Məhkəmə qərarları › İş №2-1(103)-3270/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3270/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3270/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı Allaverdiyev İddiaçı və iddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Cavabdehn Akademiyasının Şərəf Məhkəməsinin qərarının və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Allahverdiyev İddiaçın cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri qanuni və qərəzli olduğu üçün ləğv edilməsi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “f” bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) tərxis olunması üçün zabit kimi xidmətinin 10 ilinin tamam olması üçün çatışmayan 4 ay 20 günün bərpa olunması və öz ərizəsi ilə xidmətdən tərxis olunmasının təmin edilməsi ilə pozulmuş hüquqlarının bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri-qanuni və qərəzli olduğu üçün ləğv edilməsi və tutduğu vəzifəyə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 121/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı (hakim P.Hüseynov) ilə iddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “qərarın və əmrin ləğv edilməsi” tələbinə dair iddiasının “Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamış, qalan hissədə iddia təmin edilməmişdir. Apelyasiya şikayətinin qərardadla bağlı olan hissəsinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2613/2022 il saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin olunmayaraq qərardad qüvvədə saxlanılmışdır. Apelyasiya şikayətinin qərarla bağlı olan dəlilləri və tərəflərin izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi təyinatlı hərbi təhsil müəsisəsi olan Cavabdeh Akademiyasının keçmiş rəisinin göstərişlərini yerinə yetirən Şərəf Məhkəməsinin qeyri qanuni və ədalətsiz qərarı əsasında onun xidmətdən “xidməti uyğunsuzluqla” ehtiyyata tərxis olunmağı nəticəsində hüquqları kobudcasına pozulmuşdur. Onun bir neçə gün işə gəlməməyinin səbəbi fevral ayının 10-da araşdırılmışdır. Birinci töhmət isə ona 12 dekabr 2017-ci il tarixində intizam qaydasında verilmişdir. Bundan əvvəl mənə heç bir şifahi və yazılı xəbərdarlıq olunmamışdır. Lakin onun hərbi qulluqçu kimi Şərəf məhkəməsinə çıxarılmağı üçün bu kifayət etmədiyindən xidməti vərəqəsinə töhmətləri saxta olaraq yazaraq əlavə etmişlər. 12 dekabr 2017-ci il (xidmətə vaxtında çıxmamağa görə) və 25 dekabr 2017-ci il tarixlərində (Funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə xidməti vərəqəsində sonradan qeyri qanuni yazılan, guya ona verilmiş töhmət və şiddətli töhmətlərlə bağlı Akademiyada heç bir təqrir və raport olmayıb. Hər iki töhmətlə bağlı heç bir araşdırma da aparılmamış, heç kim tərəfindən izahat vermək üçün çağırılmamış, yazılı izahatı da olmamışdır. Ona göstərilən tarixlərdə nə şifahi nə də yazılı şəkildə töhmət elan olunmayıb və heç bir əmrlə tanış olub imzalamamışdır. Xidməti vərəqəsində qeyd edilən töhmətlərin heç birində şifahi sözü də qeyd edilməyib. Onun psixoloji gərginliyindən məharətlə istifadə edərək barəsində intizamsızlıq və işə məsuliyyətsizlik motivində yazılan təqdimatı, məsələ kimi Şərəf Məhkəməsinə çıxararaq müzakirə etmişlər və qərara alınmışdır ki, onun “Hərbi Xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (Xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılması ilə bağlı yuxarı rəhbərliyə təqdimat (15yanvar 2018-ci il xx/xx-00034 nömrəli məktub və təqdimat) göndərilsin. O, buna etiraz etsə də Şərəf Məhkəməsinin qərarına əsasən hazırlanmış təqdimat Nazirliyə göndərilmiş və o xidməti uyğunsuzluqla 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrlə ehtiyyata buraxılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı hazırkı iddia tələbinin təmin edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Allahverdiyev İddiaçı Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı göstərilən əmri mübahisələndirərək, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məslə məhkəmə tərəfindən iddianın təmin edilməməsi ilə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarında olan sənədlər : -Cavabdeh Akademiyasının Xidmət Vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Allahverdiyev İddiaçı xidmətə vaxtında çıxmadığına görə xx.xx.2017-ci ildə töhmət; öz funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə xx.xx.2017-ci ildə şiddətli töhmət elan edilmişdir. -Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktublarının surətindən görünür ki, Allahverdiyev İddiaçı barəsində ayrı-ayrı şəxslərin şikayət ərizələri üzrə araşdırmalar aparılır. -Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğu tərəfindən Cavabdeh Akademiyasının rəisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli təqdimatdan görünür ki, törətdiyi cinayət əməlinə görə Cavabdeh sabiq hərbi qulluqçusu mayor Allahverdiyev İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində olan cinayət işinin istintanqı tamamlanmaqla baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. -İş materiallarında olan xidməti xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1977-ci il təvəllüdlü, azərbaycanlı, ali təhsilli, evli, 2010-cu il tarixdən Cavabdeh Akademiyasında Tədris şöbəsinin Metodiki bölməsində xidmət edən mayor İddiaçı X1 şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsinə 2014-cü ildən təyin edilmişdir. Xidməti fəaliyyətinin əvvəlki mərhələsində yüksək səviyyəli peşəkar kadr kimi özünü göstərməmiş, işinə münasibəti nisbətən zəif olmuşdur. Xidmət etdiyi dövrdə Metodiki bölmənin fəaliyyətinə rəhbərlikdə zəiflik göstərmiş, bir çox hallarda bölmənin fəaliyyəti ilə bağlı ona verilən bəzi tapşırıqlar tələb olunan səviyyədə icra olunmadığından, həmin tapşırıqların tamamlanması daha hazırlıqlı digər əməkdaşlara yenidən həvalə olunmuşdur. Fəaliyyətində dönüş yaratması barədə ona bir neçə dəfə irad və xəbərdarlıqlar edilmişdir. Qeyd olunanlardan fərqli olaraq son dövrlərdə isə onun xidmətə münasibəti daha da zəifdir, işinə səhlənkar yanaşır, bir sıra hallarda müxtəlif səbəblər göstərməklə işdən yayınır. Mayor İddiaçı Allahverdiyevin son dövrlərdə xidmətə münasibəti onun gələcəkdə fəaliyyətinin davam etdirməsinə zəmanət verməyə imkan vermir. -Azərbaycan Respublikası Cavabdeh Akademiyada baş zabitlərin şərəf məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Mayor İddiaçı X1 şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsinə 2010-cü ildən təyin edilmişdir. Xidməti fəaliyyətinin əvvəlki mərhələsində yüksək səviyyəli peşəkar kadr kimi özünü göstərməmiş, işinə münasibəti nisbətən zəif olmuşdur. Xidmət etdiyi dövrdə Metodiki bölmənin fəaliyyətinə rəhbərlikdə zəiflik göstərmiş, bir çox hallarda bölmənin fəaliyyəti ilə bağlı ona verilən bəzi tapşırıqlar tələb olunan səviyyədə icra olunmadığından, həmin tapşırıqların tamamlanması daha hazırlıqlı digər əməkdaşlara yenidən həvalə olunmuşdur. Fəaliyyətində dönüş yaratması barədə ona bir neçə dəfə irad və xəbərdarlıqlar edilmişdir. Qeyd olunanlardan fərqli olaraq son dövrlərdə isə onun xidmətə münasibəti daha da zəifdir, işinə səhlənkar yanaşır, bir sıra hallarda müxtəlif səbəblər göstərməklə işdən yayınır. Mayor İddiaçı Allahverdiyevin son dövrlərdə xidmətə münasibəti onun gələcəkdə fəaliyyətinin davam etdirməsinə zəmanət verməyə imkan vermir. Həmin qərar ilə Akademiyanın Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti vəzifələrini yerinə yetirməsinə laqeyid yanaşmasını, son zamanlar xidmətə çıxmamasını, Metodiki bölmənin işinin zəif təşkil olunmasını, gələcək perspektivinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatətin qaldırlması qərara alınmışdır. -Cavabdeh Akademiyasının rəisinin Allahverdiyev İddiaçı barəsində xx.xx.2018-ci il tarixli təqdimatının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyev "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Mayor İddiaçı Allahverdiyev son zamanlar vəzifə borclarına məsuliyyətsiz yanaşaraq bir neçə dəfə xidmətə çıxmamış, tutduğu vəzifəsinə səhlənkar yanaşmış, verilən tapşırıqları vaxtında icra etməmiş, rəhbərlik etdiyi bölmənin fəaliyyətinə zəif nəzarət etmişdir. Xidmətdən kənar vaxtlarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək bir neçə mülki şəxslərin etıbarından istifadə edərək borc pul almış və geri qaytarmamışdır. Həmin şəxslər dəfələrlə Akademiyanın rəhbərliyinə şikayət formasında müraciət etmişlər. Mayor İddiaçı Allahverdiyevə Akademiyanın rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmuş və intizam cəzaları verilmişdir. Verilmiş intizam cəzalarından nəticə çıxarmadığına görə mayor İddiaçı Allahverdiyevin işinə şərəf məhkəməsində baxılmış və onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Göstərilənlər nəzərə alınaraq mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiqdir. -Azərbaycan Respublikası Cavabdeh Akademiyasının rəisi tərəfindən Azərbaycan Respublikası fövqəladə hallar nazirinə ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-00034 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrə əsasən “Nazirliyin Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilmişdir. Əmrin verilməsinə əsas Akademiyanın rəisi general-mayor Pənah Süleymanovun 15 yanvar 2018-ci il tarixli xx/xx-00034 №-li məktubu və təqdimatı olmuşdur. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasinin Qanunu : 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 2.0.4. hərbi uçot – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır; 2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; [4] 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; [6] 2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar : 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); Beləliklə, məhkəmə araşdırmasından, iş materiallarından müəyyən edilir ki, iddiaçıya xidmətə vaxtında çıxmadığına görə xx.xx.2017-ci ildə töhmət, öz funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə xx.xx.2017-ci ildə şiddətli töhmət elan edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçının izahatı alınmış və iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiq hesab edilərək Akademiyanın rəisi tərəfindən Azərbaycan Respublikası fövqəladə hallar nazirinə təqdimatla müraciət edilmiş və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Mübahisələndirilən əmrin verilməsində istinad edilən təqdimat iddiaçının verilmiş intizam cəzalarından nəticə çıxarmaması ilə əsaslandırılmışdır. İddiacı intizam cəzalarının verilməsinə səbəb olacaq hərəkətlərə yol vermədiyini bildirsə də, həmin əmrlər (töhmət və şiddətli töhmət) qüvvədə olmaqla mübahisələndilməmişdir. Qeyd edilənlərə əsasən iddiacının xidməti uyğunsuzluq ilə xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qanunsuz olması müəyyən edilmir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Allahverdiyev İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar