Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3236/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ””Riskli vergi ödəyicisi” siyahısından çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********619400 nömrəli qərarından görünür ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutaraq, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
3. İddiaçının xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə ünvanlanan İddiaçı ərizəsinə əsasən bildirmişdir ki, ona məxsus avtoservis xidmət sahəsindədi heç bir mal satışı olmayıb sadəcə qaimə yalnışlıqla düz yazılmadığı üçün riskli vergi ödəyici siyahısına salınmışdır. İddiaçı qaimələrə düzəliş edib təzdən təqdim etməyinə baxmayaraq hələ də onu riskli vergi ödəyici siyahısından çıxarmamışlar. Göstərilənlər nəzərə alaraq onları riskli vergi ödəyici siyasından çıxarılmağını xahiş etmişdir.
4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar"ın müddəalarına əsasən Sizin fəaliyyətiniz təhlil olunmuşdur. Təhlil zamanı tərəfinizdən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 48.3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "sit, karobka, sağ sol səs boğucu qazan, sağ fara” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin fəaliyyət növünün həyata keçirilməsi üçün satış gününə qədər olan alışınızda, idxalınızda mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********619400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq Sizin elektron qutunuza göndərilmişdir. Araşdırma zamanı tərəfinizdən təqdim edilmiş riskli elektron qaimə-fakturaların qismən ləğv edildiyi, lakin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki riskli elektron qaiməfakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmadığından Sizin riskli vergi ödəyiciləri siyahısından çıxarılmağınız mümkün olmamışdır. Eyni zamanda tərəfinizdən riskli elektron qaiməfaktura ləğv edildikdən, ləğv edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər təqdim edildikdən və digər kənarlaşmalar aradan qaldırıldıqdan sonra müraciətinizə yenidən baxılacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş 01 dekabr 2022-ci il tarixli “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə **********619400 saylı qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixində Bakı şəhəri X5 Departamenti tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ona fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə təqdim edilmişdir(VÖEN: **********). xx.xx.2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə baş İdarəsinə məktub ünvanlanaraq bildirilmişdir ki, İddiaçı məxsus avtoservis xidmət sahəsində fəaliyyət göstərir və heç bir mal satışı olmamışdır. Qeyd edilən qaimələr səhvən göndərilmişdir, bu səbəbə riskli vergi ödəyicisi siyahısına salınma barədə qərar alındıqdan sonra qaimələrdə düzəliş edilərək yenidən təqdim edilmiş, lakin riskli vergi ödəyicisi siyahısından çıxarılmamışdır. xx.xx.2023-cü il tarixli məktubla riskli vergi ödəyicisi siyahısından çıxarılmağları xahiş edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixində yenidən məktub ünvanlanaraq bildirilmişdir ki, səhvən göndərilmiş qaimələrə düzəliş edilərək yenidən göndərilməsinə baxmayaraq müraciət nəzərə alınmamış və şəxsi hesab vərəqəsində 15.720,67 borc olmasına baxmayaraq, cəmi ödənilməli borc 31.385,02 hesablanmış və bank hesabına sərəncam qoyulmuşdur. Bu səbəblə, qeyd edilənlər nəzərə alınaraq şəxsi vərəqədə azalmanın təmin edilməsi xahiş edilmişdir. 15 sentyabr 2023-cü il tarixində vergi orqanı tərəfindən müraciətə baxılması barədə məktub ünvanlanaraq bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş riskli elektron qaiməfakturaların qismən ləğv edildiyi, lakin xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmadığından riskli vergi ödəyiciləri siyahısından çıxarılma mümkün olmamışdır. Lakin İddiaçı məxsus avtoservis xidmət sahəsində fəaliyyət göstərir və heç bir mal satışı olmamışdır. Qeyd edilən qaimələr səhvən göndərilmişdir, bu səbəbə riskli vergi ödəyicisi siyahısına salınma barədə qərar alındıqdan sonra qaimələrdə düzəliş edilərək yenidən təqdim edilmişdir. Müraciətə baxılması barədə məktubda qeyd edilmiş, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki elektron qaimə-fakturanın ləğv edilməsi texniki səbəbdən baş tutmamışdır. Bu barədə vergi orqanına məlumat verilsə də, iddiaçı riskli vergi ödəyicisi siyahısından bu günə qədər çıxarılmamışdır. Odur ki, İddiaçı mülkiyyətində olan avtoservisin realda heç bir mal satışını həyata keçirməməsini, qaimələrin səhvliklə göndərilməsini, bu barədə məlumat alındıqdan sonra tərəfdən qaimələrin 48.3 min manat dəyərində qaimələrə düzəliş edilərək yenidən göndərilməsini, bu qaimələrdən sadəcə 910 manat dəyərində 2 elektron qaimənin texniki səbəblərdən ləğv edilə bilməməsini nəzərə alaraq iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3342/2024 nömrəli qərardadı ilə iddia tələbi “İddiaçı riskli vergi ödəyicisi” siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir.
8. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022- 04.11,2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında və istehsalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********456700 nömrəli “Riskli əməliyyatların və (və ya) riskli vergi ödəyicilərinin meyarlarının (meyarının) müəyyən edilməsi barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********619400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, obyektin vəziyyətinin bağlı olması səbəbindən vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə müvafiq struktur tərəfindən yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olub olmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsi vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2022-xx.xx.2022ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə- fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Odur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********619400 nömrəli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturalarından böyük qismini ləğv etmişdir.
11. Belə ki, iş materiallarına əlavə edilmiş riskli vergi ödəyiciləri pəncərələrinə daxil olmuş e-qaimə fakturaların siyahısına əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 24 sayda elektron-qaimə fakturalardan dəyəri 47.4 min manat olan 22 sayda qaimə-faktura ləğv edilmiş, xx.xx.2022-ci il tarixli əldə edən "xxxx" MMC EBCE seriyalı 542455 nömrəli dəyəri 380 manat və xx.xx.2022-ci il tarixli əldə edən "xxxx" MMC EBCİ seriyalı 533473 nömrəli dəyəri 530 manat olan elektron qaimə fakturalar ləğv edilməmişdir. Bu cavabdeh tərəfindən də mübahisələndirilməmiş, vergi orqanı elektron qaiməfakturaların ləğv edildiyini qəbul etmiş, yalnız cəmi 910 manat məbləğində 2 qaimə fakturanın ləğv edilmədiyini əsas gətirərək iddiaçını riskli vergi ödəyicisi siyahısında saxlamışdır.
12. İddiaçı tərəf avtoservis xidməti fəaliyyəti həyata keçirdiyini, ümumən qeyd edilən qaimə fakturalar üzrə hər hansı mal alışı və satışı olmadığını, xidmət müqabilində ödənilməli xidmət haqqına görə qaimələrin yalnış tərtib edildiyini, qeyd edilən yalnışlığın aradan qaldırılaraq ləğv edildiyini (düzəliş edildiyi), yalnız iki qaimə fakturanın ləğv edilə bilməməsinin səbəbinin qaimə üzrə xidmətin göstərildiyi müəssisənin qaimələrin ləğvi ilə razılaşmadığı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrədövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.-cü maddəsinə əsasən işin hallarının obyektiv araşdırılması 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. mənfərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisinin əsas faəliyyət sahəsi avtoservis xidməti sahəsidir. Vergi orqanı tərəfindən araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində qaimə-fakturalar əsasında "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." malları təqdim etmiş, lakin satdığı həmin mallar onun elektron qaiməfaktura üzrə alışında və idxalında aşkar olunmamışdır. Qeyd edilən əsasa görə iddiaçı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********619400 nömrəli riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarı mübahisələndirməmişdir.İddiaçı hazırkı iddiasında iddiaçı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını mübahisələndirir.
26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
27. Məhkəmə qərarında qeyd edilmişdir ki, “iddiaçı riskli vergi ödəyicisi siyahısına salınmasına əsas olmuş halları aradan qaldırmış, riskli əməliyyatlar hesab edilən eqaimələri ləğv etmiş və bu ləğv etməni vergi orqanı qəbul etmişdir. Qeyd edilən dövr üzrə mübahisəli 48,3 min manat dəyərində qaimə- fakturalardan yalnız bir vergi ödəyicisi ilə aparılmış əməliyyat üzrə cəmi 910 manat dəyərində e-qaimələr ləğv edilməmişdir ki, qeyd edilən e-qaimələrin ləğv edilməməsi hazırkı halda iddiaçıdan asılı deyil, iddiaçı birtərəfli qaydada həmin qaimələrin ləğvini həyata keçirə bilmir. Qeyd edilən qaimə faturalar üzrə tərəflər arasında xidmət göstərilməsi barədə müqavilə iddiaçı tərəfindən təqdim edilmiş, eləcə də əldə edən tərəf həmin qaimələr üzrə iddiaçı ilə hər hansı ehtiyat- hissə, mal alışı və satışı olmadığını bildirmişdir.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur.
30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖENi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur.
31. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı 01.OÖ.2022- xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında və istehsalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********456700 nömrəli “Riskli əməliyyatların və (və ya) riskli vergi ödəyicilərinin meyarlarının (meyarının) müəyyən edilməsi barədə” bildiriş göndərilmişdir.
32. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 ,-ci və 3.1.1 ,-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və 01,12.2022-ci il tarixli **********619400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.
33. Həmçinin, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılmasına dair müraciəti təmin olunmamışdır.
34. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir.
35. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
36. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməli və ədalətli qərar qəbul etməli idi.Yəni, nəzərə alınmalıdır ki, xx.xx.2022xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaimə-fakturalar ləğv edilsə də, təqdim edilmiş həmin elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edildiyi müəyyən olunmur.
37. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaimə-faktura ləğv olunmamışdır.
38. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması tələbi də əsassız olmuşdur.
39. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı və iddia rədd edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.