Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3252/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5358/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, sahəsi 42.20 kv.m olan 1 saylı fərdi yaşayış evinin də yerləşdiyi ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...ünvan 1 ünvanda yerləşən 5-ci mənzili üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X6 adına ********** qeydiyyat nömrəsi ilə 2013-cü il dekabrın 12-də hüququ qeydiyyata alınmış tikilinin sahəsi 48 kv.m, tikilinin də yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi isə 0,035 ha-dır. Tikili və torpaq sahəsi 2013-cü ildən faktiki istifadədə olmaqla kimsə tərəfindən buna etiraz edilməmiş, maneəsiz istifadə olunmuşdur. X3 adı çəkilən yaşayş evini 2016-cı ilin əvvələrində X2, sonuncunun adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 yaşayış evini Bakı şəhərinin 32 saylı Notariat Ofisində 4Ə-621 №-li reyestrdə rəsmiləşdirilməklə AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və qeydiyyat nömrəsi **********7 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən adına 2020-ci il noyabrın 18-də texniki pasport tərtib olunmuşdur Sözügedən 0,035 ha torpaq sahəsi texniki pasportda və «X5» xx.xx.2023-cü il tarixli 49 saylı ekspetr rəyinin 3-cü səhifəsinin sonuncu abzasında və cavabdeh İdarənin xx.xx.2023-cü il tarixli məktubunda öz əksini tapmış, iddiaçının adına xx.xx.2020-ci il tarixli çıxarış verilmiş və torpaq sahəsi faktiki sahiblik hüququ ilə onun istifadəsinə keçmiş və hazırda orada yaşayır və torpaq sahəsindən faktiki sahiblik hüququ əsasında istifadə edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13448/2022 saylı qərarı ilə ünvan 1 ünvanda yerləşən 5-ci mənzilinin fərdi yaşayış evi kimi adıma qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin inzibari kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- l827/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin adı çəkilən qərarı qüvvədə qalmış, bundan sonra cavabdeh tərəfindən adıma həmin ünvan üzrə xx.xx.2023cü il tarixli çıxarış verilmiş, tikilinin sahəsi 42.20 kv.m., istifadədə olan torpaq sahəsi isə 0.035 ha həcmdə göstərilmişdir. Adıçəkilən torpaq sahəsinin onun adına hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə yazılı müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli məktubla bundan imtina etmiş, lakin imtina məktubunda hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi qeyd olunmuşdur. Halbuki, cavabdehə müraciət olunanda zəruri olan bütün sənədlər təqdim olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqdan imtina kimi qəbul edilməməsi qeyd olunsa da, əslində onu qeydiyyata alınmaqdan imtina kimi qiymətləndirir....” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışıdır: “...Fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********58 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5358/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti aşaığıdakılarla əsaslandırılmışdır: “ ...Məhkəmə, qərarını tərəfləri-dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə oz qərarını məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatlara birtərəfli yanaşmaqla, yalnız cavabdeh tərəfin vermiş olduğu izahatlara və etirazlara əsaslanmış, yekunda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə çəkişmə prinsi nəticəsində aşkar olunmuş sübutlara öz təşəbbüsü ilə subyektiv fikirlərə əsaslanmaqla qiymət verməklə, qanunvericiliyin tələbini yuxarıda göstərilən qaydada pozmuşdur. İş iiçün əhəmiyyəti olan hallardan biri ondan ibarətdir ki, qeyd olunan torpaq sahəsində yerləşən tikilinin onun xiisıısi mülkiyyətində olması nəzərə alınmamışdır. İşin faktiki hallarına düzgün hüquqi qiymət verilə bilməməsi nəticədə düzgün olmayan qərar qəbul İşin faktiki hallarına düzgün hüquqi qiymət verilə bilməməsi nəticədə düzgün olmayan qərar qəbul etməsinə səbəb olmuşdur, ona görə də məhkəmənin gəldiyi nəticəni səhv hesab edir...” Məhkəmə kollegiyasının iclaslasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.20024-cü il tarixli ilkin iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.S.Bədişbəyli iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2.1-ci və 10.2.3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qanunun qeyd olunan tələbləri qarşılığında, iş materialları arxiv sənədləri (o cümlədən, məhkəmə sorğusu əsasında cavabdeh idarənin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş) xronoloji ardıcıllıqla araşdırıldıqda - Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qsəbəsi, 5-ci Binəqədi küçəsi, 1 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən olunur: - Bakı şəhəri Dzerjinski rayonu XDS İK-nin 77 saylı 3 noyabr 1954-cü il tarixli protokol qərarına əsasən vət. X12 69/3205 saylı sahədə - 5-ci Binəqədi küçəsində 6175 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır (Bakı şəhərinin xx.xx.1940-xx.xx.1959-cu illərdə inzibati ərazi bölgüsündə Dzerjinski rayonu mövcud olmuş, xx.xx.1959-cu il tarixdə inzibati ərazi ləğv edilmişdir.) - Bakı şəhər XDS İK-nin Arxitektura işləri üzrə şöbəsinin xx.xx.1955-ci il tarixli 5187 saylı icazəsi ilə Dzerjinski rayonu XDS İK-nin qeyd olunan 3 noyabr 1954-cü il tarixli qərarı əsasında, qeyd olunan ünvanda fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir; - Bakı şəhər Kirov qəsəbə XDS İK-nin qanuni əsaslarla tikilmiş evin sahibliyinə dair arayışına əsasən müəyyən olunur ki, vət. X12 məxsus 5-ci Binqədi küçəsində qanuni əsaslarla tikilmiş 2 otaqlı ümumi sahəsi 38,8 kv m, yaşayış sahəsi 32,8 kv m, olan 2030 rub. dəyərində qiymətləndirilən ev - 698 kv m torpaq sahəsində yerləşir və üzərində həbs və ya hər hansı başqa bir məhdudiyət yoxdur. -Bakı şəhər XDS İK –nin Texniki İnventarlaşdırma bürosunun 9.08.1971-ci il tarixli rəyində də həmin evin 698 kv.m ölçüdə torpaq sahəsində yerləşdiyi təsbit olunmuşdur. -X4 bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş “Bakı şəhəri üzrə bələdiyyələşdirilməmi tikililərin reyestrindən çıxarışa” əsasən - ünvan 4 ünvanındakı ev - 3 nömrəli kitabdın 334-cü səhifəsində 2/3 hissəsi vət. X9 adına, 1/3 hissəsi isə qət. X13 adına xüsusi mülkiyyət qeydə alınmışdır. Sözügedən mülkə dair daha sonralar tərtib olunmuş – notarius tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələri, notarial qaydada bağlanmış bağışlama və alqı-satqı müqavilələri, habelə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara, o cümlədən, yeni inşa edilmiş tikililərə dair verilmiş çıxarışlara, habelə, qanuni qüvvəsini almış məhkəmə qərarı və s. sənədlərə əsasən müəyyən olunur ki, son mərhələdə - 5-ci Binəqədi küçəsi ev 1 ünvanında yerləşən həmin evin xx.xx.2016-ci il tarixdə verilmş ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətçisi olan X11 tərəfindən 2 noyabr 2020-ci il tarixdə hazırkı İddiaçı satılmış və sonuncunun həmin əmlaka əvvəlcə, xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi, xx.xx.2023-cü il tarixdə isə fərdi yaşayış evi kimi mülkiyyət hüququ qeydə alınaraq ona reyestrdən çıxarışlar verilmişdir. Tədqiq olunan arxiv sənədlərindən də məhz görünür ki, yerli icra hakimiyyəti orqanının (Dzerjinski rayon XDS İK-nin) 3 noyabr 1954-cü il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsi 6175 kv.m, Bakı şəhər XDS İK –nin xx.xx.1955-ci il tarixdə tikintiyə icazə sənədi üzrə isə evin yerləşdiyi torpaq sahəsinin dəqiqləşdirilmiş öçüsü 698 kv m təşkil etmişdir. Cavabdeh idarə tərəfindən xx.xx.2020-ci il tarixdə hazırkı İddiaçı adına tərtib olunub təsdiq edilmiş Texniki pasportdan görünür ki, fərdi yayşayış evinin yerləşdiyi torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki olaraq, 356,7 kv.m (0.03567 ha) təşkil edir (İş materiallarına əsasən müəyyən olunur ki, torpaq sahəsinin ilkin ölçüsünə münasibətdə digər hissəsi 5-ci ünvan 5 ünvanı üzrə) X8 mülkiyyətindədir). Mübahisəli ünvanda yerləşən və son nəticədə hazırkı iddiaçının əldə etdiyi fərdi yaşayış evınə münasibətdə, həmin evin yerləşdiyi torpaq sahəsi, əvvəlki mülkiyyətçiyə 1954-1955ci illərdə yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış torpaq sahəsinin təxminən yarısıdır. Başqa sözlə, iddiaçıya məxsus mübahisəli evin yerləşdiyi torpaq sahəsi, əvvəlki mülkiyyətçisinə qanuni əsaslarla yuxarıda qeyd edilən yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqqında Qanunun 8.0.1-ci maddəsinin qeyd olunan tələblərindən isə göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi dövlət qeydiyyatı üçün əsasdır. Konkret halda da mübahisəli torpaq sahəsinə münasibətdə həm 8.0.1-ci, həm də 10.2.1 və 10.2.3-cü maddələrinin şərtləri ödənilir. Beləliklə də, iddia olunan - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, sahəsi 42.20 kv.m olan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin də iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınıb ona Qanunun 13.7-ci maddəsinin tələbinə müvafiq olaraq, reyestrdən vahid çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən isə işdə olan sübutlar hərtərəfli araşdırılmamış, mübahisəli əmlaka dair kifayət qədər sübutlar toplansa da, xronoloji ardıcıllıqla onlara hüquqi qiymət verilməmiş, evin yerləşdiyi torpaq sahəsinin mənşəyi, yəni, ilkin hüquqi vəziyyəti aydınlaşdırılmamış, bütün bunların nəticəsi olaraq da məhkəmə sonda iddianın rədd olunması barədə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olmayan, səhv nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, təqdim edilən sübutlara uyğun qərar qəbul olunmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5358/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, sahəsi 42.20 kv.m olan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin də üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, ona reyestrdən vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-5358/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci Binəqədi küçəsi, sahəsi 42.20 kv.m olan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin də üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb ona reyestrdən vahid çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3252/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3252/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver