Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3229/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)- 1209/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22-25 noyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1978-1981-ci illər ərzində Bakı Dəniz yolları məktəbində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi, ona 09 yanvar 2018-ci il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2018-ci ildən hazırkı vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-1981-ci illərdə Bakı Dəniz yolları məktəbində əyani təhsil aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işə qəbul edilmişdir. 1982-ci ildən hazırkı vaxta qədər Gəmidə “üzən heyət” tərkibində güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışır. İddiaçı 01 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin idarə müxtəlif əsaslarla ona pensiya təyin etməkdən imtina etmişdir. İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 2018-ci ildə 57 yaşı tamam olduğu üçün 09 yanvar 2018-ci ildə pensiya hüququ yaranmışdır. İki dəfə XŞTMF-a müraciət etməyinə baxmayaraq ona hələ də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməyib. 21 fevral 2020-ci il tarixli DSMF-nin XŞTMF-ı tərəfindən ona verilən cavabda bildirilmişdir ki, iddiaçının 2006-cı ilə qədər olan ümumi iş stajı 25 ildən azdır, ona görə də ona pensiya təyin edilməsi mümkün deyil. İddiaçı yenidən cavabdehə müraciət edərək 1978-1981-ci illərdə təhsil aldığı müddətin də ümumi iş stajına daxil olmasını və ümumi iş stajının 2006-cı ilə qədər 25 ildən çox olduğunu sübut etmişdir və təkrarən ona pensiya təyin edilməsini xahiş etmişdir. 26 may 2021-ci il tarixli cavab məktubunda cavabdeh tərəf bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajınız yoxdur. Halbuki, həmin arayışda qeyd olunur ki, iddiaçının 14 il mexanik kimi güzəştli şərtlərlə iş stajı var. 12 aprel 2021-ci il tarixli İRD 023 saylı arayışda dəqiqliyi ilə qeyd edilir ki, İddiaçı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus gəmilərdə üzən heyətdə müxtəlif vəzifələrdə çalışmışdır və üzən heyət kimi 24 il 9 ay iş stajı vardır. Lakin cavabdeh tərəf bu arayışı da nəzərə almadan 26 may 2021-ci il tarixli cavab məktubu ilə iddiaçıya pensiya təyin etməyi əsassız olaraq təxirə almış və bu günə qədər ona hələ də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı ümumi və güzəştli şərtlərlə tam əmək stajını 2006-cı ilin yanvarın 1dək topladığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 2006-cı il yanvarın 1dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməlidir. Həmin Qanunun 13-cü maddəsinin b) bəndində deyilir ki, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin dövrdə qüvvədə olan Qanunla yaş həddi iki il artırıldığına görə iddiaçının pensiya hüququ 57 yaşda, yəni 2018-ci il yanvarın 9da yaranır. Lakin XŞTMF qanunsuz olaraq iddiaçının Bakı Dəniz yolları məktəbində əyani formada aldığı təhsil müddətini ümumi iş stajına daxil etməmişdir. 2007-ci il 23 yanvar tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına 2 nömrəli əlavənin 23003010 saylı koduna əsasən iddiaçı üzən heyətə daxil olan şəxs kimi güzəştli şərtlərlə pensiya hüququ verən staja malikdir və ona görə də ona 2018-ci ilin yanvar ayının 1-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh orqan məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı 01 fevral 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, iddiaçının həmin arayışda xx.xx.1982-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyi matros, növbə kapitan köməkçisi, kapitan köməkçisi, kapitan, növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-1209/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmiş və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. (hakim: A.Əhədova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. İş materiallarında olan БT № 074710 saylı, xx.xx.1981-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 1978-ci ildə Bakı Dəniz yolları məktəbinə daxil olmuş, xx.xx.1981-ci ildə gəmi sürücülüyü ixtisasını bitirmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Dəniz Akademiyasının xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən 1978-1981-ci illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. İş materiallarında olan ИT-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında “Orbita” gəmisinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildə “Maştaqi” gəmisinə növbə ilə kapitan köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1985-ci ildə “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1986-cı ildə “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1987-ci ildə “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə, xx.xx.1988-ci ildə “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə, xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1988-ci ildə “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.1991-ci ildə “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik vəzifəsinə, xx.xx.1991-ci ildə “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.1999-cu ildə “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.2000ci ildə Kür gəmisində kapitan növbə mexaniki vəzifəsinə, xx.xx.2003-cü ildə “Kür” gəmisinə kapitan vəzifəsinə, xx.xx.2006-cı ildə “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə, xx.xx.2006cı ildə Donanma Xidmət Terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə, xx.xx.2013-cü ildə Donanma Xidmət Terminalında məsləhətçi kapitan vəzifəsinə, xx.xx.2014-cü ildə liman kapitanının müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə X1 Mərkəzinin bələdçi xidmətinə bölmə müdiri vəzifəsinə, xx.xx.2019-cu ildə bələdçi xidmətinə xidmət rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, İRD 021 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) xx.xx.1982-ci il tarixli 119/л saylı əmrə əsasən “Orbita” gəmisinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir. 1. 247/л saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir; 2. 1151/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir; 3. 1789/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 4. 1871/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 5. 407/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 6. 1066/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 7. 1350/л saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir; 8. 794/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir; 9. 2107/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 10. 2211/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir; 11. 1241/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Zarya” üzən gəmisinə müvəqəti böyük mexanik vəzifəsinə keçirilmişdir; 12. 1430/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir; 13. 51/k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir; 14. 100/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir; 15. 34/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir; 16. 194/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Donanma xidmət terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə keçirilmişdir; 17. 149/k saylı xx.xx.2013-cü il tarixli əmrə əsasən Donanma xidmət terminalında məsləhətçi kapitan vəzifəsinə keçirilmişdir; 18. 15/k saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Liman kapitanının müavini vəzifəsinə keçirilmişdir; 19. 34/n saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı çalışdığı dövr ərzində yuxarıda qeyd olunan gəmilərdə müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilər Liman akvatoriyası ilə yanaşı, Liman akvatoriyasından kənarda 20 dəniz milindən uzaqlaşmamaq şərti ilə açıq dənizdə istismar edilmişdir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Truvodik” - yedək gəmisi, 2) “Buxtovıy” - yedək gəmisi, 3) “Maştaqi” - tanker gəmisi, 4) “Kosmos” - yedək gəmisi, 5) “Sputnik” - yedək gəmisi, 6) “Vosxod” (indiki “Kür”) - neft və çirkab suları yığan gəmi, 7) “Zarya” - neft və çirkab suları yığan gəmi, 8) “Araz” - sərnişin gəmisi, 9) “S.Əsgərova” - sərnişin gəmisi. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün staj: 14 il 10 ay təşkil edir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 2/02-09-/931 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyətin sabiq işçisi İddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) xx.xx.1982-ci il 119/л saylı əmrə əsasən “Orbita” sinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir və işlədiyi müddətdə aşağıdakı vəzifələri icra etmişdir: 1. 247/л saylı xx.xx.1982ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir; 2. 1151/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir; 3. 1789/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 4. 1871/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 5. 407/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 6. 1066/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 7. 1350/л saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir; 8. 794/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir; 9. 2107/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir; 10. 2211/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir (23003020— 23484); 11. 1241/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik vəzifəsinə keçirilmişdir ( 23003020—23484); 12. 1430/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir (23003020—23484); 13. 51/k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir (23003020—23484); 14. 100/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir; 15. 34/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir; 16. 194/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Donanma xidmət terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə keçirilmişdir; 17. 149/k saylı xx.xx.2013-cü il tarixli əmrə əsasən Donanma xidmət terminalında məsləhətçi kapitan vəzifəsinə keçirilmişdir; 18. 15/k saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Liman kapitanının müavini vəzifəsinə keçirilmişdir; 19. 34/n saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010-Üzən heyət) əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020— 23484) qeydlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün staj: 14 il 10 ay təşkil edir. İddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində “Trudovik”, “Maştaqi”, “Buxtovıy”, “Kosmos”, “Sputnik”, “Vosxod”, “Zarya” “Araz”, “Kür”, “S.Əsgərova” gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Trudovik” - yedək gəmisi, 2) “Maştaqi” - yedək gəmisi, 3) “Buxtovıy” - yedək gəmisi, 4) “Kosmos” - yedək gəmisi, 5) “Sputnik” - yedək gəmisi, 6) “Vosxod” - Neft məhsullarının, çirkab döşəməaltı suların və zibillərin qəbulu, 7) “Zarya” - Neft məhsullarının, çirkab döşəməaltı suların və zibillərin qəbulu, 8) “Araz” - Sərnişin və bələdçi gəmisi, 9) “Kür” - Neft məhsullarının çirkab döşəməaltı suların, zibillərin qəbulu, 10) “S.Əsgərova” - Sərnişin gəmisi. İddiaçı çalışdığı müddətdə əmək şəraitinə görə əlavə məzuniyyətlər (xx.xx.2004-cü il tarixindən xx.xx.2006cı il tarixinə kimi 6 gün) verilmişdir. İddiaçı çalışdığı müddətdə (2003-cü ilin iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 2004-cü ilin yanvar-oktyabr ayları, 2005-ci ilin yanvaroktyabr və dekabr aylar, 2006-cı ilin mart ayı) əmək şəraitinə görə əlavə ödənişlər verilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 2/xx-xx/1549 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod”, “Zarya” “Araz”, “Kür” gəmiləri xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aiddir və gəmilərin kateqoriyası üzrə məlumatlar aşağıdadır: 1) “Vosxod” gəmisi - (adı dəyişdirilmiş “Kür” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 2) “Zarya” gəmisi - (adı dəyişdirilmiş “Şəfəq” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 3) “Araz” gəmisi - bələdçi kateri, 4) “Kür” gəmisi - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 2/02-09/458 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xx.xx.2015-ci il tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə yaradılmışdır və İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi dövr (xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilədək) qeyd olunan tarixdən əvvəlki dövrə təsadüf edir. İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi zaman yerinə yetirdiyi funksiyalarla bağlı Cəmiyyət arxivindən məlumatlar aşkar edilməmişdir. Lakin İddiaçı icra etdiyi növbə mexaniki vəzifəsinə Cəmiyyətdə hal-hazırda uyğun olan növbə mexaniki vəzifəsinin əmək funksiyaları aşağıdakı kimidir: - öz növbəsi ərzində gəminin mexaniki qurğusunu müstəqil idarə etmək, bütün gəmi texniki vəsaitlərindən səriştəli istifadə edilməsinə və öz növbəsində bütün heyət üzvlərinin normal istehsal və ictimai fəaliyyətini təmin etmək; - gəmi enerji avadanlıqları və qurğularını texniki istismar etmək; - istismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək; - gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi enerji avadanlıqlarını və ya avadanlığın sistem və elementlərini seçmək; - məsuliyyət daşıdığı bütün mexanizmlərin (göyərtə və ya maşın bölməsindəki) və avadanlıqların təhlükəsiz və səmərəli istismarını təmin etmək: - mexanizmlərin bütün qüsurları və özü gördüyü tədbirlər haqqında Baş mexanikə məlumatlar vermək; - qəza hallarında əsas xidmətlərin təhlükəsiz şəkildə bərpa olunması üçün mexanizmlərlə və sistemlərlə tanış olmaq. İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod” “Zarya” “Araz”, “Kür” gəmiləri xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aiddir və gəmilərin kateqoriyası üzrə məlumatlar aşağıdadır: 1) “Vosxod” gəmisi - (adı dəyişdirilmiş “Kür” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 2) “Zarya” gəmisi - (adı dəyişdirilmiş “Şəfəq” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 3) “Araz” gəmisi - bələdçi kateri, 4) “Kür” gəmisi - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajınız yoxdur. Əlavə olaraq bildirilir ki, həmin arayışda xx.xx.1982- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyiniz matros, növbə kapitan köməkçisi, kapitan köməkçisi, kapitan, növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxılacaqdır. İşdən görünür ki, iddiaçı onun 1978-1981-ci illər ərzində Bakı Dəniz yolları məktəbində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi, ona 09 yanvar 2018-ci il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2018-ci ildən hazırkı vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1981-ci il tarixədək təhsil dövrü 03 il 04 ay, əmək fəaliyyəti dövrü xx.xx.1982-xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 15 gün olmaqla, ümumilikdə 27 il 02 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 ümumi iş stajı topladığı müəyyən olunur. İşəgötürənin təqdim etdiyi güzəştli arayışlarda İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 28 saylı bölmənin (kod 23000000- Nəqliyyat) 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010-Üzən heyət) əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020—23484) vəzifəsinə uyğun hesab etmişdir. Cavabdehin imtinası və etirazında iddiaçının işlədiyi matros, kapitan köməkçisi və kapitan vəzifələrinin üzən heyətə aid olub-olmaması barəsində, həmin vəzifələrin, eləcə də növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumatın qeyd edilmədiyi, eyni zamanda həmin vəzifələrdə 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajı olmadığına istinad etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının işlədiyi xx.xx.2006-cı il tarixədək olan vəzifələrlə bağlı hüquq münasibətlərinin yarandığı dövrü tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsində 23003010 1) Üzən heyət bəndində iki yarımbənd: - Birincisi, 23003010 kodu altında Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla); - İkincisi 23003020 kodu altında Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) yarımbəndləri nəzərdə tutulmuşdur. Həmin Siyahıda daha sonra gələn vəzifələr 13156 duru yanacaqla işləyən gəmi ocaqçıları, 13502 bütün adlarda maşinistlər, 14706 bütün adlarda motorçular, 23484 mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, 25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri 23003010 kodu ilə göstərilən yarımbəndə deyil, bilavasitə 23003020 kodu altında xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər yarımbəndinin tərkibindədir, həmin yarımbəndə daxil olan vəzifələrin təsnifatıdır. Hazırkı iş üzrə iddiaçının işlədiyi xx.xx.1988-ci il tarixdə “Vosxod” üzən gəmisində növbə mexaniki, xx.xx.1991-ci il tarixdə “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik, xx.xx.1991-ci il tarixdə “Vosxod” üzən gəmisinə növbə mexaniki, xx.xx.1999-cu il tarixdə “Araz” üzən gəmisinə növbə mexaniki, xx.xx.2000-xx.xx.2003-cü illərdə “Kür” gəmisində növbə mexaniki vəzifəsində işlədiyi vəzifələr adıçəkilən Siyahının 23003020-23484 “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifəsinə uyğundur. İddiaçının növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod”, “Zarya” “Araz”, “Kür” gəmiləri “Vosxod” əsasən Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi olmaqla xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aid olmuşdur. Beləliklə, iddiaçının işlədiyi növbə mexaniki vəzifəsi üzən heyətdə 23003010 kodlu Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə deyil, Üzən heyətdə 23003020 kodu altında xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlərə (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) aid olan “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” peşələrinə aiddir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, adıçəkilən Siyahıda mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələrinin adlarında olan “mexanik” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Növbə mexaniki anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir, fərq yalnız iş qrafikində olan növbəlilikdədir. Bu mənada məhkəmə hesab etmişdir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “mexanik (....)” anlayışı məzmun baxımından həm də növbə mexaniki vəzifəsini də ehtiva edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1988-xx.xx.2003-cü ilədək dövr 14 il 10 ay 08 gün olmaqla onun güzəştli iş satjına hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1- dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə iddianı xx.xx.2018-ci il tarixdən - 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi hissəsində təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə eyni zamanda iddianı iddiaçıya ödənilməli olan pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində isə əsaslı hesab etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi müddəası nəzərdə tutulmamışdır. Qanunun yuxarıda qeyd olunan 32.1-1-ci maddəsi qeyd edilən məsələni tənzimləməklə pensiya fərqinin birdəfəlik deyil, hissəvi şəkildə - ümumi məbləğin ötən dövrdəki ayların saylarına bölünməklə ödənilməsini bilavasitə nəzərdə tutmuşdur. Odur ki, iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi tələbinin hüquqi əsası yoxdur və iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazda göstərilən dəlillərlə eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-ci il tarixədək 27 il 02 ay 15 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 14 il 10 ay 08 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi 3 il əvvəlki tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının qərara aldı hissəsində İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilmişdir. Halbuki iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən və məhkəmə qərarının təsviri hissəsindən görünür ki, iddiaçı xx.xx.2018-ci il təvəllüdlüdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarında göstərilən yanlışlıq texniki səhv kimi hesab edilməli və İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi qeyd olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3229/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3229/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver