Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3226/2025 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi X12, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi" tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli imtina məktubunun əsassız hesab edilməsi, ##.##.2001-ci ildən ##.##.2008-ci ilə, ##.##.2018-ci ildən ##.##.2019-cu ilə, ##.##.2019-cu ildən ##.##.2022-ci ilə və ##.##.2022-ci ildən ##.##.2024-cü ilə kimi olan dövrlərin güzəştli sosial sığorta stajı hesab edilməsi və ona 12 il 6 ay güzəştli iş stajının tamam olduğu gündən, yəni ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi "iddiaçıya 60 yaşının tamam olduğu ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi dəyişdirilmişdir. Iddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1964-cü ildə anadan olmuşdur. O, ##.##.2024-cü ilə 25 ildən çox ümumi və 12 il 6 ay güzəştli iş stajı olduğuna görə ona ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək ##.##.2024-cü ildə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial ##.##.2024-cü il tarixli *-**-*/*- A-******/**** nömrəli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərkəzi Filiala təqdim etdiyi ##.##.1985-ci il tarixli IT-İ № ******* nömrəli əmək kitabçasında və "X9" MMC birgə müəssisəsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli **** nömrəli arayışına əsasən ##.##.2001-ci ildən ##.##.2008-ci ilə kimi Boru quraşdırıcısı vəzifəsində (06 il 05 ay 20 gün), "xxxx" Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-*-*/*-*-***/**** nömrəli arayışına əsasən ##.##.2018-ci ildən ##.##.2019-cu ilə kimi Gəmi Tikinti bölməsində Mexaniki quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çekən vəzifəsində (1 il 3 ay 3 gün), "X5" X10 Zona Müəssisəsinin Bakı Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli * nömrəli arayışına əsasən ##.##.2019-cu ildən ##.##.2022-ci ilə kimi sənaye dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzi fəsində (2 il 9 ay 10 gün), "xxxx" X10 Zona Müəssisəsinin Bakı Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli * nömrəli arayışına əsasən ##.##.2022-ci ildən ##.##.2024-cü ilə kimi boru quraşdırıcısı vəzifəsində (2 iI 1 ay 14 gün), cəmi 12 il 07 ay 17 gün güzəşti iş stajı olmasına baxmayaraq və bunun da Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın dağ mədən işləri bölməsinin 11.6 və 29-cu yarımbəndinə uyğun gəlməsinin göstərilməsinə baxmayaraq inzibati orqanın imtina məktubunda ümumiyyətlə güzəştli iş stajının olmadığı bildirilir. Inzibati orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuz olduğuna görə ##.##.2024-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə 60 yaşı ##.##.2024-cü ildə tamam olmasına baxmayaraq 12 il 6 ay güzəştli iş stajı ##.##.2024-cü ildə tamamlandığına görə ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı 60 yaşdan, ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ddiaçı ##.##.1964-cü il təvəllüdlüdür, əmək fəaliyyətinə ##.##.1985-ci ildə başlamışdır. Iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Cavabdeh iddiaçının güzəştli iş stajının olmadığını əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən ##.##.2001-##.##.2017-ci il, ##.##.2019- ##.##.2019-cu il və ##.##.2019-##.##.2024-cü il tarixlərdə işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir. Iddiaçının iş stajına münasibətdə məhkəmə qeyd etmişdir: IT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: - "X6 MMC" birgə müəssisəsində ##.##.2001-ci ildən boruquraşdırıcı, ##.##.2008-ci ildən briqadir, ##.##.2013-cü ildən böyük briqadir vəzifəsində işləmiş, ##.##.2017-ci ildə ştat ixtisası səbəbi ilə işdən azad edilmişdir. - "xxxx" QSC "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunda ##.##.2018-ci ildən Gəmi Tikintisi bölməsində mexanik quraşdırmaq sahəsinin Boru çəkmə briqadasında 5-cı dərəcəli gəmi boru çəkən vəzifəsində işləmiş, ##.##.2019-cu ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmişdir. - "X5" Şirkətində ##.##.2019-cu ildən boru çilingəri vəzifəsində işləmiş, ##.##.2022-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2022-ci ildən boru üzrə çilingər vəzifəsində işləyir. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən (##.##.2001-##.##.2017, ##.##.2019-##.##.2019 və ##.##.2019-##.##.2024) illərdə işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və işəgötürənin arayışı ilə əmək kitabçasında qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduğu əsas gətirilmişdir. Bununla da tərəfindən X11 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışı, "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunun ##.##.2024-cü il tarixli **-*-*/*-*-***/**** nömrəli arayışı, "X5" X10 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin ##.##.2024-cü il tarixli 1 və * nömrəli arayışları mübahisələndirilmişdir. Inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - X11 Sistemlərinin Istismarı Idarəsi tərəfindən təqdim edilən güzəştli arayışda təsdiq edilir ki, iddiaçının "X6 MMC" birgə müəssisəsində ##.##.2001-ci ildən işlədiyi boru quraşdırıcı və ##.##.2008-ci ildən ##.##.2013-cü ilədək briqadir, ##.##.2013-cü ildən ##.##.2017-ci ildək isə işlədiyi böyük briqadir vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qəran ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" 11.6-cı yanımbölməsinə əsasən güzəştli sayılır. Göründüyü kimi, iddiaçının işlədiyi boru quraşdırıcı, briqadir və böyük briqadir vəzifələri əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri eynilik təşkil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının ##.##.2001-ci ildən ##.##.2017-ci ildək "X6 MMC" birgə müəssisəsidə işlədiyi boru quraşdırıcı, briqadir və böyük briqadir vəzifələri - * №-li Siyahının XIV. Metal emalı bölməsindəki 21503000 şifrəli "3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri" yarımbölməsində şifrə 2150300a—1753b ilə göstərilmiş "güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr" peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarının "11. Metal emalı" bölməsinin "11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri" yarımbölməsində a) fəhlələr: güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr" vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Iddiaçının mübahisələndirilən ##.##.2018-##.##.2019-cu illərdə işlədiyi vəzifələrə nəzərən məhkəmə qeyd edir ki, işəgötürən hüquqi şəxs - "xxxx" QSC tərəfindən təqdim edilən güzəştli arayışdan bəlli olur ki, iddiaçı ##.##.2018-ci ildən ##.##.2019-cu ilə kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyət "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən peşəsində çalışmışdır və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11.6a bəndinə uyğundur. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmirindən ibarət olmuşdur. Göründüyü kimi, iddiaçının ##.##.2018-##.##.2019-cü il tarixlərdə çalışdığı gəmi boru çəkən vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının ##.##.2018-ci ildən ##.##.2019-cu ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi boru çəkən vəzifəsi - * №-li Siyahının XIV. Metal emalı bölməsindəki 21503000 şifrəli "3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri" yarımbölməsində şifrə 2150300a—1753b ilə göstərilmiş "güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr" peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarının "11. Metal emalı" bölməsinin "11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri" yarımbölməsində a) fəhlələr: güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr" vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Məhkəmə iddiaçının mübahisələndirilən – ##.##.2019-##.##.2024-cü illərdə işlədiyi vəzifələrə münasibətdə aşağıdakıları qeyd etmişdir: "X7 X10 Zona Müəssisəsi"nin Bakı Nümayəndəliyinin təqdim etdiyi 1 və * nömrəli arayışlarından məlum olur ki, iddiaçının ##.##.2019-ci ildən ##.##.2022-ci ilədək və ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək "X7 X10 Zona Müəssisəsi"nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsində işlədiyi sənaye dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixili ** nömrəli Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" 29-cu yarım bəndinə aiddir. Müəssisə tərəfindən aparılan əməliyyatlar bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri ilə əhatələnən işlər olmaqla bu sahədə ixtisaslaşmış idarədir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. Göründüyü kimi, iddiaçının işlədiyi boru çəkən, boru quraşdırıcısı vəzifəsinin əmək funksiyaları ağır hesab olunaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının ##.##.2019-cu ildən ##.##.2024-cü ilədək "X5" Şirkətində işlədiyi boru çəkən, boru quraşdırıcısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin##.##.2007-ci il tarixli ** nömrəli qərarının "29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsində a) fəhlələr: "texnoloji boru kəmərlərinin quraşdırıcıları" vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir. Məhkəmə iddiaçının "X5" Şirkətində işləməsinə dair əmək kitabçasında aparılan qeydlərlə işəgötürən tərəfindən verilən arayışdakı məlumatların uyğunsuzluq təşkil etməsi, yəni birində boru çilingəri, digərində boru quraşdırıcısı qeyd edilməsinin onun güzəştli peşədə işləməsinə əsaslı şübhələr doğurduğunu hesab etmir. Belə ki, iddiaçının həmin iş illəri onun əmək kitabçası və işəgötürənin güzəştli arayışı ilə təsdiq olunduğu və arayışdakı məlumatların mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Iddiaçının sözügedən illərdə güzəştli hesab edilən peşədə işləməsinə dair arayışın həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi IT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - X11 Sistemlərinin Istismarı Idarəsi, Dövlət Neft Şirkəti (SOCAR) və "X5 X10 Zona Müəssisəsinin Bakı nümayəndəliyi"nin arayışları ilə təsdiqlənir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatlara əsasən "X9" MMC-də (VÖEN 9900046321) 2006-2016-cı illərdə, X8 X3 Istismarı Idarəsində (VÖEN 8100058521) 2006- 2009-cu illərdə, yəni 2006-cı ildən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi məlum olur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasına əsasən: 4.1.1. ##.##.2006-cı ilədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən aparılır. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən aparılır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisələr mövcud olmuş və onun həmin müəssisələrdə işləməsi təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı. Nəticə etibarı ilə iddiaçının ##.##.2001-##.##.2017-ci il, ##.##.2018-##.##.2019-cu il və ##.##.2019-##.##.2024-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. Iddiaçı ##.##.1964-cü il təvəllüdlüdür, 60 yaşının tamam olduğu ##.##.2024cü ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının ##.##.2022-ci il tarixli ***-VIQD nömrəli Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #dək hər il 6 ay artırılır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Bildirilir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işlədiyini qeyd etmişdir. Həmçinin bildirir ki, cavabdehə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" ilə müəyyən olunmuş güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə hüququnun yarandığı tarixədək 12 il 6 ay işlədiyi və ümumilikdə 25 il ümumi iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, verilmiş imtina qanunsuz və əsassız olmaqla lüzumsuz şəkildə pensiya hüququnun reallaşmamasına səbəb olmuşdur. Məhz yuxarıda qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəmə müraciət etmişdir. İddiaçı daha əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə ##.##.2024-cü il tarixli *-*-**-*/*-A-******/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsi, və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi (29) nəzərdə tutulmuş sahələr və vəzifələr ilə eyniyyət təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsi, və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi (29) nəzərdə tutulmuşdur. Ø Işin halları ilə əlaqədar iddiaçı İddiaçı münasibədə müvafiq müəssisələr tərəfindən verilmiş arayışlar tərəfimizdən mübahisələndirilmişdir: ü X11 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışı; ü "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunun ##.##.2024-cü il tarixli **-*-*/*-*-***/**** nömrəli arayışı; ü "X5" X10 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin ##.##.2024-cü il tarixli 1 və * nömrəli arayışları. Ø Mərkəzi Filiala təqdimedilən X11 Sistemlərinin Istismarı Idarəsinin İddiaçı dair ##.##.2024-cü il tarixli *** nömrəli arayışında onun ##.##.1994-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində X8 X3 Istismarı Idarəsində boru çəkilişi çilingəri, "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunun İddiaçı dair ##.##.2024-cü il tarixli **-*-*/*-*-***/**** nömrəli arayışında ##.##.2018- ##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi X8 X3 Istismarı Idarəsinin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. İddiaçı işlədiyi gəmi boru çəkən vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulan güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. "X5" X10 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinin İddiaçı dair ##.##.2024-cü il tarixli 1 və * nömrəli arayışlarında ##.##.2019-cu ildən bugünədək sənaye dəmir beton borularının boru çəkəni və boruquraşdırıcı vəzifəsində işlədiyi göstərilsə də, ИТ-İ ******* nömrəli İddiaçı əmək kitabçasında isə ##.##.2019-cu ildən bugünədək boru üzrə çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı dair məlumatlarda uyğunsuzluq var. Həmçinin işlədiyi boru üzrə çilingər vəzifəsi həmin arayışlarda istinad olunan, sözügedən Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Lakin məhkəmə qərar qəbul edərkən obyektiv araşdırma prinsipini pozaraq müəssisə tərəfindən verilən arayışa və iddiaçının mübahisəli dövrlərdə əməkhaqqı almamasına dair araşdırma aparmamış, bu hala məhkəmə tərəfindən hüquqi qiymət vermədən yalnız formal cəhətdən iddia tələbini təmin etməklə qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Qeyd etdiyimiz xüsusatlar özü-özlüyündə prosessual hüquq normalarının pozulması, həmçinin düzgün tətbiq edilməməsini ehtiva edərək, qanunsuz və əsassız qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, 175№li Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə göndərilən icmal məktuba əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir (AR Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli və ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** nömrəli Icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. IŞIN HALLARI: Hazırkı iddiada ##.##.1964-cü il təvəllüdlü iddiaçının 60 yaşının tamam olduğu ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Iddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı iddia ilə bu imtinanı mübahisələndirir. Işdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. Işdə olan IT-İ ******* nömrəli nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: - "X6 MMC" birgə müəssisəsində ##.##.2001-ci ildən boruquraşdırıcı, ##.##.2008-ci ildən briqadir, ##.##.2013-cü ildən böyük briqadir vəzifəsində işləmiş, ##.##.2017-ci ildə ştat ixtisası səbəbi ilə işdən azad edilmişdir. - "xxxx" QSC "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunda ##.##.2018-ci ildən Gəmi Tikintisi bölməsində mexanik quraşdırmaq sahəsinin Boru çəkmə briqadasında 5-cı dərəcəli gəmi boru çəkən vəzifəsində işləmiş, ##.##.2019-cu ildə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmişdir. - "X5" Şirkətində ##.##.2019-cu ildən boru çilingəri vəzifəsində işləmiş, ##.##.2022-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2022-ci ildən boru üzrə çilingər vəzifəsində işləyir. Işdə olan "X7 X10 Zona Müəssisəsi"nin Bakı Nümayəndəliyinin təqdim etdiyi 1 və * nömrəli arayışlarından məlum olur ki, iddiaçının ##.##.2019-ci ildən ##.##.2022-ci ilədək və ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək "X7 X10 Zona Müəssisəsi"nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsində işlədiyi sənaye dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixili ** nömrəli Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" 29-cu yarım bəndinə aiddir. Işdə olan "X7 X10 Zona Müəssisəsi"nin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək "X5 X10 Zona Müəssisəsi"nin Bakı nümayəndəliyində boru üzrə çilingər vəzifəsində çalışmışdır. Eyni zamanda qeyd edirik ki, İddiaçı ##.##.2019-cu ildən ##.##.2022-ci ilə kimi "X5 X10 Zona Müəssisəsi"nin Bakı nümayəndəliyində çalışmayıb. Işdə olan xxxx MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən "xxxx" MMC-yə ("Zavod") ünvanlanmış ##.##.2026-cı il tarixli **-*/*- ****/**** nömrəli məktub əsasında iddiaçı İddiaçı "X9 LTD" müəssisəsində icra etdiyi "briqadir" və "böyük briqadir" vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ veribverməməsi barədə müraciətə müvafiq qaydada baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11.6-cı yarımbölməsində "briqadir" və "böyük briqadir" vəzifələri ayrıca və birbaşa qeyd edilməmişdir. Bununla belə, yuxarıda qeyd olunan Qərarın 1-1-ci bəndinə əsasən, Siyahıda ümumi adla göstərilmiş peşə və vəzifələr üzrə çalışan işçilərin bütün kateqoriyaları (o cümlədən kiçik, böyük, baş, köməkçi, briqadir və s.) güzəştli pensiya hüququndan istifadə etmək imkanına malikdirlər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarf’na uyğun olaraq, konkret vəzifələr üzrə əmək şəraitinin zərərli və təhlükəli amilləri instrumental ölçmələr əsasında müəyyən edilir. Fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin instrumental ölçüləri, eləcə də erqonomik tədqiqatlar bilavasitə iş prosesi zamanı aparılmalıdır. Işdə olan X11 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışında qeyd olunur ki, İddiaçı, 1964-cü il təvəllüdlü, ondan ötrü ki, o, həqiqətən 2001-ci ilin sentyabr ayının 10-dan 2008-ci ilin mart ayının 01-nə kimi Boru-Quraşdırıcısı vəzifəsində (06 il 05 ay 20 gün); 2008-ci ilin mart ayının 01-dən 2013-cü ilin fevral ayının 01-nə kimi Briqadir vəzifəsində (04 il 11 ay 0 gün) və 2013-cü ilin fevral ayının 01-dən 2017-ci ilin dekabr ayının 15-nə kimi (04 il 10 ay 14 gün) "X6 MMC" birgə müəssisəsində Böyük Briqadir vəzifəsində işləyib. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qəran ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" 11.6. yarımbölməsinə əsasən güzəştli sayılır. Işdə olan "xxxx" QSCnin ##.##.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən ##.##.2018-ci ildən (##.##.2018-ci il tarixli əmr ***/K nömrəli) ##.##.2019-cu ilə kimi (##.##.2019-cu il tarixli əmr ***/k nömrəli) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikinti bölməsində Mexanik quraşdırma sahəsində Boru çəkmə briqadasında gəmi boru çəkən peşəsində işləmişdir. Gəmi boru çəkən kimi A.İddiaçı əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun bu işdə ümumilikdə iş stajı 1 il 3 ay 3 gün təşkil edir. Yuxarıda göstərilən (İddiaçı müəssisədə işlədiyi) peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11.6 a bəndinə əsasən güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr kimi yarımbəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarına əsasən Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi adlandırılmışdır. ##.##.2011-ci il tarixli əmrə əsasən zavodun adı ##.##.2011-ci ildən ADXDG "Gəmi təmiri və Gəmiqayırma" IB-nin Gəmi Təmiri Istehsalat Bazası adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-cü il tarixli * nömrəli və ##.##.2014-cü il tarixli *** nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli №**-li qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. "xxxx"QSC-nin ##.##.2014-cü il tarixli ** nömrəli əmri ilə ADXDG-nın "Zaqfederasiya" adına Gəmi Təmiri zavodu və "Gəmi Təmiri Istehsalat Bazası" yenidən təşkil olunaraq əmlakı ötürülməklə "xxxx" Gəmi Təmiri Zavoduna birləşmişdir və "xxxx"QSC-nin ##.##.2017-ci il tarixli *** nömrəli əmri ilə həmin zavod "xxxx" Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. Dövlət Neft Şirkəti (SOCAR) ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ## ###### 1997-ci ildə dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlamışdır. "X9" MMC SOCAR-ın 20 faiz iştirak payı ilə təsis olunmuş müəssisədir. Lakin bu müəssisə SOCAR-ın strukturuna daxil deyildir və əldə etdiyimiz məlumata əsasən, hazırda fəaliyyət göstərmir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti bütün növ dəniz gəmilərinin təkmilləşdirilməsi, modernizasiyası, təmiri və bu kimi digər işlərin yerinə yetrilməsindən ibarət olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin ## ####### 2013-cü il tarixli * nömrəli Sərəncamına əsasən, SOCAR-ın Xəzər Dəniz Neft Donanması ləğv edilmiş və onun bazasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu səbəbdən, Xəzər Dəniz Neft Donanmasına aid bütün sənədlər, o cümlədən kadr uçotu və arxiv materialları "xxxx" QSC-yə təhvil verilmişdir. Odur ki, icraatınızda olan bu iş üzrə iddiaçının işləmiş olduğu peşə, vəzifə yuxarıda göstərilən fəaliyyət istiqaməti üzrədirsə "xxxx" QSC-yə müraciət etməyiniz tövsiyə olunur. TƏTBIQ EDILƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.14. Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
"Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı ilədək qazanmış olsunlar.
"Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda;
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddiaçıya 60 yaşdan, yəni hüququnun yarandığı ##.##.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı hissədə düzgün nəticəyə gəlməmiş, pensiyanın təyin edilmə tarixi ilə bağlı hissədə səhvə yol vermişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Deməli, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 2 vacib şərt lazımdır. 1) iddiaçının 25 ildən çox ümumi iş stajının olması. 2) 12 il 6 ay güzəştli iş stajının ollması (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə). Iddiaçının ümumi iş stajının olması bağlı mübahisə yoxdur, lakin kifayət qədər güzəştli iş stajının olmasını cavabdeh mübahisələndirir. Iddiaçı tələbində qeyd edir ki, onun 60 yaşının tamam olduğu vaxtdan, yəni ##.##.2024-cü ildən ona güzəştli şərtlər əmək pensiyası təyin edilməlidir, belə ki, həmin dövrə kimi iddiaçının həm ümumi və güzəştli iş stajı tamam olur. Birinci instansiya məhkəməsi də iddianı tam təmin etməklə ##.##.2024-cü ildən, yəni iddiaçının 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin tarixə iddiaçının güzəştli şərtlərlə əmək stajı tamamlanmır. "X7 X10 Zona Müəssisəsi"nin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək "X5 X10 Zona Müəssisəsi"nin Bakı nümayəndəliyində (VÖEN 1702766401) boru üzrə çilingər vəzifəsində çalışmışdır. Eyni zamanda qeyd edirik ki, İddiaçı ##.##.2019-cu ildən ##.##.2022-ci ilə kimi "X5 X10 Zona Müəssisəsi"nin Bakı nümayəndəliyində çalışmayıb. xxxx MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm (bundan sonra - Siyahı) 11.6-cı yarımbölməsində "briqadir" və "böyük briqadir" vəzifələri ayrıca və birbaşa qeyd edilməmişdir. Bununla belə, yuxarıda qeyd olunan Qərarın 1- 1-ci bəndinə əsasən, Siyahıda ümumi adla göstərilmiş peşə və vəzifələr üzrə çalışan işçilərin bütün kateqoriyaları (o cümlədən kiçik, böyük, baş, köməkçi, briqadir və s.) güzəştli pensiya hüququndan istifadə etmək imkanına malikdirlər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarf’na uyğun olaraq, konkret vəzifələr üzrə əmək şəraitinin zərərli və təhlükəli amilləri instrumental ölçmələr əsasında müəyyən edilir. Fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin instrumental ölçüləri, eləcə də erqonomik tədqiqatlar bilavasitə iş prosesi zamanı aparılmalıdır. Belə ki, iddiaçının güzəştli iş stajına aşağıdakı çalışdığı illər daxildir: 1) "X6 MMC" birgə müəssisəsində ##.##.2001-ci ildən ##.##.2008-ci il tarixə kimi boruquraşdırıcı vəzifəsində işlədiyi illər (6 il 6 ay 20 gün) (Siyahının 11.6-cı bəndi) 2) xxxx" QSC "xxxx" Gəmi Təmiri və Tikintisi zavodunda ##.##.2018-ci ildən ##.##.2019-cu ilə qədər Gəmi Tikintisi bölməsində mexanik quraşdırmaq sahəsinin Boru çəkmə briqadasında 5-cı dərəcəli gəmi boru çəkən vəzifəsində işlədiyi il (1 il 3 ay 3 gün) (Siyahının 11.6a bəndi) 3) "X5" Şirkətində ##.##.2019-cu ildən ##.##.2022-ci ildə boru çilingəri vəzifəsində işlədiyi illər (2 il 9 ay 10 gün) (Siyahının 29-cu bəndi) 4) ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək "X7 X10 Zona Müəssisəsi"nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsində işlədiyi sənaye dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsində işlədiyi illər. (2 il 2 ay 21 gün) (Siyahının 29-cu bəndi) Qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixili ** nömrəli Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na daxildir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının ##.##.2024-cü ilədək olan stajını nəzərə almışdır, lakin ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək iddiaçının "X7 X10 Zona Müəssisəsi"nin Azərbaycan Respublikasındakı Filialı müəssisəsində işlədiyi sənaye dəmir beton borularının boru çəkəni, boru quraşdırıcısı vəzifəsi üzrə 1 il 6 ay 8 gün stajı mövcud olmuş olur ki, ümumən iddiaçının 60 yaşı tamam olduğu tarixə 12 il 0 ay 11 gün güzəştli iş stajı mövcud olmuş olur. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən tarixə güzəştli iş stajı tamam olmadığı üçün güzəştli iş stajının tamam olduğu vaxt (çatışmayan 0 il 5 ay 19 gün) ##.##.2024-cü ildən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının pensiyanın təyin edilməsi tələbinə dair hissəsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğuna və mahiyyəti üzrə düzgün olduğuna görə bu pozuntu qərarın sözügedən hissəsinin ləğvinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya pensiya ödənişinin təyin edildiyi tarix ilə bağlı mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ##.##.2024-cü ildən deyil, iddiaçının güzəştli şərtlərlə iş stajının tamam olduğu vaxt - ##.##.2024-cü ildən təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilərək iddianın qismən təmin edilməsi və əmək pensiyasının ##.##.2024-cü ildən təyin edilməsi müəyyən edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı iddianın tam təmin edilməsi və pensiyanın ##.##.2024-cü ildən təyin edilməsi hissələrində dəyişdirilsin. Iddianın qismən təmin edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2024-cü ildən təyin edilməsi müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.