Məhkəmə qərarları › İş №2-1(103)-3233/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3233/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3233/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********214000 nömrəli qərarından görünür ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərində cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Yelo bank, X5, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 may filialının əlavə mebelləri " qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

2. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatda qeyd edilmişdir ki: -e-QF təqdim edən X9: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, E- X15 X9: “Yelo Bank-Açıq Səhmdar Cəmiyyəti”, e-Qaimə-fakturanın tipi: Malların (işlərin, xidmətlərin) təqdim edilməsi, tarixi: xx.xx.2021, malın kodu: **********, e-qaimənin seriyası EBBG nömrəsi 373166, yekun məbləğ 3500 man; -e-QF təqdim edən X9: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, e- X15 X9: “Yelo Bank-Açiq Səhmdar Cəmiyyəti”, e-Qaimə-fakturanın tipi: Malların (işlərin, xidmətlərin) təqdim edilməsi, tarixi: xx.xx.2021, malın kodu: **********, e-qaimənin seriyası EBBD nömrəsi 383778, yekun məbləğ 57276,5 man; -e-QF təqdim edən X9: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, e- X15 X9: “Yelo Bank-Açıq Səhmdar Cəmiyyəti”, e-Qaimə-fakturanın tipi: Malların (işlərin, xidmətlərin) təqdim edilməsi, tarixi: xx.xx.2021, malın kodu: **********, e-qaimənin seriyası EBBD nömrəsi 427159, yekun məbləğ 87535 man.

3. xx.xx.2021-ci il tarixli “Təhvil-təslim akt”ında qeyd edilmişdir ki, bir tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC, oğlu şəxsində, bundan sonra “Alıcı” adlanacaq, digər tərəfdən "xxxx" MMC direktor Nümayəndə bundan sonra “Satıcı” adlanacaq, bu Aktı (bundan sonra - “Akt”) 28 aprel 2021-ci il tarixli YB/059/21saylı müqavilənin 3 saylı əlavəsinə əsasən, əlavə olaraq ondan ötrü tərtib etdik ki, bağlanmış müqaviləyə əsasən mallar təhvil alındı və tərəflərin bir-birinə heç bir iddiası yoxdur: Malın Adı: DRAWİNG İD: Al-05_Personal Service Desk Wirh Drawer Unit - 1 Ədəd – 1500 AZN, Mətbəx Masa+6 Tauburetka (1600x1000) – 1 Ədəd – 300 Azn, Drawing İd: Al- 04_Screen Pendant, X14(300*80*162 Mm) – 4 ədəd – 300 AZN – 1200 AZN, Terminal və X12 - 1 ədəd – 500 AZN.

4. 09 iyul 2021-ci il tarixdə bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "YELO BANK” ASC, bundan sonra “Bank” adlanacaq və digər tərəfdən "xxxx" MMC, direktor Nümayəndə şəxsində, bu X2 (bundan sonra - Protokol) 28 Aprel 2021-ci il tarixli Satınalma Müqaviləsinə (bundan sonra- Müqavilə) əlavə olaraq 04 nömrəli X2 imzalanmışdır. Cəmi ƏDV daxil 57282,50 man təşkil edir.

5. xx.xx.2021-ci il tarixli “Təhvil-təslim akt”ında qeyd edilmişdir ki, bir tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC şəxsində, bundan sonra “Alıcı” adlanacaq, digər tərəfdən "xxxx" MMC Direktor Nümayəndə bundan sonra “Satıcı” adlanacaq, bu Aktı (bundan sonra - “Akt”) 28 aprel 2021-ci il tarixli YB/059/21 saylı müqavilənən 2 saylı əlavəsinə əsasən, əlavə olaraq ondan ötrü tərtib etdik ki, bağlanmış müqaviləyə əsasən mallar təhvil alındı və tərəflərin bir-birinə heç bir iddiası yoxdur. Cəmi 87535 manat təşkil edir.

6. Vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, VÖEN: **********, Tam adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Obyekt haqqında əsas məlumat; Kodu: **********-31001, Adı: mebel istehsalı sahəsi, Qeydiyyat tarixi: xx.xx.2024, Ünvan: AZ0119, Abşeron Rayonu, Novxani, Novxani Kəndi ev.1 m.1, Sahəsi haqqında məlumat; Əsas sahə: 100, Əlavə sahə: 0, İcarəyə verən verci ödəyicisinin məlumatı; VÖEN: **********, Adı: Nümayəndə, Obyektin kodu 15 rəqəmli: **********-31001 .

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X10 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 15 sentyabr 2021-ci il tarixli, **********214000 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5509/2024 nömrəli qərardadı ilə iddia tələbi “”Bakı Dizayn-Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi” siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublkası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin 15 sentyabr 2021-ci il tarixli, **********214000 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi X13 X3 əsasən xx.xx.2006-cı il tarixdə 0106-P238-46340 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti “Ofis və Ticarət müəssisəsləri üçün mebellərin istehsalı” fəaliyyətidir. Cəmiyyət fəaliyyəti dövründə heç bir riskli vergi əməliyyatı və sair əməliyyatlar həyat keçirməmiş və aparmamışdır. Qərarın qəbul edilməsi qanuni və əsaslı deyil, cavabdeh orqanın qərarında müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 148.3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "xxxx" X5, "xxxx" 28 may Filialının mebelləri və "xxxx" 28 may Filialının əlavə mebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növünün “Ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı” fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyəti riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərarın qəbul edilməsinə nail olmuşdur. Cavabdeh orqanın cəmiyyət barəsində qəbul etdiyi qərarda gəldiyi nəticə əsaslı və qanuni deyil, cəmiyyətin faktiki olaraq vergi orqanına təqdim etdiyi elektron qaimə fakturalarda fərqli mal çeşidi olmamışdır. Obyektin sənədləri tam hazır olmadığından qeydiyyata alınma yubanmış, sonradan qanuni əsaslarla qeydiyyat məsələsi həllini taparaq müvafiq qaydada kod verilmişdir.

10. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Eyni zamanda, “Meyarlar”ın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Belə ki, qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda " Yelo bank, X5, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyəti növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyekti (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuş və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********650600 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmiş və tərəfindən aparılan əməliyyatların araşdırılmasına zərurət yarandığı bildirilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarda qeyd edilən digər bir əsas isə vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyektinin mövcud olmamasıdır. Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Göründüyü kimi, vergi qanunvericiliyi təsərrüfat subyektini uçota qoymağı vergi ödəyicisi üçün vəzifə olaraq müəyyən etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1.-ci, 3.1.1.-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli **********214000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, xx.xx.2021-ci il tarixində saat 17:18:49-da tərəfindən oxunmuşdur. Təhlil zamanı müəyyən olmuşdur ki, Vergi ödəyicisinin müraciəti əsasında xx.xx.2024-cü il tarixində təsərrüfat subyektinin (obyektin) qeydiyyata alındığı müəyyən olunsa da, xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar vergi ödəyicisi tərəfindən ləğv edilməmişdir. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5509/2024 nömrəli, xx.xx.2024-cü il qərarı ilə (hakim A.Əhədova) iş üzrə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə həvalə edilməsi qərara alınmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5509/2024 nömrəli, xx.xx.2024-cü il qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148.3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Yelo bank, X5, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyəti növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyekti (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuş və vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********650600 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmiş və tərəfindən aparılan əməliyyatların araşdırılmasına zərurət yarandığı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020- ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1,-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli **********214000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, xx.xx.2021-ci il tarixində saat 17:18:49-da tərəfindən oxunmuşdur.

14. Təhlil zamanı müəyyən olmuşdur ki, Vergi ödəyicisinin müraciəti əsasında xx.xx.2024-cü il tarixində təsərrüfat subyektinin (obyektin) qeydiyyata alındığı müəyyən olunsa da, xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar vergi ödəyicisi tərəfindən ləğv edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməli və ədalətli qərar qəbul etməli idi.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; (15 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən, “o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir.) Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109.9-cu maddədən “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” sözləri çıxarılmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: bənd 1.3. riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir.

24. İşin hallarından müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növü mebel istehsalı sahəsidir. Vergi orqanı tərəfindən araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021- xx.xx.2021-ci il tarixdə 148,3 min manat dəyərində qaimə-fakturalar əsasında mebel təqdim etmiş, lakin satdığı həmin malların onun elektron qaimə-faktura üzrə alışında və idxalında müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının əsas fəaliyyətinə uyğun olaraq təsərrüfat obyekti qeydə alınmamışdır. İddiaçı qeyd edilən iki əsas üzrə cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

25. Hazırkı iddiasında iddiaçı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını mübahisələndirir.

26. İşin hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 148,3 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdyini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının istehsal fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır.

27. Yuxarıda qeyd olunan Meyarların 3.1.1-ci bəndinin tələblərinə görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda göstərdiyi malla aldığı və ya idxal etdiyi malların çeşidləri fərqli olduqda, başqa sözlə, vergi ödəyicisinin idxal etdiyi və ya aldığı malı deyil, həmin maldan fərqli çeşiddə mal satdığı (təqdim etdiyi) halda ödəyicinin apardığı əməliyyat riskli əməliyyat, özü isə riskli vergi ödəyicisi hesab olunur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin kassasiya instansiyası məhkəməsi kimi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1644/2024 nömrəli, xx.xx.2021- ci il tarixli, 2-1(102)-462/2021 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1045/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.5-ci maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (malaldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

29. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, apellyasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

30. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işin hallarını qeyd edilən normanın tələbləri ilə müqayisəli təhlil etdikdə müəyyən etmişdir ki, iddiaçının istehsal etdiyi və e-qaimələrdə “Yelo bank, X5, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" adıyla satdığı mebellərin əldə edilməsini (satın alınması və yaxud idxalı) təsdiq edən sənədləri yoxdur. İddiaçı qeyd edilən mebel məhsullarının hazırlanması üçün zəruri olan mal-materialı e-qaiməsiz, vergi ödəyicisi olmayan şəxslərdən əldə etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmadığı müəyyən olunmuş olsa da, lakin bu hal onun aldığı ilə satdığı malın fərqli çeşiddə olduğu qənaətinə gəlməyə əsas vermir. İddiaçının aldığı (idxal etdiyi) mal bəlli olmadığı halda həmin malın satış sənədlərindəki mal çeşidindən fərqli mal olduğunu müəyyən etmək mümkünsüzdür.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı digər vergi ödəyicisi ilə malın təqdim edilməsi ilə bağlı müqavilələr, təhvil-təslim aktları, eqaimə fakturaları təqdim etmiş, cavabdeh orqan sözügedən xx.xx.2021xx.xx.2021-ci il tarixdə 148,3 min manat dəyərində malların təqdim edildiyini inkar etməmişdir. Belə olan halda satış əməliyyatı baş tutmuş, əmtəəsiz əməliyyat olduğu sübuta yetirilmədiyi və ya iddia edilmədiyi halda malların e-qaimə fakturalarının birtərəfəli qaydada-iddiaçı tərəfindən ləğvinə zərurət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin müqavilə öhdəliklərini yerinə yetirərək təhvil verdiyi malların e-qaimə fakturalarının ləğv edilməsi, (dolayısı ilə müvafiq əməliyyatın baş tutduğu qəbul edildiyi halda malın geri tələb edilməsi, ödənilmiş vəsaitin müvafiq hesaba qaytarılması və s.) şərti ilə vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasına məcbur edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

32. Digər tərəfdən hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının təsərrüfat fəaliyyəti mebel istehsalı olmaqla həmin fəaliyyətin həyata keçirilməsi üçün ilkin olaraq müvafiq təsərrüfat obyekti qeydiyyatda olmadığı halda, vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə AZ0119, ünvan 1 ünvanında yerləşən obyekti təsərrüfat subyekti (obyekti) olaraq qeydiyyata aldırmışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edildiyi və riskli vergi ödəyicisi siyahısına daxil edilməsinin hüquqi əsasları qeyd edilmiş olsa da, lakin hazırkı tarixədək vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasının hüquqi əsasları (meyarları) qanunvericiliklə tənzimlənməmişdir. Bu halda məhkəmə hesab edir ki, bir halda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısında saxlanılması daimi hesab edilə bilməz, o zaman müvafiq olaraq riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə əsas vermiş hallar aradan qalxdığında vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır.

34. Həmçinin, yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Belə ki, müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz.

35. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur.

36. İşin hazırkı hallarından görünür ki, iddiaçı iddia tələbini dəqiqləşdirməklə onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğvini deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır.

37. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Apellyasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri mahiyyətcə iddiaya etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də etirazın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur. Bundan başqa, hazırkı iş üzrə məhkəmə qərarının ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

39. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.

40. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar