Məhkəmə qərarları › İş №2-1(103)-325/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-325/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-325/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4944/2024 saylı 31 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. DSMF Qaradağ rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan daxili nəzarət qaydasında aparılan müvafiq araşdırmalar nəticəsində DSMF XŞTİ üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-3-61808/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarla vətəndaş İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın “İnzibati icraat haqqında” Qanunun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Eyni zamanda DSMF XŞTİ üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-3- 61809/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarla İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Bundan sonra DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli 3-17-1/1-Q-279577/2023 nömrəli qərarla İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-270470/2023 saylı Əmək pensiyasının dayandırılması haqqında məktubla bildirilmişdir ki, araşdırma zamanı Fondun Qaradağ rayon şöbəsi tərəfindən X4 və X2 şahid ifadələri əsasında 1970-1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında kran maşinisti işləməyi faktı əsas götürülərək, sizə xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Pensiya işinə dair sənədlərə əlavə edilmiş şahid ifadələri üzrə protokolda adıçəkilən şahidlərin həmin illər ərzində onunla birgə sözügedən müəssisədə işlədikləri qeyd edilib. Lakin araşdırma zamanı Xəlil İbrahimovun pensiya işinə dair sənədlərinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən onun xx.xx.1968-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Lenin adına sovxozda dəmirçi vəzifəsində, Dağbəyi Astanovun pensiya işinə dair sənədlərinə əlavə edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən isə onun xx.xx.1972-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində Zəngəzur mis-molibden kombinatında sürücü, xx.xx.1973xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Qaçaran təmir-tikinti idarəsində sürücü, mexanik, xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövr ərzində Qaçaran yanğınsöndürmə hissəsində sürücü, xx.xx.1978-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Paqarlı kəndində satıcı, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1989-cu il tarixləri arasındakı dövlər ərzində Sumqayıt sərnişin avtobazasında sürücü vəzifələrində çalışdıqları müəyyən edilib. Göründüyü kimi, adıçəkilən şəxslərin bildirdikləri kimi, onlar onunla eyni dövrdə eyni müəssisədə işləməmişlər. Bu səbəbdən də həmin illəri iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajının 25 ildən az (18 il 2 ay 19 gün (xx.xx.1967-xx.xx.1969-cu il, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 5 ay)) təşkil etməsi, güzəştli iş stajının isə olmaması qeyd edilmişdir. Pensiya işinə əlavə edilən “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nun xx.xx.2007-cil il tarixli 17/15-A nömrəli arxiv arayışında xx.xx.1988-xx.xx.2002ci il tarixləri arasındakı dövr ərzində tırtırlı kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin dövr üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı sözügedən müəsissəyə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilən xx.xx.2023-cü il tarixli 14-2-8/2-128/2023 nömrəli məktubda işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahılarda nəzərdə tutulmuş vəzifələrə aid olmadığı bildirilib. Göstərilən uyğunsuzluğa baxmayaraq, xx.xx.2006-cı il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 255813,70 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi diqqətə çatdırılmışdır. Həmçinin DSMF-nun XŞTMF tərəfindən 19 oktyabr 2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanıldığı, həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxsin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-241294/2023 saylı məktubla Mərkəzi Filiala dəvət olunduğu, maraqlı şəxsin xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala gəldiyi və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edildiyi, maraqlı şəxsə araşdırma zamanı xx.xx.2006-cı il tarixdən Fondun Qaradağ rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ətraflı məlumat verildiyi, daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələrinin dinlənildiyi, əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsinin inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildiyi, bu barədə 2 nüsxədə akt tərtib edildiyi, aktın bir nüsxəsinin Mərkəzi Filialda saxlanıldığı, ikinci nüsxəsinin isə haqqında inzibati icraat aparılan şəxsə təqdim olunması qeyd olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi və s.” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının da cavabdeh qismində cəlb edilməsini, iddia tələbinin artırılaraq həmin cavabdehin də yaşa görə adi qaydada pensiya təyini barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Dəqiqləşmə ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2006-cı ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdə pensiya təyin edilən zaman 57 yaşı tamam olmuş, eləcə də ümumi iş stajı 25 ildən artıq olmaqla, həmin müddətin ən azı 12 il 6 ayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə işlədiyi müddətə daxildir. Beləliklə, iddiaçıya xx.xx.2006-cı ildə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq təyin edilmişdi. Buna baxmayaraq cavabdeh inzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iki nəfər şahid ifadəsi əsasında təyin edilməsinə, həmin şahidlərin 1970-1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında iddiaçı ilə eyni dövrdə eyni müəssisədə işləmədiklərinə, bu səbəbdən də həmin illərin iş stajına daxil edilməsinin mümkün olmadığı üçün ümumi iş stajının 25 ildən az təşkil etməsinə və güzəştli iş stajının olmamasına əsaslanaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını dayandırmış və ləğv etmişlər. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən inzibati icraat aparılmadan əsassız olaraq qərarlar qəbul edilmiş, onun dinlənilmə hüququ təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin etirazları: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı Ə.X11 rayon şöbəsi tərəfindən X3 və X1 şahid ifadələri əsasında 1970-1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında kran maşinisti vəzifəsində işləməsi faktını əsas götürərək, xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı pensiya işinə dair sənədlərə əlavə edilmiş şahid ifadələri üzrə protokolda adıçəkilən şahidlərin həmin illər ərzində onunla birgə sözügedən müəssisədə işlədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı X3 əmək kitabçasında onun xx.xx.1968-xx.xx.1993-cü il tarixlərdə Zəngilan rayonu Lenin adına sovxozda dəmirçi vəzifəsində, X1 əmək kitabçasında onun xx.xx.1972xx.xx.1973-cü illərdə Zəngəzur mis-molibden kombinatında sürücü, xx.xx.1973xx.xx.1976-cı il tarixlərdə Qaçaran təmir-tikinti idarəsində sürücü, mexanik, xx.xx.1977xx.xx.1978-ci il tarixlərdə Qaçaran yanğınsöndürmə hissəsində sürücü, xx.xx.1978xx.xx.1981-ci il tarixlərdə Paqarlı kəndində satıcı, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1989-cu il tarixlərdə Sumqayıt sərnişin avtobazasında sürücü vəzifəsində çalışdığı müəyyən olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxslər İddiaçıla eyni dövrdə eyni müəssisədə işləməmişlər. Bu səbəbdən də həmin illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı ümumi iş stajı 25 ildən az (18 il, 02 ay, 19 gün (xx.xx.1967-xx.xx.1969-cu il, xx.xx.1988-xx.xx.2002-ci il və xx.xx.2006-cı ildən sonra 2 il, 05 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Həmçinin əmək kitabçasına əsasən xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nda tırtırlı kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisə tərəfindən göndərilmiş 14-2-8/2-128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısında qeyd edilən vəzifələrlə eynilik təşkil etmədiyi qeyd edilmişdir. Buna görə də cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya dair yazılı etiraz DSMF-nun SÖTMF-nun verdiyi etirazın məzmununa uyğun olmuş, əlavə olaraq qeyd olunmuşdu ki, iddiaçıya xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 255813,70 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş edilmişdir. Həmçinin iddiaçının iştirakı ilə 19 oktyabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyasının dayandırılmasına dair xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-61809/2023 nömrəli və əmək pensiyasının ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61808/2023 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4944/2024 saylı 31 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması və əmək pensiyasının ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/1-Q- 279577/2023 nömrəli qərarının ləğv edilməsi, iddiaçi İddiaçı 30 sentyabr 2023-cü il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi və İddiaçı artıq ödəmə adı altında 255.813,70 manat pul vəsaitinin tutulmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi qərara almışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ona münasibətdə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, məhkəmə qərarının ona münasibətdə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Digər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti də iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə məsələyə yalnız inzibati icraatın düzgün aparılmaması aspektindən yanaşmış, İddiaçı mübahisəli məsələ ilə bağlı hüququnun olub-olmaması məsələsinə toxunmamışdır. Halbuki iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur və ona qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin iddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyini tam qanunidir. Belə ki, İddiaçı güzəştli iş stajı yoxdur, lakin fərdi hesabının sığorta hissəsində 2006-2018-ci illər arasında pensiya kapitalı qeydə alındığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 nümayəndəsi iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, hər iki şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı cavabdeh qurumların qəbul etdikləri xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğvini tələb edir. Həmin qərarların iddiaçıya hansı tarixdə təqdim olunması iş materiallarından müəyyən olunmur. Lakin iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması və əmək pensiyasının ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlarının, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/1-Q-279577/2023 nömrəli qərarının ləğv edilməsi, ona 30 sentyabr 2023-cü il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və İddiaçı artıq ödəmə adı altında 255.813,70 manat pul vəsaitinin tutulması” ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2006-cı il tarixə olan vəziyyətə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş bütün şərtlərin ödənilməsi əsas götürülərək, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan həmin qərar DSMF XŞTİ üzrə Mərtkəzi Filialı tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli qərarla ləğv edilmiş, eyni zamanda həmin tarixdə qəbul edilmiş digər bir qərarla adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması qərara alınmışdır. Bundan sonra DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli 3-17-1/1-Q-279577/2023 nömrəli qərarla İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı barəsində qəbul edilmiş hər üç qərarı (inzibati aktları) mübahisələndirir. Cavabdeh DSMF XŞTİ üzrə Mərtkəzi Filialı iddiaçıya vaxtilə xx.xx.2006-cı il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını 24 oktyabr 2023-cü il tarixli qərarla ləğv edərkən, eyni zamanda həmin tarixdə qəbul edilmiş digər 24 oktyabr 2023-cü il tarixli qərarla adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması qənaətinə gələrkən aşağıdakı hallara istinad etmişdi: İddiaçı Ə.X11 rayon şöbəsi tərəfindən X3 və X1 şahid ifadələri əsasında 1970- 1988-ci illər ərzində Qaçaran mis-molibden kombinatında kran maşinisti vəzifəsində işləməsi faktı əsas götürülərək, xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı pensiya işinə dair sənədlərə əlavə edilmiş şahid ifadələri üzrə protokolda adıçəkilən şahidlərin həmin illər ərzində onunla birgə sözügedən müəssisədə işlədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı X3 əmək kitabçasında onun xx.xx.1968-xx.xx.1993-cü il tarixlərdə Zəngilan rayonu Lenin adına sovxozda dəmirçi vəzifəsində, X1 əmək kitabçasında onun xx.xx.1972-xx.xx.1973-cü illərdə Zəngəzur mismolibden kombinatında sürücü, xx.xx.1973-xx.xx.1976-cı il tarixlərdə Qaçaran təmir-tikinti idarəsində sürücü, mexanik, xx.xx.1977-xx.xx.1978-ci il tarixlərdə Qaçaran yanğınsöndürmə hissəsində sürücü, xx.xx.1978-xx.xx.1981-ci il tarixlərdə Paqarlı kəndində satıcı, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1982-xx.xx.1989-cu il tarixlərdə Sumqayıt sərnişin avtobazasında sürücü vəzifəsində çalışdığı müəyyən olunmuşdur. Adıçəkilən şəxslər İddiaçıla eyni dövrdə eyni müəssisədə işləməmişlər. Bu səbəbdən də həmin illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı ümumi iş stajı 25 ildən az (18 il, 02 ay, 19 gün (xx.xx.1967-xx.xx.1969-cu il, xx.xx.1988xx.xx.2002-ci il və xx.xx.2006-cı ildən sonra 2 il, 05 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Həmçinin əmək kitabçasına əsasən xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nda tırtırlı kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisə tərəfindən göndərilmiş 14-2-8/2-128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısında qeyd edilən vəzifələrlə eynilik təşkil etmədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (xx.xx.2006-cı il tarixdən pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyinə” istinad etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati icraatın aparıldığı şəxsi həmin icraata cəlb edib onu dinləməmiş, şəxsin məzmununa etimad göstərdiyi əlverişli inzibati aktı ləğv etmiş, eyni zamanda həmin əlverişli inzibati aktın icrasının dayandırılması barədə də ayrıca inzibati akt qəbul etmişdir. Qeyd olunanlarla da cavabdeh qurum iddiaçının konstitusion hüququ olan sosial təminat hüququna müdaxilə etmişdir. Halbuki inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən də inzibati icraat aparırlar. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Hazırki işdə iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qəbul edilmiş inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur. Belə olan halda şəxsin həmin inzibati aktın məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq- aşkardır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub- olmamasını araşdırmamışdır. Hazırki işdə cavabdeh qurum xx.xx.2023-cü il tarixli aktın iddiaçı tərəfindən imzalandığını bildirsə də, həmin aktın məzmunundan iddiaçının onun pensiyasından ona artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılıq verməsi müəyyən olunmur. Lakin iddiaçının pensiyasından ona artıq ödənilmiş vəsaitin tutulması ilə bağlı hərəkətlərin cavabdeh qurum tərəfindən gələcəkdə həyata keçirilməsi də istisna olunmur. Belə olan halda iddiaçı hazırki işdə onun pensiyasından artıq ödəmə adı altında 255.813,70 manat pul vəsaitinin tutulmasının cavabdeh DSMF-nun XŞTMF-na qadağan olunmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh qurumlar tərəfindən qəbul edilmiş 3-17-1/3-3-61808/2023 saylı 24 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61809/2023 saylı 24 oktyabr 2023-cü il tarixli və 3-17-1/1-Q-279577/2023 saylı xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması öhdəliyinin DSMF-nun XŞTMF-na həvalə olunması və artıq ödəmə adı altında 255.813,70 manat pul vəsaitinin tutulmasının cavabdeh DSMF-nun XŞTMF-na qadağan olunması barədə tələblərinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hər iki cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4944/2024 saylı 31 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4944/2024 saylı 31 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar