Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3250/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “torpaq sahəsinin ayrılması” tələbinə dair inzibati iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “torpaq sahəsinin ayrılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmədiyi üçün 162/18 saylı iş üzrı cavabdeh "xxxx" ASC-yə torpaq sahəsi ayrılması barədə inzibati akt qəbul edilməsinə cavabdehin məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbində bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında "xxxx" ASC-yə məxsus transformatorların Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 52-də yerləşən yaşayış binasında çıxarılması qət edilmişdir. "xxxx" ASC həmin transformatorları binanın zirzəmisindən çıxarmayaraq bunun üçün cavabdeh tərəfindən torpaq sahəsi ayrılmadığını bildirir. Bu səbəbdən iddiaçı "xxxx" ASC-yə torpaq sahəsi ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmədiyi üçün 162/18 saylı iş üzrə cavabdeh "xxxx" ASC-yə torpaq sahəsi ayrılması barədə inzibati akt qəbul edilməsinə cavabdehin məcbur edilməsi barədə iddiası mümkün sayılmamışdır.
4. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-7399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin iştirakı:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 81, 85, 85, 86, 87-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1082/2024 saylı xx.xx.2024-cü il tarixli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadındakı, habelə “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən apellyasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadlarda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “ 5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Sözügedən Qərardadlarda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrartəkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət hüququndan sui-istifadə hallarının qarşısının alınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur.
11. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
12. Avropa İnsan hüquqları haqqında Konvesiyanın 35-ci Maddənin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir.
13. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, M. Birləşmiş Krallığa qarşı, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq bir çox hallarda tətbiq etmişdir. Belə ki, şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə, işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəmənin işin araşdırılması üçün əsaslı bir sübut barədə məlumatlandırmadıqda və ya icraatın gedişində yeni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etdiyi hallarda; eləcə də, şikayətçi təkrartəkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi və qəbuledilməz hesab edilən şikayətə bənzədiyi; və buna bənzər digər hallarda tətbiq etmişdir (Miroļubovs və başqaları Latviyaya qarşı, №798/05, §§ 62- 65, 15 sentyabr 2009; və S.A.S. Fransaya qarşı [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014).
14. Beləliklə, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
15. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
16. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sistemin yalnış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan suiistifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.”
17. Hazırkı işdə, məhkəmə kollegiyası qeyd edir ki, şikayətçi açıq-aşkar əsassız, daha əvvəl verdiyi mümkün sayılmamış şikayətlərə və ərizələrə bənzər olanlarını təkrartəkrar Məhkəməyə təqdim etməklə şikayət hüququndan sui-istifadə etmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).
19. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. Məhz hazırkı iddiaçının qaldırdığı eyni və oxşar mübahisələr ilə bağlı olan onlarla iddia tələbi üzrə iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılaraq hamısı qüvvədə saxlanılmışdır.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən qərardadlarındakı hüquqi mövqelərə əsasən hesab edir ki, iddiaçının eyni məsələ ilə bağlı əvvəl verilməklə mümkün sayılmamış şikayətlərin təkrar-təkrar məhkəməyə göndərməsi, iddiaçının şikayət hüququnun məqsədlərinə aşkar zidd olmuşdur yəni, onun məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə zərərli istifadə etməsi görünür, eləcə də, iddiaçının açıqaşkar əsassız və təkrarlanan şikayətləri məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən və gərəksiz iş yükü yaradır, həmçinin, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımı qaydada baxmağa əngəl törədir. Beləliklə, iddiaçının eyni və oxşar mübahisələr ilə bağlı davamlı olaraq qaldırdığı çoxlu sayda əsassız, mümkünsüzlüyü əvvəlcədən aşkar olan iddialar irəli sürməsi, prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etmişdir.
21. Məhkəmə kollegiyası həmçinin müəyyən edir ki, iddiaçı uzun müddətdir ki, məhkəmələrdə qaldırdığı iddialarda həmçinin təhqiramiz, alçaldıcı, hədə-qorxu və ya təxribat xarakterli ifadələr işlədir.
22. Avropa Məhkəməsinin presedent hüququna görə ərizəçi Məhkəmə ilə yazışmasında cavabdeh Hökumət, onun səlahiyyətli nümayəndəsi, cavabdeh hökumətin hakimiyyət orqanları, Avropa Məhkəməsi və ya onun hakimləri, Katibliyi və ya onların üzvlərinin ünvanına təhqiramiz, alçaldıcı, hədə-qorxu və ya təxribat xarakterli ifadələr işlətdikdə, şikayət hüququndan sui-istifadə halı meydana gəlir (Rehak Çex Respublikasına qarşı (qər.); Düranje və Qrünj Fransaya qarşı (qər.); X2rşı, Komissiya qərarı). Məhkəmə üçün onun Konvensiya çərçivəsində real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, açıq-aydın əsaslandırılmamış və bezdirici ərizələrə baxmaq və ya ərizəçinin və ya onun səlahiyyətli nümayəndələrinin başqa açıq-aşkar təhqiramiz davranışı ilə məşğul olmaq Məhkəmənin vəzifəsi deyil (Bekauri Gürcüstana qarşı (ilkin etirazlar), § 21; həmçinin bax: Migliore və başqaları İtaliyaya qarşı (qər.); SimitziPapaxistu və başqaları Yunanıstana qarşı (qər.)).
23. Ərizəçi icraat müddətində məhkəmədən rəsmi xəbərdarlıq aldıqdan sonra təhqiramiz şərhlərə son verirsə, onları açıqca geri götürür və ya daha da yaxşı davranıb üzr istəyirsə, ərizə artıq şikayət hüququndan sui stifadə əsasında rədd edilmir (Çernitsin Rusiyaya qarşı, §§ 25-28). Lakin hazırki işdə iddiaçıya Məhkəmə kollegiyası tərəfindən bu barədə hüquqi yardım göstərilsə də, iddiaçı bu hüquqi yardıma münasibət göstərməmişdir.
24. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkəmənin iddiaçının şikayət hüququndan sui-istifadə etməsini təsbit etməsi iddiaçının şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir, belə ki, onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa apellyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaqdır. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, Məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
25. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov