Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3272/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Cavabdeh etdiyi müraciət, N nömrəli hərbi hissənin əmrlərində qeydiyyat olmaması əsası ilə təmin edilməmişdir. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini хаhiş еtmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 1979-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində doğulmuşdur. ## ###### 1998-ci ildə Hacıqabul rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə V vəzifəsində, R rütbəsində hərbi xidmət keçmişdir. ## ####### 1999-cu ildə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Vətən müharibəsi zamanı ## ####### 2020-ci il tarixindən ## ###### 2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, bu barədə həm N saylı hərbi hissə tərəfindən verilmiş ## ###### 2021-ci il tarixli, **** nömrəli arayışda, həm də hərbi biletində qeyd edilib. Vətən müharibəsi zamanı sürücü kimi yüklərin daşınmasını həyata keçirmiş, ona 29 gün müddətinə ## ###### 2020-ci il tarixli, *** nömrəli ezamiyyət vərəqəsi və həmin tarixli, ****** nömrəli avtomobilin yol vərəqəsi verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətə görə N saylı hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Cavabdeh yazılı müraciət etmiş, cavabdeh müraciətinə ## ######## 2023-cü il tarixli, */*-**/* nömrəli cavab məktubu ilə imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2023- cü il tarixli, **** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin ## ######## 2020ci il tarixdən ## ###### 2021-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Bundan başqa inzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletindən görünür ki, onun N nömrəli hərbi hissədə xidmətini təsdiq edəcək qeydlərin və həmin qeydləri təsdiq edəcək hərbi hissənin vəzifəli şəxslərinin imza və möhürləri yoxdur. Həmçinin iş materialında olan N nömrəli hərbi hissə komandirinin imzası və həmin hərbi hissənin möhürü ilə möhürlənmiş, ##.##.2021-ci il tarixli **** nömrəli iddiaçının adına tərtib edilmiş arayışda, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etdiyi qeyd edilmişdir. Döyüş əməliyyatları zamanı Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2020-ci il tarixli müvafiq əmri ilə hərbi qulluqçuların dinc dövrə görə saxlanılan ştatları müharibə dövrünə keçirilmiş və N nömrəli hərbi hissənin bazasında açılması nəzərdə tutulmuş N nömrəli hərbi hissənin tərkibində *** nömrəli və digər hərbi hissələr yaradılmışdır. N nömrəli hərbi hissə ləğv edildiyindən komandir vəzifəsində xidmət edən (həmin arayışa imza çəkən) R X1 nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə göndərilmişdir. ##.##.2020-ci il tarixdə ləğv edilmiş hərbi hissə tərəfindən, həmçinin xidmətini davam etdirmək üçün ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə göndərilmiş R Klos Abbasov tərəfindən ##.##.2021-ci il tarixli məktubun tərtib edilməsi və komandir tərəfindən imza edilməsi qeyrimümkündür və həmin məktub mötəbər sayıla bilməz. İş materialında olan arxiv arayışından görünür ki, hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixdən ## ###### 2021-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində iddiaçı İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi və bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etirazın dəlilləri ilə eynilik təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır; N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli **** nömrəli arayışında qeyd edilmişdir ki, X4 ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi Fizuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsinə iştirak etmişdir; İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, o, ##.##.2020- ci il tarixindən ##.##.2020-ci il tarixinədək N h/hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir; ##.##.2021-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması aparılan döyüş əməliyyatlarıda sürücü kimi göstərdiyi nümunəvi xidmətə görə təltif olunur; “* nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin *** nömrəli ##.##.2020-ci il tarixli ezamiyyət vərəqəsindən görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə ezam edilmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “* №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, sürücü İddiaçı ##.##.2006 –cı il tarixindən ##.##.2021-ci ilə qədər “3№-li Xüsusi Təyinatlı Yol İstismarı”MMC də sürücü işləmişdir. 2020-ci ilin noyabr ayı ərzində sürücü İddiaçı idarə etdiyi **-JT-*** dövlət nömrə nişanlı TATRA markalı avtomaşınla İmişlı rayonu “6 № li Magistral Yol İstismarı”MMC-yə ezam olunmuşdur .(yol vərəqəsi və ezamiyyət vərəqəsi əlavə olunur). Sifarişçi təşkilat tərəfindən təsdiq olunmuş sənədlərə əsasən bir daha məlum edirəm ki,##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə qədər bir ay ərzində sürücü İddiaçı İmişli “6 № li M.Y.İ.”MMC –nin rəhbərliyinin tapşırığına əsasən İmişli rayonundan Fizuli və Zəngilan rayonuna müxtəlif yol-tikinti materiallarının daşınması işlərini yerinə yetirmişdir. Hərbi hissələrin mühafizə postlarından gediş-gəliş təmin etmək məqsədi ilə sənədlər eyni zamanda N saylı hərbi hissənin komandanlığı tərəfindən də təsdiq olunmuşdur . Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş *** nömrəli ##.##.2020-ci il tarixli ezamiyyət vərəqəsindən görünür ki, İddiaçı müvafiq hərbi hissəyə ezam edilmişdir. Bundan əlavə iddiaçıya məxsus olan hərbi biletdən də görünür ki, o, 20.10.20-ci il tarixindən 12.12.20-ci il tarixinədək N h/hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Göstərilən hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiqləyir. İddiaçının müraciətinə münasibətdə cavabdeh tərəfindən hərəkətsizlik göstərilmiş, müraciətin araşdırılmasının yekunlaşmaması səbəbindən iddianın mümkün sayılmaması barədə müraciət edilsə də, mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı hər hansı vəsatət qaldırılmamışdır. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti əsasında araşdırmanı tam, obyektiv və hərtərəfli aparmamış, iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsində təsbit edilmiş dizpozisiya şərtlərindən birinə cavab verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin birinci hissəsinin onuncu abzasına əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, on birinci abzasına əsasən: 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir." Yəni döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Göründüyü kimi, iddiaçının tələbinin təmin edilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmalı, bu hal iş materialları ilə təsdiq edilməlidir. İddiaçının mülki sürücü kimi N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarında döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirməsi iş materialları ilə təsdiqini tapmışdır. Belə ki, iddiaçı da izahatında, hərbi hissədə mülki sürücü vəzifəsində işləyərək, döyüş bölgəsinə silah, ərzaq və digər təminatlar daşımasını bildirmişdir. Bu fakt hərbi hissənin verdiyi müvafiq arayışdan (arayışda döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etməsi göstərilsə də) başqa, iddiaçının ezam olunması ilə bağlı ezamiyyə vərəqəsi, yol vərəqəsi ilə təsdiqlənmişdir. Cavabdehin hərbi hissənin verdiyi müvafiq arayışı mübahisələndirməsi ilə əlaqədar olaraq, həmin arayışı vermiş hərbi hissə komandiri Klos Abbasov apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş, o, verdiyi arayışı və orada qeyd edilən məlumatları, o cümlədən iddiaçının izahatında bildirdiklərini (mülki sürücü vəzifəsində işləyərək, döyüş bölgəsinə silah, ərzaq və digər təminatlar daşımasını) təsdiq etmişdir. Cavabdehin həmin arayış verilən zaman hərbi hissənin ləğv edilməsi ilə bağlı dəlilləri araşdırılmış və nizami hissə üzrə əmrlər sorğu edilərək əldə edilmişdir. Həmin nizami hissə üzrə əmrlərdən görünür ki, N nömrəli hərbi hissə komandiri Klos Abbasov ##.##.2021-ci il tarixdən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı barəsində arayış isə ##.##.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı həqiqətən döyüş bölgəsinə ezam edilmiş, iddiaçının həmin bölgədə fəaliyyəti Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov