Məhkəmə qərarları › İş №2-1(103)-3228/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3228/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3228/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “tikinti obyektinin istismarına icazə”nin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9737/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa etdiyi, 2+13 mərtəbədən ibarət olan "xxxx" blokunun, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan torpaq sahəsi üzərində, zəbt etməklə inşa edilmiş özbaşına tikinti (3750 m2 –lik) hissəsinə cavabdeh Nərimanov RİH tərəfindən verilmiş “tikinti obyektinin istismarına icazə”ni ləğv etməyə cavabdehi məcbur edilməsi, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə dair tərtib edilmiş 1961-ci il tarixli Texniki Pasportun hüquqmüəyyənedici sənəd olaraq tanınması və bütün məhkəmə xərclərinin cavabdeh tərəfə aid edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti - ünvan 1 ünvanlı fərdi yaşayış evinə məxsus, onun ayrılmaz və mühüm tərkib hissəsi olan həyətyanı torpaq sahəsi üzərində, onu zəbt edib, mülkiyyətçilərinin hüquqlarını pozmaqla, "xxxx" MTK (irəlidə MTK) tərəfindən inşa edilən ≈3750m2 – lik sahəyə malik olan özbaşına tikinti hissəsi ("xxxx" blokunun) MTK-nın Təbriz küçəsi, ev 34, 36 və 38 ünvanlarının həyətyanı torpaq sahələri üzərində, Nərimanov RİH-nin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı (irəlidə: Sərəncam) əsasında inşa etdiyi 2+13 mərtəbədən ibarət binanın - "xxxx" bloku - 250m2 -lik hissəsi, iddiaçıya məxsus Təbriz küçəsi, ev 34 ünvanlı (irəlidə: ünvan) fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərində yerləşir. İddiaçının mübahisələndirdiyi, MTK-nın Təbriz küçəsində inşa etdiyi sözügedən 2+13 mərtəbəli "xxxx" blokunun ünvanında olan özbaşına tikinti hissəsinin istismarına Cavabdeh (RİH) tərəfindən verilmiş qeyriqanuni, iddiaçının mülki hüquqlarını pozan (pozacaq), məhdudlaşdıran istismara icazə aktıdır. Vəsatət №1: İddiaçı hesab edir ki, Nərimanov RİH-nin "xxxx" MTK-nın Təbriz küçəsində inşa etdiyi "xxxx" blokunun iddiaçının ünvanında olan hissəsinə (özbaşına tikintiyə) verdiyi istismara qəbul (icazə) aktının məhkəməyə təqdim edilməsi tələb edilməlidir. Bu barədə iddiaçının sorğusu Nərimanov RİH tərəfindən cavablandırılmadı. Subyektiv hüquq barədə: iddiaçının mərhum atası: A.Mövlamovun adına verilmiş (xx.xx.2023) çıxarış sənədində, o, ünvandakı "xxxx" (118,4 m2 ) tikilisinin tam, "xxxx"(111,5 m2 ) tikilisinin 13/256 hissələrinin hüquq subyektidir. 1 saylı “Asan Xidmət Mərkəzinin” notariat ofisinin vərəsəlik şəhadətnaməsində (xx.xx.2023) iddiaçı və bacısı: Qurbanova İ.A. mərhumun hüquq varisləri olaraq tanınmışdırlar. İddiaçı hesab edir ki, MTK-nın Təbriz küçəsində inşa etdiyi 2+13 mərtəbədən ibarət olan "xxxx" blokunun, iddiaçının ünvanındakı özbaşına tikinti hissəsinin (≈3750m2 – lik) istismarına verilmiş icazə, Təbriz küçəsi ev 34 ünvanında mövcud olan (salamat qalan) yeganə "xxxx"(118,4m2 ) tikilisinin hüquq subyektinin (A.M.Mövlamov) hüquqi varisi olaraq iddiaçının (həm də digər hüquqi varis: iddiaçının bacısı: Qurbanov İ.A) AR Konstitusiyası, Qanunları (2), və Fərmanla müəyyən olunmuş mülkiyyət hüquqlarını pozur, qanuni mənafelərinə toxunur, hüquqdan istifadə imkanlarına məhdudiyyət yaradır ki, bu da qətiyyən yolverilməzdir. Hüquqi əsaslandırma: 1) Bina- "xxxx" bloku iddiaçının həyətində, MTK tərəfindən kobud qanun, hüquq pozuntularına yol verməklə inşa edilmişdir. MTKnın iddiaçının həyətinə müdaxilə etməkdə istinad etdiyi qeyri-normativ hüquqi akt olan Nərimanov RİH-nin 161 saylı (xx.xx.2019) Sərəncamı (irəlidə: Sərəncam) məhz iddiaçının ünvanında –Təbriz küçəsi, ev 34-ə aid olan hissəsində həm AR Konstitusiyasına, Qanunlara (2), və Fərmana birbaşa ziddir, tam etibarsızdır. ünvan 5 ünvanlı iddiaçının fərdi yaşayış evinə (daşınmaz əmlakına) dair, Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu (Bş.İ.K.T.İ.B) tərəfindən tərtib edilmiş 1961-ci il tarixli Texniki Pasportda həyətyanı torpaq sahəsinin ölçüsünün (0,0528 ha) qeyd olunması, aşağıdakı normativ hüquqi aktlara əsasən (Qanunlar (2), və Fərman) ünvanındakı daşınmaz əmlakın ("xxxx" (118,4m2 ) tikilisinin hüquq subyektlərinin (iddiaçı və bacısının) ünvanındakı həyətyanı torpaq sahəsi (0,0528 ha) üzərində xüsusi növ mülkiyyət hüquqlarının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun qüvvəyə minənədək əmələ gəldiyini təsdiq edən hüquqmüəyyənedici sənəddir: “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanla təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bənd “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun qüvvəyə minənədək Təbriz küçəsi ev 34 ünvanlı daşınmaz əmlakın hüquq subyektləri olaraq iddiaçının həyətyanı torpaq sahəsi (0,0528 ha) üzərində xüsusi növdən ibarət mülkiyyət hüquqlarının əmələ gəldiyini, yarandığını iddiaçının qeyd etdiyi iki Qanun və Fərmanla təsdiq edir. Nərimananov RİH-nin Sərəncamı, iddiaçının ünvanına aid olan hissəsində həm də AR Konstitusiyasının 148-ci maddəsinin müddəalarının RİH tərəfindən pozulması ilə qəbul edilmişdir. RİH başçısı Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olmuş, onun mühüm və ayrılmaz tərkib hissəsi olan həyətyanı torpaq sahəsi (0,0528 ha) dair sərəncam verərək, onu "xxxx" MMC-nin istifadəsinə verməklə səlahiyyət həddini aşmışdır. Sərəncama Təbriz küçəsi, ev 34 ünvanını daxil etməkdə Nərimanov RİH qətiyyən səlahiyyətli olmamışdır. Sərəncamın iddiaçının ünvanına aid olan hissəsi, qeyrinormativ hüquqi akt olan Sərəncamdan daha üstün hüquqi təsir qüvvəsinə malik olan 3 (üç) normativ hüquqi aktlarla - Mülki Məcəllə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun və xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanla birbaşa ziddiyət təşkil edir. Sərəncamın qəbul edilməsi və icra olunması ilə ünvandakı – Təbriz küçəsi ev 34 – daşınmaz əmlakın "xxxx" (118,4m2 ) tikilisinin hüquq subyektlərinin Qanunla, Fərmanla, müəyyən olunmuş, əmələ gəldiyi, yarandığı təsdiq olunmuş mülkiyyət hüquqlarından istifadələrinə süni əngəl yaranmış, məhdudlaşdırılmışdır. Sübut: ünvana dair tərtib edilmiş 1961-ci il, 2014-cü il tarixli Texniki Pasportlarda torpaq sahəsinin ölçüsü (0,0528 ha) olaraq qeyd edildiyi halda Sərəncamın ünvanda icrasından (2019) sonra 1 saylı (Bş.İ.K.T.İ.B) tərəfindən iddiaçının atası: A.M.Mövlamovun adına verilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli elektron çıxarış sənədində torpağın ölçüsü, qanunsuz zəbt faktını rəsmləşdirərək 0,0296 ha olaraq qeyd edilmişdir. Sərəncam iddiaçının ünvanına aid olan hissəsində AR Konstitusiyasına, Qanuna, və Fərmana ziddir, etibarsızdır. 3) İddiaçının ünvanına aid olan hissəsində etibarsız olan Sərəncamın özü MTK tərəfindən Sərəncamın 3.6-cı bəndinin tələblərinin kobud pozulması ilə icra edilmişdir. Belə ki, Təbriz küçəsi, ev 34 ünvanlı "xxxx" (111,5 m2 ) tikilisi 6 (altı) nəfərin ümumi mülkiyyətində olmaqla, hər bir payçının "xxxx" tikilisindəki pay hissələri naturada ayrılmamaqla, ümumi birgə mülkiyyətdir: 1.X3 (atası) - 13/256 hissə, 2. X14 (nənəsi) – 5/256 hissə,3. X8 (bibisi) – 1/32 hissə, 4. X4 (bibisi) – 38/256 hissə. Bu 4 nəfərdən ibarət payçıların "xxxx" (111,5 m2 ) tikilisindəki toplam pay hissələri ¼ hissə təşkil edir! 5.X9 – 16/32 hissə, 6. X15 – 8/32 hissə. MTK-nın Təbriz küçəsindəki inşa etdiyi "xxxx" blokunun iddiaçının həyətində olan özbaşına tikinti hissəsi (250 m2x15 mərtəbə=3750m2 ) vəhşicəsinə məhv edilmiş (xx.xx.2019) ümumi birgə mülkiyyət olan "xxxx" (111,5 m2 ) tikilisinin tikinti altı torpaq sahəsi üzərində inşa edilmişdir. Nərimanov RİH-nin istismarına icazə verdiyi "xxxx" blokunun həyətimizdəki özbaşına tikinti hissəsi, “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən, əvəzsiz olaraq mülkiyyətimizə verilmiş torpaq üzərində yerləşir. MTK Təbriz küçəsi ev 34 ünvanlı, 6(altı) nəfərdən ibarət olan payçılarından cəmi 2 nəfəri (Hümbətov, Həşimov cütlüyü) ilə sazişlər imzalamaqla, "xxxx" (111,5 m2 ) tikilisini tamamilə məhv etmişdir! MTK-nın məhv etdiyi "xxxx" (111,5 m2 ) tikilisinin ¼ hissəsi üzərində mülkiyyət hüququ, MTK ilə müqavilə imzalamayan hüquq subyektlərinə - Mövlamov, Mövlamova, Ramazanova, İbrahimovamənsubdur. "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 34 ünvanımızdakı, ümumi birgə mülkiyyətdə olmuş "xxxx" (111,5 m2 ) tikilisinin 6(altı) nəfərdən ibarət olan payçılarından cəmi 2 (iki) nəfəri (Hümbətov,Həşimov) ilə, iddiaçının ünvanına aid olan hissəsində Qanuna, Fərmana, Konstitusiyaya zidd olan etibarsız Sərəncam əsasında “pilot layihə” çərçivəsində müqavilələr imzalayaraq,1/4 hisəsi iddiaçıya mənsub olan "xxxx" (111,5 m2 ) tikilisinin tam hissəsini (tamamilə) məhv edərkən, aşağıdakı maddi hüquq normalarının tələblərini pozmuşdur. "xxxx" (111,5 m2 ) tikilisinin 6(altı) nəfərdən ibarət olan payçılarından cəmi 2 (iki) nəfəri (Hümbətov, Həşimov)- "xxxx" tikilisinə dair Sərəncam hüquqlarını digər 4 nəfər payçılar ilə birlikdə həyata keçirə bilərdilər. MTK cəmi 2 (iki) nəfərlə sazişlər (104 və 108 saylı, xx.xx.2019) imzalamaqla ünvana icazəsiz daxil olmuş və "xxxx" (111,5 m2 ) tikilisini, "xxxx"(13,2 m2 ) tikilisi ilə birlikdə tamamilə məhv etmişdir. 4) MTK ünvana ünvana icazəsiz daxil olmaqla, Nərimanov rayon Məhkəməsinin bugünədək qüvvədə olan 3 (üç) qərardadlarının qadağanedici (MTK üçün) tələblərini qəsdən pozmuşdur! 2(005)-4300/2019 saylı (xx.xx.2019 və xx.xx.2019 tarixli) 2(005)- 2254/2020 saylı (xx.xx.2020 tarixli) Qərardadlarla MTK-nə Təbriz küçəsi ev 34 ünvanında söküntü qazıntı, tikinti işlərini aparmaq, habelə ünvandakı iddiaçıya məxsus olan "xxxx" (118,4m2 ) tikilisinə münasibətdə inşaat-tikinti işlərini aparmaq qadağan edilmiş lakin MTK bu qadağaların hamısının tələblərini vəhşicəsinə, qəsdən pozmuşdur. NRM-nin 3(005)- 2402/2019 saylı (xx.xx.2019) Qərarı ilə MMC-nin “direktoru”, 4300/2019 saylı (xx.xx.2019) qərardadın tələbini qəsdən pozduğuna görə 3000(üç min) manat cərimə edilmişdir. 5)AR Ədliyyə Nazirliyinin notariat baş idarəsinin xx.xx.2024 tarixli, iddiaçının sorğusuna cavab məktubunu diqqətə çatdıraraq iddiaçı bildirir ki: MTK ilə "xxxx" (111,5 m2 ) tikilisinin payçıları (Hümbətov,Həşimov) arasında qanun pozuntuları ilə bağlanmış müqavilələr (104 və 108 saylı, xx.xx.2019 tarixli) notarial qaydada təsdiq edilməmişdir. Səbəb: Bu müqavilələr, qeyd edilən qanun pozuntuları ilə bağlanmış və notarial qaydada onların təsdiq olunması qeyri-mümkündür. 6) "xxxx" MTK-nın Təbriz küçəsində inşa etdiyi 2+13 mərtəbədən ibarət olan, "xxxx" blokunun Təbriz küçəsi ev 34 ünvanında olan hissəsinin altında qalmış 250 m2 torpaq sahəsi üzərində istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. AR İN yanında ƏMDX DƏDKR phş-nin (irəlidə phş) iddiaçıya yolladığı xx.xx.2023-cü il tarixli məktubunda Təbriz küçəsi ev 34 ünvanlı torpaq sahəsinə münasibətdə hüququn qeydə alınmadığı yazılıb. "xxxx" blokunun iddiaçının ünvanındakı özbaşına tikinti (3750 m2 ) hissəsi 2020–ci ilin fevralında başlayıb, 2022-ci ilin əvvəlində inşaat-tikinti işləri başa çatıb. AR Şəhərsalma və Tikinti Məcəlləsi (ARŞTM)-nin 75-ci maddəsinin 75.3.1-ci yarımbəndindən aydın olur ki, torpaq üzərində dövlət qeydiyyatına alınan hüquq, tikinti işlərinin aparılmasına səlahiyyət verən əsas sənəddir. Torpaq sahəsi üzərində hüquq dövlət qeydiyyatına alınma olan həmin torpaq üzərində tikinti-inşaat işlərini aparmaq qeyrimümkündür. Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan bəlli olur ki, MTK-nın iddiaçının ünvanına məxsus olan torpaq üzərində hüququ DƏDR-də dövlət qeydiyyatına alınmamışdır. Deməli MTK-nın Təbriz küçəsində inşa etdiyi (34, 36 və 38 ünvanlarında) 2+13 mərtəbəli binanın "xxxx" blokunun iddiaçının ünvanında Təbriz küçəsi ev 34- olan hissəsini – özbaşına tikinti (3750 m2 -lik) müvafiq icra hakimiyyəti orqanından (qurumundan) tikintiyə icazə almadan inşa edib. Bu fakt, AR Cinayət Məcəlləsinin (irəlidə AR CM) 188–ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibli əməldir. Vəsatət №1. AR İPM-nin 1.2-ci və AR MPM-nin 265.4–cü maddəsinə əsasən "xxxx" MTK barəsində cinayət işinə başlanılması (AR CM-nin 188-ci, 221-1 ci maddələri əsasında) məqsədi ilə xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməlidir. AR Mülki Məcəlləsinin 139-1.1.8.-ci maddəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi, habelə xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanla təsdiq edilmiş “Sənədlərin Siyahısı”nın 2.4–cü bəndinə, ünvana dair tərtib edilmiş hüquq müəyyənedici sənəd olan-Texniki Pasporta əsasən üzərindəki mülkiyyət hüququ ünvandakı - Təbriz küçəsi ev 34 daşınmaz əmlakın mülkiyyətçilərinə aid olan iddiaçının həyətyanı torpaq sahəsi (0,052 ha) üzərində, onu gecə vaxtı zəbt etməklə inşa edilən özbaşına tikintiyə-3750m2 -lik istismarına icazənin verilməsi qəti yolverilməzdir, cinayət tərkibli əməldir, özbaşınalıqdır. 7) "xxxx" MTK-nın Təbriz küçəsi, ev 34 də inşa etdiyi 2+13 mərtəbəli "xxxx" blokunun həyətimizdə olan özbaşına tikinti (3750m2 ) hissəsini cənub küncünün layihəsinə MTK tərəfindən müdaxilə, dəyişiklik edilmişdir. Özbaşına tikintinin (3750 m2 lik) yerin sıfır səviyyəsindən aşağıda 10 metr dərinlikdə olan 2 mərtbəli yeraltı dayanacaq hissəsi, ünvanda salamat qalmış yeganə "xxxx" (118,4 m2 ) tikilisindən dəhliz otağının tam altındaalttikili olaraq inşa edilmişdir. Özbaşına tikintinin (3750 m2 -lik) yerin sıfır səviyyəsindən 3 cü mərtəbəsinədək olan divarı "xxxx" (118,4 m2 ) tikilisindən cəmi cəmi 1,25 metr aralıqda inşa edilmişdir ki, bu da ARŞTM-nin 69–cu maddəsinin ara məsafəsi tələbinə ziddir. Özbaşına tikintinin (3750 m2 -lik) 3-cü mərtəbəsindən (yaşayış) sonuncu -13-cü mərtəbəsinədək olmaqla, iddiaçının "xxxx" (118,4 m2 ) tikilisinin aynabənd və dəhliz otaqlarının üzərinə eni 3 metr, uzunluğu 10 metr olan qeyri-qanuni üst-tikili (3m x 10m=30m2 ) çıxarılmış və bu üst tikili (30m2 ) üst-üstə olmaqla 13cü mərtəbəyədək olan inşa edilmişdir. (30m2 x 11 mərtəbə=330m2 –lik qanunsuz üst tikili). Bu özbaşına tikinti (3750 m2 -lik) iddiaçıya məxsus olan "xxxx" (118,4 m2 ) tikilisinin həm altında, həm də üstündə inşa edilməklə, iddiaçının "xxxx" (118,4 m2 ) tikilisinin yeganə hüquq subyektinin hüquq varisləri olaraq, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş daşınmaz əmlaka dair iddiaçının sərəncam hüququna məhdudiyyət yaratmışdır. MTK-nın iddiaçının həyətində zəbt yolu ilə inşa etdiyi özbaşına tikinti (3750 m2 -lik) şəhərsalma və tikinti normalarına və qaydalarına ziddir. 2(005)-189/2021 saylı mülki iş üzrə (Nərimanov Rayon Məhkəməsi) keçirilmiş tikinti ekspertizası üzrə xx.xx.2021 tarixli Ekspert (Elmar Səidov) rəyi də əlavə olunur. Həmçinin ünvana dair foto və video faktlarda əlavə olunur. İddiaçının ünvanındakı- Təbriz küçəsi ev 34 özbaşına tikilinin altındakı torpaq sahəsi (=250m2 ) üzərində xüsusi növdən ibarət olan iddiaçının mülkiyyət hüququ, qeyd edilən qanunlara, Fərmana əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun qüvvəyə minənədək – 2004-cü ilədək əmələ gəlmişdir. Özbaşına tikinti (3750 m2 -lik) iddiaçıya məxsus olan Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus, onun mühüm və ayrılmaz tərkib hissəsi olan həyətyanı torpaq sahəsinin üzərində inşa edilib. Həmin özbaşına tikintinin (3750 m2 -lik) istismarına, özbaşına tikintini inşa etmiş MTK-nın xeyrinə icazə verilə bilməz. Vəsatət №2: ünvan 9 ünvanda inşa edilmiş sözügedən özbaşına tikintinin (3750 m2 -lik) şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun, əməl edilməklə, inşa edilibedilmədiyini müəyyənləşdirmək məqsədilə məhkəmə tikinti ekspertizası təyin edilsin. İddiaçının qeyd etdiyi MTK tərəfindən törədilmiş pozuntular bir daha təsdiq edir ki, sözügedən tikinti özbaşına tikintidir, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə MTK tərəfindən riayət edilməməklə inşa edilmişdir və onun istismarına icazənin verilməsi Təbriz küçəsi ev 34 ünvanlı, "xxxx" (118,4 m2 ) tikilisinin mülkiyyətçiləri olaraq, iddiaçının mülkiyyət hüquqları pozulur, məhdudlaşdırılır. Özbaşına tikintinin istismarına verilmiş icazə ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9737/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ A tikilisindən (38/256 hissə) ibarət hissədə X1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015- ci il tarixdə, A tikilisindən (16/32 hissə) ibarət hissədə X6 adına ********** qeydiyyat nömrəsi ilə 1xx.xx.2010-cu il tarixdə, A tikilisindən (5/256 hissə) ibarət hissədə X7 adına, A tikilisindən (1/32 hissə) ibarət hissədə X5 adına, A tikilisindən (8/32 hissə) ibarət hissədə X10 adına, A tikilisindən (13/256 hissə) ibarət hissədə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.. Hazırkı işin hallarından görünür ki, İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa etdiyi, 2+13 mərtəbədən ibarət olan "xxxx" blokunun, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan torpaq sahəsi üzərində, zəbt etməklə inşa edilmiş özbaşına tikinti (3750 m2 –lik) hissəsinə cavabdeh Nərimanov RİH tərəfindən verilmiş “tikinti obyektinin istismarına icazə”ni ləğv edilməsini xahiş edir. Lakin iş materiallarından müəyyən edilir ki, mübahisələndirilən ünvan - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 2+13 mərtəbədən ibarət olan "xxxx" blokunun, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində inşa edilmiş 3750 kv.metrlik tikintiyə dair cavabdeh tərəfindən verilmiş tikinti obyektinin istismarına icazənin iddiaçının hüquqlarına toxunduğunu göstərən və bunu təsdiq edən sənədlər iş materiallarında müəyyən olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunun 8.0-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, qanunvericiliyə əsasən çoxmənzilli binanın ümumi əmlakı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə (qohumlarına) məxsusdur və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində "xxxx" MTK-nın inşa etdiyi, 2+13 mərtəbədən ibarət olan "xxxx" blokunun, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş tikinti (3750 kv.metrlik) hissəsinə cavabdeh Nərimanov RİH tərəfindən verilmiş “tikinti obyektinin istismarına icazə” ilə mülkiyətçilərin mülkiyyət hüququ pozulmuşdur. Lakin qeyd edilən hal iddiaçıya istismara icazə aktının mübahisələndirilməsinə hər hansı hüquq vermir. Belə ki, iddiaçının torpaq sahəsinə və ya onun üzərində yerləşən fərdi yaşayış evinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tikinti obyektinin istismarına icazənin ləğv edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9737/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar