Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3248/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ pensiyanın yenidən hesablanması və s”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyyin edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 284,16 manat yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-7-156518/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 227/2023 saylı qərarına əsəsən iddiaçının pensiya məbləği 313,43 manatdan 327,21 manata qaldırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan məbləğinin hər ay üçün 327,21 manat müəyyən edilməklə 11.779,56 manat yaranacaq fərqin birdəfəlik olaraq ödənilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi və maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan məbləğinin hər ay üçün 367 manat müəyyən edilməklə 13.219 manat yaranacaq fərqin birdəfəlik olaraq ödənilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi və maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilmsəi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, ona rəsmi olaraq pensiya təyin edilməmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh təşkilat apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə cavabndehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından vermiş olduğu kassasiya şikayəti qismən təmin edilməklə həmin qərar ləğv edilmiş, iş təkarar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh təşkilatın apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin bu iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan cavabdeh təşkilat yenidən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Yalnız bundan sonra cavabdeh təşkilat ona pensiya məbləğinin hesablanması haqqında qərar qəbul etmiş, nədənsə yenidən ona qarşı qərəzli münasibət bəsləyərək həmin məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə olan dövr üçün müəyyən olunmuş məbləğdə hesablamaqla kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin dövrə görə alacağı pensiya məbləği 189,76 manat məbləğində müəyyən edilməklə almadığı xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək müddət üzrə cəmi 7912 manat 80 qəpik pul vəsaiti hesablanmış və həmin məbləğin cari ilin may ayından etibarən hər ay 133,88 manat olmaqla pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi qərara alınmışdır. Mərkəzi Fialal tərəfindən 22 sentyabr 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən 248,16 manat məbləğində hesablanmışdır. Ötən müddətdə “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyam 285,27 manat, həmin Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 327,21 manat təşkil etmişdir. Göründüyü kimi halhazırda onun pensiyası 327,21 manat təşkil etdiyi halda cavabdeh təşkilat heç bir əsas olmadan ona xx.xx.2018-ci il tarixdən 13 mart 2021-ci il tarixədək ödənilməli olan əmək pensiyasını düzgün hesablamamaqla, ödənilməli olan məbləği hazırki dövrə olan məbləğlə qiymətləndirməli olduğu, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərini kobud surətdə pozmaqla ona pensiya hesablanmışdır.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 22 sentyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 13 mart 2021-ci il tarixindən 248,16 manat məbləğində hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 1641,08 manat pul vəsaiti hesablanıb. Həmin 1641,08 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Sonradan iddiaçının əmək pensiyası 57 yaşının tamam olduğu 13 mart 2018-ci il tarixindən təyin edilərək yenidən hesablanmasının və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişməsi nəticəsində iddiaçının iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart2023-cü il tarixli 2-1(102)-227/2023 qərarı ilə təmin edilərək əmək pensiyanızın 13 mart 2018-ci il tarixindən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi Mərkəzi Filiala həvalə olunub. Sözügüdən məhkəmə Qərarına uyğun olaraq iddiaçının əmək pensiyası 8 may 2023cü il tarixində tərəfimizdən yenidən hesablanıb. Belə ki, iddiaçının pensiya hüququnu yarandığı tarixə (xx.xx.2018-ci il) onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 42125,34 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixə (xx.xx.2018-ci il) 189,76 manat (42125,34:222 ay (63 il 6 ay-57 il=78 ay+144 ay)) məbləğində müəyyən edilib. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün əlavə olaraq ona ödənilməli olan 7912,80 manat pul vəsaiti hesablanıb. Həmin 7912,80 manat pul vəsaiti car ilin may ayından etibarən hər ay 133,88 manat olmaqla onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən iddiaçının əmək pensiyası 285,27 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 327,21 manat təşkil edir. Göründüyü kimi, pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, inzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində, iddiaçının vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM- in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Eyni zamanda bildirilir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı inzibati orqana rəsmi müraciəti olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddiaçının əsas tələbi pensiyanın əvvəlki dövr üçün hesablanan məbləğinin müraciət etdyi vaxta münasibətdə yenidən indeksləşdirilərək verilməsidir. İş materiallarından müəyyən edilir ki, iddiaçının ötən dövrlər üzrə ödənilməli olan pensiyası onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmiş məbləğinə uyğun hesablanmış və ödənilməkdə davam edir. İddiaçının tələb etdiyi yenidən indeksləşdirilmə və ya keçmiş dövr üzrə ödənilməli pensiya məbləğinin cari pensiya məbləği üzrə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “kompensasiya” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “pensiyanın yenidən hesablanması” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir
Tətbiq edilən hüquq
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2017-dən xx.xx.2019- dək qüvvədə olan redaksiya) 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2019-dan qüvvədə olan redaksiya) 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir.Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
22. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.
23. İlk növbədə qeyd edilməlidir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Bu mexanizm əmək pensiyalarına da şamil edilmişdir. Əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi ilə tənzimlənir.
24. Hazırkı iş üzrə iddiaçının əsas tələbi pensiyanın əvvəlki dövr üçün hesablanan məbləğinin müraciət etdyi vaxta münasibətdə yenidən indeksləşdirilərək verilməsidir.
25. Belə ki, iddiaçı apellyasiya şikayətində də əmək pensiyasının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan məbləğinin hər ay üçün 367 manat müəyyən edilməklə 13.219 manat yaranacaq fərqin birdəfəlik olaraq ödənilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi və maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilmsəi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə Kollegiyası apellyasiya şikayətini əsaslı saymır və qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya 22 sentyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 13 mart 2021-ci il tarixindən 248,16 manat məbləğində hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 1641,08 manat pul vəsaiti hesablanıb xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Sonradan iddiaçının əmək pensiyası 57 yaşının tamam olduğu 13 mart 2018-ci il tarixindən təyin edilərək yenidən hesablanmış, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixə (xx.xx.2018-ci il) 189,76 manat (42125,34:222 ay (63 il 6 ay-57 il=78 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün əlavə olaraq ona ödənilməli olan 7912,80 manat pul vəsaiti hesablanıb, həmin 7912,80 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 133,88 manat olmaqla onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən iddiaçının əmək pensiyası 285,27 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 327,21 manat təşkil edir. İddiaçının mübahisələndirdiyi əvvəlki dövr üzrə hesablanmış məbləğin hazırkı dövrə uyğun indeksləşdirilərək yenidən hesablanmasıdır.
27. İş materiallarından müəyyən edilir ki, iddiaçının ötən dövrlər üzrə ödənilməli olan pensiyası onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmiş məbləğinə uyğun hesablanmış və ödənilməkdə davam edir.
28. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələb etdiyi yenidən indeksləşdirilmə və ya keçmiş dövr üzrə ödənilməli pensiya məbləğinin cari pensiya məbləği üzrə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının “pensiyanın yenidən hesablanması və s.” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin еdilməməlidir.
29. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçının digər “kompensasiya” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “pensiyanın yenidən hesablanması” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir.
30. Nəzərə almaq lazımdır ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.(İPM-in 68-ci maddəsi)
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.