Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3237/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi ilə, 3-cü şəxs X10 iştirakı ilə, X1 və X2 üçüncü şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı ərizəsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-4176/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadından 3-cü şəxslər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: X3 və X7 üçüncü şəxs qismində cəlb edilməklə 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən əmlakın Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 37/6 saylı , 01 iyun 2018-ci il tarixli sərəncamı əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair ərizə ilə müraciət etmiş, lakin verilmiş bildirişdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 8.0.11. maddəsinə istinad edilərək imtina edilmişdir. Bu tamamilə əsassızdır, belə ki, bu yaşayış sahəsinə kirayə müqaviləsi müvəqqəti yaşamaq üçün deyil, onun mülkiyyətinə keçirilməsi üçün verilmişdir və AR Mənzil Məcəlləsinin müvafiq normalarına uyğun olaraq bu yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanması haqqında sərəncama uyğun olaraq özəlləşdirmək hüququna malikdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qərarı ilə iddi tələbi təmin edilmiş, ünvan 3ı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4176/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qərarı qüvvəyə mindikdən sonra xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4176/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qərarı icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. X3 və X7 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)- 4176/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qərarının onların maraqlarına toxunmağı səbəbindən üçüncü şəxs qismində cəlb edilərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 və X2 İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Qərardadla razılaşmayan X15 və X7 ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən Ş.Əsədova şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə iddiaçı, cavabdeh və X7 məhkəmə iclasına gəlməmişlər, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş iddianın mümkünlüyü məsələsinə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, X10 və X2 ünvan 3ı mənzilinə dair hüquqmüəyyənedici sənədləri olmadığından onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Belə ki, ərizəçinin təqdim etdiyi arayış hansı qurum tərəfindən verildiyi aydın olmamaqla xx.xx.1990-cu il tarixli Kirov qəsəbəsi, Kamo küç., İ döngə yataqxana 9, mən. 70 ünvanında yaşamasına və qeydiyyatda olmasına dair arayışdır. Qeyd edilən ünvanın ünvan 3ı mənzili ilə hər hansı şəkildə əlaqəsi, ərizəçilərin həmin Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzilinə dair hər hansı aidiyyəti müəyyən edilmir. İş materiallarda olan xx.xx.2003-cü il tarixli “B.Sərdarov adına maşınqayırma zavodu” TSC tərəfindən X4 adına verilmiş 637 nömrəli orderinə əsasən o, ailə tərkibi 4 nəfər olmaqla (ailəvi yataqxanada) Yataqxana M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, mərtəbə 2, 206 nömrəli ünvanda yaşayış sahəsi ilə təmin olunmaq üçün yerləşdirilmişdir. İş materiallarda olan xx.xx.2003-cü il tarixli “B.Sərdarov adına maşınqayırma zavodu” TSC tərəfindən X4 adına verilmiş 637a nömrəli orderinə əsasən o, ailə tərkibi 4 nəfər olmaqla (ailəvi yataqxanada) Yataqxana, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, mərtəbə 3, 305 nömrəli ünvanda yaşayış sahəsi ilə təmin olunmaq üçün yerləşdirilmişdir. İş materiallardan görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamentinin xx.xx.2018-ci il tarixli 31/3 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin yaşayış sahəsi 18.0 kv.m olan 1 otaqlı 206 nömrəli mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) X6 adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İş materiallardan görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamentinin xx.xx.2018-ci il tarixli 37/6 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin yaşayış sahəsi 18.0 kv.m olan 1 otaqlı 305 nömrəli mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İş materiallardan olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 avqust 2018-ci il tarixli 9/2 nömrəli arayışından görünür ki, İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 nömrəli evin 5 mərtəbəli evin 3-cü mərtəbəsində 18.0. kv.m sahəsi olan 1 otaqlı 305 saylı mənzildə yaşayır və İddiaçı, X8 və X11 daimi qeydiyyatdadırlar. İş materiallardan olan X5 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirməsinə etiraz etməmişdirlər. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 nömrəli mənzilə **********22-05101-093003 reyestr nömrəli texniki pasport verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 nömrəli mənzilə dair RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Ş.Əsədova izahatında bildirmişdir ki, ünvan 3ı mənzil ona ayrılmış, lakin o işdə olarkən məcburi köçkünlər həmin mənzilə daxil olmuş, ona görə o hər hansı tədbir görməmiş, məcburi köçkünlər həmin mənzili tərk etdiyi gün iddiaçı və ailə üzvləri həmin mənzili qanunsuz olaraq tutmuşlar. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin təqdim etdiyi arayış xx.xx.1990-cu il tarixli Kirov qəsəbəsi, Kamo küç., İ döngə yataqxana 9, mən. 70 ünvanında yaşamasına və qeydiyyatda olmasına dair arayışdır. X10 və X2 ünvan 3ı mənzilinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi ünvan 3ı mənzilin əvvəl Kirov qəsəbəsi, Kamo küç., İ döngə yataqxana 9, 70ci mənzil olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamışdır. Kollegiya qeyd edir ki, qeyd edilən ünvanın ünvan 3ı mənzili ilə hər hansı şəkildə əlaqəsi, ərizəçilərin həmin ünvan 3ı mənzilinə dair hər hansı aidiyyatının olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsi lazımi orqanlara sorğu vermədən araşdırma aparmış və düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: X1 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. X1 və X2 üçüncü şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-3237/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3237/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver