Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-327/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X11 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1590/2024 saylı 06 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 4191135 nömrəli nikah haqında şəhadətnamədən görünür ki, X6 və X7 xx.xx.1976cı il tarixdə nikahlarını bağlamışlar və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4446 nömrəsi ilə qeyd edilmişdir. 063975 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə ürəyin ateroskierotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 220 nömrəsi ilə qeyd aparılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********2 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə əsasən pensiyanın 650,24 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, mərhum həyat yoldaşına əmək pensiyası təyin edildikdən sonra işlədiyi dövrə görə DSMFyə ayrımlar hesabına təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiyanın artırılmasını xahiş etmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5745/2023 nömrəli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş iddiaçının həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 306.77 manat, qulluq stajına görə əlavənin məbləği 439.06 manat, maddi yardım 74.58 manat olmaqla, cəmi pensiya məbləği 820.41 manat olmuş, iddiaçının müraciəti əsasında mərhum Z.Qaralovun toplanmış istifadə olunmamış pensiya kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanmış, sığorta hissəsi 506.73 manata artırılmış, bu zaman qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artırıldığı qədər azaldılmış, 239.10 manata endirilmiş, nəticədə xx.xx.2023-cü il tarixdən pensiyanın məbləği 820.41 manat müəyyən edilməklə əvvəlki məbləği ilə eyni olmuşdur. İddiaçı bu hesablama ilə razılaşmayaraq hesab edir ki, cavabdeh quumun xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və toplanmış pensiya kapitalı 72-yə bölünməklə əmək pensiyasının sığorta hissəsinə əlavə edilməlidir. Bununla bağlı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və mərhum həyat yoldaşı X2 vəfatı ilə əlaqədar ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla toplanmış 21794,4 manat pensiya kapitalının 72 aya bölünməklə yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ona təyin edilmiş əmək pensiyanı almaq hüququndan istifadə etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən ona təyin edilmiş pensiya məbləği hər il yenidən hesablanmalı olduğu, eyni zamanda 2023-cü il tarixdə həmin qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən pensiya məbləğinə əlavələr edilməli olduğu halda hüquqları tam təmin edilməmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına ərizə ilə müraciət etsə də, həmin müraciətə 4 ay sonra, 2023-cü ilin aprel ayında cavab ala bilmişdir. Lakin həmin cavab da dolğun və qaneedici olmadığından tərəfindən təkrar müraciətlər olunmuş, cavabdeh sonuncu cavabında mərhum həyat yoldaşı X4 pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi (pensiya təyin edildikdən sonra 6 il (72 ay) əmək stajı) topladığı pensiya sığorta kapitalının ona ailə başçısını itirməyə görə pensiya təyin edilərkən nəzərə alındığını bildirmişdir. Eyni zamanda qeyd edilir ki, xx.xx.2022-xx.xx.2022- arasındakı dövr üzrə hər ay 715,26 manat, xx.xx.2023-xx.xx.2023 tarixlər arasındakı dövr üzrə isə hər ay 820.40 az ödənilmişdir. Məktubda qeyd edilənlərə əsasən 820.40 manatın tərkibinə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4 maddəsinə əsasən müəyyən edilən əlavə 74.58 manat da daxildir. Lakin ona təyin edilmiş pensiya məbləği (2020-ci ildən etibarən) düzgün hesablanmamışdır, Qanunun 20.14, 20.15; 31-32; 37-ci maddələrinin tələbləri təmin edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixdə yaranmış və həmin tarixdən iddiaçıya pensiyanın ödənişi həyata keçirilmişdir. İddiaçı 037015 nömrəli pensiya işinə əlavə edilmiş AZ-İİ 063975 mrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan məlumatlara əsasən iddiaçının həyat yoİdaşı X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar olaraq ərizəçi İddiaçı müraciəti əsasında ona Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdən hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu zaman pensiya təyinatının aparılması üçün hüquqi əsas qismində "Əmək pensiyaları haqqında" Qanunun 20.17-ci maddəsinə istinad edilmişdir. Mərhum Z.Qaralovun təminat xərcliyi 812,80 manat təşkil etdiyindən, qeyd edilən maddələrə uyğun olaraq, Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası ilkin təyinat zamanı həmin təminat xərcliyinin 80%-i miqdarında, yəni 650,24 manat məbləğində təyin edilmişdir. 'Əmək pensiyaları haqqında" Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını tirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Mərkəzi Filialın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında da qeyd olunduğu kimi, Z.Qaralovun vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Belə ki, xx.xx.2020-ci il tarixinə mərhum Z.Qaralovun əmək pensiyasının sığorta hissəsinin məbləği 232,19 manat müəyyən olunmuşdur. Onun vəfat etdiyi tarixədək işlədiyi dövrlərdə topladığı sığorta kapitalı xx.xx.2020-ci il tarixinə indeksləşdirilməklə 21794,40 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 18.2-ci maddəsinə əsasən 21794,40 manat sığorta kapitalı 144 aya bölünərək 151,35 manat müəyyən edilmişdir. Nəticədə xx.xx.2020-ci il tarixinə İddiaçı əmək pensiyası sığorta hissəsi 383,54 (232,19+151,35) manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 01.01 2022-ci il tarixinə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq xx.xx.2022-ci il tarixədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində xx.xx.2022-ci il tarixədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi müəyyən olunmuşdur. Buna uyğun olaraq, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunmuşdur. Nəticədə, 650,24 manat məbləğində təyin edilmiş ilkin pensiyanın məbləği 10 faiz həddində artırılmış və İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay 715,26 manat pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə isə İddiaçı hər ay ödənilən pensiya məbləği 820,40 manat təşkil etmişdir. Bu zaman pensiyanın yenidən hesablanmasının hüquqi əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-cı maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun olaraq İddiaçı təyin edilmiş pensiya məbləği xx.xx.2023- cü il tarixdən artırılaraq 820,40 manata çatdırılmışdır. Həmin maddənin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd edilən maddəyə dəyişiklik edilməsi Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən indeksləşmə həyata keçirilmiş, həmçinin həmin Qanunun eyni tarixdən qüvvədə olan və qanunvericiliyə yeni əlavə edilmiş 26.4-cü maddəsinə əsasən hazırkı pensiya məbləğinin tərkibinə həm də 74,58 manat məbləğində maddi yardım daxil edilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi yenidən hesablanma ilə bağlı tələbi təmin olunmuşdur. Həmçinin, iddia tələbində də qeyd olunduğu kimi, pensiyanın yenidən hesablanması zamanı 2023-cü il tarixdən qüvvədə olan dəyişikliklər də nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1590/2024 saylı 06 may 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-5745/2023 nömrəli qərarının ləğv edilməsi və İddiaçı X2 vəfatı ilə əlaqədar təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının X2 toplanmış istifadə olunmamış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1590/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmuna uyğun əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında da qeyd olunduğu kimi, Z.Qaralovun vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Belə ki, xx.xx.2020-ci il tarixinə mərhum Z.Qaralovun əmək pensiyasının sığorta hissəsinin məbləği 232,19 manat müəyyən olunmuşdur. Onun vəfat etdiyi tarixədək işlədiyi dövrlərdə topladığı sığorta kapitalı xx.xx.2020-ci il tarixinə indeksləşdirilməklə 21794,40 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən 21794,40 manat sığorta kapitalı 144 aya bölünərək 151,35 manat müəyyən edilmişdir. Nəticədə xx.xx.2020- ci il tarixinə İddiaçı əmək pensiyası sığorta hissəsi 383,54 (232,19+151,35) manat təşkil etmişdir. Ailə başçısını itirməyə görə əmək pensiyasının qulluq stajına görə əlavəsinə gəldikdə isə Qanunun 20.17-ci maddəsində birmənalı şəkildə qeyd olunmuşdur ki, əlavənin məbləği təminat xərcliyinin 80 faizi həcmindəki məbləğlə bu qanuna uyğun təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Deməli, iddiaçıya münasibətdə pensiyaya əlavənin məbləği 650,24 manat məbləğindəki pensiya ilə 383,54 manat məbləğindəki sığorta hissəsi arasındakı fərqə bərabər olacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2014-cü il tarixli Qərarında da qeyd olunduğu kimi, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Odur ki, pensiyaya əlavənin məbləği yalnız pensiya qanunvericiliyinə uyğun olaraq müəyyən edilə bilər. Bu zaman həm də nəzərə almaq lazımdır ki, istifadə olunmamış pensiya kapitalı əsasında sığorta hissəsinin artırılması, lakin nəticə olaraq iddiaçının pensiyasının məbləğinin dəyişməməsi qulluq stajına görə əlavənin məbləğinin azaldılması və buna görə də Qanunun 37.3-cü və qüvvədən düşmüş 29.2-ci maddələrinin tətbiqi kimi şərh edilə bilməz. Qanunvericilikdə vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının istifadə olunmamış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması mexanizmi nəzərdə tutulmamış, yalnız təyinat zamanı nəzərə alındığı göstərilmiş və iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ümumi pensiya məbləği təminat xərcliyinin 80%-i ilə məhdudlaşdırılmışdır. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin artırılması yalnız ümumi əsaslarla pensiya alan şəxslərə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla digər pensiyaçılara münasibətdə mümkündür. Belə ki, həmin şəxslərin pensiyası yalnız sığorta hissəsindən ibarət olduğundan və qanunvericiliyə uyğun olaraq pensiyanın ümumi məbləği ilə bağlı məhdudlaşdırıcı norma müəyyən edilmədiyindən pensiya kapitalı əsasında pensiya məbləğinin artması qanunvericiliklə yolveriləndir. Beləliklə, Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(112)-1590/2024 nömrəli qərarında yuxarıda qeyd olunan normaları işin hallarına düzgün tətbiq etməmiş və yanlış nəticəyə gəlmişdir. İddiaçının pensiyasının sonrakı dövrlərdə yenidən hesablanması mexanizminə gəldikdə isə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 01.01,2022-ci il tarixinə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq xx.xx.2022-ci il tarixədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 01.01,2022-ci il tarixədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi müəyyən olunmuşdur. Buna uyğun olaraq, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylığ əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunmuşdur. Nəticədə, 650,24 manat məbləğində təyin edilmiş ilkin pensiyanın məbləği 10 faiz həddində artırılmış və İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay 715,26 manat pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə isə İddiaçı hər ay ödənilən pensiya məbləği 820,40 manat təşkil etmişdir. Bu zaman pensiyanın yenidən hesablanmasının hüquqi əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olarag yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olarag həyata keçirilir. Beləliklə, “Əmək pensiyaları haggında” Qanunun 29.1-ci maddəsinə uyğun olarag İddiaçı təyin edilmiş pensiya məbləği xx.xx.2023-cü il tarixdən artırılaraq 820,40 manata çatdırılmışdır. Həmin maddənin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd edilən maddəyə dəyişiklik edilməsi Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar olmuşdur. Həmin Sərəncamda qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə, habelə həmin şəxslərə 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi vəzifəsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Xİ sessiyası iclasında “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsinin birinci oxunuşu keçirilmişdir. Həmin layihənin təqdim edildiyi tarixdə qüvvədə olan qanunvericiliyə əsasən, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyalarının indeksləşdirilməsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına şamil edilmirdi. Nəticədə həmin pensiyaçılar indeksasiya ilə əlaqədar pensiyaya edilən artımlardan kənarda qalırdılar. Qeyd edilən pensiyaçılara münasibətdə indeksləşdirmə ilə əlaqədar mexanizmin tətbiq olunması mövcud qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edirdi. Bu səbəbdən “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla həmin qanunun 1-ci, 6-cı, 20-ci, 26-cı, 29cu və 45-ci maddələri yeni redaksiyada qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən indeksləşmə həyata keçirilmiş, həmçinin həmin Qanunun eyni tarixdən qüvvədə olan və qanunvericiliyə yeni əlavə edilmiş 26.4-cü maddəsinə əsasən hazırkı pensiya məbləğinin tərkibinə həm də 74,58 manat məbləğində maddi yardım daxil edilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi yenidən hesablanma ilə bağlı tələbi təmin olunmuşdur. Həmçinin, iddia tələbində də qeyd olunduğu kimi pensiyanın yenidən hesablanması zamanı 2023-cü il tarixdən qüvvədə olan dəyişikliklər də nəzərə alınmışdır. Hazırkı mərhələdə iddia tələbində qeyd olunan cavabdehin xx.xx.2023-cü il tarixli qərarı yalnız pensiya tərkibinin hesablanmasına münasibətdə ləğv edilə bilər. Lakin bu heç bir halda pensiyanın ümumi məbləğinin dəyişməsinə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirimədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh qurum tərəfindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılır, belə ki, iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və mərhum həyat yoldaşı X2 vəfatı ilə əlaqədar ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla toplanmış 21794,4 manat pensiya kapitalının 72 aya bölünməklə yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24193 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü baş leytenant X2 təqvim illəri üzrə stajı 26 il 8 ay 19 gün, güzəştli xidmət illəri 3 il 9 ay 4 gün olmaqla, cəmi iş stajı və xidmət illəri 30 il 5 ay 23 gün müəyyən edilmiş, Z.Qaralov xx.xx.1996-ci il tarixdə xidmətdən öz xahişi ilə tərxis olunmuşdur. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 70.20 manat, rütbə maaşı 36.00 manat, ona xx.xx.1996-cı il tarixdən 135,35 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan sığortaolunan haqqında məlumat cədvəlindən görünür ki, X4 dair yanvar 2006-mart 2018-ci illər dövrü üzrə 15993,37 manat pensiya kapitalı hesablanmışdır. İşdən görünür ki, cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2 saylı qərarı ilə İddiaçı xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə əsasən pensiyanın 650,24 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, mərhum həyat yoldaşına əmək pensiyası təyin edildikdən sonra işlədiyi dövrə görə DSMFyə ayırmalar hesabına təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiyanın artırılmasını xahiş etmişdir. Lakin cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5745/2023 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş iddiaçının həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 306.77 manat, qulluq stajına görə əlavənin məbləği 439.06 manat, maddi yardım 74.58 manat olmaqla, cəmi pensiya məbləği 820.41 manat olmuş, iddiaçının müraciəti əsasında mərhum Z.Qaralovun toplanmış istifadə olunmamış pensiya kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanmış, sığorta hissəsi 506.73 manata artırılmış, bu zaman qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artırıldığı qədər azaldılmış, 239.10 manata endirilmiş, nəticədə xx.xx.2023-cü il tarixdən pensiyanın məbləği 820.41 manat müəyyən edilməklə əvvəlki məbləği ilə eyni olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 3-17-1/2-Q-75678/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmək Əmək pensiyasının tərkibi haqqında məktubdan görünür ki, Mərkəzi Filial tərəfindən 1 mart 2020-ci il tarixindən X1 müvafiq təminat xərcliyinin (812,80 manat) 80 faizi-650,24 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən “Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (həmin Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. X1 vaxtilə pensiya təyin edildikdən sonra fəaliyyətini davam etdirərkən topladığı pensiya sığorta kapitalı sizə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən hazırda sizə aşağıdakı tərkibdən ibarət olmaqla 820,40 manat məbləğində əmək pensiyası ödənilir: pensiyanızın sığorta hissəsi - 306,77 manat; qulluq stajına görə əlavə hissəsi - 439,05 manat. maddi yardım-74,58 manat. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-Q-98809/2023 nömrəli xx.xx.2023-cü il tarixli iddiaçının nümayəndəsinə ünvanlanmış Əmək pensiyasının tərkibi haqqında məktubdan görünür ki, mərhum Ziyadxan Qaralovun vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, 1 mart 2020-ci il tarixinə mərhum Ziyadxan Qaralovun əmək pensiyasının sığorta hissəsi 232,19 manat təşkil edib. Ziyadxan Qaralovun vəfat etdiyi tarixədək işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 1 mart 2020-ci il tarixinə indeksləşdirilməklə 21794,40 manat təşkil edib. “Əmək pensiyaları haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən 21794,40 manat sığorta kapitalı 144 (21794,40:144) aya bölünərək 151,35 manat müəyyən edilib. Nəticədə, 1 mart 2020-ci tarixinə İddiaçı əmək pensiyası sığorta hissəsi 383,54 (232,19+151,35) manat təşkil edib. Müvafiq illər üzrə indeksləşdirilmələr nəzərə alınmaqla hazırda İddiaçı əmək pensiyası sığorta hissəsi 506,73 manat, qulluq stajına əlavəsi 239,09 manat, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavəsi 74,58 manat təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay 715,26 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə isə hər ay 820,40 manat ödəniş həyata keçirilib. İddiaçı hazırda bu hesablama ilə razılaşmayaraq, cavabdeh qurumun “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 5745/2023 nömrəli qərarının ləğv olunmasını və toplanmış pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 37.3.2-1-ci maddəsinə görə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdi ki, qeyd olunan normaların tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə vəfat etmiş Z.Qaralovun pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olması, vəfat etdiyi tarixə onun toplanmış istifadə edilməmiş pensiya kapitalı olması iş materialları ilə tam təsdiq olunur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdi ki, cavabdeh iddiaçıya pensiya təyin edərkən vəfat etmiş ailə başçısının istifadə olunmamış pensiya kapitalını nəzərə almaqla ona ailə başçısını itirməyə görə pensiya təyin etməli idi. Lakin işdən görünür ki, cavabdeh həmin məbləği iddiaçıya ödənilən pensiyanın sığorta hissəsinə əlavə etsə də, əsassız olaraq iddiaçıya ödənilən qulluq illərinə əlavəni həmin məbləğ qədər azaltmış, yəni iddiaçının vəziyyətində yaxşılaşma baş verməmişdir. Buna görə də iddiaçı toplanmış və istifadə olunmamış pensiya kapitalı əsasında ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati oqran iddiaçının müraciəti üzrə pensiyasını yenidən hesablayarkən mərhum ərinin istifadə olunmamış pensiya kapitalını nəzərə almaqla iddiaçıya ödənilən pensiyanın sığorta hissəsinə əlavələr etsə də, iddiaçıya ödənilən qulluq illərinə əlavəni həmin məbləğ qədər azaltmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-5745/2023 nömrəli qərarının ləğv edilməsi və İddiaçı mərhum əri X2 vəfatı ilə əlaqədar təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının X2 toplanmış, lakin istifadə olunmamış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən- iddianın təmin edildiyi hissədə ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bununla bağlı cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1590/2024 saylı 06 may 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1590/2024 saylı 06 may 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X17 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-327/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-327/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver