Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-327/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(112)-4406/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09.03.2020-ci il tarixindən, 57 yaşdan “ Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş” Vətəndaşların pensiya təminatı haqqında Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onunla cavabdeh arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. O, 01.01.2006-cı ilə qədər 25 ildən çox ümumi, 22 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün, qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Lakin cavabdeh 25.11.2020-ci il tarixli **********6 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01.01.2006-cı ilə qədər işlədiyi istehsalat sahəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.2 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlağının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinin nəzərdə tutulduğu sahəyə aid deyil və bu səbəbdən də iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Bu səbəblə də ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdeh orqanın imtina məktubunu 03.02.2021-ci il tarixində almışdır. O, xx.xx.1963-cü ildə Sabirabad rayonunun Poladtoğay kəndində doğulmuş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Sabirabad rayonu, Poladtoğay kəndində yaşayır. İddiaçı orta məktəbi bitirdikdən sonra Bəndatma üzrə X5 Dəstəsinə fəhlə peşəsinə işə qəbul edilmişdir. 02.05.1981 – 18.05.1983-cü il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 12.07.1983-cü il tarixində X8 Çıxarma İdarəsinin X3 dispetçer avadanlığının və teleavtomatika üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə və həmin neft mədənində işləyir. Onun əmək kitabçasındakı qeydlərə əsasən və həmçinin ümumi və güzəştli iş stajını təsdiq edən arxiv və çalışdığı idarə tərəfindən təqdim edilmiş arayışlarla əmək fəaliyyəti dövründə 01.01.2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə 25 il 4 ay 02 gün ümumi, 22 il 05 ay 20 gün güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olaraq, 12.07.1983 – 01.01.2006-cı illərdə X8 Çıxarma İdarəsinin X2 dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru vəzifəsində topladığı iş stajıdır ki, həmin vəzifə də Siyahıda 10.2. Neft, qaz və qaz kondensatının hasilatı bölməsində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər bəndinə uyğundur. Cavabdehin imtina məktubuna əsasən, iddiaçının ümumi iş stajı mübahisələndirilməyib, onun minimum 25 il ümumi iş stajının olması qəbul edilmiş, pensiya təyinatı üçün pensiya kapitalının məbləğini mübahisələndirilməmiş və ən azı minimum əmək pensiya məbləğində pensiya təyinatı aparılmasına imkan verdiyini qəbul etmiş, yalnız iddiaçının 01.01.2006-cı il tarixinə kimi güzəştli iş stajının olmasını mübahisələndirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(112)-4406/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh öz imtina məktubunda işlədiyi X8 Çıxarma İdarəsinin X2 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində topladığı stajı güzəştli iş stajı kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi də heç bir araşdırma aparmadan cavabdehin bu mənada fikri ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi iddiaçının ilkin sübutetmə yükünün tərkib hissəsi olan güzəştli iş stajı barədə arayışa məhəl qoymamış, özü isə heç bir araşdırma aparmamış, müvafiq qurumlara işlədiyi sexin və vəzifənin güzəştli iş stajı hüququ yaradıb-yaratmaması barədə heç bir sorğu göndərməmiş, ekspert rəyi əldə etməmişdir. Həmin məhkəmə öz qərarında göstərir kik, ,,Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Lakin həmin qərarda təqdim etdiyi güzəştli iş stajı barədə işlədiyi idarənin verdiyi arayışda göstərilən işlədiyi peşənin adının (X2 feleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru) səhv və səriştəsiz interpretasiya etməklə Azərbaycan Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10.2-ci yanmbölmədə qeyd edilən neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsilə üst-üstə düşmədiyini vurğulamışdır. Azərbaycan Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” adlı sənədin adında göstərici ifadəsi vardır. Yəni, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru ifadəsi iki göstərici və bir peşə adından yaranmışdır: - elektrik montyoru peşənin adıdır, lakin Siyahının 10.2-ci yanmbölməsində qeyd edilən elektrik montyoru peşəsi neft, qaz və qaz hasilatı obyektlərində çalısan bütün elektrik montyorlarını ehtiva etmir, buna görə də qanunverici dəqiqləşdirmə verməyi lazım bilmişdir, belə ki, göstərici ilə bir qrup elektrik montyorunu (hansıların ki, iş stajı güzəştli iş stajı sayılır) xüsusi olaraq ayırmışdır. Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan ilk ümumiləşdirci göstəricidir, belə ki, istehsalat profilinə görə neft, qaz və qaz kondensatı hasilatı ilə məşğul olan müəssisədə bütün elektrik montyorları deyil, həmin müəssisənin neft hasilatı obyektlərində, yəni neftin, qazın və qaz kondensatının hasil edilməsi ilə bilavasitə bağlı olan obyektlərdə -sexlərdə, sahələrdə və adlandırılması hər bir müəssisə üçün çox vaxt fərqli olan inzibati struktur vahidlərində çalısan elektrik montyorlarını nəzərdə tutur, bir şərtlə ki, həmin elektrik montyoru elektrik avadanlığının təmiri və xidməti üzrə (ikinci göstəricidir) öz vəzifə öhdəliklərini yerinə yetirmiş olsun. Buradan aydın olur ki, işəgötürənim məhz yuxanda qeyd edilən iki göstəricinin elektrik montyoru peşəsində çalışan iddiaçıya münasibətdə keçərli olmasını arayışla təsdiq etmişdir. Məsələ burasındadır ki, göstəricilər kateqoriyasına daxil olan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan və elektrik avadanlığının təmiri və xidməti üzrə göstəriciləri ümumi ifadələrdir, belə ki; -neft, qaz və qaz kondensatı hasilatı obyektləri dedikdə, neft, qaz və qaz kondensatının texnoloji sxeminə daxil olan və hər bir idarə və müəssisə üçün fərdi qaydada adlandırılan sexlər, sahələr, şöbələr və s. başa düşülməlidir. İddiaçı üçün işlədiyi neft hasilatı obyekti X4dir. Dispetçer avadanlığı və teleavtomatika qurğuları isə təbii ki, elektrik avadanlıqlarıdır. İdarə və müəssisə həmin obyektin adını müəyyən dövrdən sonra dəyişdirə, misal üçün, İstehsalatın Avtomatlaşdırılması və Teleavtomatika Sexi adlandıra bilər. Vəzifə öhdəlikləri dəyişmədikcə, neft hasilatı obyektinin adının dəyişdirilməsi həmin peşə üçün güzəştli iş stajı statusuna xələl gətirə bilməz. Buna görə də qanunverici orqan, göstəriciləri ümumi şəkildə- neft hasilatı obyekti adı altında Siyahıda ümumiləşdirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddələrini nəzərdən keçirdikdə, bir daha sübut olunur ki, işçinin əmək funksiyalarının nədən ibarət olmasını işəgötürən müəyyən edir, bu səbəblə də, məntiqi olaraq, işçinin işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ veribverməməsini aydınlaşdırmaq üçün məhz işəgötürənin müvafiq arayışına ehtiyac vardır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçı 12.07.1983-cü ildən 01.03.2007-ci ilə kimi “Şirvanneft” Neftqazçıxarma idarəsinin X2, 05.10.2009-cu ildən hal-hazıra kimi “X7 Limited” şirkətinin X2 dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləyir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarda iddiaçının işlədiyi istehsalın avtomatlaşdırılması sexində teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş “10.2: Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” koda uyğun hesab edilməsi əsassızdır. Belə ki, iddiaçının neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə işləməsi, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru olması təqdim edilmiş əmək kitabçası və ya arayışları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İş materiallarında olan НЗ ******* №-li Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 02.05.1981-ci ildən 18.05.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçası və Azərbaycan dilində tərcüməsinin təsdiq olunmuş surətinə əsasən, iddiaçı 02.07.1980-ci ildə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Bəndatma üzrə X1 Kolonu 3 nömrəli sahəyə fəhlə qəbul olunmuş, 27.06.1981-ci ildə Sovet Ordusunun sıralarına getməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, 05.05.1981-18.05.1983 illər arasında sovet ordusu sıralarında xidmət etmiş, 12.07.1983-cü ildə “Şirvanneft” Neftqazçıxarma idarəsinin X3 2-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işinə qəbul olunmuş, 01.06.1987-ci ildə dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işi üzrə 3-cü dərəcə verilmiş, 01.01.1991-ci ildə dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işi üzrə 4-cü dərəcə verilmiş, 01.09.1997-ci ildə Azərbaycan Respublikası dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-si 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" birgə MMM yaradılmışdır. 01.09.1997-ci il tarixdə həmin sexdə işini davam etdirmiş, 01.03.2007ci ildə həmin sexdə 5-ci dərəcə verilmiş, 05.10.2009-cu ildə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 05.10.2009-cu ildən “X7 Limited” şirkəti. X3 5-ci dərəcə elektrik montyoru qəbul edilmiş, halhazıra kimi işləyir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Socar”-ın İddiaçı ünvanladığı 20.08.2020-ci il tarixli “iş stajı haqqında” məktubundan gğrünür ki, Socar-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 12.07.1983-cü ildə X3 (İAS) teleavtomatika və dispetçer avadanlıqlarının 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 01.06.1987-ci ildə teleavtomatika və dispetçer avadanlıqlarının 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, 01.01.1991-ci ildə teleavtomatika və dispetçer avadanlıqlarının 4-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, ARDNŞ-nin 22.08.1997-ci il tarixli, 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ 01.09.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmış, 01.09.1997-ci ildə “Şirvan Oyl BMMM-in İAS-nə 4-cü dərəcəli elektrik montyoru peşəsinə köçürülmüş, 01.03.2007-ci ildə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 05.10.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. İş materiallarında olan X7 Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının 14 nömrəli, 15.07.2020-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışına əsasən, İddiaçı həqiqətən hal-hazırda “X7 Limited” Şirkətinin Energetika Xidmətinin X2 5-ci dərəcə elektrik montyoru peşəsində işləyir. İddiaçı ğlunun əmək kitabçasına əsasən ümumi əmək stajı 15.07.2020-ci il tarixinə 39 il, 10 ay, 11 gündür. İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 03 may, 27 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (neft, qaz və qaz kondesatının hasilatı) İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM, “X7 Limited” Şirkətində 01.01.2006-cı il tarixinə 22 il, 05 ay, 19 gün güzəştli şərtlərlə iş stajı vardır. Belə ki, 11.07.1983-cü il tarixli 111/k saylı əmrlə 12.07.1983-cü il tarixdən 01.01.2006-cı il tarixədək “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Energetika Xidmətinin (EX) X2 5-ci dərəcə elektrik montyoru peşəsində işləmişdir. (22 il, 05 ay, 19 gün). İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Melioservis idarəsinin 42 nömrəli, 07 sentyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Sabirabad İSMD-də həqiqətən 02.07.1980-ci il tarixdən 100-k saylı əmrə əsasən 3 nömrəli iş sahəsinə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 27.04.1981-ci il tarixdən hərbi xidmətə getdiyi üçün 44-k 22.04.1981- ci il tarixli əmrə əsasən tutduğu vəzifədən işdən azad edilib hərbi xidmətə getmişdir. 01.01.1996-cı il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Komitəsinin 29.12.1995ci il tarixli 73 saylı əmrinə əsasən Sabirabad İSMD-si ləğv edilib Sabirabad MMS-nə sənədləri və əmlakı təhvil verilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 22.05.1997-ci il tarixli 25 saylı əmrinə əsasən idarənin adı dəyişdirilib Sabirabad Melioservis idarəsi kimi fəaliyyət göstərir. İş materiallarında olan cavabdehin 25.11.2020-ci il tarixli, **********6 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respuiblikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim edilən 27 fevral 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 12.07.1983-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X2 teleavtomatika dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 09.03.2020-ci il tarixdə tamam olmuşdur və o, 27.06.1981-ci ildən 18.05.1983-cü tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş (1 il 10 ay 21 gün), əmək kitabçasına əsasən 02.07.1980-ci il tarixdən 27.06.1981-ci il tarixədək Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Bəndatma üzrə X1 Kolonu 3 nömrəli sahədə fəhlə (11 ay 25 gün), 12.07.1983-cü il tarixdən 05.10.2009-cu il tarixədək “Şirvanneft” Neftqazçıxarma idarəsinin X2 dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru, 05.10.2009-cu il tarixdən hal-hazıra kimi “X7 Limited” şirkəti X2 elektrik montyoru vəzifəsində işləyir (01.01.2006-cı il tarixə kimi 22 il 5 ay 19 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 il 4 ay 5 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İddiaçı 12.07.1983-cü ildən 01.01.2006-cı il tarixədək “Şirvanneft” Neftqazçıxarma idarəsinin X2 işlədiyi dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə görülən işin xarakteri, həmin peşə üzrə icra edilən funksional vəzifələr, eyni zamanda həmin işin zərərliliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi”ndə görülən işin xarakteri, icra edilən funksional vəzifələr və işin zərərliliyi ilə eynilik təşkil edib-etməməsi barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən X7 Limited Şirkətinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə daxil olmuş X7 Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 19.1.2022-ci il tarixli 43/01 nömrəli cavab məktubuna əlavə edilmiş arayışdan görünür ki, “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. İddiaçı həqiqətən hal-hazırda “X7 Limited” Şirkətinin Energetika Xidmətinin (EX) X2 5-ci dərəcə elektrik montyoru peşəsində işləyir. Təqdim edilmiş sənədlərə və əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 03 ay, 27 gündür. İddiaçı “Şirvanneft» NQÇİ və "xxxx" BMMM-də 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 22 il, 05 ay, 19 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 21302000 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft ” NOCİ və "xxxx" BMMM-də 01.01.2006-cı il tarixinə 22 il, 05 ay, 19 gün güzəştli şərtlərlə əmək stajı var. İddiaçı 11.07.1983-cü il tarixli 111/k saylı əmrlə 12.07.1983-cü il tarixdən “Şirvanneft” NQÇİ-nin X3 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. İddiaçı 01.01.2006-cı il tarixədək “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in X2 2-3-4-cü dərəcəli elektrik montyoru peşəsində işləmişdir. Onun elektrik montyoru kimi “Şirvanneft” NQÇİ və "xxxx" BMMM -in X2 əmək stajının müddəti 22 il, 05 ay, 19 gün olmuşdur. “Şirvanneft” NQÇİ-nin X4 bilavasitə neft mədənlərində hasilat prosesinin avtomatlaşdırılması işini həyata keçirir. Burada neft hasil edən quyuların işləməsi 24 saat ərzində izlənilir və həmin quyuların cari hasilat parametrlərində dəyişiklik olduqda (quyunun hasilatının azalması, tamamilə dayanması) operativ qərarlar verilməsi üçün məlumatları rəhbərliyə ötürülür. Quyuların işinin operativ izlənilməsi avtomatika və telemexanika avadanlıqları vasitəsilə həyata keçirilir. Həmin avadanlıqlar elektrik avadanlıqları sayılır, onların təmiri və xidməti elektrik montyorları tərəfindən həyata keçirilir. Elektrik montyorları həmin avadanlıqların bilavasitə neft hasilatı mədənlərində-neft quyularında, hasilat ölçü qurğularında və həmin avadanlıqları sexdə quraşdırılmış mərkəzi dispetçer avadanlıqları ilə əlaqələndirən, bütün neft mədənini əhatə edən naqil xətləri şəbəkəsinin keçdiyi ərazilərdə təmiri və xidməti ilə məşğuldurlar. İşlədiyi bu müddət ərzində İddiaçı X2 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru peşəsində “Şirvanneft” NQÇİ-nin 1 və 2 saylı Neftqazçıxarma Sexlərinin avtomatika sahəsinə aid olan elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olmuşdur. İddiaçı 1-2 saylı Neftqazçıxarma Sexlərində neft quyularına gedən telemexanika xətlərində və mədənlərdə quraşdırılmış avtomatik neft ölçü qurğularında, neft quyularına gedən telemexanika xəttinə texniki xidmət, xəttin quraşdırılması və sökülməsi, neft quyularının yancanaq dəzgahında quraşdırılmış vericilərin təmir və tənzimlənməsi, quraşdırılması və sökülməsi, mədənlərdə olan avtomatik neft ölçü qurğularında EBM, PBM, DU-6m, Ventil VR-50; VR-100 bloklarında təmir və tənzimləmə işləri, avadanlığın quraşdırılması, xidməti, və sökülməsi ilə məşğul olmuşdur. X2 elektrik montyoru peşəsində işləyən işçilərin, o cümlədən 1-2 saylı Neftqazçıxarma Sexlərində elektrik montyoru peşəsində işləmiş İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. (əmrin surəti sorğuya əlavə edilir) Eyni zurnanda elektrik montyoru peşəsində işləyən işçilərə, o cümlədən İddiaçı hər il növbəti əmək məzuniyyətinə çıxarkən əsas məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim gün əlavə ödənişli məzuniyyət verilmişdir. Yuxanda qeyd edilənləri nəzərə alaraq təsdiq edirik ki, İddiaçı 12.07.1983-cü il tarixdən 01.01.2006-cı il tarixədək, vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və “Shirvan Oil-nin X2 1-2-ci NQÇ sexlərində çalışdığı elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a—19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğundur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 12.07.1983-cü il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi “Şirvanneft” Neftqazçıxarma idarəsinin X2 dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a – 19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğun olmaqla, onun 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdehin imtinası iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 09.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(112)-4406/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 09.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-327/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-327/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver