Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-325/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi, və pensiyasından tutulmaların qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək «cavabdehin 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi, iddiaçının mərhum ərinin adına artıq ödənilmiş 86.450,37 manat məbləğində pensiya məbləğinin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz sayılması, aparılmış tutulmaların və ona 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək ödənilməli pensiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...X13 20 fevral 2014-cü il tarixdə ölmüş, ona həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən 6 avqust 2020-ci il tarixədək həmin pensiyanı almış, lakin 6 avqust 2020-ci il tarixdə ona təyin edilmiş pensiya heç bir səbəb göstərilmədən dayandırılmışdır. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı olaraq DSMF-уə müraciətlər ünvanlansa da, məsələ müsbət həllini tapmamış, nümayəndəsi tərəfindən 26 sentyabr 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, həmin müraciətdən sonra DSMF iddiaçıya 27 sentyabr 2022-ci il tarixli **********1 saylı məktubla cavab ünvanlanaraq ona təyin edilmiş ailə başçısının itirməyə görə əmək pensiyasının ödənişinin 1 avqust 2020-ci il tarixdən 476,34 manat, 1 yanvar 2021-ci il tarixdən 530,64 manat və 1 yanvar 2022-ci il tarixdən 548,68 manat olmaqla bərpa edildiyi göstərmişdir. Eyni zamanda, həmin məktubla bildirilmişdir ki, iddiaçının əri mərhum X3 adına əsassız olaraq ödənilmiş 99.559,17 manat vəsaitdən 13.148,02 manat hissə əskik ödənilmiş pensiya vəsaiti əvəzləşdirilmiş, qalan 86.450,37 manat vəsait isə cari aydan etibarən iddiaçının pensiyasından ayda 109,74 manat olmaqla tutulmaqdadır. İddiaçının dayandırlmış pensiyası bərpa olunsa da, ona pensiyanın ödənişi dayandırılmış müddət ərzində ödənilməmiş məbləğlər hazırda da ödənilmir. Bu hal qanunsuz olmaqla yanaşı iddiaçının qanunla qorunan maraq və mənafelərinin pozulmasına gətirib çıxarır. Eyni zamanda, iddiaçının mərhum ərinə təyin edilmiş pensiyada əsassız hesablamaların olması qənaətinə gəlinməklə həmin artıq ödənilmiş pensiya məbləğlərinin hər ay mütəmadi olaraq ondan tutulması qanunsuzdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçıya 27 iyul 2014-cü il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı mərhum əri X4 təyin edilmiş 622044 nömrəli əmək pensiyasının araşdırılması nəticəsi ilə müəyyən edilmişdir ki, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında DSMF-nin keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən sonuncuya ölümündən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 1 yanvar 2014-cü il tarixdən 1 iyun 2015-ci il tarixədək olan dövr ərzində ödənilməsinə nail olunması nəticəsində əsassız olaraq 99.559,19 manat onun plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Mərhum S.Əliyevə yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Nazirliyin 5 iyul 2022-ci il tarixli **********7 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarı qeyd hissəsində ləğv edilmiş və İddiaçı mərhum əri X2 əmək pensiyası kimi artıq ödənimiş 86.450,37 manat məbləğin hər ay 109,74 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətləri qanunsuz sayılmış, iddiaçıya 1 avqust 2020-ci il tarixdən 1 oktyabr 2022- ci il tarixədək əmək pensiyasının ödənilməsi və 1 sentyabr 2022-ci il tarixdən əmək pensiyasından tutulmuş məbləğlərin qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunazidd və əsassızdır. Belə ki, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən sonuncuya ölümündən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2014-xx.xx.2015-ci il dövr ərzində ödənilməsinə nail olunması nəticəsində əsassız olaraq 99559,19 manat onun plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Mərhum S.Əliyevə yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri entimalı olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Nazirliyin xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Resoublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sorğuya xx.xx.2023-cü il tarixli 2-2-02/3/2-222026188/2023 nömrəli cavab məktubunda əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş Vüsal Əliyev və qeyriləri saxta əmək kitabçaları hazırlayıb müvafiq məhkəmə instansiyaları tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə, həmçinin müvafiq sənədləri saxtalaşdıraraq əlillik nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilmesinə nail olması və bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələn tərəfindən pensiyanın təyin edilməsi, yenidən hesablanması nəticəsində X3 və digərlərinin plastik kart hesablarına əsassız olaraq pul vəsaitləri köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1, 313. 320.1 ve 320.2-ci maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparıldığı, hal-hazırda qeyd edilən cinayət işi üzrə X7 və qeyrilənin barəsində əməllərində aşkar edilmiş cinayət faktları ilə bağlı istintaq davam etdirilməklə nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəyi qeyd edilmişdir. Həmçinin qeyd olunanlara əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasından tutulma aparılır. Belə ki, Fondun xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubuna əsasən, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən 476,34 manat, xx.xx.2021 -ci il tarixdən 530,64 manat və həmin tarixdən 548.68 manat olmaqla bərpa edilmişdir. Həmçinin, iddiaçının vəfat etmiş həyat yoluaşı X4 əsassız olaraq ödənilmiş 99559,17 manat vəsaitdən 13113,2 manatı əskik ödənilmiş pensiya vəsaiti əvəzləşdirilmiş, qalan 86450,37 manat məbləğində vəsait isə cari aydan etibarən onun pensiyasından 109,74 manat olaraq tutulmaqdadır. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və dövlət büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Buna görə də Fondun Sosial Ödənişlərin Təyinatı ürə mərkəzi filialı tərəfindən iddiaçının pensiyasından tumlmamların aparılması barədə xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərar qəbul olunmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşə əlavə olunmuş ponsiya işindən görünür ki, iddiaçıya onun xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiysını təyin edən 1235 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə 27 iyul 2014-cü il tarixdən ailə başçısın itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən 12 sentyabr 2022-ci il tarixli **********2 nömrəli qərarının “qeyd” hissəsindən görünür ki, xidməti məktub əsasında iddiaçıya, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə ailə başçısını itirməyə görə pensiya ödənişində 99699,19 manat “artıq ödəmə” kimi hesablanmış və işin hallarından göründüyü kimi həmin məbləğ aylar üzrə onun əmək pensiyasından tutulmağa başlanılmışdır. Cavabdeh həmin qərarın qəbul olunmasına əsas olaraq iddia ərizəsinə etirazında və apellyasiya şikayətinin dəlillərində bildirir ki, DSMF-nin keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında sonuncuya ölümündən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 1 yanvar 2014-cü il tarixdən 1 iyun 2015-ci il tarixədək olan dövr ərzində ödənilməsinə nail olunması nəticəsində əsassız olaraq 99.559,19 manat onun plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Nazirliyin 5 iyul 2022-ci il tarixli **********7 nömrəli məktubu ilə Baş Prokurorluğa göndərilmiş və CM-in 178.3.2, 308.1, 313. 320.1, 320.2-ci maddələri ilə halhazırda aşkar olunmuş faktlar üzrə cinayət işi üzrə X7 və qeyrilənin barəsində əməllərinin istintaqı davam etdirilməklə nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcək. Qeyd olunanlara əsasən Ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən 476,34 manat, xx.xx.2021 -ci il tarixdən 530,64 manat və həmin tarixdən 548.68 manat olmaqla bərpa edilmişdir. Həmçinin, iddiaçının vəfat etmiş həvut yoluaşı X4 əsassız olaraq ödənilmiş 99559,17 manat vəsaitdən 13113,2 manatı ə~kik ödənilmiş pensiya vəsaiti əvəzləşdirilmiş, qalan 86450,37 manat məbləğind vəsait isə cari aydan etibarən onun pensiyasından 109,74 manat olaraq tutulmaqdadır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri iə razılaşmır. Birincisi, istinad olunan cinəyət işi üzrə nəticə yoxdur. İkincisi, iş materiallarına əsasən cavabdeh tərəfindən iddiaçının pensyiasının azaldılmasına əsas olan həmin qərar qəbul olunarkən, pensiya qanunvericiliyinə və inzibati icraat haqqında hüquq normalarına riayət olunmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinintələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda, məhkəmə qaydasında tutulur. Cavabdeh isə özbaşınalıq nümayiş etdirərək Qanunun qeyd olunan tələbinə zidd olaraq mübahisələndirən dövr üzrə“artıq ödəmə” hesablayaraq iddiaçının əmək pensiyasından tutulma həyata keçirməyə başlamış və bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Halbuki, Qanunun 39.1-ci maddəsinin ikinci cümləsinin qeyd olunn imperativ tələbindən göründyü kimi, artıq ödənilən əmək pensiya məbləği yalnız əmək pensiyaçısının razılığı ilə həmin pensiyanı təyin edən orqanın qərarı əsasında, belə razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. İş materiallarına əsasən isə iddiaçının belə bir razılığının mövcudluğu müəyyən olunmur. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinin inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bundan əlavə, cavabdeh inzibati icraat haqqında hüquq normalarının tələblərinə də məhəl qoymamış, DSMF-nin Suraxanı raüon şöbəsinin qeyd edilən qərarı ilə iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2014-xx.xx.2015 dövr üzrə pensiya ödənişi üzrə ona 99699,19 manat məbləğində “artıq ödəmə kimi hesablayaraq həmin məbləğ aylar üzrə onun əmək pensiyasından tutulmağa başlanılmışdır Halbuki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi qərarı əsasında illər ərzində hər ay ona pensiya ödənildiyi, hazırda isə aşkar ahıl dövründə pensiya ödənişin dyandırılması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, mübahisələndirilən qərarın maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmadığı və onun doğurduğu nəticələrin iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4165/2023 saylı xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4165/2023 saylı xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-325/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-325/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver