Məhkəmə qərarları › İş №2-1(103)-3263/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3263/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3263/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı (üçüncü şəxslər X12, X11 və X13) «qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməyinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahəsində X8 verilmiş ******* saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bunun icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə X6 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın «qərara aldı» hissəsinin «X6 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilsin və İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən və ümumi sahəsi 750 kv.m olan torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi DƏDRX Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun» kimi dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Əzizbəyov rayon X16 İcraiyyə Komitəsinin «Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında» 18 noyabr 1991-ci il tarixli 22 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən və ümumi sahəsi 750 kv.m olan torpaq sahəsi ayrılmışdır. X5 iddiaçıya məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, həmin sahədə özbaşına tikinti işləri aparmış və nəticə etibarı ilə qanunsuz olaraq qeydiyyat vəsiqəsi almışdır. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2-79/2008 saylı, 17 yanvar 2008-ci il tarixli qiyabi qətnaməsinə əsasən X12 tərəfindən iddiaçıya məxsus torpaqda aparılmış tikililər özbaşına tikili hesab edilmişdir və torpaq sahəsinin iddiaçıya qaytarılması qərara alınmışdır. İcraçılar tərəfindən məhkəmə qətnaməsi icra edildikdən sonra X12 yenə də həmin torpağı zəbt etmişdir və naməlum səbəbdən ona qeydiyyat vəsiqəsi verilmişdir. Halbuki qeydiyyat vəsiqəsində göstərilən ünvan onun adına İcra Hakimiyyətinin qərarı ilə ayrılmış torpaq sahəsinin ünvanı ilə üst-üstə düşmür. Həmin qərarda 1991-ci ilə aid torpaq sahəsinin nömrəsi göstərilmişdir. X6 adına verilmiş qeydiyyat vəsiqəsi məhz ona məxsus torpaq sahəsini nəzərdə tutur. Beləliklə, X12 məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə zidd olaraq heç bir hüquqi əsas olmadan öz adına dövlət reyestrində qeydiyyat aparmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı məxsus torpaq sahəsində X6 adına verilmiş ******* saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş və icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Daha sonra X11 və X13 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində məhkəməyə cəlb edilməklə, işə mahiyyəti üzrə onların iştirakı ilə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə X11 və X13 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarı ləğv edilmiş, X11 və X13 hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti üzrə müvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, 20 nömrəli evə və 0.06 ha torpaq sahəsinə X12, X11, X13, X4 və X2 ümumi birgə müokiyyət hüquqları xx.xx.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisələndirilən çıxarışda göstərilmiş torpaq sahəsi və fərdi yaşayış evinə X11 və X7 da mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmasına və iş üzrə qəbul ediləcək qərarın onların da maraqlarına toxunmasına baxmayaraq, həm birinci instansiyası məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı onlar inzibati məhkəmə icraatına cəlb edilməmişlər. Qeyd olunan əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarı ləğv edilmiş, onlar hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan normada nəzərdə tutulmuş əsasların mövcud olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin normaya istinad etməklə iddia tələbini tam araşdırmamış, X6 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının təmin edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Belə olan halda qeyd olunan hallar nəzərə alınmaqla, eləcə də bütün üçüncü şəxslərin də iştirakı ilə iddia tələbinin yenidən araşdırılması zərurəti yaranmışdır. Bu isə geniş həcmdə sübutların araşdırılmasını tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar