Məhkəmə qərarları › İş №2-1(103)-3273/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3273/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3273/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X6, X3, X10, X12, X14, X15, X7, X8 və X9) “pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2024 nömrəli, 25 iyun 2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X6, X3, X10, X12, X14, X15, X7, X8 və X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-52/2- 9172/23 və xx.xx.2023-cü il tarixi, 3-13-52/2-28332/2023 saylı imtina məktublarının əsassız sayılması, X2, X6, X3, X10, X12, X14, X15, X7, X8 və X4 Kaspi-İ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə icraat, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanına dair İddiaçı MMC-nin adına RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2(112)-3130/2024 nömrəli işi üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X2 vaxtı uzatmaq məqsədi ilə KASPİ-İ MMC-yə verilmiş mülkiyyətə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırda iddia Bakı İnzibati Məhkəsinin icraatındadır. Hazırki iş üzrə iddianın hüquqi əsasların mövcudluğuna əsaslanaraq cavabdeh tərəfindən etiraf edilməsi icraatın dayandırılmasını istisna edir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər iiçiin sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi şəxsin qeyriyaşayış sahəsi üzrə qeydiyyatı nəzərdə tutulmamışdr. Odur ki, digər məhkəmənin hansı qərar qəbul etməsi hazırki məhkəmə qərarının nəticəsinə təsir edə bilməz. Çünki digər məhkəmənin qərarı hazırki qərarın qəbul edilməsi üçün əsas olmuş hüquqi əsasları istisna etmir. Azərbaycan Respublikasının qanunverciliyi fiziki şəxsin qeyri-yaşayış sahəsinə qeydiyyatda olmasını istisna edir. İcraatın dayandırılması üçün heç bir əsas yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, başqa bir inzibati iş üzrə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanında dair İddiaçı MMC-nin adına çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərin, o cümlədən X1 Kaspi-İ MMC-yə məxsus ünvan 1 ünvanında pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir, həmin ünvana dair İddiaçı MMC-nin adına aparılmış qeydiyyat isə başqa bir inzibati işdə hazırki iş üzrə üçüncü şəxs X2 tərəfindən mübahisələndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati iş üzrə mübahisənin həlli digər inzibati işin - iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi tələbinə dair mübahisənin həllindən asılı olduğundan hazırki iş üzrə icraat həmin mübahisə həll edilənə kimi dayandırılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraatı qeyd olunan əsasla dayandırmaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar