Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-324/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2030/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 65 yaşı tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1957-ci il tarixdə doğulmuşdur. 15 may 1976-cl il tarixdən 13 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 1 sentyabr 1979-cu il tarixdən 28 may 1984-cü il tarixədək əyani təhsil almış, daha sonra əmək fəaliyyətinə başlamış, 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş əmək kitabçasına, hərbi bilet və diplomun surətlərinə əsasən sığorta stajı (15 may 1976-cı il tarixdən 13 may 1978-ci il tarixədək hərbi xidmət və 1 sentyabr 1979-cu il tarixdən 28 may 1984-cü il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) 19 il 8 ay 15 gün təşkil edir, 1 yanvar 2006-cı il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 3 ay 13 gün sığorta stajına uyğun olaraq 14.868,89 manat, 2 noyabr 2020-ci il tarixdən 1 aprel 2022-ci il tarixədək 1.738,10 manat olmaqla, ümumilikdə 16.606,99 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. 1 yanvar 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasını cavabdeh bildirsə də, bu həqiqəti əks etdirmir. Çünki, 22 iyun 2006-cı il tarixdən fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır və buna görə ona ********** saylı VÖEN verilmiş, 9 yanvar 2019-cu il tarixdən etibarən vergi uçotundan çıxarılmışdır. Bu barədə vergi orqanına müraciət etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə bütün sosial sığorta haqlarını ödəmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, təqdim olunmuş sənədlərə əsasən onun ümumi iş stajı 19 il 8 ay 15 gün təşkil edir. “Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. 1 yanvar 2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində 22 iyun 2006-cı il tarixdən fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alındığı, sosial sığorta haqları ödədiyi və bu barədə qəbzin mövcud olduğunu bildirmişdir. Sözügedən qəbz inzibati orqana “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə ərizə ilə müraciət edərkən təqdim olunmamışdır...” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2030/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı xx xxx 1957-ci tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Belə ki, iş materiallarında olan Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar edilməmiş, pensiya kapitalı 2020-ci ilin noyabr ayından etibarən qeydə alınmışdır. Lakin birinci insatnsiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş qəbz və sosial sığorta şəhadətnaməsini mötəbər sübut kimi qəbul etmiş, yuxarıda qeyd olunanları araşdırmadan, göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı və ya 25 illik sosial sığorta stajı mövcud olmadığını, məhkəmənin sübüt kimi nəzərə aldığı mədaxil qəbzinin pensiya təyinatı üçün əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlər təqdim edərək, onun 2006cı il tarixdən fərdi sahibkar kimi vergi ödəyicisi kimi qeydiyyatına alındığını, 2019-cu il tarixdən isə uçotdan çıxarıldığını və bu barədə vergi orqanına müraciət etdiyini, eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə bütün sosial sığorta haqlarını ödədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birincisi, həmin Qanunun qeyd olunan 21.1-ci maddəsinin tələbindən göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti sığorta stajına daxil edilir. İddiaçının birinci instansiya məhkəməsinə və hazırkı apellyasiya mərhələsində təqdim etdiyi sənədlərə (**********632 nömrəli sosial sığorta şəhadətnaməsinə, Vergilər Nazirliyinin 13 xx-xx/1771 nömrəli 17 iyun 2002-ci il tarixli məktubuna və səndə qəbulu haqqında bildiribildirişinə, iddiaçının vergi orqanına qəqdim etdiyi ərizələrinə, “Respublika SKB-nin Quba 18/-505 nömrəli 28 iyun 2006-cı il tarixli bildirişinə və Dövlət Baytarlıq Xidmətinin 01 No-li xx.xx.2015-ci il tarixli arayışına) əsasən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixli ərizəsinə əsasən həmin tarixdə ona ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmiş, o, maldarlq sahəsində süd, pendir, yağ və s. heyvandarlıq məhsulları istehsalı ilə məşğul olmuş, 2019-cu ilə qədər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini davam etdirmiş, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən vergi uçotundan çıxarılmışdır. İkincisi, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının birinci instansiya məhkəməsinə surətini, hazırkı apellyasiya mərhələsində isə əslini məhkəməyə təqdim etdiyi ciddi hesabat sənədi hesab edilən - “Dövlət Sosial Müdafiə Fondunun Öinəqədi Rayon Şöbəsinin “Məcburi dövlət sosial sığorta haqqı üçün 27 sentyabr 2007-ci il tarixli 176353 nömrəli “Mədaxil Qəbzi”nə əsasən müəyyən olunur ki, onun tərəfindən 20 (iyirmi) manat sosial sığorta haqqı ödənilmişdir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-22-1.2-ci maddələrinin qeyd olunan tələbləri baxımından xx.xx.1957-il təvəllüdlü iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranımış olur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia ərizəsinin və apellyasiya şikayətinin iddiaçının 2018-ci ilin iyul ayının 1-nə qədər fərdi hnsabının sığorta hissəsində pensiya kapitalının mövcud olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməklə cavabdeh onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarı ilə əsassız olaraq iddianın təmin edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2030/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2030/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-324/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-324/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver