Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3254/2024 23.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “iddiaçının piket keçirməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “iddiaçının piket keçirməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Baş Naziri Ə.Əsədova müraciət edərək ölkədə dərmanların xeyli baha olduğunı bildirmiş, ölkəyə gətirilən dərmanların qiymətlərinin aşağı salınması üçün 18% X2 götürülməsini xahiş etmişdir. Təklifinə cavab almadığına görə 15 oktyabr 2023- cü il tarixdə cavabdehə müraciət etmiş, Nazirlər Kabinetinin binası qarşısında etiraz piketi keçirilməsinə şərait yaradılmasını xahiş etmişdir. Müraciətdə deyilir: “Bildiyiniz kimi Azərbaycan Respublikasına istifadə edilən dərmanların 98%-i xarici ölkələrdən gətirilir və çox baha qiymətə satılır. Hakimiyyətin mətbu orqanlarında yazıldığından fərqli olaraq, ölkədəki işsizlik və vətəndaşların gəlirlərinin xeyli aşağı olmasına görə insanlar dərmanların dəyərini ödəyə bilmirlər və hakimiyyətin fəaliyyətsizliyi nəticəsində xəstələr zəruri dərmanları vaxtında ala bilmir və vaxtından əvvəl həyatlarını itirirlər. Azərbaycan hökumətinin bu fəaliyyətsizliyinə etiraz əlaməti olaraq biz Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyi planlaşdırırıq. Bu məqsədlə biz, bir qrup ziyalılar Azərbaycan Respublikası Konstitutsiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və “X1 haqqında” Azərbaycan Respublikasının qanunun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 26 oktyabr 2023-ci il tarixdə, saat 12:00- dən 13:00-dək ünvan 1 ünvanda yerləşən Nazirlər Kabinetinin binası qarşısında, 50 metr məsafədə etiraz piketi keçirmək istəyirik.“Sağlamlığımızı qoruyun”, “Sağlam yaşamaq hüququmuzdur”,” “Səhiyyə Nazirinə və TƏBİB-ə istefa” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırıq. Etiraz piketində 50(əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə Sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirik”. Cavabdeh göndərilmiş həyati əhəmiyyətli məsələyə- dərmanların qiymətlərinin aşağı salınması ilə bağlı müraciətə cavab verilməmişdir. Cavabdehin belə vacib məsələyə bu cür laqeyid münasibəti bir daha onu sübut edir ki,onlar üzərlərinə düşən vəzifələri qanunla nəzərdə tutuimuş qaydada yerinə yetirmirlər, bununla da insanların sərbəst toplaşmaq hüquqlarını pozurlar.Halbuki, dərmanlara X3 tətbiq etməməklə maya dəyərindən baha satılan dərmanlar xeyli ucuzlaşar, qiymətlər əlçatan olar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddiaərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki hallarından görünür ki, iddiaçının tələbi Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə piket keçirməsinə şərait yaradılması vəzifəsinin qoyulması ilə bağlıdır. Bununla bağlı Kollegiya ilk növbədə aşağıdakı hüquq normalarına diqqət çəkir: “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, X1 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.. Göründüyü kimi, toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin İİ hissəsində bildirilmişdir ki, yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; [6] 2) toplantının ümumi məqsədi; [7] 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);[8] 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. [9] İİİ. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar. İV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər. İddiaçının cavabdehə müraciət məktubunda qeyd edilmişdir ki, “.....Bu məqsədlə biz, bir qrup ziyalılar Azərbaycan Respublikası Konstitutsiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və “X1 haqqında” Azərbaycan Respublikasının qanunun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 26 oktyabr 2023-ci il tarixdə, saat 12:00- dən 13:00-dək ünvan 1 ünvanda yerləşən Nazirlər Kabinetinin biması qarşısında, 50 metr məsafədə etiraz piketi keçirmək istəyirik.“Sağlamlığımızı qoruyun”, “ Sağlam yaşamaq hüququmuzdur”,” “Səhiyyə Nazirinə və TƏBİB-ə istefa” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırıq. Etiraz piketində 50(əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə Sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirik....” Göründüyü kimi, piketin bir qrup şəxs tərəfindən keçirilməsi planlaşdırılsada həmin şəxslər barəsində müraciətdə məlumat qeyd edilməmişdir. Halbuki yuxarda qeyd olunan normalardan görünür ki, toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı) yazılı xəbərdarlıqda öz əksini tapmalıdır. Eyni zamanda həmin normalarda qeyd edilmişdir ki, küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrut (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer) göstərilməlidir. Müraciətə nəzər yetirildikdə görünür ki, piketin hansı yerdə keçiriləcəyi gösətilsədə, normaların tələbinə uyğun olaraq yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer barədə məlumatlar öz əksini tapmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, mitinqin keçiriləcəyi barədə iddiaçının etdiyi xəbərdarlıqla bağlı cavabdehin hərəkətsizliyi ilə iddiaçının hər hansı bir subyektiv hüququ pozulmur. Belə ki, cavabdeh tərəfindən X1nın qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul edilməmiş və ya hərəkətə yol verilməmiş, iddiaçı tərəfindən cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 4.2-ci bəndində göstərilir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3802/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3254/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3254/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver