Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3230/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və əmək haqqının xalis məbləğinin ona ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8515/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 09 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin iddiaçıya vermiş olduğu xidməti cəza (töhmət), 19 mart 2024-cü il tarixli 3-13- 17/Ə(ş/h)385/2024 saylı nömrəli əmrlərinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının xalis (bütün tutulmalar çıxıldıqdan sonra, yekun məbləği rəqəmlə göstərməklə) məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və işçinin işdən qanunsuz çıxarılması hallarına qarşı birbaşa əlaqədar orqan olduqları üçün Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və X2 Xidmətinin Bakı şəhər idarəsinin cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8515/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə tam eyni olmaqla prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Lakin hazırki işdə apellyasiya şikayəti yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq əsaslandırılmamış, həmçinin şikayəti verən şəxsin tələbi şikayətin xahiş etdi hissəsində dəqiq ifadə edilməmişdir. Həmçinin, inzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8515/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadından həmin tarixdə məktub yazaraq məlumatlı olduğunu və apellyasiya şikayəti veriləcəyi qeyd edilsə də, lakin apellyasiya şikayəti iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış 26 iyul 2024-cü il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun formada və məzmunda tərtib edilmiş apellyasiya şikayətini məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə kollegiyasının ilk iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, məhkəmə qərardadından həmin qərardad elan edildiyi bir neçə gün sonra elektron məhkəmə sistemi vasitəsilə tanış olmuşdur. Həmçinin, hazırki mübahisənin də mahiyyəti üzrə Nəsimi rayon məhkəməsinə aid olduğunu, lakin inzibati məhkəmə vasitəsilə işin həmin məhkəməyə göndərilmədən mümkünsüz olmasından razı olmadığını bildirdi. Sədrlik edən tərəfindən bir daha hüquqi yardım göstərilərək həm formal tələblərə uyğun apellyasiya şikayətinin tərtib edilməsi, həm də prosessual müddətin bərpası ərizəsinin verilməsi məqsədilə məhkəmə iclası qısa müddətə təxirə salındı, növbəti iclasda məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Sonuncu məhkəmə iclasında iddiaçı tərəfindən hər hansı bir ərizə təqdim edilmədi. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8515/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun formada və məzmunda tərtib edilmiş apellyasiya şikayətini verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8515/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3230/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3230/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver