Məhkəmə qərarları › İş №2-1(103)-3239/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3239/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3239/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Arif qızının sədrliyi və məruzəsi ilə, X5 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (bundan sonra mətndə Əqli Mülkiyyət Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMA-nın Apellyasiya şurasının 27 oktyabr 2023-ci il tarixdə alınmış, Apellyasiya şurasının 12 sentyabr 2023-cü il tarixli A96/23 №li qərarının ləğvi və İddiaçı MMC (ünvan: AZ1135, ünvan 3 62A,) tərəfindən verilmiş 2022 04201 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə 29-cu sinif “Kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər” 30-cu sinif - Makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu”; 35-ci sinif - Məhsulların nümayişi; ticarət (pərakəndə, topdansatış) müəssisələrin idarə edilməsi; nümunələrin yayılması; üçüncü şəxslər üçün satış təşviqi; malların - Kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fıpdi-qı; bulka; istiot; zəfəran [ədviyyat]; tomat sousu; qida sodası (qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu ticarətinin (pərakəndə, topdansatış) təşkili; malların pərakəndə satış və topdansatış üçün təqdimatı; üçüncü tərəflər üçün təchizat xidmətləri; [sahibkarlara mal (əmtəələrin) və xidmət alınmasının təşkili]; 39-cu sinif - Kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodasıfqida məhsulu üçün natriy biokarbonat), kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu məhsullarının nəqli, qablaşdırılması və saxlanılması əmtəə və xidmətlər üzrə verilmiş “Sehirli dad + şəkil” əmtəə nişanının qeydiyyata alınması barədə öhdəliyinin cavabdeh AR ƏMA-nın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022 04201 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə 29, 30, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə verilmiş “Sehırlı dad + şəkil” əmtəə nişanının qeydiyyata almaqdan imtina edilməsi haqqında Patent və X2 Mərkəzinin 2023cü il 01 iyun tarixli 17 №li Protokolla təsdiq edilmiş qərarına qarşı verilmiş əsaslandırılmış etiraz AR ƏMA-nın Apellyasiya şurasının № A96/23, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. “Cavabdeh” 2022 04201 (ilkinlik xx.xx.2022-ci il) ərizə üzrə qərar verərkən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci, 4-cü maddələrinin və 5-ci maddəsinin “c” bəndindən və “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” 4-cü maddəsindən irəli gələn əsasların düzgün töhsiv etməyərək səhv tətbiq etmiş, səhv nəticəyə gəlmiş təqdim edilmiş sübutları əsassız və qanunsuz olaraq nəzərə almadığını nəzərə alaraq A96/23 №li, 12 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi iddia tələbləri təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Patent və X2 Mərkəzinin elektron Pənah sistemindən çıxarılmış təqdim edilmiş sənədlərdən görünür ki: 1. 2022 04201 saylı xx.xx.2022-ci il tarixli ərizə verilərkən “Sehırlı dad + şəkil” əmtəə nişanı – “Düzbucaqlı təsviri üzərində xüsusi traektoriya üzrə hərəkət edən stilləşdirilmiş uçan aparat təsvirindən və onun fonunda, latın qrafikası ilə, xüsusi şriftlə, birinci "S" hərfi böyük, qalan həfləri isə kiçik hərflərlə verilmiş, heç bir məna kəsb etməyən "Sehırlı" ixtira edilmiş sözdən və “Dad” sözündən yaranmış "xxxx" ifadəsindən, iddiaçının firma adından ibarət kombinə edilmiş əmtəə nişanı"- kimi təsvir edilmişdir. 2. Patent və X2 Mərkəzi xx.xx.2022-ci il tarixli bildirişlə, Sehırlı dad+şəkil" əmtəə nişanında (ı hərfi i) “Sehirli kimi” səhv oxunmaqla (qəbul edilməklə) rədd bildirişi verilmişdir. 3. Tərəflərindən xx.xx.2022-ci il tarixli bildirişə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir. 4. Patent və X2 Mərkəzi xx.xx.2023-cü il tarixli bildirişlə, tərəflərindən xx.xx.2022-ci il tarixli bildirişə xx.xx.2023-cü tarixdə verilmiş cavab qismən 29,30 və 35 siniflər üzrə təmin edilmiş, “Sehırlı dad +şəkil” əmtəə nişanı düzgün Sehırlı kimi oxunmaqla (qəbul edilməklə) yalnız 39-cu sinif üzrə 2022 04141 saylı Sehirli Dad nişanı qarşı qoyulmaqla rədd bildiriş verilmişdir. 5. Pənah sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan göründüyü kimi, tərəflərindən xx.xx.2023-cü il tarixli bildirişə cavab verilmişdir. 6. Patent və X2 Mərkəzinin 2023-cü il 1 iyun tarixli 17 №li Protokolla təsdiq edilmiş “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərardan” göründüyü kimi, tərəflərindən təqdim edilmiş sübut və dəlilləri nəzərə almadan, əsaslandırılmadan ŞŞŞŞŞŞŞŞŞŞ Sehırlı dad +şəkil” əmtəə nişanını qanunsuz olaraq "xxxx" (Sehirli Dad) sözdən ibarət nişan kimi qiymətləndirilmişdir. 7. İddiaçı İN yanında DVX, MGBİ Hüquqi şəxlərinin dövlət qeydiyyatı idarəsinin reestrindən VÖEN **********, xx.xx.2021-ci il tarixli **********383700 nömrəli çıxarışı təqdim edir və bildirir ki, İddiaçı MMC-nin -nin təsisçisi və direktoru X9 Hüseynov, sahibkar fiziki şəxs kimi onun tərəfindən uzun müddət istifadə edilən və № 2018 01490 saylı ərizə ilə verilmiş” - Əsl sehirli dad+şəkil”- əmtəə nişanının 29, 30 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyata alınmasının rədd edilməsi ilə “Əsl sehirli dad” ifadəsinin fərqlənmə qabiliyyətinin olmaması ilə razılaşmış bu yeni şirkətin adını bu səbəbdən "xxxx" MMC adlandırmışdır. İddiaçı bildirir ki, “Sehırlı” sözü onun tərəfindən “Se”-Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti-nə əsasən “üç” və “hırlı” Azərbaycan dilinin izahlı lüğətində hır - (Kürdəmir) hünər sözlərinin birgə yazılışı ilə yaradılmış, ixtira edilmiş sözdür. İddiayçıya görə “Sehırlı” sözü onun tərəfindən yaradılmış, ixtira edilmiş və məcburi “üç qat hünər” mənasını verir. “Sehırlı” azərbaycan ədəbi dilində ayrılıqa heç bir məna verməyən sözdür. Yəni, “Sehırlı” sözü fərqləndirmə qabiliyyətli sözdür. Lakin, Apellyasiya şurası iddiaçının bu dəlillərini qəbul etmir, hüquqi qiymət verərkən qərarda qöstərir: “Apellyasiya şurası əmtəə nişanını təhlil edib müəyyən etdi ki, "xxxx" qara rəngdə qalın şriftlə yazılmış "xxxx" söz birləşməsindən, sol kənarında ovalvari bir tərəfli, bir tərəfli tünd qara rəngdə aypara və ulduz təsviri, içəri hissəsində qara rəngdə ovalvari işarə olan kombinə edilmiş əmtəə nişanıdır. Apellyasiya şurası qeyd edir ki, "xxxx" söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Buna görə də fərqlənmə qabiliyyətinə malik deyil". "Sehırlı" və "Sehiriı" sözləri fərqli səslənir, görünüşcə də fərqlidirlər və mənaca da fərqlidirlər. Belə ki, bu sözlərdə istifadə edilən fərqli "ı" - qalın sait olmaqla, "i" isə incə sait olmaqla səslənmə üzrə fərqlidirlər, "ı" hərfinin üzərində nöqtə olmaması, "i" isə üzərində nöqtə olması ilə qrafiki fərqli elementlərlə fərqlidirlər, bu sözlər mənaca da fərqlidirdirlər. Beləliklə, Apellyasiya şurası "Sehırlı" və "Sehiriı" sözlərini eyniləşdiməklə səhv edir, səhv nəticəyə gəlir və nəticə etibarı ilə səhv qərar verir. "xxxx" ifadəsi eyni adlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin firma adının əsas fərqləndirici hissəsidir. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Apellyasiya şurasının Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında" Qanunun 5-ci maddəsinin "c" bəndinə və "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının 4-cü maddəsinin b) bəndi nə- əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar" ın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir" istinadı əsassızdır: Belə ki, "Sehırlı" söz işarəsi firma adının fərqləndirici elementidir; nişan "Düzbucaqlı təsviri üzərində xüsusi traektoriya üzrə hərəkət edən stilləşdirilmiş uçan aparat təsvirindən ibarət orijinal təsviri hissəyə malikdir, "əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, göstərmir"; Düzbucaqlı təsviri üzərində xüsusi traektoriya üzrə hərəkət edən stilləşdirilmiş uçan aparat təsviri-"X7 X1 (Vyana Təsnifatı) 18.5.10 Kosmiki raket və kapsulalar, süni peyklər"- əsasən fərqlənmə qabiliyyətlidir. "Sehırlı" söz işarəsi -iddiaçı tərəfindən ixtira edilmiş söz olmaqla, əsas amillərlə yüksək fərqlənmə qabiliyyətinə malikdir"- Apellyasiya şurası bu sözün "qida məhsulları (əmtəələri) üçün ümum işlək xarakterli" olması barədə səhv qiymət verir. Apellyasiya şurası öz qərarını əsaslandırmaq üçün istifadə etdiyi - "Sehırlı" söz işarəsinin ... xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir" göstərsə heç bir sübut, dəlillə əsaslandırmamışdır; "Sehırlı" söz işarəsi- iddiaçı tərəfindən ixtira edilmiş söz olmaqla, əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini vəs sairə "Əmtəə nişanlarının qeydə alınması barədə "İddia sənədinin verilməsi və ekspertizası Qaydalarının" 4-cü maddəsinin b) bəndidə göstərilən kriteriyaların hər hansı birinə uyğungöstərən nişan deyildir. Azərbaycan dilinin qrammatikasına görə "Qaydalar Sifət – Əlamət və Keyfiyyət Bildirən sözlər -Varlığın (əşyanın) əlamətini və ya keyfiyyətini bildirən sözə sifət deyilir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Əlamət dedikdə gözlə görünən, yəni zahiri xüsusiyyətlər nəzərdə tutulur. Varlığın gözlə görünməyən daxili xüsusiyyətləri isə keyfiyyət adlanır", "Sehırlı" eləcədə "xxxx" söz işarəsi, necə? nə cür? hansı? Suallarına cavab vermir. Yəni, "Sehırlı" eləcədə "xxxx" söz işarəsi bütövlükdə səslənməklə, keyfiyyət göstəricisi deyildir; Apellyasiya şurası, hətta "xxxx" söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Buna görə də fərqlənmə qabiliyyətinə malik deyil" kimi hüquqi qiymət verməklə, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun (maddə 12 Bərabərlik prinsipi "12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır") tələblərini pozur. Belə ki tərkibində "QƏDİM DAD", "Sevimli DAD"; "FAVORİT DAD" və saidə "DAD" sözü olan ibarət onlarla nişanlar disklamasiya ilə digər hüquqi və fiziki şəxslərin adına qeydiyyatdadır. Məsələn: № 2019 0105 "QƏDİM DAD+şəkil", 2021 0706 -"Sevimli Dad" və hətta "Seimli Dad"- ifadəsinin ingilis dilindən tərcüməsi "favorit dad"- 2021 1773-"FAVORİT DAD"; və sairə disklamasiya ilə əmtəə nişanı kimi mühafizə olunurlar.

3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz verərək bildirmişdir ki, Əqli Mülkiyyət Agentliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2022ci il 28 noyabr tarixində 2022 04201 nömrəli iddia sənədi üzrə əmtəə nişanının ƏXBT-nin 29-cu sinif (“kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyyə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər”), 30-cu sinif (“makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu”), 35-ci sinif (“məhsulların nümayişi; ticarət (pərakəndə, topdansatış) müəssisələrin idarə edilməsi; nümunələrin yayılması; üçüncü şəxslər üçün satış təşviqi; malların - kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran[ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu ticarətinin (pərakəndə, topdansatış) təşkili; malların pərakəndə satış və topdansatış üçün təqdimatı; üçüncü tərəflər üçün təchizat xidmətləri; [sahibkarlara mal (əmtəələrin) və xidmət alınmasının təşkili]”) və 39-cu sinif (“kolbasa məhsulları; ət; diri olmayan balıq; ətli jele; ov əti; vetçina (qaxac ət); ət ekstraktları; süd məhsulları; pendirlər; yumurta; sosiska; tərəvəz salatı; meyvə salatı; balıq məhsulları [qida]; meyvə çipsləri; konservə edilmiş meyvələr, konservə edilmiş tərəvəzlər; makaronlu məhsullar; kofe; kakao; çay, qənd, buğda məhsulları; qida unu, yarmalar [qida]; makaronlar; çörək; arpa yarmaları; düyü; bulğur; manna yarması; vermişel; anis toxumu; ətirli qida preparatları; ədviyyatlar; mixək [ədviyyat]; sous [xuruş]; sarıkök; xardal tozu; zəncəfil [ədviyyat]; sirkə; ketçup [şirə]; maya; bal; xardal; muskat fındıqı; bulka; istiot; zəfəran [ədviyyat]; tomat sousu; qida sodası(qida məhsulu üçün natriy biokarbonat); kətan toxumu kulinar məqsədlər üçün [ədviyyat]; xırda doğranmış sarımsaq [ədviyyat]; təmizlənmiş qarabaşaq; qarabaşaq unu məhsullarının nəqli, qablaşdırılması və saxlanılması") əmtəələri üzrə qeydiyyata alınması üçün Agentliyin tabeliyində olan Patent və X2 Mərkəzinə (bundan sonra - Ekspertiza Mərkəzi) müraciət etmişdir. X4 Şurasının 2023-cü il 1 iyun tarixli 17 №-li Protokolu ilə təsdiq edilmiş 2022 04201 nömrəli iddia sənədi üzrə əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsinə dair qərarında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinin “c” bəndinə (əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir) istinad etmişdir. İddiaçı etirazla Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına (bundan sonra -Apellyasiya şurası) müraciət etmişdir. Apellyasiya Şurasının 2023-cü il 12 sentyabr tarixli A96/23 nömrəli qərarı ilə, Ekspertiza Mərkəzinin həmin qərarından "xxxx" MMC tərəfindən verilmiş etiraz əsassız hesab olunmuş və təmin edilməmişdir. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsaslarından biri olan Qanunun 5-ci maddəsinin “c” bəndində qeyd edilən əsas “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra - Qaydalar) 4-cü bəndinin “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır. Həmin yarımbəndə əsasən əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı Qanunun 5-ci maddəsinin “c” bəndində nəzərdə tutulan əsasın ehtiva etdiyi elementlərdir. 2022 04201 nömrəli nişan ağ rəngli fon üzərində, qara rəngdə, latın əlifbası ilə, qalın şriftlə yazılmış "xxxx" sözlərindən ibarətdir; Nişanın sol kənarında ovalvari, bir tərəfli tünd qara rəngdə aypara və ulduz təsviri, içəri hissəsində qara rəngdə ovalvari işarə olan kombinə edilmiş üzərində verilmişdir. "xxxx" söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının qeydiyyata alınması zamanı müvafiq maddi normaların tətbiqi və üçüncü şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmin edilməsi mütləqdir. Nəzərə alınmalıdır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən onu da bildiririk ki, nişanın qeydiyyata alınması barədə müvafiq normalara uyğunluq məsələsi araşdırılarkən, əlamətlər və meyarlar bütün istehlakçıların və üçüncü şəxlərin hüquqlarının məhdudlaşdırılmaması çərçivəsində müəyyən edilməlidir. Belə olan halda qeyd etməyi zəruri hesab edirlər ki, iddia olunan əmtəə nişanında təyinatını, xüsusiyyətini, növünü ifadə edir və təsviredicidir. Beləliklə, iddia olunan nişan fərqlənmə qabiliyyətinə malik deyil. Digər tərəfdən əmtəə nişanına verilən "xxxx" söz birləşməsi nişanın təsvirinin istehlakçının diqqətini cəlb edən hissəsində yerləşir, əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür. "xxxx" söz birləşməsi mühafizə oluna bilməyən elementdir və əmtəə nişanının təsvirində əsas mövqeni tutur. Eyni zamanda əmtəənin keyfiyyətinin göstəricisi kimi aydın şəkildə nəzərə çarpır, iddia olunan əmtəələrin xüsusiyyətinə göstəriş olmaqla onu tərifləyir. İddiaçının əmtəə nişanında “Sehırlı” sözünün uydurma olmaqla iddiaçı tərəfindən yaradılması barədə dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, irəli sürülən dəlil hüquqi və faktiki əsası olmayan, iddiaçıya məxsus mülahizə kimi qiymətləndirilməlidir. Burada istehlakçı tərəfindən nişanın necə qavranılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Qəbul edilməli olan haldır ki, orta istehlakçı qeyd olunan sözü uydurma söz kimi nəzərə almayacaq və qəbul etməyəcəkdir. İddiaçının qeydiyyata alınmış “QƏDİM DAD”, “Sevimli DAD”, “Favorit DAD” və s. kimi digər əmtəə nişanlarına dair irəli sürdüyü dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, hər bir nişan üzrə ekspertiza ayrılıqda aparılır. Həmin əmtəə nişanların fərqləndirici təsviri əmtəə nişanında element kimi müəyyən edildiyi iddiaçı tərəfindən nəzərə alınmamışdır. Odur ki, bu irəli sürülən dəlillər də Apellyasiya Şurasının mübahisələndirilən qərarının və iddia edilən əmtəə nişanının qeydiyyatı üçün əsas hesab oluna bilməz. Əgər iddiaçı həmin əmtəə nişanlarının fərqlənmə qabiliyyətinə malik olmadığını düşünürsə həmin nişanların qeydiyyatının etibarsız hesab edilməsi barədə tələblə, dövlət rüsumu ödəmək şərti ilə və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə istinad edərək Apellyasiya şurasına müraciət edə bilər. Bu dəlillər isə iddia edilən nişanının qeydiyyata alınması üçün əsas kimi qəbul edilə bilməz və mülahizə xarakteri daşıyır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 420 (dörd yüz iyirmi) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, AR Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 12 sentyabr 2023-cü il tarixli, A96/23 nömrəli qərarının ləğv edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 2022 04201 saylı, xx.xx.2022-ci il tarixli ərizə ilə 29-cu, 30-cu, 35-ci və 39-cu sinif əmtəə və xidmətləri üzrə verilmiş Sehırlı dad+şəkil əmtəə nişanının qeydiyyata alınması barədə öhdəliyi cavabdeh AR Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Həmçinin iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 19 səhifəlik qərarın ilk 9 səhifəsi Təsviri hissə, yəni işin halları, iddiaçının əsaslandırılması, cavabdehin mülahizələri, tərəflərin iştirak və izahatları, o cümlədən iddianın növü və mümkünlüyü və faktiki hallar barədə olmaqla ümumi xarakterli müddüaları özündə ehtiva edir. İşə baxan məhkəmə Qərarın 10-cü səhifəsindən başlayaraq işi əsaslandırmağa çalışır. Lakin, təəsüflə qeyd edirik ki, məhkəmə qərarındın nə Tətbiq edilən hüquq hissəssi, nə məhkəmənin mövqeyi hissəsində bir dənə də olsun işə aid qanunvericilik maddəsi və ya izah tapdıq. Görünən odur ki, məhkəmə işə qərərzli yanaşmış və heç bir adekvat izah, istinad və sübut olmadan Cavabdeh orqanın qərarını qüvvədə saxlamışdır. Belə ki, Qərarın 10-cu səhifəsindən başlayaraq istinad edilən Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun (bundan sonra - Qanun) istinad edilən 1 və 3-cü maddələri tam ümumi xarakterli maddələr olmaqla əmtəə nişanının anlayışı və mühafizəsi barədədir ki, bizim də elə mövqeyimizə tam uyğundur. Çünki, biz də bunu tələb edirik. Daha sonra istinad edilən 6-cı maddənin, 25-ci maddənin, 29-cu maddənin, 31-ci maddənin ümumiyyətlə işə əlaqəsi yoxdur. Belə ki, bu maddələr daha çox nişanın başqa nişanlarla bənzərlik təşkil etdiyi halda qeydiyyata alınmaması hallarını izah edir. Cari işlə Apelyasiya şurasının verdiyi qərar isə Qanunun Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsaslarından olan 5c maddəsinə əsaslanmışdır. Göründüyü kimi, işi baxan məhkəmə ümumiyyətlə söhbətin nədən getdiyini bilmir və qərəzli istinadlarla qərəzli qərar qəbul etmişdir. Daha sonra məhkəmə "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”-nın 3 və 29-cu maddələrinə istinadlar edir və 29-cu maddənin müxtəlif yarımbəndlərini sadalayır, hərçənd ki, bunlarında bu işlə heç bir əlaqəsi yoxdur, nə də ki, Cavabdeh tərəfindən qərar qəbul ediləndə bu maddələrə istinad etmişdir. Bir daha qeyd edirik ki, bu maddələr 3-cü şəxslərin hüquqlarının pozulması hallarına aiddir. 15-ci səhifədə məhkəmə 3-cü abzasdan başlayaraq 16-cı səhifənin ortasınadək yenə iki nişan fərqləndirilərkən səhifə boyu nələrə diqqət olunmasından danışır. Daha sonra 16-cı səhifədə guya iki nişanın fərqlənmə qabiliyyətinin müəyyən edilməsi məqsədilən ekspertizaya göndərilməsi göstərilir. Əslində isə ekspert qarşısında tamamilə başqa suallar qoyulmuşdur. Bu isə işə baxan məhkəmənin ümumiyyətlə nədən söhbət getdiyini anlamamasının növbəti sübutudur. Məhkəmə qərarında səhifənin sonunda Ekspert rəyinə toxunur və onun məcburi xarakter daşımadığını qeyd edir və ardınca İPM-in 73-cü maddəsinə izah verir 18-ci səhifənin 2-ci abzasında yenidən yalnış olaraq qeyd edilir: «Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması kimi qiymətləndirməyə münasibətdə daha çox xüsusi bilik və təcrübəyə malik, səlahiyyətinin əsas qismi həmin halların qiymətləndirilməsi ilə bağlı təşkilatdır. Hazırkı iş üzrə də aparılan qiymətləndirmə zamanı AR İPMnin 73-cü maddəsinin tələbləri də nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı xususi bilik və təcrübəsindən istifadə edilməklə aparılan qiymətləndirmədə hər hansı sui istifadə halı müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, hər hansı fərdi şəxslərin düşüncəsində gostərilən iki əmtəə nişanı arasında oxşarlığın mövcudluğu mövcud ola bilər. Lakin, hazırkı vəziyyətdə fərdi şəxslərin düşüncəsində həmin oxşarlıgln mövcud olması, istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması, ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması kimi qiymətləndirməyə dair cavabdehin formalaşdırdığı kriteriya çərçivəsində qiymətləndirmə aparılması üçüun zəruridir. Cavabdehin də aparmış oldugu qiymətləndirmə odur ki, hazırkı iş üzrə istehlakçılarda eyni sahibkara məxsus oldudu təsəvvürünün yaradılması, ümumi görünüşlü təəssüratı cəhətdən və əmtəə nişanlarının səslənməsi baxımından qarışdırılması əlamətləri mövcud olması qənaətindədir ki, məhkəmə də həmin mövqe ilə razılaşmaqdadır.» Burada söhbət hansı eyni sahibkardan gedir başa düşə bilmirik. Ümumiyyətlə bunun məsələyə nə aidiyyatı var onu da başa düşəmmirik Sonda doğru olaraq İPM-in 68.2-ci maddəsinə istinad edilərək qeyd edilir: «İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır». Lakin, göründüyü kimi, məhkəmə özü istinad etdiyi İPM-in 68.2-ci maddəsinə kobud şəkildə pozmuşdur. Məhkəmənin istinad etdiyi sübutlar və əsaslandırmaların ümumiyyətlə işlə əlaqəsi yoxdur. Deməli məhkəmənin Qərarının «Nəticə» hissəsində gəldiyi nəticə ilə əsaslandırmanın heç bir əlaqəsi yoxdur və Qərar qərəzli olmaqla yanaşı, əsassız qəbul edilmişdir. İstinad edilən maddi hüquq normalarının hamısı yalnış istinad edilməklə pozulmuşdur. Prosessual hüquq normalarından 68.2-ci maddəyə istinad düzgün olsa da tətbiqi düzgün olmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı onu bildiririk ki, məhkəmə ümumiyyətlə heç bir halı araşdırmamışdır, nə də sübut etməmişdir. O cümlədən, Birinci instansiya məhkəməsinin Qərarında göstərilmiş nəticələr işin faktiki hallarına tamamilə uyğun deyildir. Bunu məhkəmənin Qərarında yalnış istinad edilən qanunverilik normalarından və yalnış əsaslandırmadan da görmək olar. Belə ki, İnzibati Prosessual Məcəllənin (bundan sonra-İPM) 12.1-ci maddəsinə əsasən, «Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur». İPM-in 58.7-ci maddəsinə əsasən, «Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir». Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tətbiq edilməli hüquq normalarını düzgün qiymətləndirməmiş və düzgün tətbiq edilməmişdir. Habelə, Qərarın əsaslandırıcı hissəsində məhkəmənin əsaslandırdığı və istinad etməli olduğu sübutları göstərilməmiş, işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün dəlillər gətirilməmişdir. Gətirilsə belə, tətbiq edilən normaların işin mahiyyəti ilə heç bir aidiyyatı yoxdur. Bakı İnzibati Məhkəməsinin qəbul etidyi xx.xx.2025-ci il tarixli 2- 1(112)-705/2025 nömrəli Qərarında demək olar ki, əsaslandırma hissəsi yoxdur. Məhkəmə formallıq xatirinə olsa belə, Qərar qəbul edərkən cavabdehin Apelyasiya şurasının qərarında olan mövqeyi kopyalaya bilərdi ki, bunu da etməyib və nəticədə qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuşdur.

III.Tərəflərin izahatları:

7. Cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Odur ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi 28 noyabr 2025-ci il tarixində təqdim etdiyi ərizədə göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-3239/2025 saylı iş üzrə cavabdehin prosessual müddətlə bağlı iradına münasibət olaraq aşağıdakılar bildirilir:

1. Qərarın təqdim olunma tarixi və müddətin axımı ilə bağlı: Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixdə qərar qəbul etsə də, qərar yalnız xx.xx.2025-ci il tarixində elektron məhkəmə sisteminə yüklənmişdir. İPM-in 85.1-ci maddəsinə əsasən: “Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir.” Bu halda 30 günlük müddət xx.xx.2025 → xx.xx.2025 tarixində başa çatmışdır. Apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə günün birinci yarısında e-məhkəmə sisteminə yerləşdirilmişdir.

2. Apellyasiya instansiyasının mümkünlük qərardadı Bakı İnzibati Məhkəməsi tərəfindən göndərilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla mümkün sayılmış və apellyasiya icraatına qəbul edilmişdir. Bu qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir və indiki mərhələdə mübahisələndirilə bilməz. Qanunda yalnız mümkün sayılmama barədə qərardadın şikayət oluna bilməsi nəzərdə tutulduğundan, mümkün sayılma barədə qərardad (sizin işdə olduğu kimi) ayrıca şikayət obyekti deyil və hazır mərhələdə mübahisələndirilməsi mümkünsüzdür. Bu baxımdan cavabdehin iradı prosessual hüquqi nəticə doğurmur.

3. Müddətin buraxılmasının səbəbləri İPM-in 24.1-ci maddəsinə əsasən: “Müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə buraxılmış müddəti bərpa etməlidir.” İş üzrə müddətin buraxılması aşağıdakı obyektiv səbəblərlə bağlı olmuşdur: -İddiaçı apellyasiya şikayəti vermək barədə müraciətini mənə xx.xx.2025-də bildirmişdir. -Vəkillə müqavilə xx.xx.2025-də imzalanmışdır. -Lakin müqavilə üzrə ödəniş iddiaçının maliyyə imkanı olmadığı üçün yalnız xx.xx.2025-ci il tarixdə mümkün olmuşdur. -Order isə Bürodakı texniki gecikmə səbəbi ilə yalnız xx.xx.2025-ci il axşam saatlarında verilmişdir. -Şikayət növbəti iş günü - xx.xx.2025-ci ildə, yəni order verilən kimi, dərhal sistemə yüklənmişdir. Müqavilə məlumatları tərəflər kommersiya sirrini təşkil etdiyindən Müqaviləni təqdim edə bilmirik. Lakin təqdim edilən ödəniş sənədi və Orderdəki məlumatlardan gecikmənin üzürlü səbəbdən baş verməsi görünür. İPM-in 24.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir“. İPM-in Maddə 13-cü maddəsinə əsasən “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur“. Göründüyü kimi İPM-in 13-cü maddəsi də məhkəmənin proses iştirakçılarına yardım etmə borcunu nəzərdə tutur və bu halda müddətin bərpa edilməsi hüquqi baxımdan ən düzgün yanaşmadır. Bakı İnzibati Məhkəməsinin qərarından şikayət verilməsi üçün MPM-nin 85-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilsməsi ilə bağlı ayrıca Qərardad qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını qərarın təqdim olunma tarixi və müddətin axımı, apellyasiya instansiyasının mümkünlük qərardadı və bir sıra texniki məslələrlə əlaqələndirərək buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ayrıca qərardad qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırıcı hissə

IV. Tətbiq olunan hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. Maddə 20.1 Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

V. Məhkəmənin mövqeyi

11. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması prosesin istənilən mərhələsində yolverilən hesab edilməlidir və bunu istisna edən prosessual norma yoxdur.

12. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin qəlillərini araşdıraraq hesab edir ki, prosessual müddətin bərpası haqqında ərizə təmin edilməməli və apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

13. Belə ki, iş materiallarında olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixində iddiaçının və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2025ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət ötürülmüşdür.

14. Göründüyü kimi iddiaçı məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

15. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etdiyi qeyd edilmiş, qəbul edilən qərar barədə məlumatı olmuşdur.

16. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin ifadəsini əsaslı sayır.

17. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbləri və buraxılmış müddətin bərpa edilməsi ilə bağlı qeyd edir ki, məhkəmə ərizədə qeyd edilmiş əsaslarla razı deyil.

18. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilən səbəblər prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmuş, onun tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmamışdır. Əksinə, iddiaçı birinci instansiya məhkəməsinin qərarı barəsində məlumatlı olmasına baxmayaraq, müddətin ötürülməsi səbəblərini həm prosessual normalara istinad etməklə, həm də texniki səbəblərlə əsaslandırmağa çalışmışdır.

20. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən əsaslar hər hansı şəkildə onun apellyasiya şikayətinin vaxtında verilməsini istisna edən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin müddətin ötürülməsini özündən asılı olmayan, iradəsindən kənar və ya məhkəməyə müraciət etmək hüququnu obyektiv cəhətdən mümkünsüz və ya istisna edən edən hallarla əsaslandırmamışdır. Odur ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini əsaslandıran hallar və üzrlü əsaslar mövcud deyildir.

21. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(103)-3239/2025 saylı Qərardadı ləğv edilməli, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. Nəticə hissəsi

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.4, 89, 90.1-90.2 və 94.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli Qərardadı ləğv edilsin. İddiaçı MMC tərəfindən apellyasiya şikayəti veriməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar