Məhkəmə qərarları › İş №2-1(103)-324/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-324/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-324/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltahəmid oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı «tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər orta əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması bаrədə» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Gömrük Komitəsinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 iyul 2003-cü il tarixdə 323ş saylı əmrlə Bakı Baş Gömrük İdarəsinin "Bərə Keçidi" gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. 11 sentyabr 2014-cü il tarixdə 100/662ş saylı əmrlə həmin idarənin poçt göndərişlərinə nəzarət bölməsinin inspektoru vəzifəsinə keçirilmişdir. 07 avqust 2018-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə keçirilmişdir. 24 iyul 2019-cu il tarixdə komitənin sərəncamına götürülmüşdür. 23 oktyabr 2019-cu il tarixdə isə heç bir səbəb bildirilmədən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. İşlədiyi 16 illik müddətdə həmin Əsasnamənin şərtlərinə uyğun, qanunun tələblərini əsas tutaraq öz xidməti vəzifəsini layiqincə, qüsursuz və vicdanla yerinə yetirmişdir. İddiaçı göstərilənlərə əsasən xidmətinə xitam verilməsini əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsində Əsasnamənin 50-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifiyə keçirilməsi mümkün olmamışdır. Belə oldugu halda iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə iddianın hüquqi əsasları mövcud deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 31 iyul 2003-cii il tarixdə 323ş №-li əmrlə Bakı Baş Gömrük İdarəsinin “Bərə Keçidi” gömrük postuna inspektoru vəzifəsinə təyin edilmişdir. 1 1 sentyabr 2014-cü il tarixdə 100/662ş №-li əmrlə həmin idarənin poçt göndərişlərinə nəzarət bölməsinin inspektoru vəzifəsinə, 07 avqust 2018-ci il tarixdə isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə keçirilmişdir. 24 iyul 2019-cu il tarixdə komitənin sərəncamına götürülmüşdir. 23 oktyabr 2019-cu il tarixdə isə 1000/1287Ş №- li əmrlə heç bir səbəb bildirilmədən Gömrük Orqanlarında Xidmət Haqqında əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin verdiyi 23 oktyabr 2019-cu il tarixli. 1000/1287Ş №-li əmr qanunsuz olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir. Cavabdeh təşkilat İddiaçı xidmətinə xitam verərkən 23 oktyabr 2019-cu il tarixli, 1000/1287Ş №-li əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Cavabdeh iddiaçının 16 illik iş təcrübəsi olduğunu, vəzifəsini məsuliyyətlə, vicdanla, dəqiqliklə və peşəkarlıqla yerinə yetirməsini nəzərə almamışdır. Həmçinin 2018-ci ilin aprel ayında attestasiya imtahanından da uğurla keçmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Eyni zamanda qanunvericiliyin bu tələbini Bakı İnzibati Məhkəməsi də əsassız olaraq pozmuş və təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməyə iddia ərizəsi təqdim edərkən ailəli olduğunu, öhdəsində iki 16 yaşına çatmamış uşağının olmasını və ərinin Kəlbəcər rayonundan məcburi köçkün olmasını təsdiq edən sənədlər və arayışlar təqdim etmişdir. Bakı İnzibati Məhkəməsi isə işə qanunun tələblərinə uyğun baxmamış, təqdim olunmuş sübutları araşdırmamış və əsassız olaraq xx.xx.2020-ci il tarixli, 2-1(112)-611/2020 №-li qərar qəbul etmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında’' Əsasnamənin 50-ci maddəsinə əsasən Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır. İddiaçı da 24 iyul 2019-cu il tarixdə müəssisənin sərəncamına götürülmüşdür. Üç ay müddətinə müəssisənin sərəncamına verilmiş, lakin təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, iddiaçını gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduğunu bəhanə edərək işdən əsassız çıxarılmışdır. İddiaçının öhdəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, 16 ildən çox gömrük orqanlarında fasiləsiz, qüsursuz işləməsini, həyat yoldaşının məcburi köçkün olmasını və sair halları nəzərə alaraq ona üç ay müəssisənin sərəncamında oluğu müddətdə ixtisasına uyğun heç bir başqa iş təklif edilməmişdir. İddiaçı xidmətinə xitam verilərkən iddiaçıya işinə xitam verilməsi səbəbi deyilməmiş, hansı səbəbdən isə iddiaçını başqa vəzifəyə keçirilməsi mümkün olduğu halda işdən səbəbsiz və əsassız olaraq 23 oktyabr 2019-cu il tarixli. 1000/1287Ş №-li əmr qəbul edilmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 127-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. İddiaçı bu hüquqlarından istifadə edərək Azərbaycan Respublikası Gömrük Komitəsinə və Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin heç bir müsbət nəticə əldə edilməmiş, iddiaçının vakant vəzifəyə keçirilməsi mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda iddiaçıya sərəncama götürüldüyü dövrdə başqa vəzifə təklif edilməmiş, iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləməsi üçün heç bir şərait yaradılmamışdır. Onu vəzifəsindən kənarlaşdırılmaq üçün bəhanə axtarmışlar. Qeyd edilən struktur bölmə üzrə vakant yerin olmaması səbəbini əsas gətirərək iddiaçının xidmətinə xitam vermişlər. Bakı İnzibati Məhkəməsi isə bu halların mövcudluğunu ətraflı araşdırmamış, iddiaçının qanuni mənafelərini pozan xx.xx.2020-ci il tarixli. 2-1(112)-611/2020 №-li qərar qəbul etmişdir. İddiaçı xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. Azərbaycan Respublikası ƏM-nin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b " bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi: bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Bu pozuntuları isə Bakı İnzibati Məhkəməsi nəzərə almamış, işi ətraflı araşdırmamış, sübutları düzgün hüquqi qiymətləndirməmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyrimümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/805Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun inspektoru iddiaçı Əsasnamənin 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1287Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. İşin apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "Gömrük orqanlarında Xidmət haqqında" Əsasnamənin 50-ci maddəsin əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-611/2020 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1033/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-984/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2020 nömrəli iş üzrə 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1453/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-984/2021 saylı, 17 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin öz qərardadında qeyd olunan norma üzərində hüquqi təhlil apararaq haqlı olaraq göstərir ki, istinad olunan bəndin dispozisiya şərtlərinə əməl olunması üçün vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir, o hallarda ki, ya bu əsasla xitam verilmə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması İlə bağlı olmalı ya da vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin məhkəmə sözügedən normanın dispozisiya şərtlərindən ikincisinə iş üzrə əməl olunmadığını, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmamasının işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki qeyd olunan məsələ işin mübahisəsiz halı deyil, əksinə həmin vaxtda gömrük organlarında vakant vəzifələrin mövcud olub-olmaması və iddiaçıya gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin təklif olunması halları mübahisələndirilmişdi. İşə baxan məhkəmələr isə İPM-in 12-ci maddəsi ilə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və mübahisə edilən qərarla bağlı AR Ali Məhkəmənin hüquqi mövqeyini apellyasiya instansiya məhkəmələri üçün məcburi olmasına baxmayaraq Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 may 2020-ci il tarixli qərarında olan göstərişlərə münasibət bildirməmiş, iddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət veməmişdir. AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmri ləğv edilməli, İddiaçı Gömrük orqanlarında ixisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Poçt göndərişləri” gömrük postunun inspektoru İddiaçı xidmətinə 23 oktyabr 2019-cu il tarixdən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması və ya həmin vəzifədən imtina etməsi səbəbi ilə xitam verilmişdir. İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən verilmiş A№146333 seriyalı diplomun surtətindən görünür ki, İddiaçı 2004-cü ildə İnzibati idarəetmə gömrük işinin təşkili ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən verilmiş BB-1№016662 seriyalı diplomun surətindən görünür ki, İddiaçı həmin universitetinin Hüquq fakultəsi Hüquqşünaslıq ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının ailəli olmaqla iki azyaşlı uşağı vardır, Kəlbəcər rayonundan məcburi köçkün ailəsi olaraq Bakı şəhərində məskunlaşmışdır. İş materiallarında olan əmək kitabçasından və xasiyyətnamədən görünür ki, iddiaçı 2003-cü il tarixdən 2019-cu il tarixədək Gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xidməti fəaliyyətinin intizam qaydalarına riayət edilməsi və tuduğu vəzifə üzrə funksiyalaının yerinə yetirilməsində müsbət işçi kimi xarakterizə olunmuşdur. Apellyasia baxışı zamanı məhkəmə kollegiyası tərəfindən 23 oktyabr 2019-cu il tarixində Komitədə həyata keçirilmiş təşkilati-ştat tədbirləri nəticəsində iddiaçının sərəncamda saxlanmasını müəyyən edən, onun Gömrük orqanlarında vakant vəzifələrə keçirlməsinin qeyrimümkün olduğunu, həmçinin ona başqa vəzifəyə keçirlmə ilə bağlı təklifin olunub- olunmaması və ya başqa vəzifəyə keçirlmə ilə bağlı təklifdən imtina olunmasını təsdiq edən sənədlərin təqdim olunması ilə bağlı sorğu verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 23 noyabr 2021ci il və 10 fevral 2022-ci il tarixli cavab məktublarından görünür ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri AR Prezidentinin 2012-ci il 04 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Təşkilatiştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Eyni zamanda İddiaçı sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir. AR Prezidentinin 2010-cu il 12 noyabr 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar AR Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyyatında və digər kütləvi informasiya vasitələrində elan verilir. İş materiallarından göründüyü kimi, iddiaçı apelyasiya instansiyası məhkəməsində icraat zamanı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmiş və apellyasiya məhkəməsi tərəfindən ərizə icraata qəbul edilmişdir. İPM-nin “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələbinə əasən yeni təqdim edilmiş sübutları (sübutetmə vəzifəsini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə Kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq işi materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının dəqiqləşdirilmiş tələbinin birinci hissəsi, yəni “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin İddiaçı aid olan hissədə ləğv edilməsi ilə baglı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri və komitə sədrinin səlahiyyətləri AR Prezidentinin 2012-ci il 04 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İG nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskression səlahiyyətinə aid olduğundan İddiaçı Sərəncama götürülməsi haqqında 24 iyul 2019-cu il tarixli 1000/805Ş əmri qanuni və əsaslı olmuşdur. İddia tələbinin digər hissəsinin, yəni iddiaçının xidmətinə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 1000/1287Ş saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa edilməsi hissəsi ilə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələbin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Normanın hüquqi təhlili göstərir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Hazırki halda isə sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Belə oldugu halda birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılarkən buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23 oktyabr 2019-cu il tarixli əmrin əsasları ilə bağlı hər hansı bir araşdırma aparmamış, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Həmin Əsasnamənin 50-ci bəndinə əsasən Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Gömrük orqanının vəzifəli şəxsinin həmin gömrük orqanında, həmin yerdə yerləşən digər gömrük orqanına və ya digər yerə xidmətə keçirilməsinə gömrük orqanının vəzifəli şəxsinin razılığı əsasında yol verilir. Həmin Əsasnamənin 53-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər: 1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi; 2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi; 3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslərin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə: səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə; intizam tənbehi qaydasında. Həmin Əsasnamənin 114-cü bəndinə əsasən kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir. Attestasiya zamanı hər bir gömrük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Həmin Əsasnamənin 115-ci bəndinə yalnız müvafiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. Həmin Əsasnamənin 120.4-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə xitam verilə bilər. Həmçinin Əsasnamənin 120.7-ci bəndinə əsasən tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda xitam verilə bilər. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2-ci maddəsində qeyd olunur ki, əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli məsələyə, yəni gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələri tətbiq edilməklə münasibət bildirilməlidir. Cavabdeh Komitənin 2019-cu il 24 iyul tarixli, 1000/805ş saylı əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun inspektoru iddiaçı, Əsasnamənin 50ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) diskresion səlahiyyətdən çıxış edərək Komitənin sərəncamına götürüldüyünü və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından ona hər hansı başqa vəzifənin təklif edilmədiyini və onun digər vəzifəyə keçirilməsinin mümkün olmadığı üçün də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il, 23 oktyabr tarixli, 1000/1287ş N-li əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən xitam verildiyini bildirmişdir. İş materiallarından göründüyü kimi iddiaçının gömrük orqanlarında xidmətinə xitamla əlaqədar başqa nöqsanın olmasına dair cavabdeh məhkəməyə hər hansı sübutunu təqdim etməmişdir. Məhkəmə araşdırmaları zamanı, verilən sorğulara cavablarda da bu hal, yəni iddiaçının gömrük orqanlarında xidmətinə xitamın başqa səbəbi göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə görə 1) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.2) Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən 1) İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2) Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.3) İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4) Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5) İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 6) İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 7) İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən 1) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2) İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu Məcəllənin 74-cü maddəsinə görə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə görə də tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda sadalanan normaları onu deməyə əsas verir ki, cavabdehin iddiaçının gömrük orqanlarında xitamla əlaqədar 1000/1287ş N-li ƏMR-i üzrə 2019-cu il, 23 oktyabr tarixli qərarı əsassızdır. Azərbaycan Respublikası Gömrük Komitəsinin verdiyi 23 oktyabr 2019-cu il tarixli. 1000/1287Ş №-li əmr qanunsuz olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Cavabdeh təşkilat İddiaçı xidmətinə xitam verərkən 23 oktyabr 2019-cu il tarixli, 1000/1287Ş №-li əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Cavabdeh isə iddiaçının 16 illik iş təcrübəsi olduğunu, vəzifəsini məsuliyyətlə, vicdanla, dəqiqliklə və peşəkarlıqla yerinə yetirməsini nəzərə almamışdır. Həmçinin 2018-ci ilin aprel ayında attestasiya imtahanından da uğurla keçmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Gömrük Komitəsi Əmək Məcəlləsinin 78.2-ci maddəsini pozaraq 23 oktyabr 2019-cu il tarixli, 1000/1287Ş №-li əmr qəbul etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməyə iddia ərizəsi təqdim edərkən ailəli olduğunu, öhdəsində iki 16 yaşına çatmamış uşağının olmasını və ərinin Kəlbəcər rayonundan məcburi köçkün olmasını təsdiq edən sənədlər və arayışlar təqdim etmişdir. Bakı İnzibati Məhkəməsi isə işə qanunun tələblərinə uyğun baxmamış, təqdim olunmuş sübutları araşdırmamışdır. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında’' Əsasnamənin 50-ci maddəsinə əsasən Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır. İddiaçı da 24 iyul 2019-cu il tarixdə müəssisənin sərəncamına götürülmüşdür. Üç ay müddətinə müəssisənin sərəncamına verilmiş, lakin təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, iddiaçını gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduğunu bəhanə edərək işdən əsassız çıxarılmışdır. İddiaçının öhdəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, 16 ildən çox gömrük orqanlarında fasiləsiz, qüsursuz işləməsini, həyat yoldaşının məcburi köçkün olmasını və sair halları nəzərə alaraq ona üç ay müəssisənin sərəncamında olduğu müddətdə ixtisasına uyğun heç bir başqa iş təklif edilməmişdir. İddiaçı xidmətinə xitam verilərkən iddiaçıya işinə xitam verilməsi səbəbi deyilməmiş, hansı səbəbdən isə iddiaçını başqa vəzifəyə keçirilməsi mümkün olduğu halda işdən səbəbsiz və əsassız olaraq 23 oktyabr 2019-cu il tarixli. 1000/1287Ş №-li əmr qəbul edilmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 127-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. İddiaçı bu hüquqlarından istifadə edərək Azərbaycan Respublikası Gömrük Komitəsinə və Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin heç bir müsbət nəticə əldə edilməmiş, iddiaçının vakant vəzifəyə keçirilməsi mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda iddiaçıya sərəncama götürüldüyü dövrdə başqa vəzifə təklif edilməmiş, iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləməsi üçün heç bir şərait yaradılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırmaları zamanı cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, iş materiallarında sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina oluması haqqında da sübut yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Avropa İnsan Hüquqlarının və X2 Haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci hissəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq aparılması hüququna malikdir. Həmin Konvensiyanın 18-ci maddəsinə əsasən hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməklə İddiaçı gömrük organlarında ixtisasına uygyn müvafiq vəzifə ilə təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmri ləğv edilsin. İddiaçı Gömrük orqanlarında ixisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar