Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-326/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7880/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1240303,14 (bir milyon iki yüz qırx min üç yüz üç manat on dörd qəpik) manat əlavə vergi hesablanması barədə hərəkətlərinin və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2024-cü il tarixli **********597100 saylı qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı İddiaçınə 06 mart 2024-cü il tarixli, **********096300 nömrəli məktubla müraciət edərək, 22 fevral 2024-cü ildə təqdim olunmuş bəyannamədə, hesabatda Cəmiyyətin bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34526081 manat vəsait daxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranması səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığını bildirmiş və həmin dövrlər üzrə dəqiqləşdirilmiş 5 iş günü ərzində əlavə dəyər vergisi bəyannaməsinin təqdim olunması tələb edilmişdir. İddiaçı 11 mart 2024-cü il tarixdə cavabdehə izahat məktubu və izahatda qeyd edilən hər bir hal üzrə ətraflı açıqlama göndərmişdir. Cavabdeh izahat məktubunda göstərmişdir ki: “xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şirkətin ABB, X8 və Paşa Bankda olan hesablarına toplam olaraq ********.28 manat ekvivalentində məbləğ daxil olmuşdur. Bunlardan 171000 manat ekvivalentində məbləğ təsisçidən borc olaraq daxil olmuş, 3684066.83 manat ekvivalentində məbləğ hesabın möhkəmləndirilməsi olaraq bir hesabdan digər hesaba köçürülmüş, 110000.00 manat ekvivalentində məbləğ borc kimi hesaba mədaxil olunmuş, 2862672.50 manat ekvivalentində məbləğ xarici valyutanın alışı ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 4154007.58 manat ekvivalentində məbləğ xarici valyutanın satılması ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 212599.82 manat ekvivalentində məbləğ kassadan hesaba mədaxil olunmuş, 339949.00 manat ekvivalentində məbləğ səhv köçürülmə ilə əlaqədar olaraq geri köçürülmüş, ********.55 manat ekvivalentində məbləğ müştərilərdən debitor borc olaraq mədaxil olunmuşdur ki, bu məbləğin 3034214.31 manat hissəsi ƏDV daxil ödənilmişdir. Yuxarıda yazılanları nəzərə alaraq 3034214.31 manat məbləğdən bank hesabına ödənilmiş ƏDV məbləğini çıxsaq 2571368.06 manat məbləğ qalır ki, o da sözügedən dövr ərzində ƏDV bəyannamələri üzrə bəyan edilmişdir“. İddiaçının vergi borcu olmadığı və əlavə vergi hesablanması barədə hər hansı qərar təqdim olunmadan ona 15 mart 2024-cü ildə **********620000 nömrəli bildiriş göndərilərək 901157.10 manat vergi borcunun olduğu və həmin borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş və həmin gün Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında vergi məbləği göstərilmədən 105% həcmində dondurulması barədə **********621700 nömrəli qərar göndərilmişdir. Cavabdehin hərəkətlərinə etiraz olaraq cavabdehə və X3 Baş İdarəsinə 15 mart 2024-cü ildə şikayətlər göndərilmiş, əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin hesablar üzrə hərəkət deyil, yalnız debitor borclar üzrə mədaxilin təşkil etdiyi bildirilmiş və qanunsuz hərəkətlərin dayandırılması, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 1240303.14 manat əlavə dəyər vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Həmin gün saat 16-57-də daxil olmuş Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə müəmmalı bir tərzdə tərtib olunmuş **********5997100 saylı qərarda bəyannamə və hesabat dövrü kimi əlavə dəyər vergisi, Yanvar 2024-cü il göstərildiyi və heç bir kənarlaşma nə indi, nə də əvvəllər olmadığı halda, 1240303.14 manat əlavə vergi və sosial sığorta haqqı məbləğinin əlavə hesablandığı, hesablamanın faktiki və hüquqi əsasının göstərilmədiyi aydın olmuşdur. Cavabdeh vergi orqanının hərəkətlərindən və qərarlarından verilmiş şikayətlərlə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində 16 mart 2024-cü ildə daxil olmuş məktubda müraciətə baxıldığı göstərilsə də, əlavə sənədlərin təqdim olunması bildirilir, şikayətə baxılması vaxtı haqqında məlumat verilmir, bu isə qanunun tələblərinin pozulmasının davam etməsinə və süründürməçiliyə dəlalət edir. xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil olan pul vəsaitləri və onların hesablararası hərəkətləri barədə tərtib edilmiş cədvəldən görünür ki, ƏDV-yə cəlb edilməli olan məbləğlər arasında bəyannamələr üzrə və faktiki ödənişlər arasında hər hansı bir fərq olmamışdır. Beləliklə, hər hansı faktiki qanuni əsas olmadan cavabdeh vergi orqanı və onunla birlikdə hərəkət edən digər orqanlar iddiaçının hüquqlarına və qanuni mənafeyinə bilərəkdən ziyan vurmaq məqsədilə hərəkət etmiş və hərəkətləri davam etdirirlər. Cavabdeh öz tələblərini hüquqi və faktiki cəhətdən əsaslandırmamış və hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə qərəzli hərəkət etmişdir. Cavabdehin mövqeyi heç bir qanuni əsasa söykənmir, qeyri-obyektiv, sui-istifadə və qərəzli xarakter daşıyır və qanun normalarının məntiqi və sistemli təfsirinə və anlamına, vergitutma bazasının müəyyən edilməsinin və vergi tətbiqinin fundamental müddəaları ilə uzlaşmır, eyni bazanın eyni dərəcə ilə iki dəfə vergiyə cəlb edilməsi kimi iqtisadi və hüquqi əsası olmayan hallara yol vermişdir. Cavabdehin və onunla eyni tərəfdən çıxış edən vergi orqanlarının dərhal İddiaçı Cəmiyyətin baş müdiri X6 vergi borcunun ödənilmədiyinə görə ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi bütün əsasların yaradılması üzrə hərəkətlərin və qəbul edilən qərarların məhz onun ölkədən getməsini əngəlləmək məqsədinə xidmət etdiyini göstərir. Vergi orqanının mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının, azad sahibkarlıq hüququna təminat verən normativ-hüquqi aktların müddəalarına birbaşa zidd olmaqla, Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirmiş və Cəmiyyətin xarici investisiyalı müəssisə kimi nüfuzuna və əmlak vəziyyətinə mənfi təsir göstərmişdir. Beləliklə, iddiaçı tərəfindən vergi qanunvericiliyinin hər hansı pozuntusuna yol verilmədiyindən, vergi orqanının hərəkətləri və qərarları əsassız və qanunsuz olduğundan həmin qərarlar qanunsuz hesab edilərək ləğv olunmalı və onların nəticələri aradan qaldırılmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-7880/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Neptun Birgə Azərbaycan- İngiltərə MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1240303,14 manat əlavə vergi hesablanması barədə hərəkətlərinin və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2024-cü il tarixli **********5997100 saylı qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı MMC-yə 06 mart 2024-cü il tarixli, **********096300 nömrəli məktubla müraciət edərək, 22 fevral 2024-cü ildə təqdim olunmuş bəyannamədə, hesabatda Cəmiyyətin bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34526081 manat vəsait daxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranması səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş və həmin dövrlər üzrə 5 iş günü ərzində dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi təqdim olunması tələb edilmişdir. İddiaçı 11 mart 2024-cü il tarixdə cavabdehə izahat məktubu və izahatda qeyd edilən hər bir hal üzrə ətraflı açıqlama göndərmişdir. İzahat məktubunda göstərilmişdir ki, “xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şirkətin “ABB”, “X8” və "xxxx"da olan hesablarına toplam olaraq ********.28 manat ekvivalentində məbləğ daxil olmuşdur. Bunlardan 171000 manat ekvivalentində məbləb təsisçidən borc olaraq daxil olmuş, 3684066.83 manat ekvivalentində məbləğ hesabın möhkəmləndirilməsi olaraq bir hesabdan digər hesaba köçürülmüş, 110000.00 manat ekvivalentində məbləb borc kimi hesaba mədaxil olunmuş, 2862672.50 manat ekvivalentində məbləğ xarici valyutanın alışı ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 4154007.58 manat ekvivalentində məbləğ xarici valyutanın satılması ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 212599.82 manat ekvivalentində məbləğ kassadan hesaba mədaxil olunmuş, 339949.00 manat ekvivalentində məbləğ səhv köçürülmə ilə əlaqədar olaraq geri köçürülmüş, ********.55 manat ekvivalentində məbləğ müştərilərdən debitor borc olaraq mədaxil olunmuşdur ki, bu məbləğin 3034214.31 hissəsi ƏDV daxil ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, 3034214.31 manat məbləğdən bank hesabına ödənilmiş ƏDV məbləğini çıxılsa, 2571368.06 manat məbləğ qalır ki, o da sözügedən dövr ərzində ƏDV bəyannamələri üzrə bəyan edilmişdir“. İddiaçının vergi borcu olmadığı və əlavə vergi hesablanması barədə hər hansı qərar təqdim olunmadan ona 15 mart 2024-cü ildə **********620000 nömrəli bildiriş göndərilərək 901157.10 manat vergi borcunun olduğu və həmin borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş və həmin gün Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında vergi məbləği göstərilmədən 105% həcmində dondurulması barədə **********621700 nömrəli qərar göndərilmişdir. Cavabdehin hərəkətlərinə etiraz olaraq cavabdehə və Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 15 mart 2024-cü ildə şikayətlər göndərilmiş, əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin hesablar üzrə hərəkət deyil, yalnız debitor borclar üzrə mədaxilin təşkil etdiyi və qanunsuz hərəkətlərin dayandırılmasını, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 1240303.14 manat əlavə dəyər vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Həmin gün saat 16-57-də daxil olmuş hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə müəmmalı bir tərzdə tərtib olunmuş **********5997100 saylı qərarda bəyannamə və hesabat dövrü kimi əlavə dəyər vergisi, Yanvar 2024-cü il göstərildiyi və heç bir kənarlaşma nə indi, nə də əvvəllər olmadığı halda, 1240303.14 manat əlavə vergi və sosial sığorta haqqı məbləğinin əlavə hesablandığı, hesablamanın faktiki və hüquqi əsasının göstərilmədiyi aydın olmuşdur. Cavabdeh vergi orqanının hərəkətlərindən və qərarlarından verilmiş şikayətlərlə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində 16 mart 2024-cü ildə daxil olmuş məktubda müraciətə baxıldığı göstərilsə də, əlavə sənədlərin təqdim olunması bildirilir, şikayətə baxılması vaxtı haqqında məlumat verilmir, bu isə qanunun tələblərinin pozulmasının davam etməsinə və süründürməçiliyə dəlalət edir. xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil olan pul vəsaitləri və onların hesablararası hərəkətləri barədə tərtib edilmiş cədvəldən görünür ki, ƏDV-yə cəlb edilməli olan məbləğlər arasında bəyannamələr üzrə və faktiki ödənişlər arasında hər hansı bir fərq olmamışdır. Beləliklə, hər hansı faktiki qanuni əsas olmadan Cavabdeh vergi orqanı və onunla birlikdə hərəkət edən digər orqanlar iddiaçının hüquqlarına və qanuni mənafeyinə bilərəkdən ziyan vurmaq məqsədilə hərəkət etmiş və hərəkətləri davam etdirirlər. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin olunmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, banklardan çıxarış alınması ilə bağlı sorğu sübutların təmin edilməsinə dair qərardad qəbul edilməsi, eyni zamanda iş üzrə ekspertizanın keçirilməsi müzakirə edilmiş, iddiaçı tərəf qəti olaraq etirazını bildirmişdir, ona görə də məhkəmə iddiaçının ekspertiza aparılmasından imtina etməsini ekspertiza təyin edilən faktı, yəni vergi borcunun düzgün hesablanmaması faktını rədd edilmiş hesab edir. Aşağıdakılara əsasən həmin qərar ləğv olunmalı və iddianın təmin edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəməyə verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlar məhkəmə hazırlığı zamanı qismən müzakirə edilsə də, məhkəmə iclasında bununla əlaqədar iddiaçının verdiyi izahatlar və müzakirələr hər hansı şəkildə məhkəmə qərarında əks olunmamışdır. Cavabdeh kameral yoxlama aparılan dövrün bir ay göstərilərək 3 il göstərilməsini izah edə bilməmiş, mübahisənin mahiyyəti ilə əlaqədar olmayan Vergi Məcəlləsinin 37-ci, 85-ci maddələri ilə anlaşılmaz ifadələrlə əsaslandırmağa cəhd etməsini, iddiaçının sualları və izahatları qarşısında heç bir hala aydınlıq gətirə bilməmişdir. Cavabdeh 2024-cü ilin yanvar ayı üzrə ƏDV vergi bəyannaməsi üzrə kameral yoxlama apardığı halda, 3 ilə - 2021-2024-cü illərə görə və əlavə vergi hesablaya bilmişdir. Müxtəlif cədvəllər, bank hesabından çıxarışlar, vergi bəyannamələri, yazışmalar və s. məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının təqdim etdiyi audit rəyində aydın bir tərzdə mübahisənin mahiyyəti - pul vəsaitlərinin dövriyyəsi barədə 3 illik bir zaman kəsiyində bütün məlumatlar və çıxarılan nəticələr öz əksini tapmışdır. Belə ki, iddiaçının 01 fevral 2021-ci ildən 31 yanvar 2024-cü ilədək bank hesablarına daxil olmuş pul vəsaitlərinin mənbəyi ilə bağlı auditi aparıldı. Cəmiyyətin bank çıxarışlarının auditi nəticəsində müəyyən edilmişdir - Cəmiyyət tərəfindən təqdim olunmuş xidmətlərə görə vergiyə cəlb olunan 26.930.617,72 manat məbləğində olan əməliyyatların 16.220.735,94 manat məbləği ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan və ya azad olunan, 10.709.881,78 manat məbləği ƏDV-yə cəlb olunan əməliyyatlar olmuşdur. 10.709.881,78 manat məbləği ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə Cəmiyyət tərəfindən 1.927.778,72 manat məbləğində ƏDV hesablanmışdır. İddiaçının bank çıxarışlarına əsasən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr ərzində "X8 Azərbaycan" QSC-də olan hesablara 22.062.348,38 manat, "xxxx" ASC-də olan hesablara 15.551.658,14 manat, "xxxx" ASC-də olan hesablara 2.763.349,71 manat, cəmi 40.377.356,23 manat daxil olmuş pul vəsaiti və onların hesablararası hərəkətləri olmuşdur. Araşdırılan dövr ərzində vergitutma məqsədilə "Göstərilmiş xidmətlərə görə" nağdsiz satışdan 26.717.017,90 manat və nağd satışdan kassaya mədaxildən 213.599,82 manat, cəmi 26.930.617,72 manat vəsait bank hesablarına daxil olması müəyyən edilmişdir. İddiaçının həmin dövr ərzində bank hesabları arasında, müxtəlif valyutalı hesablar arasında vergiyə cəlb olunmayan əməliyyatlar aparmışdır ki, onlardan 7.847.503,97 manat valyutanın konvertasiyası, 4.483.905,97 manat Cəmiyyətin banklararası əməliyyatları (öz hesabından hesabına), 495.379,57 manat satışdan cari bank hesablarına daxil olmuş ƏDV, 339.949,00 manat səhv köçürülmüş dividentin qaytarılması, 170.000,00 manat təsisçi tərəfindən mədaxil və 110.000,00 manat səhv keçmiş vəsaitin geri qaytarılması, ümumilikdə 13.446.738,51 manat təşkil etmişdir. Beləliklə, iddiaçının bank hesabları üzrə yekun olaraq xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək dövr ərzində cəmi 40.377.356,23 manat məbləğində pul vəsaitlərinin daxil olma əməliyyatı olmuşdur. İddiaçının bank çıxarışlarının auditi ilə müəyyən edildi ki, satışdan/xidmətdən bank hesablarına daxil olan 26.930.617,72 manat vergiyə cəlb olunan gəlir təşkil etmişdir. Həmin 26.930.617,72 manat məbləğindən 16.220.735,94 manat məbləği ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan və ya ƏDV-dən azad olunan, 10.709.881,78 manat məbləği ƏDV-yə cəlb olunan əməliyyatlar olmuşdur. ƏDV-yə cəlb olunan 10.709.881,78 manat məbləği üzrə Cəmiyyət tərəfindən 1.927.778,72 manat məbləğində ƏDV hesablanmışdır. Auditor rəyindən birmənalı şəkildə aydın olur ki, cavabdeh vergi orqanı tərəfindən qərəzli və qeyri-obyektiv və xüsusi məqsədlərlə hərəkət edilmiş, o cümlədən iddiaçı Cəmiyyətin baş müdiri X6 ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün “borc” və absurd bir “borcun ödənilməməsi” əsasları yaradılmışdır. Məhkəmənin qərarında hər hansı halın sübutuna dair istinad yoxdur və məhkəmə iş üçün əhəmiyyətli olan halları kənarda saxlamışdır. İşin yuxarıda göstərilən bütün halları məhkəmənin qərarında göstərilmiş nəticə ilə uyuşmadığını göstərir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********597100 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Birgə Azərbaycan-İngiltərə” MMC (VÖEN: **********) barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2024-cü il yanvar ayı üçün əlavə dəyər vergisi üzrə 1.240.303,14 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Cəmiyyətin bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34.526.081 manat vəsait mədaxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27.635.508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3139 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə vergi ödəyicisinə hesablanmış əlavə dəyər vergisinin düzgün hesablanmadığı müəyyən olunur. Həmçinin tədqiqi hissədə göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarına (X8, ABB, PAŞA BANK) əsasən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək dövr üzrə iddiaçının bank hesablarına daxil olan pul vəsaitlərinin ümumi məbləği, həmin dövr üzrə daxil olan pul vəsaitlərinin ümumi məbləğindən təsisçidən borc məbləğləri, divident məbləğləri, səhv köçürülmüş və geri qaytarılmış məbləğlər, nağd satış üzrə mədaxil edilmiş məbləğlər, hesabın möhkəmləndirilməsi məqsədilə köçürülmüş məbləğlər və konvertasiya məqsədilə hesablar arasında köçürülmə aparılmış məbləğlər ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən olunur. O cümlədən, Bank hesablarına daxil olan pul vəsaitlərinin ümumi məbləği - 40.377.356,23 manat; Təsisçidən mədaxil - 170.000,00 manat; Dividentin qaytarılması - 339.949,00 manat; Vəsaitin geri qaytarılması - 110.000,00 manat; Nağd satış üzrə - 213.599,82 manat; Hesabın möhkəmləndirilməsi - 4.483.905,97 manat; Valyutanın alışı-satışı (konvertasiya) - 7.847.503,97 manat. Göstərilənlərlə yanaşı qeyd edilir ki, iş materiallarında olan bank çıxarışlarına (X8, ABB, PAŞA Bank) əsasən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək dövr üzrə vergi ödəyicisinin satışdan cari bank hesablarına 495.379,57 manat məbləğində ƏDV daxil olmuşdur. Bundan başqa təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarına, şəxsi hesab vərəqəsinə, bəyannamələrə və s. sənədlərə, məlumatlara və yuxarıda göstərilənlərə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövrü üzrə daxil olmuş ümumi pul vəsaitindən vergiyə cəlb edilə bilən vəsaitlərin həcminin 10.709.881,78 (40.377.356,23 - 170.000,00 – 339.949,00 - 110.000,00 - 4.483.905,97 - 7.847.503,97 - 495.379,57 - 16.220.735,94 (sıfır dərəcə, ƏDV-dən azad olunan)) manat olması, həmin vergiyə cəlb edilməli olan məbləğlər üzrə hesablanmalı və hesablanmış ƏDV məbləğinin 1.927.778,72 (10.709.881,78 x 18%) manat olması və xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə aparılmış əməliyyatlara görə ödənilməli olan ƏDV-nin məbləğinin isə olmaması (vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövrü üzrə hesablamalar, ödənişlər, azalmalar və s. əməliyyatlar aparıldıqdan sonra xx.xx.2024-cü il tarixinə borc mövcud olmadığından) müəyyən olunur. Tədqiqi hissədə göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarına (X8, ABB, PAŞA BANK) əsasən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək dövr üzrə iddiaçının bank hesablarına daxil olan pul vəsaitlərinin ümumi məbləği, həmin dövr üzrə daxil olan pul vəsaitlərinin ümumi məbləğindən təsisçidən borc məbləğləri, divident məbləğləri, səhv köçürülmüş və geri qaytarılmış məbləğlər, nağd satış üzrə mədaxil edilmiş məbləğlər, hesabın möhkəmləndirilməsi məqsədilə köçürülmüş məbləğlər və konvertasiya məqsədilə hesablar arasında köçürülmə aparılmış məbləğlər ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən olunur. O cümlədən: Bank hesablarına daxil olan pul vəsaitlərinin ümumi məbləği - 9.452.159,25 manat; Təsisçidən mədaxil - 1000,0 manat; Dividentin qaytarılması - 0,0 manat; Vəsaitin geri qaytarılması - 400,0 manat; Satış üzrə - 6.573.337,44 manat; Hesabın möhkəmləndirilməsi - 1.497.577,34 manat; Valyutanın alışı-satışı (konvertasiya) - 1.379.844,47 manat. Bundan başqa təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarına, şəxsi hesab vərəqəsinə, bəyannamələrə və s. sənədlərə, məlumatlara və yuxarıda göstərilənlərə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövrü üzrə daxil olmuş ümumi pul vəsaitindən vergiyə cəlb edilə bilən vəsaitlərin həcminin 2374750,38 (9.452.159,25 - 1000,0 - 400,0 - 1.497.577,34 - 1.379.844,47 - 4.198.587,06 (sıfır dərəcə, ƏDV-dən azad olunan)) manat olması, həmin vergiyə cəlb edilməli olan məbləğlər üzrə hesablanmalı və hesablanmış ƏDV məbləğinin 427.455,07 (2374750,38 x 18%) manat olması müəyyən olunur. Həmçinin qeyd edilir ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlara görə ödənilməli olan ƏDV-nin məbləğinin isə olmaması (vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2021ci ildən xx.xx.2024-cü ilədək olan dövrü üzrə hesablamalar, ödənişlər, azalmalar və s. əməliyyatlar aparıldıqdan sonra xx.xx.2024-cü il tarixinə borc mövcud olmadığından) müəyyən olunur. Hazırkı rəyin tədqiqi hissəsində göstərildiyi kimi, vergi orqanının xx.xx.2024-cü il tarixli, **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə müəssisənin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü üzrə bank hesabına daxil olmuş məbləğlər nəzərə alınaraq ƏDV hesablanmışdır. Yəni vergi orqanı tərəfindən həmin qərarla vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üzrə aparılmış əməliyyatları nəzərə alınmaqla ƏDV hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-ci maddənin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası – 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.
178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********597100 nömrəli qərarına əsasən İddiaçı Birgə Azərbaycan-İngiltərə” MMC (VÖEN: **********) barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2024-cü il yanvar ayı üçün əlavə dəyər vergisi üzrə 1.240.303,14 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, iddiaçının bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34.526.081 manat vəsait mədaxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27.635.508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, kameral vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr əhatə olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən əlavə dəyər vergisinin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir, əlavə dəyər vergisi üzrə hesabat dövrü isə təqvim ayı sayılır. Cavabdeh tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Halbuki əlavə dəyər vergisi üzrə hesabat dövrü, qeyd olunduğu kimi, təqvim ayı sayılır. Cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr hesabat dövrü kimi əsas götürülsə də, müəyyən olunmuş həmin 3 il dövrə görə 2024-cü ilin yanvar ayı üçün ƏDV hesablanmışdır. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinə də istinad etmişdir ki, hazırda qüvvədə olan həmin maddə xx.xx.2022-ci ildə qüvvəyə minmişdir. Cavabdeh tərəfindən həmin maddə tətbiq olunmaqla kameral qaydada vergi hesablanması isə əsassızdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34.526.081 manat vəsait mədaxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27.635.508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yarandığını qeyd etsə də, həmin məbləğin əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb edilməli olan əməliyyatlara aid olub-olmaması məsələsini araşdırmamışdır, buna qiymət verməmişdir. Həmçinin cavabdeh bununla bağlı iddiaçının təqdim etdiyi izahat və sənədlərə də qiymət verməmişdir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının bank hesablarına daxil olan pul vəsaitlərinin ümumi məbləği 40.377.356,23 manat təşkil edir. Qeyd olunan vəsaitdən Təsisçidən mədaxil - 170.000,00 manat; Dividentin qaytarılması - 339.949,00 manat; Vəsaitin geri qaytarılması - 110.000,00 manat; Hesabın möhkəmləndirilməsi - 4.483.905,97 manat; Valyutanın alışı-satışı (konvertasiya) - 7.847.503,97 manat təşkil edir ki, bunlar vergiyə cəlb edilməli olan əməliyyatlara daxil deyildir. Eləcə də xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək dövr üzrə vergi ödəyicisinin satışdan cari bank hesablarına 495.379,57 manat məbləğində ƏDV daxil olmuşdur. Habelə iddiaçı tərəfindən təqdim olunmuş xidmətlərə görə vergiyə cəlb olunan əməliyyatların 16.220.735,94 manat məbləği ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan və ya azad olunan əməliyyatlar olmuşdur. Lakin qeyd olunan hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçının xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövrü üzrə daxil olmuş ümumi pul vəsaitindən vergiyə cəlb edilə bilən vəsaitlərin həcmi 10.709.881,78 (40.377.356,23 - 170.000,00 - 339.949,00 - 110.000,00 - 4.483.905,97 - 7.847.503,97 - 495.379,57 - 16.220.735,94) manat təşkil edir. Həmin vergiyə cəlb edilməli olan məbləğ üzrə hesablanmalı ƏDV məbləği isə 1.927.778,72 (10.709.881,78 x 18%) manatdır və həmin məbləğ iddiaçı tərəfindən hesablanaraq ödənilmişdir. İddiaçının qeyd olunan xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə aparılmış əməliyyatlara görə ödənilməli olan ƏDV borcu mövcud deyildir. Əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb edilməli olmayan əməliyyatlara görə əlavə dəyər vergisinin hesablanması qanunvericiliyin tələblərinə ziddir. O da qeyd edilməlidir ki, hazırki iş üzrə apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Müvafiq ekspert rəyi məhkəməyə daxil olmuş, həmçinin ekspert məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələblərinə əməl edilməməsi məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********597100 nömrəli qərarının ləğv edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7880/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********597100 nömrəli qərarı ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.