Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-326/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3218/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.92) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…Cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bu zaman onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, xx.xx.1984-xx.xx.1986-cı illərdə Balakov VEM trestinin qurşadırma sahəsində, xx.xx.1986-xx.xx.1992-ci illərdə Ulduz Elm-İstehsalat Birliyində, xx.xx.1994- xx.xx.1999-cu illərdə Sabunçu EİM ASC-də, xx.xx.2006-xx.xx.2007-ci illərdə və xx.xx.2012- xx.xx.2013cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə müəyyən olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin. siyahısı”nda nəzərdə tutulan işlərdə çalışmış, güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bununla bağlı müraciətinə ƏƏSMN tabeliyində DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialı tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ nəzərinə çatdırılmışdır...» Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 27 gün (xx.xx.1987-xx.xx.1990- ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2006-xx.xx.2007-ci il və xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23649,34 manat təşkil edir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: - “İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin...” Cavabdeh apellyasiya şikayəti verərək, qərarın qanunsuz və əsassız olduğundandan ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. İddiaçı pensiya hüququnun yarnıb-yaranmaması məsələsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə tənzimlənir. X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və agır olan islərdə is müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən isdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə İddiaçı xx.xx.1986- xx.xx.1987-ci illər ərzində “Ulduz” zavodunda burqulayıcı vəzifəsində. xx.xx.2006- xx.xx.2007-ci və xx.xx.2012xx.xx.2013-cü illər ərzində isə "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi burqulayıcı vəzifəsi “Ulduz” Elm-İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 04 №li arayışda istinad edilən yuxarıda qeyd olunan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılar» vəzifələrinə uyqun deyil. Bundan başqa "xxxx" ASC-nin 18 yanvar 2021-ci il tarixli 03/21 №li arayışında qaynaqçı vəzifəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamaqı barədə hər hansı məlumat göstərilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış birinci instansiya məhkəmsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən (şəxs.vəs. No ********; xx.xx.2013. Xətai RPİ) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı iddiadır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 29.iyun 2022-ci il tarixinədən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələbindən göründüyü kimi, xx.xx.2022-ci il tarixində 60 yaşı bitsə də, qeyd olunan norma onun hüquqi vəziyyyətini yüngülləşirməsi baxımından ona məhz 29.iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmk pensiyasının təyin olunmasını tələb etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının qeyd olunan 29.iyun 2022-ci il tarixinə kimi, azı 25 il ümumi iş stajının mövcudluğu mübahisələndirilmir. Onun hazırkı apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi mübahisələndirilən hal, yalnız iddiaçının güzəştli pensiya hüququ verən stajı ilə bağlıdır. İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində işə baxılmalıb hüquqi qiymət verilməlidir. Cavabdeh isə apellyasiya şikayətində mübahisələndirir ki, iddiaçının təqdim edilmiş sənədlərdə onun xx.xx.1986- xx.xx.1987-ci illər ərzində “Ulduz” zavodunda «burqulayıcı», xx.xx.2006- xx.xx.2007-ci və xx.xx.2012-xx.xx.2013-cü illər ərzində isə "xxxx" ASC-də «qaynaqçı» peşələrində işlədiyi dövr onun güzəştli stajı kimi qəbul etməmiş, bunu onunla əsaslandırmışdır ki, onun işlədiyi burqulayıcı işi “Ulduz” Elm-İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 04 №li arayışda qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılar» vəzifələrinə uyqun deyil, bundan başqa, "xxxx" ASC-nin 18 yanvar 2021-ci il tarixli 03/21 №li arayışında qaynaqçı vəzifəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamaqı barədə hər hansı məlumat göstərilməmişdir.” Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının, 22 avqust 1979-cu il tarixdə doldurulmasına başlanılmış İT-İ ******* nömrəli əmək kitaçasının surətinə əsasən müəyyən olunur ki, güzəştli pensiya hüququ verən aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1983-xx.xx.1984:“Volqoenerjitəmir” quraşdırma idarəsində elektrik qaynaqçısı-1ay 18 gün; xx.xx.1984-xx.xx.1985: “Balakovsk” quraşdırma idarəsində elektrik qaynaqçısı - 11 ay 7 gün; xx.xx.1985-xx.xx.1985: “İstixanatikinti” idarəsində elektrik qaynaqçısı - 5 ay 1 gün; xx.xx.1985 -xx.xx.1986: “Zabrat İstixana kombinatı”nda elektrik qaynaqçısı – 8 ay 26 gün xx.xx.1990-xx.xx.1990: “Bakı Ulduz zavodu”nda və “Şəfəq” K/M-də qaz-elektrik qaynaqçısı-1ay 22 gün; xx.xx.1990-xx.xx.1991-“Şəfəq”Bakı müəssisəsində qaz eelektrik qaynaqçısı 9 ay 25 gün; xx.xx.1991-xx.xx.1992-xx.xx.1992: Şəfəq K/M-də elektrik-qaz qaynaqçısı- 8 ay 12 gün; xx.xx.1992 – xx.xx.1994: TTSMD-də elektrik-qaz qaynaqçısı- 1 il 4 ay 28 gün; xx.xx.1994-xx.xx.1999: Sabunçu maşınqayırma zavodunda elektrik qaz qaynaqçısı-5 il 6 ay; xx.xx.2006-xx.xx.2007- : "xxxx" ASC-də qaynaqçı- 1 il 3 ay 4 gün; xx.xx.2012-xx.xx.2013– həmin Limanda qaynaqçı - 1 il 3 ay 6 gün” Beləliklə də, iddiaçının elektrik, qaz və elektrik-qaz qaynaqçısı kimi çalışdığı işlər ümumiləşdirildikdə onun 13 il 4 ay 29 gün həmin peşələrdə fəaliyyət göstərmişdir. İşə əlavə olunmuş “Ulduz” Elm-İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli, Bakı Növsan Beynəlxalq Dəniz Limanının 18 yanvar 2021-ci il tarixli arxiv arayışlarına əsasən iddiaçının elektrik, elektrik-qaz və qaz qaynaqçısı kimi salışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulan göstəricilərə uyğundur. Həqiqətən də qeyd edilən “Siyahı”nın sözügedən 35-ci bölməsinjdən həqiqətən də görünür ki, istər qaz qaynaqçızarı, istərsə də əl ilə elektrik qaynaqçıları güzəştli pensiya hüququ verənə peşələrə aid edilmişdir. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təqdim etdiyi, 6 nömrəli 14 yanvar 2022-ci il tarixli arayışına əsasən əsasən də müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci il tarixində 22№-li Texniki Peşə Məktəbinə təhsil müddəti 2 il olan “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə (əyani) qəbul olmuş, xx.xx.1979-cu il tarixində 22 №-li Texniki Peşə Məktəbini “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə bitirmiş və ona № 5044 diplom verilmişdir. Beləliklə də, iddiaçıya, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinin tələbləri qaydasında 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərədə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən məhkəmə təcrübəsi üzrə çoxsaylı məhkəmə qərarlarını da görməməzliyə vuraraq iddiaçının əl ilə elektrik qaynaq işələri aparmadığını əsas gətirən formal xarakterli dəlilləri ilə ona güzəştli şərtlərlə pensiya təyinatından imtina olunması əsassız olmuş, qanunla qorunan pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-326/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-326/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver