Məhkəmə qərarları › İş №2-1(103)-3240/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3240/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3240/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X4rşı “diplom üzrə ixtisasın tanınması və ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1194/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona bakalavr təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə X16nə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 may 2023-cü ildə İsveçrənin Cenevrə şəhərində X20 üzrə bakalavr dərəcəsi almış və ona beynəlxalq diplom verilmişdir. Təhsildə X16nin 27 mart 2024-cü il tarixli, № NA00025051 saylı qərarı ilə Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, onun əldə etdiyi “kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları”nın 3.10.1 -ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Hesab edirlər ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı müəssisənin İspaniya filialının akkreditasiyası olmamışdır. Belə ki, AU Biznes məktəbi İspaniyada Universitetlər, Mərkəzlər və Təlim İnstitutlarının Reyestrində Avropa Kolleci-EC Biznes Məktəbi kimi qeydiyyatdan keçmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində Cenevrə və Vaud kantonları tərəfindən rəsmi icazə verilən, İsveçrədə qeydiyyatan keçmiş və beynəlxalq akkreditasiyası olan AB Biznes Məktəbinin bakalavr, magistr və MBA dərəcələrinin Katolik Universiteti tərəfindən təsdiqləndiyini və 2016-cı ilin oktyabrından 2022-ci ilin may ayınadək AB Biznes Məktəbi Cenevrə və Vaud kantonları tərəfindən rəsmi icazə verilən, İsveçrədə qeydiyyatdan keçmiş və beynəlxalq akkreditasiyası olan özəl təhsil müəssisəsində təhsil aldığını qeyd etsə də, Agentlik tərəfindən ərizəçiyə Avropa Universiteti Biznes Məktəbinin hansı filialında təhsil aldığını müəyyənləşdirmək məqsədilə ünvanladığı mail-ə cavab olaraq Barselona filialında təhsil aldığını bildirmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2002ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1194/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialı Cenevrə və Vaud kontonlarında, həmçinin İspaniyada qeydiyyatdan keçmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.1-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının 5 mart 2004-eü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). İddiaçı 17 may 2023-cü ildə İsveçrənin Cenevrə şəhərində X20 üzrə bakalavr dərəcəsi almış və ona beynəlxalq diplom verilmişdir. Təhsildə X16nin 27 mart 2024-cü il tarixli, № NA00025051 saylı qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinaya əsas kimi əsassız olaraq göstərilmişdir ki, guya İddiaçı əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina haqqında Təhsildə X16nin 27 mart 2024-ü il tarixli, № NA00025051 saylı qərarını əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları”na əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üzrə ümumi tələbdir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Təhsildə X16nin 27 mart 2024-il il tarixli, № NA00025051 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə uyğun deyildir. Belə ki, İddiaçı müvafiq kvalifikasiyaya dair əldə etdiyi sənəd Avropa universiteti Biznes Məktəbi Cenevrə və Vaud kantonları tərəfindən rəsmi olaraq icazə verilmiş, İsveçrədə qeydiyyatdan keçmiş və beynəlxalq akkreditasiyası vardır. Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmişdir. İddiaçı 2016-cı ilin oktyabr ayından 2022-ci il may ayınadək AB Biznes Məktəbi Cenevrə və Vaud kantonları tərəfindən rəsmi olaraq icazə verilən, İsveçrədə qeydiyyatdan keçmiş və beynəlxalq akkreditasiyası olan özəl təhsil müəssisəsində təhsil almış, 2023-cü ilin may ayında komitə qarşısında iki yekun iş və bir dissertasiya daxil olmaqla buraxılış tələblərini yerinə yetirmiş, həmin təhsil müəssisəsini bitirmişdir. O, 1 7 may 2023-cü ildə İsveçrənin Cenevrə şəhərində X20 üzrə bakalavr dərəcəsi almış və ona Cenevrə Universiteti tərəfindən beynəlxalq diplom verilmişdir. Bitirdiyi qeyd olunan Avropa Universiteti Biznes Məktəbi İspaniyada Universitetlər, Mərkəzlər və Təlim İnstitutlarının Reyestrində (RUST) Avropa Kolleci-EC Biznes Məktəbi kimi 08073429 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cenevrə və Vaud kantonları tərəfindən rəsmi olaraq icazə verilən İsveçrədə qeydiyyatdan keçmiş və beynəlxalq akkreditasiyası olan AB Biznes Məktəbinin bakalavr, magistr və MBA dərəcələri Katolik Universiteti tərəfindən təsdiqlənir. Eyni zamanda, İsveçrədə qeydiyyatdan və beynəlxalq akkreditasiyadan keçmiş Avropa Universiteti Biznes Məktəbi San Antonio de Mursia (UCAM) Universitetlər, Mərkəzlər və Təlim İnstitutlarının Reyestrində (RUST) 066 nömrəsi ilə universitetlər reyestrinə daxil edilmişdir. Bu proqramları bitirən tələbələr UCAM tərəfindən verilən müvafiq universitet dərəcəsini (titulo propio) alırlar. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina haqqında Təhsildə X16nin 27 mart 2024-cü il tarixli, № NA00025051 saylı Qərarı əsassızdır və İddiaçı Bakalavr təhsilinə aid kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə X16nə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublrkasınln tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-11Q saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci ii oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasinin 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanindan və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzalanan notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanin 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanin tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-563/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmudur ki, “Göründüyü kimi İsveçrə Konfederasiyasının Birləşmiş Beynəlxalq Biznes Məktəbləri İsveçrədə müstəqil özəl ali təhsil müəssisəsi olduğuna görə və dövlətdən subsidiya almadığına görə ali təhsil kursları imtahanlar təşkil etmək və özəl dərslər vermək üçün dövlətdən xüsusi icazə tələb olunmur. Lakin təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət özəl ali təhsil müəssisələrində vaxtaşırı akkreditasiyalar keçirir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - EU Biznes Məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş diplomun notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı “Biznes idarəetməsi” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - Təhsildə X16nin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli, NA00025051 №-li qərarın surətindən müəyyən olunur ki, “... Ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir.” İşdən müəyyən olunur ki, iddiaçı 17 may 2023-cü ildə İsveçrənin Cenevrə şəhərində X20 üzrə bakalavr dərəcəsi almış və ona beynəlxalq diplom verilmişdir. Hazırkı iddia ilə bağlı cavabdehin etirazının dəlili əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.47-ci maddəsinə əsasən təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə (ENİC/NARİC) – Avropa Regionu üzrə X6 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X2 (TSİMŞ). Bu Şəbəkəyə xaricdə əldə olunmuş kvalifikasiyalarla bağlı informasiya və məsləhət xidmətləri göstərən, bu kvalifikasiyaların qiymətləndirilməsini həyata keçirən və beynəlxalq təhsil sənədlərinin tanınmasına yardımçı olmaqla milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edən milli mərkəzlər daxildir. Avropa İttifaqında diplomların, diploma əlavələrin, kredit transferi sistemlərinin tanınması haqqında məlumatların verilməsini təmin edir. ENİC/NARİC Avropa Regionu üzrə X6 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X2 ki, bu Şəbəkə milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edir. Bu hal isə öz növbəliyində həmin Şəbəkəyə daxil olan məlumatların həqiqiliyinə şübhə doğurmur. İddiaçının “Biznesin idarəedilməsi” ixtisası aldığı İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialı akkreditasiyadan keçməmiş və onun dövlət lisenziyası olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci bəndinə əsasən Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). 2-ci bəndinə əsasən Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. 3-cü bəndinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. 4-cü bəndinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. 16.2-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. 16.4-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır. 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 27.3-cü maddəsinə əsasən müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 27.3-1-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədində və bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş arayışda göstərilən məlumatlar X14 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların X14 Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur. 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 44.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə X16 (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; 1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X16nin Nizamnaməsi”nin Bənd 1.1. Təhsildə X16 (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.2.2. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Bənd 3.1.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Bənd 3.1.8. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçı İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialından bakalavr dərəcəsi almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.47-ci maddəsinə əsasən təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə (ENİC/NARİC) – Avropa Regionu üzrə X6 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X2 (TSİMŞ). Bu Şəbəkəyə xaricdə əldə olunmuş kvalifikasiyalarla bağlı informasiya və məsləhət xidmətləri göstərən, bu kvalifikasiyaların qiymətləndirilməsini həyata keçirən və beynəlxalq təhsil sənədlərinin tanınmasına yardımçı olmaqla milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edən milli mərkəzlər daxildir. Avropa İttifaqında diplomların, diploma əlavələrin, kredit transferi sistemlərinin tanınması haqqında məlumatların verilməsini təmin edir. Avropa Şurası və YUNESKO tərəfindən diplomların/ixtisasların tanınması ilə bağlı bütün Avropa ölkələri üçün ümumi siyasət və təcrübənin birləşdirilməsi və tətbiqi məqsədi ilə yaratmış olduğu ENİC-NARİC-da (https://www.enic-naric.net) araşdırma zamanı iddiaçının təhsil aldığı universitetin akkreditasiya almış təhsil müəssisələrin siyahısında müəyyən edilməmişdir. ENİC/NARİC Avropa Regionu üzrə X3 (ARİMŞ) məlumatlarının şübhə doğurmadığı müəyyən edildiyi halda qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı universitet akkreditasiyadan keçməmiş və onun dövlət lisenziyası olmamışdır. İsveçrədə Akkreditasiya prosesini uğurla başa vurmuş ali təhsil müəssisələrinin siyahı həmçinin X7 veb səhifəsində göstərilmişdir ki, iddiaçının təhsil aldığı universitetin həmin siyahıda olması müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının təhsil aldığı universitetin lisenziya əsasında fəaliyyət göstərib-göstərməməsi, akkreditasiyadan keçib-keçməməsi həm X7 veb səhifəsində, həm də Avropa Şurası və YUNESKO tərəfindən yaradılmış ENİC-NARİC-da (https://www.enicnaric.net) axtarış zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üzrə nəzərdə tutulmuş 5 ümumi tələbdən biridir. Hazırkı halda bu tələb iddiaçının təhsil aldığı İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialı barəsində ödənilmir. Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, xx.xx.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının diplomuna İsveçrə Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir. Bu hal diplomun ölkə daxilində qoyulmuş tələblərə uyğun qaydada tərtib edildiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınması üçün məcburilik tələbi yaratmır. Ali təhsil haqqında sənəd digər tələblərlə yanaşı, həmçinin onu verən təhsil müəssisəsi qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyət göstərdiyi halda hüquqi əhəmiyyətli sənəd hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Təhsildə X16 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026cı il tarixli, 3-29-61/2-13/2026 nömrəli məktubda qeyd edilir ki, Məhkəmənin şifahi mövqeyinə əsasən həmin qurumun səlahiyyətli keyfiyyət qurumu kimi müəyyən edilməsinin əsasları da cavabdeh inzibati orqan tərəfindən yenidən təhlil edilmişdir, bununla bağlı olaraq, Avropa Ali Təhsil X15 üzrə Assosiasiyanın (ENQA) tam hüquqlu üzvü və öz ölkəsində dövlət orqanı statusunda olan İsveçrə Akkreditasiya və X16 üzrə həmin Assosiasiyanın rəsmi saytındakı məlumat, İsveçrə Akkreditasiya Şurasının öz rəsmi saytında onun mandatı və fəaliyyəti barədə məlumat, həmçinin qərarverici orqan olan Şuranın icraedici orqanı kimi Agentliyin mandatı və fəaliyyəti barədə məlumat, həmçinin oxşar faktiki hallara sahib iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının rəsmi sorğusuna cavab olaraq bu qurumdan daxil olan və iş üzrə münasibət bildirməkdən əlavə onun səlahiyyətini təsdiq edən cavab məktubu - Məlumatların elektron keçidləri də müvafiq olaraq təqdim olunur: https://aaq.ch/en/ - Agentliyin mandatı barədə məlumat https://www.enqa.eu/membership-database/aaq-swiss-aqency-ofaccreditation-and- qualitv-assurance/ (akkreditasiya orqanı barədə məlumat)/ENQA https://akkreditierungsrat.ch/en/council/ akkreditasiya orqanının mandatı barədə məlumat https://www.swissuniversities.ch/en/topics/studying/accredited-swiss-highereducation-institutions-1 - İsveçrə Konfederasiyasında akkredtasiyadan keçmiş universitetlərin siyahısı) Məktubda həmçinin qeyd edilir ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2257/2022 nömrəli qərarında İsveçrə Konfederasiyası Akkreditasiya Şurasının həmin siyahısının nəzərə alınmasının vacibliyi vurğulanmış, habelə, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(103)-1518/2023 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı tərəfin qeyd etdiyi İspaniya Krallığı ilə bağlı məlumatlar isə inzibati icraat zamanı diplomatik kanallar vasitəsilə göndərilmiş rəsmi sorğuya cavabda aydın və ətraflı formada göstərilmiş, qeyd olunan müəssisə də İspaniya Krallığında ali təhsil sənədi kimi hüquq verən akkreditasiyadan keçmiş ali təhsil müəssisəsi kimi təsnif olunmamışdır (məlumat iş üzrə elektron məhkəmə kabinetində mövcuddur). Aparılan inzibati icraat zamanı, İspaniya tərəfindən əldə olunmuş sorğu cavabına əsasən hazırkı iş üzrə iddiaçının əldə etdiyi təhsil sənədlərinin verildiyi ölkədə “titulos propios” yəni fəxri və rəsmi olmayan dərəcələr kimi təsnif olunduğu, buna görə də ümumiyyətlə rəsmi akademik və peşə hüquqlarını vermədiyi müəyyən olunur. Həmçinin, bu cür faktiki hallarla bağlı artıq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-316/2024 nömrəli qərarından da şikayət verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, oxşar iş üzrə İsveçrə Konfederasiyası Akkreditasiya Şurası tərəfindən məhkəməyə təqdim edilmiş 06 iyul 2023-cü il tarixli məktubda qeyd edilir ki, Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə Cenevrə Məktəbi akkreditasiyadan keçməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İsveçrə Konfederasiyası Akkreditasiya Şurası AAQ, İsveçrə Akkreditasiya və X8. O, İsveçrə Akkreditasiya Şurasının səlahiyyətləri altındadır. AAQ, Ali Təhsil Sektorunun Maliyyələşdirilməsi və Koordinasiyası haqqında Federal Qanuna (HEdA) uyğun olaraq, İsveçrə ali təhsil müəssisələrində institusional akkreditasiya prosedurlarını həyata keçirir. Bundan əlavə, İsveçrənin tibb və psixologiya peşələri haqqında qanunu AAQ-a tibb üzrə təlim və qabaqcıl təlim, eləcə də psixoterapiya, uşaq və yeniyetmə psixologiyası, klinik psixologiya, neyropsixologiya və sağlamlıq psixologiyasını əhatə edən psixologiya sahəsində qabaqcıl təlim üçün akkreditasiya orqanı rolunu həvalə edir. AAQ-ın beynəlxalq şəbəkəsi var və Almaniya və Avstriyada prosedurlar aparmaq hüququna malikdir. Bəzi xüsusi hallarda beynəlxalq qiymətləndirmələr də aparılır. AAQ, ali təhsil müəssisələrinə keyfiyyət təminatı sistemlərini tərtib etməyə kömək etmək üçün xarici tərəfdaş kimi çıxış edir və beləliklə, keyfiyyət mədəniyyətinin inkişafına töhfə verir. NARiC ESPANA Universitetlər Nazirliyi tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli məktubda qeyd edilir ki, UCAM akkreditə olunmuş bir mərkəzdir, akkreditə olunmuş təhsil müəssisələri titulos propios adlandırdıqları akkreditə olunmamış diplomlar təklif edir. Bu diplomlar nüfuzlu ola bilər, lakin rəsmi deyil və İspaniyada tanınmır. Əlavə edilmiş sənəd Titulo propio-dur və buna görə də AKKREDİTƏ EDİLMİR. Təqdim edilmiş sənədlərdən də müəyyən edilir ki, İsveçrə Akkreditasiya Şurası, İsveçrə ali təhsil sahəsində akkreditasiya və keyfiyyət təminatı üçün məsul olan federal hökumətin və kantonların birgə orqanıdır. Buna görə də, istər institusional, istərsə də proqram akkreditasiyası üçün Ali Təhsilin Maliyyələşdirilməsi Qanununa (HFKG) əsasən akkreditasiya qaydaları üçün səlahiyyətli qurumdur. Federal Konstitusiyaya əsasən, Konfederasiya və kantonlar İsveçrə ali təhsil sektorunda keyfiyyətə nəzarətə görə məsuliyyət daşıyırlar. Bu məqsədlə, onlar İsveçrə universitetlərinin akkreditasiyası ilə bağlı qərar qəbul etməyi - həm institusional, həm də proqram akkreditasiyaları üçün - İsveçrə Akkreditasiya Şurasına həvalə edirlər. Ali təhsil müəssisələrinin institusional akkreditasiyası və proqram akkreditasiyası İsveçrə Akkreditasiya Şurasının qərar qəbuletmə səlahiyyətinə tabedir. Akkreditasiya Şurası qərarlarını müəssisənin özünüqiymətləndirmə sessiyası hesabatına, ekspertlər panelinin hesabatına, akkreditasiya agentliyinin müraciətinə və müəssisənin bəyanatına əsasən qəbul edir. 01 yanvar 2015-ci il tarixində Ali Təhsil Sektorunun Maliyyələşdirilməsi və Koordinasiyası haqqında Federal Qanun (HEdA) ilə yaradılmış İsveçrə Akkreditasiya və X16 AAQ, 2001ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərən OAQ-ın varisidir. Mandat əsaslı fondlardan əlavə, İsveçrə Konfederasiyası və universitet kantonları tərəfindən dövlət maliyyəsi alır. İsveçrə Akkreditasiya Şurası (SAC) AAQ-ın büdcəsini və Maliyyə hesabatını qəbul edir və buna görə də agentliyin nəzarət şurası kimi çıxış edir. Akkreditasiya Şurası, İsveçrə ali təhsil sektorunda akkreditasiya və keyfiyyət təminatı üzrə federal hökumətin və kantonların birgə orqanı və HEdA-ya uyğun olaraq akkreditasiya prosedurları üçün akkreditasiya orqanıdır. Akkreditasiya Şurası əsasən ali təhsil müəssisələrini, iş dünyasını, tələbələri, qeyri-peşəkar müəllim heyətini və akademik heyəti təmsil edən 18 müstəqil üzvdən ibarətdir. AAQ, ali təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində fəaliyyət göstərən yeganə milli agentlikdir. AAQ, Ali Təhsil Sektorunun Maliyyələşdirilməsi və Koordinasiyası haqqında Federal Qanuna (HEdA) uyğun olaraq, İsveçrə ali təhsil müəssisələrində institusional akkreditasiya prosedurlarını həyata keçirir. AAQ, ali təhsil müəssisələrinə keyfiyyət təminatı sistemlərinin dizaynında kömək etmək üçün xarici tərəfdaş kimi çıxış edir və bununla da keyfiyyət mədəniyyətinin inkişafına töhfə verir. AAQ hazırda ENQA tərəfindən əlaqələndirilən hədəflənmiş yoxlamadan keçir. Daha ətraflı məlumatı burada tapa bilərsiniz. AAQ EQAR-da qeydiyyatdan keçib. EU Biznes Məktəbi tərəfindən verilmiş təhsil haqqında arayışda qeyd edilir ki, EU Biznes Məktəbinin qeydiyyatçısı cənab Nichoals Yeo, bununla təsdiq edir ki, xx xxxxx 1998-ci ildə Azərbaycan, Bakı şəhərində anadan olan cənab İddiaçı 17 may 2023-cü ildə İsveçrənin Cenevrə şəhərində X20 üzrə bakalavr dərəcəsini almışdır. EU Biznes Məktəbi tələbələrə proqramlarını istənilən kampusda oxumaq üçün imkan təklif edir. Cənab Əsədov 2016-cı ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər EU Barselona Kampusunda təhsil almış, bundan sonra 2023-cü ilin may ayında iki yekun işi və bir dissertasiyanı əhatə edən məzuniyyət tələblərini yerinə yetirmişdir. EU Biznes Məktəbi, İsveçrədə qeydiyyatdan keçmiş və Cenevrə və Vo kantonları tərəfindən rəsmi olaraq səlahiyyətləndirilmiş beynəlxalq akkreditasiyalara malik özəl bir təhsil müəssisəsidir. İspaniyada EU Biznes Məktəbi Registro de Universidades, Centros y Titulos (RUCT) saytında 08073429 nömrəsi ilə Avropa Kolleci - EC Biznes Məktəbi kimi qeyd olunub. Bütün EU Biznes Məktəbinin bakalavr, magistr və MBA dərəcələri X18 Antonio de Murcia (UCAM) tərəfindən təsdiqlənir və Registro de Universidades, Centros y Titulos (RUCT) saytında 066 nömrəsi ilə qeyd olunub. Bu proqramları bitirən tələbələr UCAM tərəfindən verilən müvafiq universitet dərəcəsini (titulo propio) alırlar. Azərbaycan Respublikasının İspaniya Krallığında və X5, eyni zamanda X17 yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim edilmiş “EU Business School”un akkreditasiyasına dair sənəddə qeyd edilir ki, Səfirliyin SMDR/1/118/25 saylı, 22 05 2025ci il tarixli məktubuna əlavə olaraq, TKTA tərəfindən haqqında sorğu edilən “EU Business School (EUBS) adlı təhsil mərkəzi X12 fəaliyyət göstərən ali təhsil mərkəzlərinə aidiyyəti üzrə cavabdehlik daşıyan Kataloniyanın Ali Təhsil sisteminin Keyfiyyəti üzrə Agentliyinin (AQU) “Katalonivada xarici ölkənin diplomunu təqdim edən mərkəz kimi akkreditasiya əldə etmişdir. AQU-nun rəsmi saytında isə qeyd edilmişdir ki, bu cür mərkəzlərin təqdim etdiyi xarici ölkə diplomları Kataloniyada rəsmi ali təhsil sənədləri kimi tanına bilməzlər. X13 Administrasiyasının (Generalitet de Catalunya) EUBS-nin fəaliyyəti ilə bağlı verdiyi 29.11,2022-ci il tarixli sərəncamından, həmçinin AQU-nun 2022-ci ilin iyul ayında yayımlanmış müvafiq hesabatından aydın olur ki, 2022-2025-ci illəri əhatə edən sözügedən akkreditasiya ilə Barselona şəhərində fəaliyyət göstərən "European Collage – EC Business School” adlı mərkəzə (özünü “EU Business School” brendi altında təqdim edən X19 Univeısity adlı təhsil müəssisəsinin “BA (Hons) in Business Management” bakalavriat proqramının Kataloniyada icrasına dair səlahiyyət verilmişdir. Akkreditasiyanın 2025-cı ildə yenilənməsinə dair məlumat cari tarixdə AQU-nun rəsmi saytında dərc edilməmişdir. Həmin proqramdan məzun olan səxslərə diplomlar Derbi Universiteti tərəfindən verilir və bu diplomların İspaniya Krallığında tanınması üçün müvafiq prosesdən (homologacıon) keçməsi tələb olunur. Belə ki, həmin diplomlar İspaniyada xarici ölkə (Böyük Britaniya) universitetindən əldə edilmiş diplom hesab edilir. Cari ilin iyun ayında AQU tərəfindən dərc edilmiş hesabatda EUBS-nin daha 2 proqramının (MBA və MsC) həyata keçirilməsinə dair akkreditasiya müraciətlərinə müsbət rəy verilmişdir. EJBS-mn rəsmi saytındakı məlumatda bildirilir ki, bu proqramların məzunlarına Böyük Britaniya tərəfindən tanınan X9-nin diplomları təqdim edilir. Bu baxımdan, EUBS tərəfindən təqdim edilən diplomların X19 və X1 aid olması nəzərə alınaraq, bu iki təhsil qurumunun Böyük Britaniyadakı hüquqi statuslarının müəyyənləşdirilməsi əhəmiyyət kəsb edir. Beləliklə, AQU-nun rəsmi saytında dərc etdiyi məlumatlardan da aydın olduğu kimi, EUBS İspaniyanın Kataloniya bölgəsində ali təhsil qurumu kimi deyil, “xarici təhsil mərkəzi” kimi qeydiyyatdan keçmiş və xarici ölkələrin ali təhsil mərkəzlərinin proqramlarını həyata keçirən bir qurumdur. Məhz bu səbəbdən də, AQU tərəfindən institusional akkreditasiya verilmiş təhsil məktəblərinin Siyahısında EUBS mövcud deyil. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1194/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1194/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar