Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3240/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: XN Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7057/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə zamanı döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ilin yanvar ayından Göygöl özünümüdafiə batalyonunda bir sıra döyüşlərdə, həmin ilin mart ayının 3-dən isə Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etməklə Vətənin ərazi bütövlüyü uğrunda keçmiş Ağdərə rayonu ərazisində aparılan bir sıra döyüşlərdə iştirak etmişdir. N992-ci ilin noyabr ayında həmin hərbi hissə ləğv edilmiş və iddiaçı həmin rayon ərazisində yerləşən N saylı hərbi hissəyə keçirilmişdir. Daha sonralar isə iddiaçı Göygöl rayonu Hacıkənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Xidmət etdiyi vaxt ərzində iddiaçı dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının qardaşı Qiyas Rzayev N994-cü ilin may ayında torpaqların ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə qəhrəmancasına həlak olduğundan iddiaçı dəfndə iştirak etmiş və bundan bir neçə gün sonra isə müharibə atəşkəslə əlaqədar dayandırıldığından hərbi xidmətdən tərxis olunsa da, iddiaçı indiyə kimi müharibə veteranı və vəsiqəsi ala bilməmişdir. İddiaçının rəsmi müraciətinə əsasən cavabdehin xx.xx.20N7cı il tarixli məktubunda arxiv arayışına əsasən şəxsi heyətin siyahısından çıxarılmağını təsdiq edən sənəd olmadığından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdeh orqanın Mərkəzi Arxivindən daxil olmuş N saylı hərbi hissə komandirinin N və N saylı əmrlərindən çıxarışlardaniddiaçı həqiqətən də göstərilən hərbi hissədə xidmət etmişdir. Lakin iddiaçıya məlum olmayan səbəbdən iddiaçının şəxsi heyətin siyahısından çıxarılmasını təsdiq edən sənəd cavabdeh orqanın Mərkəzi Arxivində müəyyən edilməmişdir. Əgər iddiaçı qanunauyğun surətdə tərxis olunmasaydı və ya xidmət yerini özbaşına tərk etsəydi hərbi hissə hüquq mühafizə orqanlarına müraciət edərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7057/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin N və N saylı əmrlərindən çıxarışlardan da görünür ki, İddiaçı həqiqətən də göstərilən hərbi hissədə xidmət etmişdir. Lakin iddiaçıya məlum olmayan səbəbdən iddiaçının şəxsi heyətin siyahısından çıxarılmasını təsdiq edən sənəd cavabdeh orqanın Mərkəzi Arxivində müəyyən edilməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakı sübutlara nəzər yetirir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2N saylı məktubunun təsdiq edilmiş surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N5N nömrəli əmrində (əsas: səh-2N, sıra-5, əmrdə atasının adı yazılmamışdır) İddiaçı 4-cü bölükdən N-ci bölüyə dəyişdirilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 3 nömrəli əmrilə (əsas: səh-7, sıra-74) İddiaçı xx.xx.N992-ci il tarixdən əmrə salınaraq N-ci bölükdə atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 56 nömrəli əmrində (əsas: səh-3, sıra-N55, əmrdə atasının adı tam yazılmamışdır) 2-ci MSRda tağım komandirinin müavini vəzifəsində İddiaçı A. oğlunun adı qeyd olunmuşdur. Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N avqust N992 - dekabr N992-ci il, mart-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, N nömrəli hərbi hissə komandirinin N avqust N992-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Hazırki işin apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 2229 nömrəli məktubundan görünür ki, xx.xx.N968-ci il təvəllüdlü İddiaçı xx.xx.N986-cı il tarixindən xx.xx.N988-cı il tarixinədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir və xx.xx.N992-ci il tarixdə səfərbərliklə əlaqədar olaraq Azərbaycan Ordusuna çağırılmışdır. İddiaçı Azərbaycan Ordusunda digər hərbi xidməti və ehtiyata buraxılması barədə heç bir məlumat yoxdur. - Məhkəmə kollegiyasının sorğusuna əsasən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivindən daxil olmuş məktubdan görünür ki, İddiaçı barəsində 8N5 N-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N5N N-li , xx.xx.N992-ci il tarixli 3 N-li və xx.xx.N992-ci il tarixli 56 N-li nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə təqdim edilmiş, həmçinin, arxivdə olan 8N5 N-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə məlumat aşkar olunmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş üzrə araşdırılmış hallardan görünür ki, 8N5 №li hərbi hissə komandirinin N5N№li Əmri üzrə 23 aprel N992-ci il tarixli Arxiv Çıxarışına əsasən, 5. İddiaçı 4-cü bölükdən N-ci bölüyə dəyişdirilmişdir. 8N5 №li hərbi hissə komandirinin 3№li Əmri üzrə 0N iyun N992-ci il tarixli Arxiv Çıxarışından görünür ki, 374. İddiaçı bölükdə atıcı vəzifəsinə təyin olunmuşdur. 8N5 №li hərbi hissə komandirinin 56№li Əmri üzrə 28 avqust N992-ci il tarixli Arxiv Çıxarışından görünür ki, 2-ci MSR-da tağım komandirinin müavini vəzifəsində İddiaçı A. oğlunun adı qeyd olunmuşdur. Lakin məhkəmə sorğularına verilmiş cavablardan da məlum olduğu kimi, İddiaçı Azərbaycan Ordusunda digər hərbi xidməti və ehtiyata buraxılması barədə heç bir məlumat tapılmamışdır. Göründüyü kimi, iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, həmçinin, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması iş materialları ilə öz təsdiqini tapmadı. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 8N, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7057/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3240/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3240/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver