Məhkəmə qərarları › İş №2-1(103)-3274/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3274/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3274/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X12 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2024 saylı, xx.xx.2024-cü il tarixıi qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evindən X7, X32, X33, X28, X17, X34, X5 və X10 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evi ona məxsusdur. Həmin evi özü 1967-ci ildə tikmişdir. Həmin həyət evinə dair Bakı Şəhəri Nizami Rayon Keşlə Bələdiyyəsi tərəfindən verilən sənədi var. Lakin bu evə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd-çıxarış yoxdur. X1, X32, X33, X28, X17, X34, X5 və X20 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evində qeydiyyatdadırlar. Lakin onların heç biri onun evində yaşamırlar və onların həmin mənzildən istifadə hüququ mövcud deyil. İddiaçı onların mənzilinə necə qeydiyyata düşdüyünü də bilmir. Məhkəməyə müraciət etməkdə məqsədi X7, X32, X33, X28, X17, X34, X5 və X10 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Çünki iddiaçı həmin mənzilə dair hər hansı bir notarial qaydada hərəkət etmək istədikdə X7, X32, X33, X28, X17, X34, X5 və X10 notarial razılığını almalı olacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X3, X21, X22, X14, X8, X23, X4 və X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X7, X32, X33, X27, X17, X34, X5, X20 İddiaçı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, X7 (xx.xx.1995-ci il təvəllüdlü), X32 (xx.xx.2010-cu il təvəllüdlü), X33 (xx.xx.2013-cü il təvəllüdlü), X27 (xx.xx.1964-cü il təvəllüdlü), X17 (xx.xx.1992-ci il təvəllüdlü), X34 (xx.xx.1996-cı il təvəllüdlü), X5 (xx.xx.1965-ci il təvəllüdlü), X20 (xx.xx.1991-ci il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/7 D ünvanında qeydiyyatdadırlar. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 3 ünvanına dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport verilmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2024 saylı xx.xx.2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu,N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evi ona məxsusdur. Həmin evi özü 1967-ci ildə tikmişdir. X7, X32, X33, X28, X17, X34, X5 və X20 ona məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evində qeydiyyatdadırlar. Lakin 3-cü şəxslərin heç biri onun evində yaşamırlar.3-cü şəxslərin onun mənzilinə necə qeydiyyata düşdüyünü də bilmir. Həmin şəxsləri qeydiyyatdan çıxarmaq üçün o Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 7508/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Göstərilənlərə əsasən həmin qərardadın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkünsüz sayılmasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda üçüncü şəxslərin “ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakdan qeydiyyatdan çıxarılmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasına texniki pasport əsasında verilmiş mənzil iddiaçı və qardaşları arasında bölünmüş, Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsi tərəfindən verilmiş hesabat pasportuna əsasən iddiaçıya məxsus pay “ünvan 5 ünvanı ilə qeyd olunmuşdur. Lakin İddiaçı məxsus hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil və “ünvan 5 kimi iddia olunan daşınmaz əmlakın etibarlı ünvanı müəyyən edilmir. İş materiallarına əlavə olunmuş texniki pasport iddiaçının mərhum atasına məxsus olmaqla ünvan 7 ünvanına münasibətdə verilmişdir, iddiaçının atası vəfat etdikdən sonra həmin daşınmaz əmlak (ünvan 7) iddiaçı və qardaşları arasında yalnız şərti olaraq bölünmüş, hazırda iddia olunan ünvan isə səlahiyyətli olmayan orqan (Bakı şəhər Nizami rayon Keşlə Bələdiyyəsi) tərəfindən hesabat pasportunda “ünvan 5 kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi izahında qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq “mübahisələndirilən mənzilə (həyət evi) dair mərhum atası X6 adına məxsusluq barədə arayışın verilməsi” tələbi ilə müvafiq orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməli, məxsusluğa dair arayış alındıqdan sonra daşınmaz əmlak paylı mülkiyyətçilər (və ya vərəsələri) arasında razılaşdırılmaqla naturada bölünməklə iddiaçı daşınmaz əmlaka dair etibarlı ünvanla çıxarış əldə edərək hazırki mübahisənin həllinə nail ola bilər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkün saymamaqla düzgün olmayan nəticyə gəlmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2- (007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsində “ərizəçilər İddiaçı, X30, X11, X15 və X18 Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X9rşı vəzifəli şəxsin qanunsuz hərəkətlərinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər və Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2-(007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ərizəçilərin ərizəsi təmiin olunmuş və Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X13 hərəkəti qanunsuz hesab edilsin. İddiaçı, X30, X11, X15 və X18 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs, N.Abdullayev küçəsi, 4/7d saylı evə paport qeydiyyatına alınmaları qət edilmişdir. Həmin qətnamə ilə iddia təmin olunarkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs, N.Abdullayev küçəsi, 4/7d saylı evə ayrıca şəxsi hesab açıldığı və iddiaçının istifadə etdikləri yaşayış sahəsinin bütün kommunal xidmət xərclərini ödədikləri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2-(007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsində göstrərilən halları, iddiaçının adına hansı tarixdə şəxi hesab açıldığı və 3-cü şəxslərin həmin şəxsi hesab açıldığı ünvana, yoxsa fərqli ünvana, həmçinin iddiaçıya ünvanla şəxi hesab açıldığı vaxtan öncə və yaxud sonra qeydiyyata alındıqları barədə iş üçün mühüm halları araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar