Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3258/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək Xətai rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 12.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Xətai rayon İcra Hakimiyyəti başçısının 18 mart 2016- cı tarixdə tərtib olunmuş 69 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qaraj onun adıına rəsmiləşdirilmişdir. Hal-hazırda Xətai rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin aparılması əsası ilə həmin qaraj sökülmüşdür. Qaraj sökülməmişdən əvvəl ona Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir məlumat verilməmiş, qarajın dəyəri isə ödənilməmişdir. Lakin həmin qaraj ona məxsus idi və orada şəxsi əşyaları saxlanılırdı, buna görə də qarajın sökülməsinə görə Xətai rayon İcra Hakimiyyəti məsuliyyət daşıyır. Həmçinin, qaraj söküldüyü üçün qanunvericilik normalarına əsasən ona həmin qarajın əvəzi olaraq pul məbləği ödənilməlidir. Qarajlar söküldükdən sonra ona dəfələrlə Xətai rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli К-116-126 nömrəli cavab məktubuna əsasən ona bildirilmişdir ki, müraciəti ətraflı araşdırılması üçün aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə K-116-126 qeydiyyat nömrəli məktub ilə göndərilmişdir. Lakin Xətai rayon İcra Hakimiyyətindən ona heç bir cavab verilməmişdir. Göründüyü kimi onunla qarşılıqlı razılaşma əldə edilməklə söküntü işləri görülməli olduğu halda cavabdeh tərəfin əməkdaşları onunla hər hansısa bir razılığa gəlmədən mülkiyyətində olan qarajı sökmüşlər. "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ona məxsus olan Bakı şəhəri Xətai rayonu Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın bazar dəyəri hal-hazırda 12.000 manat təşkil edir. Odur ki, hesab edir ki, 12 000 manat pul məbləği cavabdehdən tutularaq ona ödənilməlidir...” Cavabdeh iddia ərizəsi ilə bağlı məhkəməyə ünvanlanmış Cavabdeh xx.xx.2023-cü il tarixli 5-11/2- 336/2023 nömrəli məktubunda bildirmişdir ki, "Xətai rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Qədir Məmmədov küçəsində yerləşən 3 “C” nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan dəmir konstruktiv qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Qeyd olunan ünvanda vətəndaş İddiaçı məxsus dəmir konstruktiv qarajın sənədləşdirilməsinə Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 69 saylı sərəncamına əsasən icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncamın 3-cü bəndinə əsasən ətrafyanı ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi, eyni zamanda 4-cü bəndinə əsasən qarajın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə vergi ödənilməsi üçün Xətai rayon Bələdiyyəsinə müraciət etməsi vətəndaşa həvalə olunmuşdur. Qarajın yerləşdiyi əraziyə baxış keçirilən zaman müəyyən olmuşdur ki, vətəndaş İddiaçı ərazinin abadlığına, sanitariya qaydalarına riayət etməmiş və 2016-cı il tarixdən 2022-ci il tarixədək torpaqdan istifadəyə görə vergi ödəməmiş, eyni zamanda sərəncamda qeyd olunan öhdəliklərə əməl olunmadığından mövcud dəmir konstruktiv qaraj götürülmüş və həmin ərazidə abadlıq işləri aparılaraq gələcəkdə vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 11.500 (on bir min beş yüz) manat cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Xətai Rayon İcra Hakimiyyəti məhkəmənin qeyd edilən qərarı ilə razı deyil. Belə ki, Xətai rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Qədir Məmmədov küçəsində yerləşən 3 “C” nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan dəmir konstruktiv qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Qeyd olunan ünvanda vətəndaş İddiaçı məxsus dəmir konstruktiv qaraj Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 69 saylı sərəncamına əsasən mövcüd qarajın sənədləşdirilməsinə icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncamın 3-cü bəndinə əsasən ətrafyanı ərazinin abadılığına və sanitariya qaydalarına riayət edilməsi, eyni zamanda 4-cü bəndinə əsasən qarajın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə vergi ödənilməsi üçün Xətai rayon Bələdiyyəsinə müraciət etməsi vətəndaşa həvalə olunmuşdur. Qarajın yerləşdiyi əraziyə baxış keçirilən zaman müəyyən olmuşdur ki, vətəndaş İddiaçı ərazinin abadlığına, sanitariya qaydalarına riayət etməmiş və 2016-cı il tarixdən 2022-ci il tarixədək torpaqdan istifadəyə, görə vergi ödənilməmiş, eyni zamanda sərəncamda qeyd olunan öhdəliklərə əməl olunmadığından mövcud dəmir konstruktiv qarajın sökülməsi barədə İddiaçı xəbərdarlıq edilmiş və qeyd olunan ünvanda yerləşən qaraj onun tərəfindən sökülərək götürülmüşdür. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyətlər yaradan müddəalar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edib-etmədiyinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Mübahisənin mahiyyətinə aid cavabdehin irəli sürdüyü dəlillərin müzakirə edilməməsi eləcə də onların qiymətləndirilməsinin məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Belə qərar isə ədalət mühakiməsinin qanununa uyğun aktı kimi qəbul oluna bilməz. Belə hüquqi dəyərləndirmənin nəticəsi olaraq mümkün sayılan tələbə baxılmalı, digər hissələrdə isə iddia mümkün sayılmamalıdır...” Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının tələbindən göründüyü kimi, Xətai rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 12.000 manatın cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. İş mateiallarına əlavə olunmuş, Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-01414/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş - Bakı şəhəri Cavabdeh xx.xx.2016-cı il tarixli 69 nömrəli sərəncamının arxiv surətindən görünür ki, Bakı şəhəri Cavabdeh başçısı tərəfindən qeyd edilən sərəncam verilmişdir ki, Xətai rayonu Qədir Məmmədov küçəsi 3 c saylı binanın yaxınlığında quraşdırılmış, mövcud 15 kv.metr ölçüdə qaraj vətəndaş İddiaçı adına rəsmiləşdirilsin. İşdən görünür ki, iddiaçı qarajın sökülməsi ilə əlaqədar, əvəzi kimi, ona 12.000, 0 manat məbləğində pul ödənilməsinə dair ərizə ilə cavabdehin üst qurumu - Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu həmin ərizəzəni İnzibati icraat haqqında Qanunun 33.1-ci maddəsinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün cavabdeh Xətai rayon İcra Hakimiyyətinə göndərmiş, lakin sonuncu tərəfindən isə iddiaçıya cavab verilməmişdir (İPM m. 33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.). Cavabdehin Cavabdeh qeyd edilən xx.xx.2023-cü il tarixli 5-11/2- 336/2023 nömrəli məktubundan və onun hazırkı apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, İddiaçı sərəncam əsasında 2016-cı il tarixdən 2022-ci il tarixədək istifadə etdiyi Xətai rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Qədir Məmmədov küçəsində yerləşən 3 “C” nömrəli binanın ətrafında yerləşən dəmir konstruktiv qaraj, ərazinin abadlığına, sanitariya qaydalarına xələl gətirdiyindən, gələcəkdə vətəndaşların istifadəsinə verilməsi üçün abadlıq işləri aparılaraq sökülmüşdür. Lakin, cavabdeh yerli icra hakimiyyəti orqanı qaraj sökülərkən maraqlarına toxunan iddiaçının mənafeyini nəzərə almamış, onu inzibati icraata cəlb etmədən, kompensasiya ödənilmədən, qanuni istifadəsində olan qarajı sökərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddaəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 1097.1-ci maddəsi isə nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən isə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İşdən görünür ki, sökülən qaraja görə iddiaçıya vurulan ziyanın həcmini müəyyənləşdirmək üçün birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-tikinti ekspertizası təyin edilsə də, Mərkəz tərəfindən, qaraj faktiki olraq söküldüyünə görə, məhkəmə ekspertizasının aparılmasından imtina olunaraq (xx.xx.2023-cü il tarixli məlumat) iş üzrə materiallar icrasız geri qaytarılımışır. Daha sonra, məhkəmə tərəfindən, xx.xx.2024-cü il tarixli 2-1(112)-739/2024 nömrəli qərardadı ilə sökülmüş qarjın iş materialları üzrə (cizgisi, sökülməzdən əvvəlki fotoşəkillər və s.) Əmlak Ekspert Mərkəzinə qiymətləndirilmə təyin olunmuş və sonuncu tərəfindən 04 aprel 2024-cü il taixdə ƏEM/A 26-240/24 saylı mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında yerləşən, sahəsi 15,0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 11.500 manat məbləğində qiymətləndirilmişdir. Həmin dəyər baxımından, qarajın 1-kv metrinin qiyməti 766,66 (********) manat təşkil edir ki, bu da məhkəmə kollegiyasının qənaətinə görə həmin ərazidə yerləşən qaraj kimi qeyri-yaşayış sahəsinin bazar qiymətinə yaxın olan ağlabatan bir qiymətdir (Müqayisə üçün, iş materiallarına əlavə olnmuş qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti, məh.“518 A” ünvanında yerləşən sahəsi 24.5 kv m olan qaraja görə cavabdehin üzərinə 37000 manat məbləğində kompensasiya, yəni 1 kv.m sahəsinə görə 1510,20 manat məbləğində kompensasiya ödənilməsi cavabdehə həvalə edilmişdir. Bu baxımdan, yəni, Yasamal rayonu ,H.Cavid prospekti məh.“518 A” 3-cü zonaya uyğun gəldiyi nəzərə alındıqda, konkret halda, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında yerləşən mübahisəli qaraj isə şəhərin, birinci üç zonasından da kənarda, digər zonalar qrupuna aid ərazidə yerlşdiyinə görə - burada ikiqat qiymət fərqinin yaranması labüddür). Ona görə də qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, konkret halda, birinci instansiya məhkəməsinin qərarı ilə qarajın sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq, 11500 manat məbləğində pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin sübutlarla müəyyən edilən hallarına, o cümlədən, onun dəlillərinə düzgün hüquqi qiymət verilmədiyini vurğulamaqla, birinci instansiya məhkəəsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3258/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3258/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver