Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3256/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1924/2025 saylı, 08 may 2025-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərarın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********161900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0811 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) ilə vergi uçotuna, xx.xx.2024-cü il tarixində isə əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına alınmışdır. Sahibkarlıq fəaliyyəti göstəridiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-Salyan Lökbatan dairəvi yolayrıcısının qərbi ünvanda yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2024-cü il tarixli **********-11001 saylı kodla vergi orqanında uçota alınmış, həmin təsərrüfat subyektində (obyektində) xx.xx.2023-cü il tarixdə “WizarPOS Q2“ markalı, F5068B8B43DD3E55853B93862AEDEA90 zavod nömrəli nəzarət kassa aparatı (NKA) quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. İddiaçının əsas fəaliyyəti “X2 satışı” olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdrəsinin (bundan sonra - cavabdeh) “X7nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7070 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektinin) nəqliyyat vasitələrinə yüklənməsi üçün topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə X7 tədbiri həyata keçirilmişdir. Nəzarət tədbirinin nəticəsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli 100823 nömrəli aktda guya təsərrüfat subyektində (obyektində) 2.536.068,98 manat (ticarət əlavəsi və ƏDV daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı və bununla da vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 253.606,89 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməli olması təklif edilmişdir. X7 tədbirinin nəticəsinə cavabdeh tərəfindən baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərar qəbul edilərək elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturanın tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13cü maddəsi əsas tutularaq 253.606,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, X7 tədbiri zamanı təsərrüfat subyektində (obyektində) mal qalığının aşkar edilmədiyi müəyyən edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 100822 nömrəli Akt tərtib edilmişdir. Mal satışı və mal qalığı olmadığı və mağazanın boş olduğu halda xx.xx.2024-cü il tarixdə “2.536.068,98 manat dəyərində malların satışının aşkar edilməsi” tamamilə əsassız, qeyri-obyektiv və qanunsuz yanaşmadır. Qeyd edildiyi kimi, X7 tədbiri zamanı malların satışının olmadığı və bu zaman obyektdə mal qalığının aşkar edilmədiyi, idxal edilmiş malların obyektdə quraşdırılmış NKA vasitəsi ilə satıldığı və NKA-dan kənar malların satışının olmadığı, mal alan şəxslərin fiziki şəxslər olduğu, elektron qaimə-faktura verilməli olan, lakin elektron qaimə-faktura təqdim edilməli olan sahibkarlıq subyektləri müəyyən edilmədiyi halda, heç bir qanuni əsas olmadan, əvvəllər başa çatmış əməliyyatlara (satılmış mallara) görə iddiaçı vergi məsuliyyətinə cəlb edilərək ümumi satış dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası məsuliyyətinə cəlb edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyasının vergi qanunvericiliyinin tələblərinə zidd olması səbəbindən həmin qərarın ləğv edilməsi barədə cavabdehin yuxarı orqanı olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixdə inzibati şikayət verilmişdir. İnzibati şikayətə baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərar dəyişdirilmədən saxlanılmaqla inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli **********161900 nömrəli qərar qəbul edilmişdir. İddiaçı2 tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ********** saylı şəhadətnamə (VÖEN) ilə əsas fəaliyyəti “Qadın geyimlərinin pərakəndə satışı” olmaqla vergi uçotuna, ”Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2023-cü il tarixli **********8 nömrəli Arayış”a əsasən fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanda yerləşən mağaza təsərrüfat subyekti (obyekti) uçota alınmış və xx.xx.2024-cü il tarixli **********6 nömrəli qeydiyyat vərəqəsinə əsasən “Wizar POS Q2” markalı nəzarət kassa aparatı (NKA) vergi orqanında qeydiyyatdan keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanda yerləşən “Qadın geyimlərinin pərakəndə satışı” mağazasında “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektinin) nəqliyyat vasitələrinə yüklənməsi üçün topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə X7 tədbiri həyata keçirilmişdir. X7 tədbiri zamanı mağazada malların satışı və eləcə də mal qalığı aşkar edilməmiş və bu fakt xx.xx.2024-cü il tarixli DVX seriyalı 103366 nömrəli Akt tərtib edilməklə təsdiq edilmişdir. Lakin mağazada mal satışı və mal qalığı olmadığı, mağazanın boş olduğu halda xx.xx.2024-cü il tarixdə DVX seriyalı 103367 nömrəli Akt tərtib edilərək guya mağazada 164.740,77 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Nəzarət tədbirinin nəticəsinə cavabdeh tərəfindən baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0811 nömrəli qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0811 nömrəli qərar qanunazidd olduğundan və bunun nəticəsində iddiaçının hüquqları pozduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə məhkəmə icraatı İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsi tərəfindən İddiaçı1 münasibətdə təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Qeyd edilməlidir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il **********876700 nömrəli məktubu ilə cəmiyyətin elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:46-də oxunmuşdur. Qeyd olunan qərardan iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli **********636800 nömrəli məktubla inzibati şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********161900 nömrəli qərarı ilə İddiaçı1 X7nin nəticələrindən verdiyi inzibati şikayət təmin olunmamışdır. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən, İddiaçı1 xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2024-cü il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 40 kv. metr) barədə ərizə ilə müraciət etdiyi və X7 tədbiri keçirilən tarixə aktiv 1 (bir) obyekti olduğu müəyyən edilmişdir. Aparılan təhlillər, müşahidə baxış tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyətinin pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş malların pərakəndə satış formasında NKA ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, qeyd olunan risklərin araşdırılması üçün X7 tədbiri təyin edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər üzrə qanunvericiliyin pozulması barədə kifayət qədər əsası olması halı vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və X7nin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə səbəb olmuş və vergi ödəyicisinə xx.xx.2024cü il tarixli **********7070 nömrəli qərarla X7 tədbiri təyin edilmişdir. Baş İdarənin “X7nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarları əsasında İddiaçı1 sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən X7 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 2.536.068,98 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrıayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 100823 nömrəli akt tərtib edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq aktın bir nüsxəsi qəbul edilmiş. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərarı ilə iddiaçıya 253.606,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatda qeyd etmişdir ki, “Nəzərov.K.A tərəfindən 2.107.069,56 manat dəyərində mal idxal olunaraq qaimə təqdim etmədən 2 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə digər vergi ödəyicilərinə topdan qaydada satılaraq Vergi Məcəlləsinin 58-ci maddəsinin tələbləri pozulmuşdur.” Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildirilir ki, 2024-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə kimi vergi ödəyicisi tərəfindən 2.107.069,56 manat dəyərində mal idxal olunmuş, e-qaimə ilə alınmış mallar olmamış. X7nin həyata keçirilməsi zamanı İddiaçı1 məxsus təsərrüfat subyektində mal qalığı aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində ümumilikdə 2967 çek üzrə 2.676.552,01 manat məbləğin nəzarət-kassa aparatına mədaxil olunduğu, əksər hallarda çox qısa zaman intervalları ilə nəzarət-kassa aparatına məbləğlər daxil edildiyi, 1 çek üzrə orta hesabla nəzarət-kassa aparatına 902,1 manat məbləğin mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2024-cü il tarixli 256 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 247 nömrəli çek üzrə vahidinin qiyməti 985,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 267 nömrəli çek üzrə vahidinin qiyməti 951,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1039 nömrəli çek üzrə vahidinin qiyməti 962,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1026 nömrəli çek üzrə vahidinin qiyməti 935,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1900 nömrəli çek üzrə vahidinin qiyməti 1900,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1922 nömrəli çek üzrə vahidinin qiyməti 869,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 2816 nömrəli çek üzrə vahidinin qiyməti 997,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 2932 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları aşkar olunmuşdur. Bununla da, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaiməfaktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Eləcə də, xx.xx.2024-cü il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə X7 Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Cavabdeh tərəfindən İddiaçı2 münasibətdə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X7 həyata keçirilmişdir. X7nin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə Baş İdarə tərəfindən İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə idxal edilmiş mallardan 1.410.737,34 manat dəyərində olan hissəsi, elektron qaimələrə əsasən alınmış mallardan 114.351,05 manat dəyərində olan hissəsi və elektron qaimələrə əsasən satılmış mallardan 156.354,82 dəyərində olan hissəsini nəzərə alaraq 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 1.647.407,74 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2024-cü il tarixli 103367 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 103367 nömrəli akt İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 təqdim edilmiş, nümayəndə aktı qəbul etmiş və imzalamışdır. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı2 məxsus olan obyektdə keçirilmiş X7nin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 103367 nömrəli akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71- 1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı2 barəsində 164.740,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1924/2025 saylı, 08 may 2025-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələb(lər)inin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1924/2025 saylı, 08 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçıların apellyasiya şikayəti iddia tələblərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə bir tərəfdən X7 tədbirinin mövcud vergi qanunvericiliyinin tələblərinə və mahiyyətinə zidd olaraq keçirildiyini təsdiq etdiyi halda, digər tərəfdən isə işin mahiyyətinə tamamilə uyğun gəlməyən və yalnız cavabdehinin irəli sürdüyü ehtimallara əsaslanan hallara diqqət yetirərək hesab etmişdir ki, “sahibkarlıq subyektlərinə və ya qa qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə topdan qaydada sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatlarının pərdələnməsi məqsədilə iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləçdirilməklə satılması birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Belə ki, faktiki olaraq topdan qaydada satılan malların vergi ödəyicisi tərəfindən pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazar”a paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış döriyyəsindən vergilərin hesablanması mümkün olmur, nəticədə kölgə iqtisadiyyatına zəmin yaranır və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Odur ki, dövlət büdcəsinə əhəmiyyətli ziyan vuran bu növ sistematik və məqsədyönlü vergidən yayınma sxemlərinin aşkar edilməsi halında (hazırkı işin hallarına uyğun olaraq təkzibolumaz dəlillərlə sübut edildiyi təqdirdə) vergi nəzarəti ilə bağlı formal hüquqi müddətlərin tətbiqi istisna edilməklə vergi ödəyicisinin keçmiş dövr üzrə fəaliyyətinin yoxlanması qəbul ediləndir.” Eyni zamanda, məhkəmə X7 tədbiri zamanı iddiaçıların nümayəndələri olmuş şəxslərin izahatlarını (həmin izahatlar məhkəmədə lazımi qaydada digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılmadan və işin digər faktiki və hüquqi halları ilə uyğunluğu yoxlanılmadan) əsas tutaraq malların topdan qaydada satıldığı, təsərrüfat subyektlərinin bir sırada yerləşməklə ümumiyyətlə gediş-gəlişi olmayan yerdə yerləşməsi, pərakəndə satış obyektinin ümumiyyətlə mövcud olmaması (obyektin formal qeydiyyatı) və NKA ilə rəsmiləşdirilmiş malların istehlakçıların istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə olması nəticəsinə gəlmişdir. Hazırkı iş üzrə cavabdehin X7nin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, X7nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, X7nin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin X7nin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən X7nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, X7 Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda X7 tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü X7 tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş 50.4-1ci maddəsinə əsasən Məcəllənin 50.1-ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə Vergi Məcəlləsinin tələblərinin pozulması anından (....) 3 il (...) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə görə isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq (...) hüququna malikdirlər. Deməli burada əsas faktor “Vergi Məcəlləsinin tələblərinin pozulması halı” olmalıdır və yuxarıda qeyd edildiyi kimi tədbir zamanı pozuntu halı aşkar edilməmişdir. Bütün hallarda “elektron-qaimə faktura təqdim edilməsi öhdəliyi” işin faktiki və hüquqi halları nəzərə alınmadan düzgün olmayaraq iddiaçının üzərinə qoyulmuşdur. Qanunvericilikdə bu öhdəlik kifayət qədər fərqləndirilmiş, hansı halda vergi ödəyicisi “elektron qaimə-faktura təqdim etmə öhdəliyi daşıması” konkret olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, yalnız topdansatış zamanı sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada alıcıya elektron qaimə-faktura verilməlidir. Digər halda isə malın təqdim edilməsi qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “X7nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7070 nömrəli qərara əsasən İddiaçı1 (VÖEN: **********) məxsus olan obyektdə Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X7 həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242102583 nömrəli Çıxarışa əsasən İddiaçı1 məxsus Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində növbədənkənar X7 keçirilməsi qərara alınmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli qərara əsasən İddiaçı1 Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 253.606,89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixədək 253.606,89 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) məxsus Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 ünvanda yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********-11001). “X7nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7814 nömrəli qərara əsasən İddiaçı2 (VÖEN: **********) məxsus olan obyektdə Sədərək TM-ə gedən yolun şimal qərbi malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X7 həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242129176 nömrəli Çıxarışa əsasən İddiaçı2 məxsus Sədərək TM-ə gedən yolun şimal qərbi X2 Satışı obyektində xx.xx.2024- xx.xx.2024-cü il tarixlərində növbədənkənar X7 keçirilməsi qərara alınmışdır. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatda qeyd etmişdir ki, o, İddiaçı2 səlahiyyətli nümayəndəsidir, ticarət mərkəzində başqa anbarı yoxdur, idxal etdiyi və aldığı malları 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etmədən topdan satıb. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərara əsasən İddiaçı2 Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 164.740,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixədək 164.740,77 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı2 (VÖEN: **********) məxsus Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********- 11001). “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması” ərizəsinə əsasən İddiaçı2 xx.xx.2025-ci il tarixdə fəaliyyətinə xitam verilməsi ilə əlaqədar **********-111003 kodu olan obyektin fəaliyyətinin və digər əməliyyatlarının ləğvi barədə qərar qəbul etmişdir. İş materiallarından görünür ki, X7 İddiaçı1 münasibətdə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri, İddiaçı2 münasibətdə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə etsə də, faktiki olaraq vergi ödəyicilərinin 2024-cü il üzrə ümumi fəaliyyətləri yoxlanılmış və yoxlama nəticəsində müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərarlar qəbul edilmişdir. Hazırda iddiaçılar tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərarları mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, vergi ödəyiciləri (hazırki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq topdansatış fəaliyyəti həyata keçirilməsinə baxmayaraq, əldə edilmiş mallar NKA (nəzarət kassa aparatı) ilə pərakəndə satış formasında rəsmiləşdirilmiş, malların alqısatqısına dair elektron-qaimə faktura təqdim edilməmişdir. İddiaçılar tərəfindən geniş miqyaslı kölgə iqtisadiyyatının yaranmasına səbəb olan sistematik və məqsədyönlü vergidən yayınma sxemi qurulmuşdur. Hazırki iş üzrə vergi orqanı tərəfindən sistematik və məqsədyönlü vergidən yayınma sxemi aşkar edildiyindən vergi yoxlamasının keçmiş dövr üzrə həyata keçirilməsi qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Belə ki, müvafiq səlahiyyət Vergi Məcəlləsində nəzərdə tutulmaqla konkret halda qarşıya qoyulan məqsədə uyğun olaraq tətbiq edilmiş və iddiaçıların yuxarıda qeyd edilən davranışlarına nəzər salınsa, ədalətli şəkildə tətbiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X7ni keçirmək; 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.2-1-ci maddəsinə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək; 50.1-ci maddəsinə əsasən X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.4-cü maddəsinə əsasən X7 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X7ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1-ci maddəsinə əsasən Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından da müəyyən edilir ki, iddiaçılar barəsində X7 həyata keçirilmiş, fəaliyyətin nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərarlar qəbul edilmişdir. Nəzarət İddiaçı1 münasibətdə xx.xx.2024-xx.xx.2024-cü il dövrlərini, İddiaçı2 münasibətdə xx.xx.2024-xx.xx.2024-cü il dövrlərini əhatə etmiş və faktiki olaraq vergi ödəyicilərinin 2024-cü il üzrə ümumi fəaliyyətləri yoxlanılmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə X7 ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, X7 mahiyyət etibarı ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, X7 zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi nəzarəti institutunun əsas hüquqi məqsədi vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi, vergitutma prosesinin şəffaflığının təmin olunmasıdır. Belə ki, vergi nəzarəti yalnız inzibati prosedur deyil, ictimai maliyyə sabitliyinin qorunmasına xidmət edən hüquq-mühafizə mexanizmdir. Bu baxımdan vergi nəzarəti tədbiri zamanı faktiki olaraq aşkarlanmış və sübutlarla təsdiq edilmiş vergi pozuntularına hüquqi qiymət verilməsi qanunçuluq prinsipindən irəli gəlir. Vergi orqanı tərəfindən həyata keçirilmiş yoxlama zamanı vergi ödəyicisinin sistematik və məqsədyönlü şəkildə vergidən yayınması, vergi üstünlüyünün əldə edilməsi məqsədi ilə qəsdən vergidən yayınma sxeminin tətbiq edilməsi, kölgə iqtisadiyyatının yaradılması kimi hallar aşkar edildiyi təqdirdə, yalnız formal hüquqi çərçivədən yanaşılması (X7nin tətbiq olunduğu müddətlərlə məhdudlaşması) vergi hüququnun maddi normalarının mahiyyəti və qanunvericiliyin məqsədi ilə ziddiyyət təşkil edə bilər. Vergi nəzarəti zamanı aşkar edilmiş sistematik və davamlı xarakter daşıyan vergi pozuntularına hüquqi qiymət verilməməsi vergi intizamının pozulması və vergidən yayınma hallarının artması ilə nəticələnə bilər. Bu hallarda hüquqi yanaşma fərdi işin konkret hüquqi və faktiki halları əsasında balanslaşdırılmış şəkildə tətbiq olunmalıdır. Vergi nəzarətinin tətbiq olunduğu hüquqi forma və müddət çərçivəsi nəzərə alınmaqla yanaşı, vergi pozuntusunun xarakteri, təkrar olunub-olunmaması, qəsdin mövcudluğu və ictimai təhlükəlilik səviyyəsi də qiymətləndirilməlidir. Odur ki, vergi nəzarətinin hüquqi sərhədləri ilə onun funksional məqsədi arasında prosessual və maddi hüquqi balans təmin edilməli, bu institut formal prosedur kimi deyil, vergi hüququnun effektiv tətbiq vasitəsi kimi qiymətləndirilməlidir. Cavabdeh orqan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların qəbul edilməsi üçün əsas olaraq ona istinad edilmişdir ki, vergi ödəyicilərinin fəaliyyətləri pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş mallar NKA ilə pərakəndə satış formasında rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə topdan qaydada sənəd verilmədən (elektron qaiməfaktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsi məqsədilə iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Belə ki, faktiki olaraq topdan qaydada satılan malların vergi ödəyicisi tərəfindən pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur, nəticədə, kölgə iqtisadiyyatına zəmin yaranır və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Odur ki, dövlət büdcəsinə əhəmiyyətli ziyan vuran bu növ sistematik və məqsədyönlü vergidən yayınma sxemlərinin aşkar edilməsi halında (hazırki işin hallarına uyğun olaraq təkzibolunmaz dəlillərlə sübut edildiyi təqdirdə) vergi nəzarəti ilə bağlı formal hüquqi müddətlərin tətbiqi istisna edilməklə vergi ödəyicisinin keçmiş dövr üzrə fəaliyyətinin yoxlanılması qəbul ediləndir. İddiaçı1 iddia tələbi üzrə iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində nəzarət-kassa aparatına ümumilikdə 2967 çek üzrə 2.676.552,01 manat məbləğ mədaxil olunmuş, daxil edilmiş məbləğlər arasında intervallar əksər hallarda çox qısa müddəti əhatə etmiş, 1 çek üzrə orta hesabla nəzarət-kassa aparatına mədaxil olunmuş məbləğ 902,1 manat təşkil etmişdir (iş materiallarından olan çeklərdən nümunələr: xx.xx.2024-cü il tarixli 256 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 247 nömrəli çek üzrə vahidinin qiyməti 985,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 267 nömrəli çek üzrə vahidinin qiyməti 951,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1039 nömrəli çek üzrə vahidinin qiyməti 962,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1026 nömrəli çek üzrə vahidinin qiyməti 935,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1900 nömrəli çek üzrə vahidinin qiyməti 1900,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1922 nömrəli çek üzrə vahidinin qiyməti 869,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 2816 nömrəli çek üzrə vahidinin qiyməti 997,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 2932 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı). Belə olan təqdirdə pərakəndə satışın mahiyyətinə zidd olaraq hər çek üzrə davamlı intervallarla fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması məhkəmədə şübhə yaratmır. Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) məxsus Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 ünvanda yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********- 11001). Vergi ödəyicisinə məxsus qeyri-yaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, mağazada saxlanan hər hansı mal mövcud deyil və obyekt faktiki olaraq fəaliyyət göstərmir. İddiaçının hər hansı digər obyektinin və ya saxlanc yerinin olması müəyyən edilmir. Belə olan təqdirdə vergi ödəyicisinə məxsus obyektin formal xarakter daşıması, malların mütəmadi olaraq iri həcmli partiyalarla satılması pərakəndə satış fəaliyyətinin mahiyyətinə uyğun gəlmir. İddiaçı2 iddia tələbi üzrə iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, iş materiallarında mövcud olan vergi ödəyicisinə məxsus nəzarət kassa aparatının çeklərinə əsasən pul vəsaitləri nəzarət-kassa aparatına eyni vaxtlarda, eyni məbləğlərdə və qısa vaxt aralığında mədaxil olunmuşdur. Belə ki, yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,2 - 20,0 manat aralığında olmasına baxmayaraq, “nəzarət kassa aparatının çekləri barədə məlumatda” əks olunan əksər çeklər üzrə məbləğin 750,0 - 999,0 manat aralığında olması müəyyən olunur. Odur ki, fiziki şəxsin istehlak məqsədləri üçün 1 vahidinin dəyəri 20 manatdan aşağı olan ümumi 750,0 manat və ondan yuxarı məbləğdə olan mal alması ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin məqsədilə (son istehlak) ilə ziddiyyət təşkil edir. Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı2 (VÖEN: **********) məxsus Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********- 11001). Vergi ödəyicisinə məxsus qeyri-yaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, obyekt formal xarakter daşıyır, tam şəraitsiz və boşdur. Odur ki, müvafiq obyekt pərakəndə ticarət fəaliyyətinə uyğun olmamaqla yanaşı, iddiaçının digər hər hansı anbarının və ya saxlanc yerinin olması müəyyən edilmir. Vergi ödəyicisi İddiaçı2 xx.xx.2025-ci il tarixdə **********-111003 kodu olan qeydiyyata alınmış obyektin fəaliyyətinin və digər əməliyyatlarının ləğvi barədə qərar qəbul edilmişdir. Vergi ödəyicisi İddiaçı1 (iddiaçının) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tədbiri zamanı cavabdeh orqana təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında 2.107.069,56 manat dəyərində mal idxal olunaraq qaimə təqdim etmədən 2 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə digər vergi ödəyicilərinə topdan qaydada satılaraq Vergi Məcəlləsinin 58-ci maddəsinin tələblərini pozduğunu bildirmişdir. Vergi ödəyicisi İddiaçı2 (iddiaçının) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tədbiri zamanı cavabdeh orqana təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında İddiaçı2 ticarət mərkəzində başqa hər hansı anbarı olmadığını, idxal etdiyi və aldığı malları 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etmədən topdan satdığını bildirmişdir. Vergi ödəyicilərinin məhz topdan ticarət fəaliyyətilə məşğul olması səlahiyyətli nümayəndələri tərəfindən verilən izahatlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. X7nin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır, iddiaçılar da bu hallara istinad etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, vergi ödəyiciləri (hazırki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq topdansatış fəaliyyəti həyata keçirilməsinə baxmayaraq, əldə edilmiş mallar NKA (nəzarət kassa aparatı) ilə pərakəndə satış formasında rəsmiləşdirilmiş, malların alqısatqısına dair elektron-qaimə faktura təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıların fəaliyyətinin yoxlanılması zamanı sistematik və məqsədyönlü vergidən yayınma sxemi aşkar edilmiş, bu səbəbdən vergi yoxlamasının keçmiş dövr üzrə həyata keçirilməsi qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Cavabdeh inzibati orqanın belə bir səlahiyyətinin olması vergi qanunvericiliyində öz əksini tapır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələblərinin təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1924/2025 saylı, 08 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Anar İbrahimov
Məhkəmə qərarları › İş №2-1(103)-3256/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3256/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver