Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3261/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Mədətli Fərid Ilham oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "yeni məlumat vərəqinin verilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı hərbi qulluqçu olmuşdur. Ona ##.##.2019-cu ildə verilmiş 1-ci məharət dərəcəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə 2-ci məharət dərəcəsinə endirilmişdir. X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli (nizami hissə üzrə) əmrinə əsasən, X12 Heyətində Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə həmin Idarənin rəisi vəzifəsinin icrasına buraxıldığına görə işlərini və vəzifəsini qəbul etmiş hesab edilmiş və onun vəzifəsinin icrasına başlaması əmr olunmuşdur. Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən, X4 Kəşfiyyat Idarəsinin Kəşfiyyat planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilmiş və məharət dərəcəsinə görə pul mükafatının ödənilməsinin ##.##.2021-ci ildən dayandırılması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2021-ci il tarixli ***** nömrəli (şəxsi heyət üzrə) əmrinə əsasən, X4 X16 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli (nizami hissə üzrə) əmrinə əsasən, X12 Heyətində Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini, X4 Komandanının birinci müavini qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə həmin Idarənin rəisi vəzifəsinin icrasına müvəqqəti buraxılmış R İddiaçı Müdafiə nazirinin ##.##.2021-ci il tarixli ***** nömrəli əmri ilə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab olunmuş, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün növbəti məzuniyyət verilməklə, ##.##.N-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. Beləliklə, iddiaçı İddiaçı X4 X16 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət etdiyi zaman ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək həmin Idarənin rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Bundan başqa, ##.##.2020-ci ildə ona 2-ci məharət dərəcəsi verilmiş və ##.##.2021-ci ildə o, həmin dərəcədən məhrum edilmişdir. Iddiaçı İddiaçı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ona "Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi" vermiş, lakin həmin məlumat vərəqində iddiaçının müvəqqəti icra etdiyi Kəşfiyyat Idarəsinin rəisi vəzifəsinin vəzifə maaşına görə əlavə pul təminatı və 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavə göstərilməmişdir. Iddiaçı İddiaçı Cavabdeh bir neçə dəfə yazılı qaydada müraciət edərək göstərilən məlumatlar da daxil edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmiş, lakin Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli cavab məktubları ilə bundan imtina edilmişdir. Cavabdeh imtinasını bununla əsaslandırmışdır ki, iddiaçının adına tərtib olunmuş MN- ***** nömrəli "Məlumat vərəqi"ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunmuşdur və pensiyanın yenidən hesablanması məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Elektron məlumat bazası"na yeni "Məlumat vərəqi"nin daxil edilməsi qanuna müvafiq deyil. Iş materiallarında olan, İddiaçı aid məharət dərəcəsinin uçotu vərəqindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2019-cu il tarixli *** nömrəli əmri ilə ona 1-ci məharət dərəcəsi verilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə 2-ci məharət dərəcəsinə endirilmişdir. Işdə olan Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən görünür ki, X4 Kəşfiyyat Idarəsinin Kəşfiyyat planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı 2-ci məharət dərəcəsindən məhrum edilmiş və məharət dərəcəsinə görə pul mükafatının ödənilməsinin ##.##.2021-ci ildən dayandırılması əmr edilmişdir. Işdə olan X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli (nizami hissə üzrə) əmrindən görünür ki, X12 Heyətində Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə həmin Idarənin rəisi vəzifəsinin icrasına buraxıldığına görə işlərini və vəzifəsini qəbul etmiş hesab edilmiş və onun vəzifəsinin icrasına başlaması əmr olunmuşdur. Işdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2021-ci il tarixli ***** nömrəli (şəxsi heyət üzrə) əmrindən görünür ki, X4 X16 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Işdə olan X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli (nizami hissə üzrə) əmrindən görünür ki, X12 Heyətində Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini, X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə həmin Idarənin rəisi vəzifəsinin icrasına müvəqqəti buraxılmış R İddiaçı Müdafiə nazirinin ##.##.2021-ci il tarixli ***** nömrəli əmri ilə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab olunmuş, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün növbəti məzuniyyət verilməklə, ##.##.N-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. Işdə olan ##.##.2022-ci il tarixli MN-***** nömrəli "Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi"ndən görünür ki, İddiaçı pul təminatı (təminat xərcliyi) cəmi 1770,70 manat, o cümlədən: vəzifə maaşı - 1000 manat, rütbə maaşı - 159 manat, xidmət illərinə görə 30 faiz əlavə - 347,70 manat, ərzaq payı əvəzinə kompensasiya - 64 manat, məxfiçiliyə görə 20 faiz - 200 manat təşkil edir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, hərbi vəzifədə olduğu müddətdə maaşı daha yüksək olan Kəşfiyyat Idarəsinin rəisi vəzifəsini icra etdiyi müddət ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək həmin vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırkı məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsi və həmin vəzifəyə əsasən (sonuncu) icra etdiyi vəzifənin vəzifə maaşı üzrə (yəni kəşfiyyat idarəsinin rəisi vəzifəsinin vəzifə maaşının) pul təminatının, eləcə də 2-ci məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Iddiaçı öz tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvimi 26 il 4 ay müddətində xidmət etmişdir. X4 X17 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini olduğu vaxt X14 birinci müavini-qərargah rəisinin ##.##.2021-ci tarixli *** nömrəli əmri əsasında həmin Idarənin rəisi vəzifəsini müvəqqəti icra etmiş, ##.##.2021-ci ildə vəzifədən azad olunaraq hərbi xidmətdən ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 2021-ci ilin istifadə etmədiyi 45 gün növbəti məzuniyyət verilməklə bütün növ təminatlardan və şəxsi heyətin siyahısından ##.##.2021-ci il tarixdən çıxarılaraq Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə ona 2-ci məharət dərəcəsi verilmişdir. Buna baxmayaraq, ƏƏSMN-nin yanında DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyanın hesablanması üçün "məlumat vərəqi" göndərilərkən təminat xərcliyinə 2-ci məharət dərəcəsinə görə əlavə qeyd edilməmişdir. Həmin əlavəni hal-hazırkı əmək pensiyasında almır. Cavabdeh iddianı qəbul etməmiş və etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ***** nömrəli ##.##.2021-ci il tarixli əmrinə əsasən, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "J" bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, X4 X16 (N nömrəli hərbi hissə) Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini R İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Iddiaçının sonuncu xidmət etdiyi X4 X16 (N nömrəli hərbi hissə) Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsi tərəfindən tərtib edilmiş ****** nömrəli ##.##.2021-ci il tarixli "Pul attestatına" baxış keçirilən zaman 2-cı məharət dərəcəsinə görə pul əlavəsini alması barədə hər hansı qeydiyyat aşkar edilməmişdir. Bu səbəbdən Müdafiə Nazirliyi Maliyyə və Büdcə Idarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN-***** nömrəli "Məlumat vərəqi"ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) vəzifə maaşı 1000 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə faiz əlavəsi 30 faiz 347,70 manat, məxfiçiliyə görə 20 faiz 200 manat, ərzaq payına görə 64 manat, cəmi 1770,70 manat təşkil etmişdir. Bu məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. X4 Komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə iddiaçı İddiaçı 2-ci məharət dərəcəsindən məhrum edilmişdir. Məharət dərəcəsinin uçotu vərəqəsindən görünür ki, iddiaçı ##.##.2021-ci ildə 2-ci məharət dərəcəsindən məhrum edilmişdir (müvafiq pul attestatı və məharət dərəcəsinin uçotu vərəqi əsas götürülməklə). Bu zaman inzibati orqan tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Müdafiə Nazirliyi Maliyyə və Büdcə Idarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN- ***** nömrəli "Məlumat vərəqi"ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarının 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavəyə aid hissəsini belə əsaslandırmışdır ki, iddiaçının 2-ci məharət dərəcəsindən məhrum edildiyi ##.##.2021-ci il tarixli *** nömrəli əmr qüvvədə olduğundan və həmin əmrin qanuniliyi hazırkı inzibati işin baxış predmeti olmadığından, cavabdeh tərəfindən məlumat vərəqinin 2-ci məharət dərəcəsinə uyğun olaraq tərtib edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə iddia tələbinin iddiaçının müvəqqəti icra etdiyi Idarə rəisi vəzifəsinə görə vəzifə maaşı ilə əlaqədar hissəsi ilə bağlı qeyd etmişdir ki, hərbi hissə idarə rəisinin müavininin öz rəisinin vəzifələrini müvəqqəti icra edərkən öz maaşını deyil, icra olunan vəzifəyə görə maaş alması ilə bağlı hər hansı norma müəyyən edilməmişdir. Əvəzetmə əsasında əvəz edilən vəzifənin məvacibinin alınması barədə normalar bu hala şamil edilə bilməz, çünki rəis olmadığı müddətdə onun vəzifələrinin müvəqqəti icra edilməsi bilavasitə müavinin vəzifələrindən irəli gəlir. Eyni zamanda, iddiaçı xidmət dövründə müavinin vəzifə maaşını aldığı halda (rəisin vəzifə maaşını aldığına istinad etməmişdir) pensiyasının rəisin vəzifə maaşına uyğun hesablanmasını tələb edir ki, bu da, öz növbəsində, əsaslı tələb deyildir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının müvəqqəti icra etdiyi Idarə rəisi vəzifəsinin həmin vaxt vakant olmaması ilə bağlı hər hansı bir mötəbər sənəd mövcud deyil. Əksinə, həmin vəzifədə ##.##.2021-ci ilə kimi R X7 olmuş, Müdafiə nazirinin müvafiq əmri ilə istefaya buraxılmış və həmin vəzifəni raportla iddiaçıya təhvil-təslim etmişdir. Məharət dərəcəsi tələbi ilə bağlı qeyd edir ki, məhkəmə hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrində olan qeydlərə münasibət bildirməmiş, Müdafiə Nazirliyinin yalnız məhkəmə iclasında təqdim etdiyi məharət dərəcəsinin alınması ilə bağlı əmrə istinad etməklə onun daha üstün olması nəticəsinə gəlmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermişdir. Cavabdeh apellyasiya şikayəti ilə razılaşmamış, ##.##.2026-cı il tarixli yazılı münasibətində iddiaya etirazının dəlillərinə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli (nizami hissə üzrə) əmri hərbi qanunvericiliyə ziddir və əsassızdır. Belə ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 77-ci maddəsinin birinci hissəsinin dördüncü abzasına görə, hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: ştatda "R" hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.1998-ci il tarixli *** nömrəli Fərmanına əsasən, Əsasnamənin 77-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1998-ci il tarixli əmrində qeyd olunur ki, Əsasnamənin 77-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında, o cümlədən Azərbaycan Ordusunun ümumi ştatında "R" hərbi rütbəsi nəzərdə tutulan vəzifələrə təyinetmə hüququ yalnız Müdafiə nazirinin səlahiyyətindədir. Habelə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2019-cu il tarixli *** nömrəli əmrində də nəzərdə tutulan vəzifələrə təyinetmə hüququnun Müdafiə nazirinin səlahiyyətinə aid olduğu qeyd olunmuşdur. Bundan başqa, iddiaçı ehtiyata buraxılması barədə ##.##.2021-ci il tarixli raportunda da öz vəzifəsini X4 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini olaraq qeyd etmişdir. Həmçinin, söhbət vərəqələrində, pul attestatında və Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən çıxarışda da iddiaçının vəzifəsi X4 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini olaraq göstərilmişdir. Digər tərəfdən, iddiaçı ##.##.2021-ci il tarixli *** nömrəli əmrlə 2-ci məharət dərəcəsindən məhrum edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçı İddiaçı X4 X17 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət etdiyi zaman X4 Komandanının birinci müavini - qərargah rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə göstərilən Idarənin rəisi vəzifəsini icra etməyə başlamışdır. Həmin vaxt Idarənin rəisi vəzifəsi vakant olmuşdur. Iddiaçı İddiaçı ehtiyata buraxıldığı ##.##.2021-ci ilədək Idarə rəisi vəzifəsini icra etmişdir. Lakin Idarə rəisi vəzifəsinə təyinat aparılması X4 Komandanının birinci müavini - qərargah rəisinin səlahiyyətinə aid olmadığına görə bu əmr əsasında iddiaçıya əlavə maaş ödənilməsi və bunun məlumat vərəqinə daxil edilməsi mümkün deyil. Bununla yanaşı, sözügedən əmr ləğv edilməmişdir və bugünədək qüvvədədir. Cavabdehin nümayəndəsi 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavə ilə bağlı bildirdi ki, iddiaçı ona "Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası verilməsi səbəbindən ##.##.2021-ci il tarixli əmrlə 2-ci məharət dərəcəsindən məhrum edildiyinə görə iddiaçıya aylıq vəzifə maaşına əlavə ödənilməmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi X2 izahatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəmə kollegiyasına iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbini "hərbi vəzifədə olduğu zaman Kəşfiyyat Idarəsinin rəisi vəzifəsini icra etdiyi ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək müddət üçün həmin vəzifə maaşına görə əlavə pul təminatının, ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək müddət üçün 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavənin ona ödənilməsi, icra etdiyi Kəşfiyyat Idarəsinin rəisi vəzifəsinin vəzifə maaşı üzrə pul təminatı və 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavə daxil edilməklə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinə verdiyi tələbdən başqa, hazırkı ərizədə Idarə rəisi vəzifəsini icra etdiyi müddət üçün həmin vəzifə maaşına görə əlavə pul təminatının və 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavənin ona ödənilməsi öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Müəyyən edildi ki, iddiaçı birinci instansiya məhkəməsində iddia qaldırmazdan əvvəl cavabdehə etdiyi yazılı müraciətlərin birində (bax: iş vərəq 7) həmin tələbi irəli sürərək bildirmişdir ki, idarə rəisinin vəzifələrini müvəqqəti icra etdiyinə görə və 2-ci məharət dərəcəsinə görə əlavənin ödənilməsi həyata keçirilməli, eləcə də tərxis olunarkən həmin məbləğlər XŞTMFa göndərilən məlumat vərəqində öz əksini tapmalı idi. Ona görə kollegiya bu qərara gəldi ki, iddiaçı qeyd olunan tələbin mümkünlük şərtlərindən biri olan cavabdehə ilkin müraciət şərtinə riayət etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətinə yazılı münasibətində iddiaçının idarə rəisinin vəzifələrini müvəqqəti icra etməyə görə və 2-ci məharət dərəcəsinə görə əlavənin ödənilməsi tələbləri barədə öz mövqeyini aydın şəkildə bildirmiş və bu tələblərlə razılaşmadığını göstərmişdir. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi də bu mövqeyi təkrarlamışdır. Ona görə də kollegiya iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyasının bu mövqeyi həm də prosessual qənaət prinsipinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə deyilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. TƏTBIQ EDILƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları":
1. Bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X15 Xidmətində, Azərbaycan Respublikasının Strateji X10 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu: 34.4 Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir.
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə:
72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. e) vakant vəzifəni təcili tutmaq zərurəti olduqda, birbaşa rəisdən, hərbi hissə komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı səlahiyyətə malik olanlara, bu vəzifəyə təyin etmək hüququ olan rəisin razılığı ilə hərbi qulluqçunu, onun vəzifəyə təyin edilməsi üçün sənədlərini dərhal tərtib etməklə vəzifəni müvəqqəti icra etməyə buraxmağa icazə verilir; 164-cü maddənin beşinci hissəsi. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.
Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə": 5.1. Icazə verilmiş hallarda hərbi hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etməyə buraxılmış zabitlərə (bu Əsasnamənin 5.10 və 5.11-ci bəndlərində göstərilənlərdən başqa), Rlərə, Rlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları (bu Əsasnamənin 5.3-cü bəndi nəzərə alınmaqla), əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq: vakant vəzifədə - 30 gündən çox, vakant olmayan vəzifədə - 60 gündən çox davam etmişsə, ödənilir. 5.2. Vəzifəni müvəqqəti icra etmənin fasiləsiz müddəti vəzifəyə başlama günündən, lakin vəzifəni müvəqqəti icra etməyə buraxılma haqqında hərbi hissə komandirinin əmrinin imzalanması günündən tez olmayaraq vəzifədən azad olunma gününədək (azad olunma günü də daxil olmaqla) hesablanır. 5.3. Zabitlərə, Rlərə, Rlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələri zamanı vəzifə maaşları aşağıdakılara əməl etməklə ödənilir: 5.3.1. vakant olmayan vəzifənin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçuya bu vəzifəyə görə maaş, əgər həmin vəzifəni daimi tutan hərbi qulluqçu, eyni zamanda onun müavinləri və köməkçiləri öz vəzifə borclarının icrası ilə bağlı olmayan səbəblərdən hərbi hissədən getmişlərsə və ya xəstəliyə görə vəzifələrindən müvəqqəti azad edilmişlərsə. Əgər həmin vəzifəni tutan hərbi qulluqçu və ya onun müavini (köməkçisi) hərbi hissəyə qayıtmışsa və vəzifənin icrasına başlamadan hissədən yenidən getmişsə və ya xəstəliyə görə xidməti vəzifələrin icrasından azad edilmişsə, vəzifəni müvəqqəti icraetmə müddəti kəsilmir; 5.3.2. komandirlərin və rəislərin bütün adlardan olan müavinləri və köməkçiləri, eyni zamanda qərargah rəisləri vəzifə borclarından asılı olmayaraq bilavasitə öz komandirlərinin və rəislərinin vakant olmayan vəzifələrini icra edərkən müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaşlar. Göstərilən hərbi qulluqçular bilavasitə rəislərinin (komandirlərinin) vakant vəzifələrini müvəqqəti icra edərkən ümumi əsaslarla müvəqqəti icra olunan vəzifələrə görə maaşlar ödənilir; 5.8. Əsas və müvəqqəti icra edilən vəzifə maaşlarındakı fərq keçən aya (aylara) görə cari ay üçün pul təminatının ödənilməsi ilə eyni zamanda, yeni xidmət yerinə (təhsil almağa) göndərilmiş və ya hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara isə hərbi hissədən getmə zamanı, lakin ödəmə gününədək vəzifəni müvəqqəti icra etmə bu Əsasnamənin 5.1-ci bəndi ilə müəyyən olunmuş müddətin bitməsi şərti ilə ödənilir. "Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** nömrəli qərarı:
1. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında.
"Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyil. Iddiaçının hüquqi marağı X4 X17 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət etdiyi zaman həmin Idarənin vakant olan rəisi vəzifəsini müvəqqəti icra etdiyi ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək müddət üçün həmin vəzifə maaşına görə əlavə pul təminatının, ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək müddət üçün 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavənin ona ödənilməsinə, eləcə də pensiyasının yenidən hesablanması üçün göstərilən məbləğlər daxil edilməklə yeni məlumat vərəqinin üçüncü şəxsə göndərilməsinə nail olmaqdan ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçının X4 X16 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində xidmət etdiyi zaman ##.##.2021-ci ildən ehtiyata buraxıldığı ##.##.2021-ci ilədək həmin Idarənin vakant olan rəisi vəzifəsini icra etməsi, həmçinin ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək 2-ci məharət dərəcəsinə malik olması işin mübahisəsiz hallarıdır.
Iddiaçının müvəqqəti icra etdiyi Idarə rəisi vəzifəsinin vəzifə maaşının ona ödənilməsi və bu məbləğin məlumat vərəqinə daxil edilməsi.
Cavabdeh iddiaçının göstərilən müddətdə Idarə rəisi vəzifəsini faktiki icra etdiyini, həmin vaxt Idarə rəisi vəzifəsinin vakant olduğunu inkar etmir, lakin bildirir ki, Idarə rəisi vəzifəsinə təyinatın aparılması Müdafiə nazirinin səlahiyyətinə aid olduğuna, iddiaçı isə göstərilən vəzifəyə X4 Komandanının birinci müavini - qərargah rəisinin əmri ilə təyin olunduğuna görə həmin əmr hərbi qanunvericiliyə ziddir və əsassızdır. Cavabdeh göstərilən əmrin əsassız olduğunu bildirsə də, müəyyən edildi ki, X4 Komandanının birinci müavini - qərargah rəisinin iddiaçının Idarə rəisi vəzifəsinin icrasına buraxılması barədə ##.##.2021-ci il tarixli *** nömrəli, habelə iddiaçının işlərini və vəzifəsini qəbul etmiş hesab edilməsi və vəzifəsinin icrasına başlaması barədə ##.##.2021-ci il tarixli *** nömrəli əmrləri qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Belə olan halda, həmin əmrlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqanın daxili səlahiyyət bölgüsünün ehtimal olunan pozulması səbəbindən əmrlərin qanuniliyinin cavabdeh tərəfindən inkar olunması həmin əmrlərin hüquqi qüvvəsini avtomatik şəkildə aradan qaldırmır. Göstərilən əmrlərin qüvvədən düşmüş hesab edilməsi məhz qanunla müəyyən olunmuş qaydada baş verməlidir. Ona görə də cavabdeh göstərilən əmrlərin əsassız olmasına istinad etməkdə haqlı deyil. Iddiaçının ehtiyata buraxılması barədə ##.##.2021-ci il tarixli raportunda öz vəzifəsini X4 Kəşfiyyat Idarəsinin Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini olaraq göstərməsi, habelə söhbət vərəqələrində, pul attestatında və Müdafiə nazirinin müavini - X4 Komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmrində iddiaçının vəzifəsi kimi Kəşfiyyatın planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini kimi göstərilməsi barədə cavabdehin dəlilini kollegiya əsaslı hesab etmir. Belə ki, iddiaçının daşıdığı vəzifə idarə rəisinin müavini vəzifəsi olmuş, Idarə rəisi vəzifəsini o yalnız müvəqqəti icra etmişdir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, əmrlərin geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi raport, söhbət vərəqəsi, pul attestatı ilə deyil, qanunla müəyyən olunmuş qaydada baş vermiş olmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının Kəşfiyyat Idarəsinin rəisi vəzifəsini icra etdiyi müddətin həmin vəzifə maaşına görə əlavə pul təminatının nəzərə alınması tələbini rədd edərkən aşağıdakı iki xüsusata istinad etmişdir: - hərbi hissə idarə rəisinin müavinin öz rəisinin vəzifələrini müvəqqəti icra edərkən öz maaşını deyil, icra olunan vəzifəyə görə maaş alması ilə bağlı hər hansı norma müəyyən edilməmişdir. Əvəzetmə əsasında əvəz edilən vəzifənin məvacibinin alınması barədə normalar bu hala şamil edilə bilməz, çünki rəis olmadığı müddətdə onun vəzifələrinin müvəqqəti icra edilməsi bilavasitə müavinin vəzifələrindən irəli gəlir. (Bu halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** №-li əmri ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 5.3.2-ci bəndinə istinad etmişdir); - iddiaçı xidmət dövründə müavinin vəzifə maaşını aldığı halda (rəisin vəzifə maaşını aldığına istinad etməmişdir) pensiyasının rəisin vəzifə maaşına uyğun hesablanmasını tələb edir ki, bu da əsaslı tələb deyildir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"ni düzgün tətbiq etməmişdir. Belə ki, Əsasnamənin 5.1-ci bəndinin mənasına görə, hərbi hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etməyə buraxılmış zabitlərə (Əsasnamənin 5.10 və 5.11-ci bəndlərində göstərilənlərdən başqa), əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq vakant vəzifədə 30 gündən çox davam etmişsə, müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları (bu Əsasnamənin 5.3-cü bəndi nəzərə alınmaqla) ödənilir. Əsasnamənin 5.3.2-ci bəndinin birinci cümləsinə görə, rəislərin müavinləri bilavasitə öz rəislərinin vakant olmayan vəzifələrini icra edərkən müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaş alırlar. Əsasnamənin 5.3.2-ci bəndinin ikinci abzasına görə isə, rəislərin müavinləri bilavasitə rəislərinin vakant vəzifələrini müvəqqəti icra edərkən ümumi əsaslarla müvəqqəti icra olunan vəzifələrə görə maaşlar ödənilir. Göründüyü kimi, Əsasnamənin 5.3.2-ci bəndinin birinci abzası vakant olmayan, ikinci abzası isə vakant olan vəzifənin müvəqqəti icra edilməsindən bəhs edir. Iddiaçının ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək, yəni 30 gündən artıq müddətdə Idarə rəisi vəzifəsini müvəqqəti icra etməsi və həmin müddətdə göstərilən vəzifənin vakant olması iş materialları ilə təsdiq olunur. Belə olan halda, cavabdeh iddiaçıya həmin müddət üçün Idarə rəisi vəzifəsinin vəzifə maaşını ödəməməkdə haqlı olmamışdır. Iddiaçının xidmət dövründə faktiki olaraq Idarə rəisinin deyil, Idarə rəisinin müavininin vəzifə maaşını alması, bu səbəbdən pensiyasının rəisin vəzifə maaşına uyğun hesablanmasını tələb etməsinin əsassız olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı isə kollegiya qeyd edir ki, burada birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə əməl etməmiş və iddiaçıya Idarə rəisi vəzifəsinin vəzifə maaşının məlumat vərəqəsinə daxil edilməsi ilə yanaşı, həm də göstərilən vəzifə maaşının ona ödənilməsini tələb edə biləcəyini və bunun üçün iddianı dəyişdirməli olduğunu izah etməmişdir.
Iddiaçının ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək malik olduğu 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavənin ona ödənilməsi və bu məbləğin məlumat vərəqinə daxil edilməsi.
Işdən görünür ki, iddiaçıya ##.##.2020-ci ildə 2-ci məharət dərəcəsi verilmiş və ##.##.2021-ci il tarixli *** nömrəli əmrlə o, məharət dərəcəsindən məhrum edilmişdir. Həmin əmrdə iddiaçıya məharət dərəcəsinə görə pul mükafatının ödənilməsinin ##.##.2021-ci ildən dayandırılması da əmr edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya onun 2-ci məharət dərəcəsinə malik olduğu müddətdə aylıq vəzifə maaşına əlavə ödənilməmişdir. Cavabdeh bunu iddiaçının məharət dərəcəsindən məhrum edilməsi ilə əsaslandırır. Kollegiya bununla razılaşmır və qeyd edir ki, zabitin məharət dərəcəsindən sonradan məhrum edilməsi ona məharət dərəcəsinə malik olduğu əvvəlki müddət üçün əlavənin ödənilməməsinə əsas verə bilməz. Iddiaçının məharət dərəcəsindən məhrum edilməsi barədə ##.##.2021-ci il tarixli *** nömrəli əmrdə də bilavasitə göstərilmişdir ki, məharət dərəcəsinə görə pul mükafatının ödənilməsi ##.##.2021-ci ildən dayandırılmalıdır. Qeyd olunan tarixdən əvvəlki müddət üçün əlavənin ödənilməli olmaması həmin, yaxud digər bir əmrdə göstərilməmiş və cavabdeh iddiaçıya əlavənin ödənilməsini istisna edən digər əsasa istinad etməmişdir. Odur ki, iddiaçı ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavəni tələb etməkdə haqlıdır və həmin əlavələr cavabdeh tərəfindən ona ödənilməlidir. Kollegiya iddiaçının məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavənin məlumat vərəqinə daxil edilməsi tələbini də əsaslı hesab edir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğ başa düşülür. Başqa sözlə, hərbi qulluqçu tərəfindən alınmış məbləğin təminat xərcliyi (pul təminatı) hesab edilməsinin şərtlərindən biri həmin məbləği hərbi xidmətdən buraxıldığı gün almasıdır. Iddiaçının ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2021-ci il tarixli ***** nömrəli əmrindən görünür ki, əmrdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin digər bir maddəsi ilə yanaşı, 164-cü maddəsinə də istinad olunmuşdur. Həmin maddənin beşinci hissəsinin birinci cümləsində deyilir ki, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Deməli, iddiaçının ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək malik olduğu məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavə göstərilən müddət ərzində hər ay ona verilmədiyi üçün ona həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gün bütövlükdə ödənilməli idi. Belə olduqda, həmin məbləğin təminat xərcliyi (pul təminatı) hesab edilməsinin yuxarıda göstərilən şərti təmin edilmiş olacaq və bu məbləğ məlumat vərəqinə daxil ediləcəkdi. Cavabdeh iddiaçının maddi təminat hüququnu pozaraq məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavəni vaxtında, o cümlədən iddiaçının ehtiyata buraxıldığı gün ödəməməklə yanaşı, həm də ödəməli olduğu məbləği məlumat vərəqəsinə daxil etməməklə onun pensiya təminatı hüququnu da pozmuşdur. Odur ki, cavabdeh məharət dərəcəsinə görə iddiaçıya ödəməli olduğu aylıq vəzifə maaşına əlavəni də məlumat vərəqinə daxil etməlidir. Beləliklə, kollegiya bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və dəqiqləşdirilmiş iddia ərizəsi təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin **-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Dəqiqləşdirilmiş iddia təmin edilsin. Iddiaçı İddiaçı X4 Kəşfiyyat Idarəsinin Kəşfiyyat planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində olduğu zaman göstərilən Idarənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək müddət üçün həmin vəzifə maaşına görə əlavə pul təminatının, ##.##.2020-ci ildən ##.##.2021-ci ilədək müddət üçün 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavənin ona ödənilməsi, müvəqqəti icra etdiyi Kəşfiyyat Idarəsinin rəisi vəzifəsinin vəzifə maaşı üzrə pul təminatı və 2-ci məharət dərəcəsinə görə aylıq vəzifə maaşına əlavə daxil edilməklə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.