Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3232/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4674/2023 nömrəli 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı iyul 2022-ci il tarixdən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 16 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-4674/2023 nömrəli 08 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 20 oktyabr 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (11 il 5 ay 10 gün (xx.xx.1983-xx.xx.1984cü il, xx.xx.1986-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli 2-1(112)-4674/2023 nömrəli qərarında Azərbaycan Respublikası "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 01- VƏ/441 nömrəli xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olduğu və avadanlığın qoyulmuş yerlərdə (qazanxana, turbin (buxar-qaz) turbini) yanacaqötürmə, tozhazırlama) təmiri üzrə böyük usta ilə baş ustanın əmək funksiyasının eyni olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə qərarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin ’’Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının və 2140000b-23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodlarının eyni olduğu qeyd edilmişdir. Lakin İddiaçı mərkəzi filiala təqdim etdiyi 24 yanvar 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətində və "Azenco” ASC tərəfindən verilmiş 5 sentyabr 2022-ci il tarixli 01-VƏ/441 nömrəli arayışda xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində ‘Azenco” ASC-nin İstehsalat- Təmir müəssisəsinin Bakı daimi X1 təmiri sahəsində baş usta və xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Qazan Avadanlıqlarının təmiri və sazlanması sexində rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi Qazan Avadanlıqlarının təmiri və sazlanması sexi yuxanda qeyd olunan siyahı üzrə müəyyən edilmiş elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bundan başqa İddiaçı baş usta vəzifəsi yuxarıda göstərilən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 ay 10 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus FV-İ seriyalı 082640 nömrəli xx.xx.1991-ci il tarixli diplomun surətindən və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunun hazırlıq şöbəsinə əyani dinləyici kimi qəbul olunmuşdur, 1985-ci ildə Energetika fakültəsinin “Sənaye istilik energetikası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş və 1986-cı ildə əyani şöbənin İ kursundan axşam şöbəsinin İİ kursuna köçürülmüşdür, 1991-ci ildə göstərilən ixtisas üzrə axşam şöbəsini bitirmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 24 yanvar 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" ASC tərəfindən verilmiş 5 sentyabr 2022-ci il tarixli 01-VƏ/441 nömrəli arayışda xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin İstehsalat- Təmir müəssisəsinin Bakı daimi X2 təmiri sahəsində baş usta və xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC-nin Qazan Avadanlıqlarının təmiri və sazlanması sexində rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi Qazan Avadanlıqlarının təmiri və sazlanması sexi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bundan başqa işlədiyi baş usta vəzifəsi yuxarıda göstərilən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 ay 10 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan Enerji və elektrikləşmə Baş idarəsi İstehsalat-Təmir müəssisəsində çilingər vəzifəsində işləmiş, xx.xx.1986-cı il tarixdə Bakı Qazanxana turbin avadanlıqları daimi təmir sahəsinə 5 (beşinci) dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1989-cu ildə İİ dərəcəli usta keçirilmiş, xx.xx.1996-cı ildə həmin sahədə İİ qrup baş usta vəzifəsinə, xx.xx.1997-ci il tarixdə həmin sahədə rəis müavini, xx.xx.1998-ci ildə qazan təmizləmə sahəsinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir, xx.xx.2002xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexində rəis müavini, ehtiyat hissələrin hazırlanması sexinin dəzgahların təmiri və alət hazırlanması sahəsində böyük usta, EHH sexinə aparıcı mühəndis normallaşdırıcı vəzifələrində işləmişdir, xx.xx.2009-cu ildə "xxxx" İstehsalat Birliyi QSC-də rəhbərlik şöbəsinə qazanxana operatoru vəzifəsinə işə qəbul edilmişdir, hal-hazırda həmin müəssisədə işləyir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 01-VƏ/441 nömrəli, xx.xx.2022-ci il tarixli İşin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd olunur: xx xxxx 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (Əmr № 01-ok, xx.xx.1983-cü il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Bakı daimi X2 təmiri sahəsinin Qazanxana avadanlığının təmiri sexinə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.1984-cü ildə (Əmr №171-ok, xx.xx.1984-cü il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1986cı ildə (Əmr № 89-l, xx.xx.1986-cı il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Bakı daimi X2 təmiri sahəsinin Qazan Turbin avadanlığının təmiri sexinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1989-cu ildə (Əmr № 125-l, xx.xx.1989-cu il) həmin sahədə İİ kateqoriyalı usta vəzifəsinə keçirilib, xx.xx.1997-ci ildə (Əmr № 25-ş, xx.xx.1997-ci il) həmin sahədə rəis müavini vəzifəsinə keçirilib, xx.xx.1998-ci ildə (Əmr №-08-ş, xx.xx.1998-ci il) Qazantəmizləmə sahəsinə rəis vəzifəsinə keçirilib və xx.xx.2002-ci ildə (Əmr № 26-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İddiaçı xx.xx.1996-cı ildən-xx.xx.1997-ci il tarixlərində işlədiyi baş usta vəzifəsi böyük usta vəzifəsi ilə eyni olub və eyni vəzifələri yerinə yetirib. SSRİ dönəmində tərcümənin düzgün edilmədiyindən yazıldığına görə əmək kitabçasında fərqli anlayışlar kimi göstərilmişdir. xx.xx.2002-ci ildə (əmr №-10-kş, xx.xx.2002-ci il) "xxxx" ASC-nin "xxxx" MMC-nin Qazan Avadanlıqlarının təmiri və sazlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilib, xx.xx.2003-cü ildə (Əmr №-60-kş, xx.xx.2003-cü il) Ehtiyyat Hissələrin hazırlanması sexinin Dəzgahların təmiri və alət hazırlanması sahəsinə böyük usta vəzifəsinə keçirilib, xx.xx.2004-cü ildə (Əmr №-53, xx.xx.2004-cü il) həmin sexdə vəzifə və dərəcəsi saxlanılmaqla Mexaniki yığma sahəsinə keçirilib, xx.xx.2007-ci ildə (Əmr №-167/1 a-kş, xx.xx.2007-ci il) həmin sexdə aparıcı mühəndis normalaşdırıcı vəzifəsinə keçirilib və xx.xx.2009-cu ildə (əmr №- 44/18-kş, xx.xx.2009-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə) əmək müqaviləsinə xitam verilib. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1986xx.xx.1989-cu il tarixlərində işlədiyi çilingər peşəsi və “b” mütəxəssislər bəndində usta və böyük ustaların işi xx.xx.1989-cu ildən xx.xx.1997-ci ilədək və xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək və qazanxana sexlərinin rəisləri və onların müavinlərinin işi xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi dövrlərdə xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə və 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2140100b-23362 saylı şifrəsinə əsasən usta və böyük ustalar və 2140100b-24125 saylı şifrəsinə əsasən qazanxana (qaz turbin) sexlərinin rəisləri, onların müavinləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 18 il, 07 ay, 28 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “Azbaşenerji”nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azerenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 01-VƏ/141 nömrəli, xx.xx.2023-cü il tarixli İşin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd olunur: İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuş və avadanlığın qoyulmuş yerlərdə (qazanxana, turbin (buxar-qaz) turbini) yanacaq ötürmə, tozhazırlama) təmiri üzrə böyük usta ilə baş ustanın əmək funksiyası ilə eynidir. Göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-İi Qərarının 24-cü ’’Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinin əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və ”b" mütəxəssislər bəndinə əsasən ustalar yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin ’’Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b-23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Hazırda cavabdeh iddiaçının 25 il ümumi iş stajına malik olmasını mübahisələndirmir. Öz növbəsində, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, təhsil və hərbi xidmət dövrü daxil olmaqla iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajı 25 ildən çoxdur (xx.xx.1980-xx.xx.1982, xx.xx.1983-xx.xx.2006). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş arayışlarda iddiaçının xx.xx.1983-xx.xx.1984cü il və xx.xx.1986-xx.xx.1989-cu il tarixlərində işlədiyi çilingər peşəsi, xx.xx.1989xx.xx.1997-ci il və xx.xx.2003- xx.xx.2007-ci il tarixlərində işlədiyi usta və böyük usta peşəsi, xx.xx.1997-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2003-cü il tarixlərində işlədiyi qazanxana sexlərinin rəisləri və onların müavinləri işi xüsusi zərərli əmək şəraitində işlərə və sahələrə aid edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışlarda həmçinin qeyd olunur ki, iddiaçının xx.xx.1996-cı ildən-xx.xx.1997-ci il tarixlərində işlədiyi baş usta vəzifəsi böyük usta vəzifəsi ilə eyni olub və eyni vəzifələri yerinə yetirib, SSRİ dönəmində tərcümənin düzgün edilmədiyindən yazıldığına görə əmək kitabçasında fərqli anlayışlar kimi göstərilmişdir. Qeyd olunan sahə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, a) fəhlələr, 2140000a—18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; b) rəhbərlər və mütəxəssislər, 2140000b—23362 - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama; 2140000b—24125 - qazanxana sexlərinin rəisləri və onların müavinləri. Cavabdeh tərəfindən güzəştli iş stajı kimi mübahisələndirilməyən xx.xx.1983xx.xx.1984, xx.xx.1986-xx.xx.1996-cı illər, eləcə də iddiaçının təkcə xx.xx.1996xx.xx.1997-ci illərdə işlədiyi dövr nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı ilədək 12 il 06 aydan artıq güzəştli iş stajına malik olması öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4674/2023 nömrəli 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3232/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3232/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver