Məhkəmə qərarları › İş №2-1(103)-3255/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3255/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3255/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(112)-4313/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdeh tərəfindən 221 saylı, xx.xx.2006-cı il tarixli qərarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində olan 300 kv.m torpaq sahsinin ona ayrılmasına görə ödənilmiş 1248 manat pulun hazırki indeksasiyasının əvəzi olaraq 75.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(112)-4313/2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadda göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, elektron məhkəmə sistemi vasitəsilə əlavə edilmiş sənədlərdə qoşma kimi xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edilməsi ilə bağlı poçt qəbzini də yerləşdirilmişdir. Göstərilənlərə, işdə olan sənədlərə baxmayaraq məhkəmə qanunsuz və əsassız olaraq iddianı mümkün saymamışdır. Tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(112)-4313/2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən görünür ki, birinci instansiyası məhkəməsi öz qərarını əsaslandırarkən iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməməsinə və işə baxılan zaman məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır. İddiaçı isə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadda göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, elektron məhkəmə sistemi vasitəsilə əlavə edilmiş sənədlərdə qoşma kimi xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edilməsi ilə bağlı poçt qəbzini də yerləşdirilmişdir. Göstərilənlərə, işdə olan sənədlərə baxmayaraq məhkəmə qanunsuz və əsassız olaraq iddianı mümkün saymamışdır. Məhkəmə Kollegiyası qeyd edir kİ, birinci instansiyası məhkəməsi iş materiallarında (iş.v-15) olan cavabdehə unvanlamış ilkin müraciətə dair məktubun catdırılması barədə qəbzə münasibət bildirməməlklə, bu istiqamətdə araşdırma aparmamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məsəhkəməsi istinad etdiyi hallarla bağlı iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(112)-4313/2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar