Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-325/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); XN və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.N955-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, iddia ərizəsinə əsasən Xocalı şəhərində qeydiyyatda olan, Abşeron ray., Masazır qəs., Yeni ünvan N m.30 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair N saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(8N)-4N2N/20N9 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxxxx 20N9-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir vəzifə olaraq öhdəsinə qoyulması tələbinə dair iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx N955-ci il tarixdə Xocalı şəhərində doğulmuş və Xocalı şəhərində yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Xocalı şəhəri "Özünümüdafiə" dəstəsinin tərkibində könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək üçün getmiş və N saylı hərbi hissənin şəxsi heyyət siyahısına daxil edilmişdir, Xocalı şəhər özünü müdafiə batalyonun dəstə komandiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən də Qarabağın dağlıq hissəsində döyüşlərdə iştirak etmişdir. xx xxxxxx N994-cü ildə ordu sıralarından tərxis edilmişdir. Həmçinin, ona məxsus hərbi bilet işğal zonasında qalmışdır və bərpa etmək mümkün olmamışdır. N saylı hərbi hissənin şəxsi heyətində olması döyüş əməliyyatlarında iştirakı barədə arxiv məlumatları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.20N8-ci il tarixli arxiv arayışında qeyd edilmişdir. Xocalı RİHB-sı tərəfindən xx.xx.20N9-cu il tarixdə verilmiş arayışda da Xocalı şəhər “Özünümüdafiə” dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir və verilmiş cavabda xx.xx.N992-ci il tarixdən sonrakı hərbi xidməti, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı göstərilmişdir."Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin tələbinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi xidmətdə olan şəxs barədə məlumatlar hərbi hissə komandiri tərəfindən müvafiq sənədlərə daxil edilir, iddiaçının hərbi xidmətdən tərxis edilməsi ilə bağlı hər hansı bir məlumatın olmaması səhlənkarlıqla bağlıdır və həmin məlumatların daxil edilməsi, sənədləşmə işlərinin aparılması səlahiyyəti olmamışdır və bu amil əsas götürülə bilməz. Onun hərbi hissənin şəxsi heyət siyahısına daxil edilməsi və döyüş əməliyyatlarında iştirak etməsi barədə kifayət qədər əsaslar və sübutlar mövcuddur və cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermişdir "Veteranlar haqqında" AR Qanunun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İddiaçı hərbi hissəni və xidmət yerini özbaşına tərk etməmiş, cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsaslar olmasına baxmayaraq cavabdeh tərəf bunun üçün tədbirlər görməli idi. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(8N)- 4N2N/20N9 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, N saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(8N)-4N2N/20N9 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N9-cu il tarixli, 2- N(8N)-4N2N/20N9 nömrəli qərarı ləğv olunmalıdır.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, həmin iclasda səhhəti ilə əlaqədar iştirak edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, özünümüdafiə batalyonunun tərkibində döyüşdüyünü, batalyon yarananda ona silah da verildiyini, döyüşlərdə bir aydan artıq vuruşduğunu, hərbi biletinin Xocalıda qaldığını, heç kimi tapmaq mümkün olmadığından, yenidən biletə möhür vurdurmaq imkanının olmadığını, özünün hərbçi olduğunu, ona verilən silahı da qardaşının işlədiyi Biləcəridəki hərbi hissəyə təhvil verdiyini, Xocalı polis şöbəsində də bu barədə məlumat ola biləcəyini, Xocalını tərk etdikdən sonra Martın 3-də Ağdama gəldiyini, 3 gün meşədə qaldığını və 9 nəfəri də özü ilə birgə sağ-salamat gətirdiyini bildirdi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətində icra olunmuş imzalar vizual baxışdan fərqli göründüyündən, iddiaçıya imzalara baxış keçirməsi təklif olunmuşdur və iddia ərizəsindəki imzanın ona məxsus olduğunu, lakin apellyasiya şikayətindəki imzanın isə özünün olmadığını, vəkili tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının nümayəndəsi və vəkili olması barədə hər hansı məlumat mövcud deyildir. İddiaçı tərəfindən apellyasiya şikayətinin məzmunu bəyənildiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin N3-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçıya apellyasiya şikayətini şəxsən imzalanmasını təklif etmiş və apellyasiya şikayəti iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik şöbəsinin baş zabiti-şöbə rəisinin müavini X2 (etibarnamə №N ,xx.xx.2020-ci il) izahat verərək, apellyasiya şikayətini və iddia tələbini qəbul etmədiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq o, iddiaçının özünümüdafiə batalyonunun tərkibində vuruşduğunu, ona dair məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivində çıxdığından cavabdehin Müdafiə Nazirliyi olduğunu, arxivə əsasən iddiaçının N saylı hərbi hissəyə daxil olduğunu , lakin tərxis olması ilə bağlı hər hansı əmr olmadığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(8N)-4N2N/20N9 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin başçısının 26 nömrəli xx.xx.20N9-cu il tarixli Arayışına əsasən İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Xocalı şəhər “Özünümüdafiə” dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N5NN nömrəli Arxiv Arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 0N №-li əmrilə Xocalı şəhəri ərazi özünü müdafiə batalyonunun şəxsi heyətinin siyahısına daxil edilərək dəstə komandiri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 02 №-li əmrində İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Qarabağın dağlıq hissəsində döyüşlərdə iştirak etməsi barədə məlumat vardır. -Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin başçısının Xocalı şəhər inzibati ərazi dairəsi Nümayəndəliyinin 873 nömrəli xx.xx.20N9-cu il tarixli Arayışına əsasən İddiaçı Xocalı şəhərindən məcburi köçkündür, dediyinə görə xx.xx.N992-ci il məlum Xocalı Faciəsi zamanı onun Hərbi Bileti işğal zonasında qalmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.20N9-cu il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-N5NN nömrəli arayışına əsasən xx.xx.N992-ci il tarixdən sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N5NN nömrəli Arxiv Arayışına əsasən iddiaçının N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 02 №-li əmrində İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Qarabağın dağlıq hissəsində döyüşlərdə iştirak etməsi barədə məlumat olsa da, hərbi xidmətdən hansı tarixdə tərxis olunması barədə müvafiq əmr arxivdə aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut edə bilməmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 №-li Qərarına xx xxxxxxxx 20N8-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. Məhkəmə kollegiyası iddiaçının səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N9-cu il tarixli, 2-N(8N)-4N2N/20N9 nömrəli qərarı ləğv olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.20N9-cu il, xx.xx.20N9-cu il, xx.xx.20N9-cu il və xx.xx.20N9-cu il tarixli məhkəmə iclas protokollarından göründüyü kimi iddiaçı məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı izahatında hərbi biletinin Xocalıda qaldığını bildirsə də, işin nə birinci instansiya, nə də apellyasiya icraatı zamanı hərbi biletinin dublikatını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, N saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(8N)-4N2N/20N9 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(8N)- 4N2N/20N9 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-325/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-325/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver