Məhkəmə qərarları › İş №2-1(103)-3253/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3253/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3253/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may tarixli, 187 saylı “Əlilliyin təyin edilməsi” haqqında Qanunun tələblərini yerinə yetirərək, xəstəliyi ilə bağlı ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı SHXÇDX-nin Bakı səhəri Sabunçu rayon idarəsi tərəfindən hərbiyə daxil olmuş, N saylı hərbi hissədə, MAHHXH-əsgər olmuşdur. 2020-ci il 20 oktyabr tarixində 44 günluk vətən müharibəsi zamanı partlayış nəticəsində yaralanmış, yaralanma nəticəsində kəllə-beyin travması, beyin silkələnməsi ilə yaralanmışdır. Hərbi Həkim Komissiyasının verdiyi 25-080 saylı Şəhadətnamə ilə, partlayış nəticəsində kəllə-beyin travması, beyin silkələnməsi diaqnozunu təsdiq edilmişdir. Yaralanmadan sonra o, xx.xx.2020- 18.112020-ci il tarixində Salyan RMX-da, xx.xx.2020- ci il tarixində MN MHP-da, xx.xx.2021xx.xx.2021-ci il tarixində MH BHK-da, xx.xx.2021- MNMHP-da, xx.xx.2021-xx.xx.2021-ci il tarixində MN BKH-da, 17.1 1.2021-xx.xx.2021-ci il tarixində X1, xx.xx.20222-xx.xx.2022-ci il tarixində Respublika Psixiatriya xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il X6, xx.xx.2022-ci il tarixində MH MHP-da muayinə və müalicə olunmuşdur. Qeyd edilən tibb müəssisələrində ambulator və stasionar müalicə aldığı 02 avqust 2022-ci il tarixli, 9470 saylı Şəhadətnamədə öz təsdiqini tapıb. Psixi Sağlamlıq Mərkəzi ona "Üzvü mənşəli qapalı kəllə beyin travması, affektiv pozuntu, F-06.3 Uzunmüddətli depressiv epizod, kəkələmə F 98.5 diaqnozu təyin edib. xx.xx.2023-cü il tarixində Həkim Psixiatriya Komissiyasının 1749 saylı son Rəyində "Üzvü şəxsiyyət pozuntusu, depressiv daxilolma funksiyası enməsi, F.07.0 kəkələmə" diaqnozu təyin edildi. Buna baxmayaraq Tibbi Komissiyası ona əlilliyin təyin edilməsindən dəfələrlə imtina etmişdir. Səbəb isə, onun xəstəliyinə əlillik təyinatının müəyyən olunmaması qeyd edilmişdir. İddiaçı qeyd edir ki, "Əlilliyin təyin olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarında əlilliyin müəyyən olunması ilə bağlı tərtib olunmuş cədvəldə ona təyin olunan F07.0 diaqnoz (üzvü şəxsiyyət pozuntusu) öz əksini tapmışdır, lakin iddiaçı qeyd edir ki, ona məlum olmayan səbəbdən cavabdeh ona əlillik təyin etməkdən imtina edir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9470 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, mülayim dərəcədə ifadə olunmuş üzyi (affektiv) pozuntu, uzunmüddətli depressiy epizodla. Kəkələmə. Partlayış trayması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalqik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı nevrosensor ağıresitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, saq qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün mürəkkəb miopik astiqamatizmi sağ gözdə M3, OD və M1, 0D, sol gözdə M 5, OD nəticəsində görmə itiliyinin 0,1-ə cıədər azalması, korreksiva ilə 0,7 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Qarnın ön divarının soltərəfli varikoselektomiya (2014) və aonendektomiva (2001) əməliyyatından sonrakı dəri çapıqları. Hepatit “B” virusunun daşıyıcısı" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1749 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressive daxilolmalar kogrıitiv funksiyaların enməsi, kəkələmə ilə’’ kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 14627/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar koqnitiv funksiyaların enməsi, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinə zamanı demonstrativlik nümayiş olunmuş, oturmamış, ürəyinin sıxıldığını bildirmiş, lakin habitusu, davranışı, gərginliyi, ajitəli halı bunu təsdiqləməmişdir. Dərman qəbul etmədiyini bildirmişdir. Heç bir spesifik sualı cavablandıra bilməmiş, suallardan yayınmışdır. Emosional-iradi sferası stabil olmuş, affektdə dalğalanmalar müşahidə edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi isterik tip şəxsiyyət pozuntusu, depressiv daxilolmalar kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixli V00167960MFX saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2024-cü ilin iyun ayında, yəni təxminən 2 aydan artıq müddət keçdikdən sora əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı qeyd edilən qərardan xx.xx.2024-cü il tarixdə, ********** nömrəli telefona SMS bildiriş göndərilməklə məlumatlandırılmışdır. Qanunvericiliyə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı 2 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, V00167960MFX nömrəli tibbi göndəriş (Forma 88) əsasında göndərişin verildiyi tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6847/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, V00167960MFX nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və baş-beyin silkələnməsi, kəllədaxili travma, üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyanın enməsi, kəkələmə ilə, yüngül koqnitiv pozgunluq diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N oktyabr 2021-ci il tarixli travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində partlayış travması , keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Xəsarət döyüş tapşırığı yerinə yetirilərkən alınmışdır. -02 avqust 2022-ci il tarixli, 9470 №li xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon idarəsinin xx.xx.2022-ci il tarixli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2020-xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ehtiyatda olan MAHHXHQ əsgər sürücü kimi hərbi xidmət keçib. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən “Partlayış travması, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixli 8338 nömrəli travma haqqında arayış). İlk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Füzuli RMX-na, oradan da xx.xx.2020-ci il tarixdə Salyan RMX-na göndərilmiş, xx.xx.2020- xx.xx.2020-ci il tarixədək "Qapalı kəllə-beyin travması, nitq qüsuru ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas, çıxarış epikrizi), xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə MN MHP-da şəhadətləndirlərək hər dəfə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 9002, 14292 nömrəli arayışlar). Sonralar şikayətləri artdığı üçün xx.xx.2021-ci il tarixdə MN BKH-na göndərimişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Salyan RMX-da, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə MN MHP-da, xx.xx.2021-ci il tarixlərdə MN BKH-da. xx.xx.2021-ci il tarixdə MN MHP-da, xx.xx.2021-xx.xx.2021-ci il tarixdə MN BKH-da, xx.xx.2021-xx.xx.2021-ci il tarixdə X2, xx.xx.2022-xx.xx.2022-ci ildə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022- xx.xx.2022-ci il tarixdə X6, xx.xx.2022-ci il tarixdə MN MHP müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Periferik limfa vəziləri böyüməmişdir. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 78 vurğudur, A/T 110/70 mm.cv.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısızdır. Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Psixi status: verilən suallara əsəbi, qısa cavablar verir, nitqi qırıq-qırıqdır. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi enibdir. Davranışı qeyri-adekvatdır. Bir yerdə qərar tutmur. Bələdliliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomaiika qeyd edilmir, emosional labildir. Nevroloji status: Huşu aydındır. KBS-norma. Vətər və sümüküstlüyü refleksləri tam həcmdədir. D=S, orta canlıdır. Reflekslər orta canlıdır. Romberq vəziyyətində az dayanıqlıdır. İrəli uzadılmış əllərdə və göz qapaqlarında tremor, distal hiperhidroz qeyd edilir. Pıçıltı nitqini eşitməsi sol qulaqda 4,5 metr, sağ qulaqda 6 metr məsafədəndir. Visus O U=0,1, korreksiya ilə 0,7. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və.s) nəticələri: qanın ümumi klinik analizi (xx.xx.2022): “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş üzvi (affektiv) pozuntu, uzunmüddətli depressiv epizodla. Kəkələmə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, sol tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,.5 (dörd yarım) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağ gözdə M 3,0 D və M 1,0 D sol gözdə M5,0D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,7 olmaqla. Qarının ön divarının soltərəfli varikoseleoktomiya (2014) və appendektomiya (2001) əməliyyatlarından sonrakı dəri çapıqları. Hepatit “B” virusunun daşıyıcısı”. Hərbi Həkim Komissiyasının qərarına əsasən “xəstəliklər cədvəlinin” 14b, 17b, 23b, maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək "Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir (əsas: 20109 nömrəli arayış). Hərbi hissədən təqdim edilən xx.xx.2021-ci il tarixi, akta əsasən “Özündən asılı olmadan əsəbləşmədən, əsəbləşərkən kəkələmədən və öz fikirini çatdıra bilməməsindən şikayətlənib”. Son zamanlar əsəbilik, yaddaşsızlıq, baş ağrıları kimi şikayətlən olmuşdur. Şikayətləri ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə MN BKH-na göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək MN BKH-da "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd yarım) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. B virus daşıyıcısı” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 7432 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2021-ci il tarixdə MN MHP-nın göndərişinə əsasən X3 göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək X1 “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə stasionar nüalicədə ollmuşdur (əsas: ******* nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021 -ci il tarixdə MN MHPnın göndərişinə əsasən Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı, X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “Üzvi (qapalı kəllə beyin travması) affektiv pozuntu. F06.3” diaqnozu təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə MN MHHK-da şəhadətləndirilərək “Xəstəliklər Cədvəli"nin 14b maddəsinin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir (əsas: 25080 nömrəli xəstəlik haqqında şəhadətnamə). xx.xx.2022-ci il tarixdə 11 saylı poliklinikanın göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək “Üzvi (qapalı kəllə beyin travması) affektiv pozuntu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 954/22 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). (xx.xx.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2022-ci il tarixdə 12 saylı poliklinikanın göndərişinə əsasən X8 göndərilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək “Partlayış nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsinin qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Vegetativ damar distoniyası. Üzvi (qapalı kəllə beyin travması) affektiv pozuntu. Soltərəfli koxlear nevrit. Sensonevral ağıreşitmə. OU-miopiya zəif dərəcəli. OD görmə sinirinin hissəvi atrofiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur(əsas: X7 4515 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinə göndənimişdir. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Üzvi mənşəli (qapalı kəllə beyin travması) affektiv pozuntu. F 06.3, Uzunmüddətli depressiv epizodla. Kəkələmə F98.5” diaqnozu təyin olunmuşdur (əsas: 6674 nömrəli rəy). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKFİ-nın baş nevroloqu və qastroenteroloqu ilə konsultasiya olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1340 nömrəli Rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə F 07.0 diaqnozu qoyulmuşdur. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 2749003AAE7L, R00024239ZİP, R00103274NYF və V00167960MFX nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məktuba TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlar əlavə edilmişdir. - AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3014/2024 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, iddiaçının hüquqi marağı Bakı 2 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, V00167960MFX nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilməmişdir. Sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(2112)-2550/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur. Kollegiya iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, V00167960MFX nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F07.0 olan üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə qeyd edilmişdir. Əsas diaqnozun ağırlaşması kimi isə: -XBT-10 kodu F06.7 olan Yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq müəyyən edilmişdir. İşin birinci instansiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxs tərəfindən verilmiş 689 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı keçirdiyi qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən mərmi partlaması nəticəsində kəllə-beyin travması alması, aldığı travma ilə əlaqədar əvvəl Fizuli rayonu, Horadiz Hərbi Hospitalında müalicədə olması, sonradan isə MN Hərbi Hospitalının təxliyyə edilərək orada nevrologiya və psixiatriya şöbələrində müayinə və müalicədə olması, şəhadətləndirilərək “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş üzvi (affektiv) pozuntu, uzunmüddətli depressiv epizodla. Kəkələmə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, sol tərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,.5 (dörd yarım) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağ gözdə M 3,0 D və M 1,0 D, sol gözlə M5, 0D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,7 olmaqla. qarının ön divarının soltərəfli varikoseleoktomiya (2014) və appendeklomiya (2001) əməliyyatlarından sonrakı dəri çapıqları. Hepatit “B” virusunun daışıyıcısı” diaqnozu ilə “xəstəliklər cədvəlinin” 14b, 17b, 23b maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, təxris edildikdən onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, nitqində kəkələmə, səs- küy götürə bilməməsi, yuxu pozuntusu, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyandığını, vəziyyəti ilə əlaqədar Salyan Mərkəzi Rayon Xəstəxanasında xx.xx.2020-xx.xx.2020-ci il tarixə kimi “Qapalı kəllə-beyin travması, nitq qüsuru ilə” diaqnozu ilə stasionar müalicədə olması, Bakı şəhər 2 saylı Psixiatriya Xəstəxanasında, həmçinin AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyası tərəfindən müayinə olunaraq onda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə” diaqnozunun təyin edilməsi, xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı X10, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq onda “Üzvi mənşəli (qapalı kəllə beyin travması) affektiv pozuntu. F 06.3, Uzunmüddətli depressiv epizodla. Kəkələmə F98.5” diaqnozunun müəyyən edilməsi, hazırki müayinə zamanı ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etdiyini bildirməsi, aldığı müalicələrə baxmayaraq işləmək qabiliyyətini itirməsini, əsəbilik, daxili gərginlik, tez-tez baş ağırlarından əziyyət çəkməsi, qıcıqlara dözümsüzlük, bəzi hallarda aqressivlik göstərməsi, yaddaşında zəiflik, tez-tez diksinərək yuxudan oyandığını, yuxuda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini gördüyünü, əhvalruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olmasını söyləməsi, sorğusual gedişatında verilən suallara ləng və əsəbi tərzdə, bəzən kəkələməklə cavab verərək tez yorulması, əhval-ruhiyyənin aşkar enməsinin diqqəti cəlb etməsi və s.) sübut edir. İİ. Yekun hissə. İnzibati iş materiallarını və psixiatrik müayinə zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci və 3-cü suallar üzrə İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı keçirdiyi qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Ekspert komissiyasının üzvləri belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, V00167960MFX nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar öz təsdiqini tapır. 4-cü və 5-ci suallar üzrə sualın geri qalanını cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid olmadığı qeyd olunaraq sual cavablandırılmamışdır. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Göstərilən xəstəliklər qeyd olunan Meyarlarda göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən hazırkı iş üzrə iddianın təmin üçün əsas mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2- 1(102)-1148/2024 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)- 1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar