsini daşla hörərək hasara almışdır. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən İddiaçı Firmasına həmin torpaq sahəsi və tikililərə dair 31 may 2000-ci il tarixdə Texniki pasport verilmişdir. Həmin Texniki pasportda "xxxx" Firmasının faktiki istifadəsində 0,46 ha torpaq sahəsi göstərilmiş, ümumi tikinti altı sahə isə 1927.1 kv.m. göstərilmişdir. Yəni, texniki pasporta əsasən "xxxx" Firmasının faktiki istifadəsində 1927,1 kv.metr qeyriyaşayış sahəsi mövcud olmuşdur. Daha sonra "xxxx" Firması inşa etdiyi və faktiki istifadəsində və sahibliyində olan 1927,1 kv.metr tikililərdən ibarət İnşaat materialları İstehsalat Sexini özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinə müraciət etmiş, lakin özəlləşdirmə ödənişləri çox olduğundan və "xxxx" Firmasının maddi imkanları zəif olduğundan, İnşaat materialları İstehsalat Sexini yalnız 1110 kv.metr hissəsinin özəlləşdirilməsi qeydiyyata alınmış və xx.xx.2000-ci il tarixli 000279 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən İnşaat materialları İstehsalat Sexi "xxxx" Firmasının xüsusi mülkiyyətinə verilmişdir. Sonradan həmin şəhadətnamə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş və sonuncu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində yerləşən Əmlak Kompleksi kimi müəssisənin 1110,2 kv.metr tikilisi xüsusi mülkiyyət hüququ əsasında, 0,01877 ha torpaq sahəsi isə istifadə hüququ əsasında "xxxx" Elmi-İstehsalat firmasına məxsus olması barədə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sərəncam və Ayrıc Aktına əsasən 0,4 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, "Nissa-LTD” Elmi-İstehsalat firmasının faktiki istifadəsində 4604,4 kv.metr (0,46 ha) torpaq sahəsi və 1927,1 kv.metr tikililər olmuşdur və bu hal Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş 31 may 2000-ci il tarixli Texniki pasportda öz əksini tapmışdır. Daha sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələşdirməsi və tikintisi üçün "xxxx" Elmi-İstehsalat firmasına ayrılmış 0,40 ha torpaq sahəsində inşa edib istifadə etdiyi tikintinin (Əmlak kompleksinin) bir hissəsini - xx.xx.2007ci il tarixli Çıxarışa əsasən 1110,2 kv.metr hissəsini va 0,01877 ha torpağın hissəsini kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, lakin kreditor müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, kredit borcu hərrac yolu ilə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmiş və nəticədə “AG Bank" ASC-yə xx.xx.2017-ci il tarixdə ******* qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətinə 1110,2 kv.metr qeyri-yaşayış sahəsi (tikililər), istifadəsinə isə 0,01877 ha torpaq sahəsi verilmişdir. İpoteka predmeti, yəni 110,2 kv.metr sahəsi olan tikililər Nizami rayon İcra şöbəsinin İcra məmuru tərəfindən "xxxx" Firmasından alınaraq "xxxx" ASC-yə təhvil verilmiş, lakin yerdə qalan 817,2 kv.metr sahəsi olan tikililər və 0,46 ha torpaq sahəsi yenə də "xxxx" Elmiİstehsalat firmasının istifadəsində qalmışdır. Sonradan "xxxx" ASC öz mülkiyyətində olan 1110,2 kv.metr tikililəri və istifadəsində olan 0,01877 ha torpaq sahəsini notarial olaraq "xxxx" MMC-yə satmış və "xxxx" MMC alqı-satqı yolu ilə əldə etdiyi 1110,2 kv. metr tikinti hissəsi və 0,01877 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsini DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Lakin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışıda torpaq sahəsinin 0,01877 kv. metr əvəzinə səhvən 0,11023 ha torpaq sahəsini 3-cü şəxs "xxxx" MMC-nin istifadəsində olmasını göstərmişdir. "xxxx" MMC həmin Çıxarışı əldə edəndən sonra "xxxx" Firmasına məxsus 817,2 kv. metr tikililəri və 0,46 ha torpaq sahəsini zəbt edərək, "xxxx" Firmasını həmin qeyri-yaşayış və torpaq sahəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində yerləşən və "xxxx" Firmasına məxsus 4416,7 kv. metr torpaq sahəsi və 817,2 kv. metr tikililər 3-cü şəxs tərəfindən zəbt edilərək qanunsuz olaraq istifadə edilir və bir giriş qapısı olan həmin əraziyə “Zərdabi LTD" MMC-nin rəhbərliyi öz mühafizəçilərini qoyaraq "xxxx" MMC-nin təsisçi və təmsilçisini əraziyə buraxmır və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışı əsas tutaraq həmin ərazi və üzərində olan tikililərin yalnız 3-cü şəxsə məxsus olmasını bildirir. "xxxx" Firması ilkin olaraq Nizami Rayon Məhkəməsində "xxxx" MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın etibarsız bilinərək ləğv edilməsi, "xxxx" MMC tərəfindən zəbt edilmiş 4416,7 kv. metr torpaq sahəsindən və müvafiq tikililərdən çıxarılmasını xahiş etmiş və həmin iş üzrə məhkəmə prosesi zamanı "xxxx" MMC-nin adına verilmiş xx.xx.2019cu il tarixli **********55-12301 reyestr nömrəli Texniki Pasportu təqdim etmişdir. Bundan sonra məlum olmuşdur ki, "xxxx" Firmasına məxsus tikili və torpaq sahəsi hər hansı hüquqi sənəd və əsas olmadan, qanunsuz olaraq cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli **********55-12301 reyestr nömrəli Texniki Pasportla üçüncü şəxsə verilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda cavabdeh təşkilat istifadədə olan torpaq sahəsinin ölçülərinin 0,01877 ha əvəzinə 0,11023 ha göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5455/2023 nömrəli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 1019 nömrəli torpaq sahəsinin ayrılması barədə Sərəncamına əsasən "xxxx" Elmi-İstehsalat firmasının xx.xx.1995-ci il tarixli, 15 nömrəli məktubu nəzərə alınaraq, Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamın 2.5-ci bəndinə əsasən torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunması, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlanılması qərara alınmışdır. Həmin Sərəncama əlavə edilmiş 98/219 nömrəli, xx.xx.1995-ci il tarixli aktdan görünür ki, torpaq sahəsinin ölçüsü 0,4 ha təşkil etmişdir - xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən "xxxx" Elmi-İstehsalat firmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllə yerləşən istehsal sahəsinə dair tərtib edilmiş texniki pasporta əsasən ərazinin sənəd üzrə ümumi torpaq sahəsi 4000 kv.metr, faktiki sahəsi 4604,4 kv.metr, yaşıllıq sahəsi 488,0 kv.metr, açıq torpaq sahəsi 2189,3 kv.metr, ümumi tikinti altı sahəsi 1927,1 kv.metr (ümumi sahə 1110,2 kv.m, əsas sahə 922,5 kv.m, köməkçi sahə 187,7 kv.m) olmuşdur. Xüsusi qeyd olaraq göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1019 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı və Akta əsasən 4000 kv.metr torpaq sahəsi ayrılıb. Faktiki istifadədə olan torpaq sahəsi 4604,4 kv. metrdir. Texniki pasporta əsasən, istehsalat sahəsinə yerləşən: 1.A- inzibati bina- əsas sahə 28,3 kv.m, köməkçi sahə 48.2; 2.B-istehsalat binası – əsas sahə 907,9 köməkçi 412,4, 3.C- qızdırma sexi – əsas sahə 85,9 kv.metr, 4.İ-Daş hasar- köməkçi sahə - 44 kv.metr 5.İİ- Boya qurğusu – köməkçi sahə 161,6 kv.metr, 6.İİİ- su hovuzu – köməkçi sahə- 9 kv.metr 7.İV – Metal darvaza- 1,5 kv.metr olmaqla, ümumi tikintialtı sahə 1927,1 kv metr (əsas sahə 1290 kv.metr, köməkçi sahə 637,1 kv.metr) olmuşdur. - Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2000- ci il tarixli 000279 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən İnşaat materialları istehsalı sexi "xxxx" Elmi- İstehsalat firmasının xüsusi mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-5122/2023 saylı məktubundan görünür ki, istehsal sexi ilə bağlı "xxxx" LTD Elmi-İstehsalat Firmasının adına xx.xx.2000-ci il tarixli 000279 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə dövlət əmlakının özəlləşdirilməsi üsulu ilə deyil, firmanın öz vəsaiti hesabına inşa edilmiş əmlak kompleksinə görə verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1666/2013 saylı, xx.xx.2013- cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin “Layner” firmasına və "xxxx" X1na qarşı qarşılıqlı iddiasının qismən təmin edilərək “Layner” firmasından "xxxx" ASC-nin xeyrinə 24 yanvar 2013-cü il tarixə olan 1.109.700 manat məbləğində əsas borc, 912.998,39 manat məbləğində faiz borcu, 260.000 manat məbləğində artırılmış faiz borcu olmaqla, cəmi 2.282.698,39 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş "xxxx" X1na məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən inşaat materialları sexinə yönəldilməsi, sexin boşaldılaraq açıq hərrac yolu ilə satılması və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. - 2iqt(81)-1666/2013 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə 12 fevral 2014-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin icra vərəqəsi üzrə Nizami rayon icra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra icraatı çərçivəsində xx.xx.2014-cü il tarixli qərarla sexin qiymətləndirilməsi üçün mütəxəssis dəvət olunmuş, mübahisəli əmlak qiymətləndirilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyri yaşayış sahəsinin texniki göstəriciləri aşağıdakı kimi qeyd olunmuşdur: qeyri-yaşayış sahəsinin mərtəbəliliyi – 1, ümumi sahəsi – 1110,2 kv.metr, yaşayış sahəsi – 922,5 kv.metr, köməkçi sahə – 187,7 kv.metr, torpaq sahəsi – 0,4 ha (istifadə hüququ). Hesabata əsasən əmlakın qiyməti 1 665 000 bir milyon altı yüz altmış beş min manat müəyyən edilmişdir. - xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə protokoldan və əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, aparılmış icra tədbirləri nəticəsində "xxxx" X1na məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi 2213- cü məhəllədə yerləşən İnşaat materialları sexi "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixli protokolla hərrac vasitəsi ilə 1061437,5 manata "xxxx" ASC-yə satılmış, eləcə də qeyri yaşayış sahəsi boşaldılaraq tələbkara təhvil verilmişdir - RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,01877 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv. metr əmlak kompleksi kimi müəssisəyə "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. - xx.xx.2019-cu il tarixli AZ-İ №0780023 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1110.2 kv.metr olan əmlak kompleksi kimi müəssisəni alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında 0,129 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv.metr əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin mülkiyyətindədir. - xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin adına tərtib edilmiş texniki pasportdan görünür ki, əmlak kompleksi kimi müəssisənin ümumi tikilialtı sahəsi 1927,1 kv.metr, əsas tikilialtı sahəsi 1290,0 kv.metr, digər tikilialtı sahəsi isə 637,1 kv.metr olmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin adına tərtib edilmiş texniki pasportdan görünür ki, əmlak kompleksi kimi müəssisənin ümumi tikilialtı sahəsi 1927,1 kv.metr, əsas tikilialtı sahəsi 1290,0 kv.metr, digər tikilialtı sahəsi isə 637,1 kv.metr olmuşdur. İddiaçı həmin əmlak kompleksini 2017-ci ildə "xxxx" ASC-yə satarkən həmin əmlaka xidmət edən texniki pasportda göstərilən torpaq sahəsinə hüququ da yeni mülkiyyətçiyə keçmiş, bununla həm əmlak kompleksi, həm də texniki pasportda göstərilən həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə olan hüquqlarına xitam verilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının 2017-ci ildə hüquqlarına xitam verilmiş Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllə yerləşən inşaat materialları sexi ilə bağlı hazırkı tələbi irəli sürmək üçün hər hansı bir subyektiv hüququ mövcud deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 1019 nömrəli torpaq sahəsinin ayrılması barədə Sərəncamı ilə iddiaçıya Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə 0.4 ha torpaq sahəsi ayrılmış, həmçinin xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş texniki pasporta əsasən ərazinin sənəd üzrə ümumi torpaq sahəsi 4000 kv.metr, faktiki sahəsi 4604,4 kv.metr olması qeyd edilmişdir. Daha sonra iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsi əsasında borc ipoteka ilə yüklü edilmiş həmin əmlakına yönəldilmişdir. xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə protokoldan və əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən aparılmış icra tədbirləri nəticəsində "xxxx" X1na məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi 2213- cü məhəllədə yerləşən İnşaat materialları sexi "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixli protokolla hərrac vasitəsi ilə 1061437,5 manata "xxxx" ASC-yə satılmış və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müvafiq ünvanda yerləşən 0,01877 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv. metr əmlak kompleksi kimi müəssisəyə "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Hazırda ünvan 1 ünvanında 0,129 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv.metr əmlak kompleksi kimi müəssisə ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "xxxx" ASC-nin mülkiyyətində 0,01877 ha torpaq sahəsi mövcud olsa da, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zamanı 0,129 ha torpaq sahəsi qeyd edilmişdir. Eyni zamanda iş materiallarına əsasən iddiaçıya ilkin olaraq Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə 0.4 ha torpaq sahəsi ayrılması (faktiki istifadədə 4604,4 kv.metr) müəyyən edilsə də, hazırda üçüncü şəxsin mülkiyyətində 0,129 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv.metr əmlak kompleksi mövcudluğu öz təsdiqini tapır. Göründüyü kimi hazırda üçüncü şəxsin mülkiyyətində olan əmlak vaxtilə iddiaçının qanuni mülkiyyətində olmuş əmlakı tam olaraq əhatə etməmişdir. Qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məhkəmə işin faktiki hallarını düzgün araşdırmadan iddiaçının göstərilən əmlaka subyektiv hüququnun olmamasını əsas gətirərək iddia tələbini mümkün saymamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka dair digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 154.1-ci maddəsinə görə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ vardır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Digər tərəfdən qeyd edilməlidir ki, iş birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 25 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş "Qeyridövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında" Təlimata əsasən xx.xx.2000-ci il tarixdə əmlak kompeksinin özəlləşdirilməsi və bu barədə iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini göstərsə də, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-5122/2023 saylı məktubundan görünür ki, istehsal sexi ilə bağlı "xxxx" LTD Elmi-İstehsalat Firmasının adına xx.xx.2000-ci il tarixli 000279 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə dövlət əmlakının özəlləşdirilməsi üsulu ilə deyil, firmanın öz vəsaiti hesabına inşa edilmiş əmlak kompleksinə görə verildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin göstərilən ziddiyətli halı da araşdırılmamışdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda göstərilən hallar yenidən araşdırılmaqla iddia tələbinə mahiyyəti üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Elmi-İstehsalat Firmasının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Elmi-İstehsalat Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “texniki pasportun ləğv edilməsi və sair” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3225/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3225/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver