Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3268/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər qismində X33, X17, X6, X9, X54, X10, X26, X11, X36, X40, X34, X27, X28, X18 və X48 cəlb edilməklə “xx.xx.2013 təvəllüdlü X19, xx.xx.2009 təvəllüdlü X12, xx.xx.2015 təvəllüdlü X20, xx.xx.2008 təvəllüdlü X13, xx.xx.2019 təvəllüdlü X35, xx.xx.2016 təvəllüdlü X41, xx.xx.2005 təvəllüdlü X21, X22, X7, X1, X2, X42, X3, X14, X4, X24, X29, X23, X15, X16, X8 və X37 ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı xx.xx.2013 təvəllüdlü X19, xx.xx.2009 təvəllüdlü X12, xx.xx.2015 təvəllüdlü X20, xx.xx.2008 təvəllüdlü X13, xx.xx.2019 təvəllüdlü X35, xx.xx.2016 təvəllüdlü X41, xx.xx.2005 təvəllüdlü X21, X22, X7, X1, X2, X42, X3, X14, X4, X24, X29, X23, X15, X16, X8 və X37 ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının məxsusdur. Üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olmaları onun mülkiyət hüquqlarının həyata keçirilməsinə mane törədir. Onlar iddiaçıya məxsus mənzildə yaşamırlar və onların harada yaşaması iddiaçıya məlum deyil. Onlar iddiaçının ailə üzvləri deyillər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X6 apelyasiya şikayəti verərək qərarın ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Üçüncü şəxsin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun yaşdığı və qeydiyyatda olduğu ünvanın iddiaçıya aidiyyəti yoxdur. Arada xeyli məsafə vardır. Ünvan veriləndə bütün evlərə F.Rüstəmov 20 ünvanı verilmişdir. Ümumiyyətlə məhkəmə onların iştirakını təmin etməmişdir. Əgər məhkəmə iclasında iştirak etmiş olsa idi, məhkəməyə ətraflı məlumat vermiş olardı və bu məlumatın əsasında da məhkəmə işə düzgün baxmış olardı. İddiaçıya məxsus çıxarışa düzgün baxış keçririlməmişdir. Çünki baxış keçirilsəydi həmin ərazidə olan əmlakların çıxarışa heç bir aidiyyəti yoxdur və biz də həmin çıxarışda olan evdə qeydiyyatda olmamışıq. Onun özünə məxsus evi var və həmin evdə yaşayır. Həmin evdən istifadə etmiş və hazırda da istifadə edir. Əsassız olaraq yaşadığı və istifadə etdiyi evdən qeydiyyatdan çıxarılmışdır. İddiaçı məhkəməyə yanlış məlumat vermişdir. Onun yaşadığı evə dair pasport mövcuddur. Həmin pasportla da müəyyən olunur ki, bu ev iddiaçıya yox başqa şəxsə məxsusdur. İddiaçının qeyd etdiklərinin heç bir əsası yoxdur. İddiaçı məhkəməyə yalnış məlumatlar vermişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını üçüncü şəxs X5 aid hissədə yoxlayır. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “ ... ünvan 2 ünvanı iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus evdə qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan, onun ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən mənzildə qeydiyyatda olan şəxslər həmin evdə yaşamadıqlarından, eləcə də onların evdə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir” Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. Belə ki, iş materiallarında olan üçüncü şəxs tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin 2002-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 20 saylı evə dair hazırkı iş üzrə üçüncü şəxs olan X1 yaşayış hüquqları tanınmışdır. Qətnamədə qeyd edilmişdir ki, Binəqədi RPİ Qeydiyyat və ŞVŞ-nə tapşırılsın ki, o həmin həmin qeydiyyata götürülsün. Göründüyü kimi, üçüncü şəxs X6 Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 20 saylı evə məhkəmə qətnaməsi əsasında qeydiyyata götürülmüşdür. Eyni zamanda apelyator tərəfindən təqdim edilmiş müqavilələrdən, ödəniş qəbzlərindən və tərəflərin izahatlarından müəyyən edilir ki, X6 mübahisəli ünvanda yaşamaqdadır. Apelyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ev ilə üçüncü şəxsin yaşadığı evə eyni ünvan verilsədə, həmin evlər fərqli əmlaklardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün yuxarda qeyd edilən qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, şəxsin qeydiyyatdan çıxarılmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Hazırkı iş üzrə isə iş materiallarından və tərəflərin izahatların məlum olur ki, üçüncü şəxs mübahisəli ünvanda yaşamaqla yanaşı, həmin ünvanda yerləşən evə məhkəmə qətnaməsi əsasında qeydiyyata alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməyərək yalnış nəticəyə gəlmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən icra olunmuş və üçüncü şəxs X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışdır. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Qeyd olunan normaları rəhbər tutan Kollegiya bildirir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı icra olunduğundan və icra edilmiş məhkəmə qərarı Kollegiyanın hazırkı qərarı ilə üçüncü şəxs X5 aid hissədə ləğv olunduğundan icrada dönüş edilərək üçüncü şəxs X1 ünvan 1-ə qeydiyyatı bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı X5 aid hissədə ləğv ediməli, iddia tələbi ona aid hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı üçüncü şəxs X5 aid hissədə ləğv olunsun, iddia ona aid hissədə təmin edilməsin. İcrada dönüş edilsin. X1 ünvan 1 ünvanına qeydiyyatı bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3268/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3268/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver